Oxucu sual verir: Yunisiyyə zikri nədir?


Quranda buyurulur ki, Həzrət Yunis Peyğəmbər (ə) iri balıq tərəfindən udulduqdan sonra Allaha yalvarıb, xilas olmaq üçün dua etmişdi (Ənbiya, 87-88). Həzrət Yunisin (ə) duasının mətni ərəbcə belədir: “La ilahə illa əntə sübhanək. İnni küntü minəz-zalimin” (Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam). Bu, məşhur “Yunisiyyə zikri”dir. Məsumlardan nəql edilən hədislərdə, eləcə də, ariflərin tövsiyələrində bu duanı oxumaq çox təkid edilir. Yunisiyyə zikri hər çətinlikdən xilas olmaq üçün faydalıdır. Bu zikri səcdə halında söyləməyin təsiri daha çoxdur.


Peyğəmbərin (s) oğulluğa götürdüyü Zeyd yetim idi yoxsa valideynləri vardı?


Zeydin əsl atasının adı Harisə idi. Peyğəmbərimiz (s) onu oğulluğa götürsə də, heç zaman “Mühəmmədin oğlu” çağırılmasına razı olmamış, onu atasının övladı kimi tanıtdırmışdır. Zeyd ibn Harisə ibn Şürahil Kəlbi İslamdan əvvəlki qəbilə müharibələri nəticəsində əsir alınıb Məkkədə kölə bazarında satışa çıxa-rılmışdı. Xədiceyi-kübranın qardaşı oğlu onu satın alıb öz bibisinə (Xədicəyə) bağışladı, Xədicə də Zeydi Həzrət Mühəmmədə (s) hədiyyə etdi...


Cümə namazını qılmaq üçün neçə nəfərin olması şərtdir?


Cümə namazı əksər müctəhidlərin fətvasına görə, vacibi-təxyiridir. Yəni insan zöhr və ya cümə namazını qılmaq arasında ixtiyar sahibidir. Bunlardan birini şərtlərinə uyğun şəkildə düzgün qılmışsa, o birini qılmağa ehtiyac qalmaz. Bu, şiə məzhəbinin nəzəridir. Əhli-sünnə görüşünə əsasən isə, cümə namazını qılmaq vacibdir.
Cümə namazının qılınması üçün 5 nəfərin toplaşması kifayətdir. Belə ki, bir nəfər İmam və 4 nəfər ona iqtida edən bir araya toplaşarsa, cümə namazı qıla bilərlər. İqtida edənlərin kişi ya qadın olması fərq etməz.


Oxucu sual verir: Bankda işləməyə şəriətimiz icazə verirmi?


Bank fəaliyyətində haram olan sahələr əsasən, riba (sələm) ilə bağlıdır. Dinimizdə sələm qəti olaraq haram sayılır. Sələm vermək, sələm almaq, bu prosesdə vasitəçilik etmək günahdır. Ona görə də bankların sələmlə bağlı fəaliyyət sahələrində çalışmaq dinimiz baxımından icazəli deyil. Bura əsasən, bankın sələm əməliyyatlarını qeydə almaq, bu işdə şahidlik etmək, sələmi müştərilərdən təhvil almaq kimi işlər daxildir. Bu sahələrdə işləmək günahdır və bundan məvacib almaq haramdır. Lakin bankın sələmlə bağlı olmayan digər fəaliyyət sahələrində işləmək icazəlidir...


İnsanın öz adını dəyişməsinə din icazə verirmi?


Ad insanın şəxsiyyətini, kimliyini bəlli edən, onu tanıdan bir əlamətdir. Əvvəla, valideynlər uşağa ad qoyarkən elə etməlidirlər ki, uşaq böyüdükdən sonra öz adından xəcalət çəkməsin. Çox zaman insanlar əcaib və hətta nalayiq ad daşımalarından utanır və öz adlarını dəyişirlər.
Dinimiz adı dəyişdirməyi qadağan etmir. Əgər bir insan könüllü surətdə öz adını dəyişdirmək fikrinə gəlibsə, bu iş icazəlidir. Hətta dinə və əxlaqa zidd olan bir adı daşıyan adamın adını dəyişdirməsi daha yaxşı olar. Lakin layiqli və gözəl bir adı dəyişib, milli-mənəvi, dini-tarixi dəyərlərə zidd olan ad götürmək icazəli deyil...


Həftənin günlərinin qısa zikrləri və tərcüməsi ....


Dua kitablarında həftənin hər gününün, eləcə də ayın hər gününün və gecələrinin müstəhəb zikr və duaları qeyd edilmişdir. Bu zikr və duaların həcmi və oxunuş şərtləri fərqlidir. Onları oxumaq vacib deyil, müstəhəb sayılır, yəni bəyənilir və böyük savabı var. Həftənin hər günü üçün aşağıdakı zikrlərin 100 dəfə və daha artıq təkrar edilməsi gözəl əməldir:
Bazar ertəsi – “ya Qaziyəl-hacat” (ey ehtiyacları yerinə yetirən).
Çərşənbə axşamı – “ya Ərhəmər-rahimin” (ey rəhmlilərin ən rəhmlisi).
Çərşənbə - “ya Həyyu ya Qəyyum” (ey hər kəsə həyat verən və hər kəsə dayanıqlıq bəxş edən)....


Aşura ilə bağlı bu sual hər kəsi düşündürürdü; Cavabını İmam verib


\"İmam Cəfər Sadiq(ə) buyurdu: \"Hüseynin (ə) şəhid edildiyi günün müsibəti, saydığın digər günlərdən daha böyükdür. Çünki Allahın ən üstün bəndələri olan \"Əshabi-Kisa\" (İslam Peyğəmbərinin əbası altına yığdığı beş nəfərə işarədir) bu beş şəxsdən ibarət idi.
Peyğəmbər (s) vəfat edəndə xalqın dərdlərini bölüşüb, təsəlli tapmaq və məsləhət alacaqları dörd nəfər qalmışdı. Beləcə, biri Allahın rəhmətinə nail olsa belə, digərinin həyatda olması hər kəs üçün təsəlli mənbəyi idi.
Amma Həzrət Hüseyn (ə) qətlə yetiriləndə, xalqın dərdlərini dindirəcək \"Əshabi-Kisa\"dan heç kim qalmamışdı. Buna görə də onun getməsi hamısının getməsi, həmçinin qalması da onların hamısının qalması demək idi. Elə bunun üçündür ki, Əba Əbdillahil Hüseynin (ə) şəhid edildiyi günün müsibəti, digərlərinin müsibətindən daha böyük və daha ağırdır\"...


Aşura günü qəmə vurmaq halaldır, yoxsa haram? - İSLAM ALİMLƏRİNİN MÖVQEYİ


QMİ Qazılar Şurası dünən Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib. Fətvada bildirilir ki, əzadarlıq məclisləri keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunub zəncir, sinə vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq müqəddəs şəriətimizə uyğun deyil və ictimai qınağa səbəb olur. Əzadarlar özlərinə və digərlərinə xəsarət yetirməməli, başqalarını da belə hərəkətlərə təhrik etməməlidirlər. Bəs, tanınmış İslam alimləri Aşura günü zəncir və qəmə vurmaqla qan çıxarmağa necə baxırlar? Bu işi görmək halaldır, yoxsa haram? FaktXəbər olaraq İslam dünyasının tanınmış alimlərinin bu məsələ ilə bağlı fikirlərini təqdim edirik.
Ayətullahul-üzma Seyid Əbul Qasim Xoyi: “Qılıncla baş yarmaq haqqında heç bir sübut yoxdur və onun müstəhəb (savab gətirən əməl) sayılması üçün heç bir yol mövcud deyil. Əgər Məhərrəm ayında qəmə vurmaq, qan çıxarmaq, özünə xəsarət yetirmək dinin gözdən salınmasına və dinin təhqirinə səbəb olursa, bu qəti şəkildə haramdır”.
Ayətullah Şəhid Seyid Muhamməd Baqir Sədr: “Bu kimi işlər, cahil insanların işidir və alimlər davamlı olaraq bu kimi işləri qadağan etmiş və haram olduğunu demişlər.”
Ayətullahul-üzma Seyid Əli Xamenei: “Qılıncla baş yarmaq, uydurma bir əməldir və dinlə əlaqəsi olmayan işlərdəndir. İmamların vaxtında bu cür işlər olmayıb. Ümumiyyətlə, dinin və məzhəbin zəifləməsinə və onun qeyri-ciddi bir şəkildə tanıtdırılmasına səbəb olan əməllərə icazə verilmir. Heç şübhə yoxdur ki, Allah da onun edilməsinə razı deyil...


Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?


Bu barədə İmam Sadiq (ə) buyurur: “Sileyi-rəhm (qohumları yoluxmaq, münasibət saxlamaq, hal-əhval saxlamaq) əxlaqı gözəl, əli bağışlayan, qəlbi və canı xoş edər. Ruzini artırar, əcəli və ölümü təxirə salar”. İmam, “bəzi qohumlarımın təfəkkürü başqadır. Mənim fikirlərimdən qeyrisinə malikdirlər. Onların mənim üzərimdə haqları vardırmı?” sualına isə belə cavab verir: “Bəli, qohumluq haqqını heç bir şey əvəzləyə bilməz. Əgər səninlə eyni əqidədə olsalar, sənin üzərində iki haqları olar: biri qohumluq haqqıdır, o birisi isə İslam və müsəlmanlıq”.
Bir nəfər Peyğəmbərin (s) hüzuruna gəlir və deyir: “Ya Rəsulallah! Mənim qohumlarım vardır ki, mən onlarla rabitə qururam, ancaq onlar mənə əziyyət verirlər. Qərara almışam ki, onlardan uzaqlaşam”. Həzrət (s) buyurur: “O zaman Allah da səni tərk edər. Səni məhrum edənə əta et, səninlə əlaqəsini kəsənlə rabitə qur, sənə zülm edənə güzəşt et. Nə zaman belə etsən, Allah sənin arxan olar”...


İslam dininin məsum rəhbərləri saçlara qulluq barədə məsləhətlər veriblər!


Saçla bağlı İslam dinində buyurulanlar --Saç baxımı həm qadınlar, həm də kişilər üçün çox əhəmiyyətlidir. Heç də təsadüfi deyil ki, İslam dininin tanınmış simaları da saçlara qulluq barədə məsləhətlər veriblər. FaktXəbər olaraq bu barədə hədisləri təqdim edirik.
1. İmam Kazim (ə) buyurur: \"Başın tükü uzun olsa, gözün görmə qabiliyyəti zəifləyir və nuru gedir. Saçı qısaltmaq gözü işıqlandırır və onun nurunu artırır\". (“Mustətrəfatus-sərair”, s. 57, hədis 17. “Biharul-ənvar”, c. 76, səh 85, hədis 10)
2. İshaq ibn Əmmar: \"İmam Sadiqə (ə) dedim ki, sənə qurban olum, bəzi vaxtlar boynumun ardının tükləri çoxalır və məni bərk narahat edir. Həzrət buyurdu: \"Ey İshaq! Bilmirsənmi ki, boyunun ardının tüklərini təraş etmək qəmi aradan aparır?\"\". (“Əl-Kafi”, 6, səh. 485, hədis 8)
3. İmam Sadiq (ə): \"Başı əmənkömənçi ilə yumaq (insanı) baş ağrısından amanda saxlayır, yoxsulluğu uzaqlaşdırır və başı kəpəkdən təmizləyir\". (“Səvabul-əmal”, səh. 36, hədis 1. “Biharul-ənvar”, c. 76, səh. 86, hədis 1)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter