Allahdan necə övlad istəyək?


Allahdan necə övlad istəyək? Halbuki Həzrəti Əli (ə) fəxr ediləcək övladı belə vəsf edir: «Mən öz Allahımdan nə xoş sima övladlar istədim nə də boylu-buxunlu uşaq. Allahımdan Allaha itaət edən, Ondan qorxan övladlar istədim ki, ona baxanda Allaha itaət etdiklərini görüm və gözlərim işıqlansın.»(əl-Kafi, c.6, səh.6, hədis 6 ). Qurani Kərimdə bu məsələyə işarə edərək belə vurğulayır: Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır. (Hucurat-13)...


İmam Əli (ə) zərbətləndiyi zaman hansı ayəni oxudu?


İmam Əli (ə) zərbətləndiyi zaman hansı ayəni oxudu? Hədisdə varid olub ki, Əli (ə) zərbətləndiyi an əlini yerə atıb torpağ götürüb başının yarasına sürtdü və bu ayəni oxudu: “Biz sizi torpağdan yaratdıq, oradan yenidən dirildəcəyik, digər bir vaxt yenidən sizi o torpağdan çıxardacayıq (Taha-55). İmam (ə) bu ayəni oxuyub ardınca Allahın əmri yetişdi və Peyğəmbərin dediyi doğru oldu, kəlməsini dedi. İmamın (ə) tilavət etdiyi bu ayə və qısa kəlmə həqiqətən də möhtəvası, əhatə dairəsi geniş olan bir mövzudur ki, ümumi yaradılışı, ölümdən sonrakı həyatı və məadı, qiyaməti özündə əhatə edir. Allahın vədinin mütləq haqq olacağını, peyğəmbərlərin söylədiklərinin Allahdan olduğunu çatdırır. Bütün bunlar da demək olar ki, dinin və insanlığın qayəsinin təşkil edir.


Şeytana möhlət olaraq verilən “məlum gün” hansıdır?


Şeytana möhlət olaraq verilən “məlum gün” hansıdır? Məlum olan vaxt barəsində nəzər və fikirlər müxtəlifdir. Bəzi alimlər həmən günü yer üzündə ilahi hakimiyyətin qurulacağı zamana nisbət vermişlər. Bu barədə bir çox təfsir kitablarında , o cümlədən Mərhum Əllamə Təbətəbainin Əl Mizan təfsirində bu məsələyə yerüzündə ədalətin bərqərar olacağı, insanların səadətə yetişəcəyi,günahların tərk ediləcəyi, saleh bəndələrin ilahi hakimiyyət quracağı günə nisbət verib... Amma Şeytana verilmiş möhlətin bitməsi, onun insandan əl götürməsi barəsində ən məşhur nəzər surun çalınacağı, qiyamətin qopacağı gündür. Qiyamət günü bütün məxluqatın həlak olub yenidən rəbbinin hüzurunda tpolaşacağı gündür. Bu günə qədər Adəm övladı Şeytan və öz əmmarə nəfsi ilə daim cihad halında olacaqdır...


İntihar niyə böyük günah hesab olunur?


İntihar niyə böyük günah hesab olunur? Allah hər bir insanın canının malikidir. Ona görə də insana heç bir şəraitdə intihar etməyə icazə vermir. Çünki O, insanı kamala çatmaq və mənəvi tərəqqi etmək üçün xəlq etmişdir. İntihar bu hədəfin əbəs olmasına səbəb olar. Belə bir günaha düçar olan hətta Əhli-Beyt (ə) davamçısı cəhənnəm odunda yanar. Və ola bilsin ki, bəlkə etdiyi kəbirə günaha görə cəzasını çəkdindən sonra bağışlana bilər. Peyğəmbər (s) buyurur: “Mənim şəfaətim ümmətimin kəbirə günahına düçar olmuşlar üçündür”. Başqa yerdə buyurur: “İntihar etməyin. Allah sizə qarşı mehribandır. Hər kim bu əməli təcavüz və zülm üzündən yerinə yetirər, onu tezliklə atəşə daxil edəcəyik”. İmam Sadiq (ə) buyurur: “Hər kim özünü bilərəkdən öldürərsə, cəhənnəmim cavidan atəşində olar”...


Hidayət kitabı olan Quranla insan necə zəlalətə düşür?


Hidayət kitabı olan Quranla insan necə zəlalətə düşür? Allah-Təalə insanın hidayətini təkcə Quranla qərar verməyib. Müsəlman, mömin öz nicatını həm Quranla, həm peyğəmbər (s) sünnəsinə müraciət etməklə, həm kimsəyə nəsib olmayan İmamət elminə ( İmamlara) və öz elmini bu kəslərdən (ə) alan alim və elm əhlinə müraciət etməklə axtarmalıdır. Quran ayələri elm və sirlərlə doludur. İlahi vəhy nurundan nəsibi olmayan heç bir kəs ayələrin mana dərinliyinə “dala” bilməz. Çünki ayələr sirr üstə sirrlə doludur. Hər kim öz düşüncə və rəyinə əsasən Qurana məna versə zəlalətə düçar olar. Necəki zəmanəmizdə buna şahid oluruq. Bəzi şəxslər varki “ Allahın əli onların üzərindədir” kimi ayələri olduğu kimi qəbul edərək Sübhan olan Allaha əzalar və forma nisbət verirlər. Halbu ki, hədislərimiz burda məqsədin qüdrət və rəhmət olduğunu bizə çatdırır...


Mömin şəxs bu dünyada hansı 4 köməyə ehtiyaclıdır?


Mömin şəxs bu dünyada hansı 4 köməyə ehtiyaclıdır? İmam Sadiq (ə) buyurur: Bir mömin gərək bu 4 şeyə sahib olsun: 1-Geniş evi olsun, 2-Yaxşı miniyi olsun, 3-Gözəl geyimi olsun, 4-Aydınlaşdıracaq işığı olsun. Soruşuldu olmayanlar nə etsin?!
İmam Sadiq (ə) cavabında buyurdu: Bu hədisin batini mənası da vardır:
1-Geniş evdən məqsəd səbirdir ki, insanın böyük qəlbli olmasının göstəricisidir,
2-Ən yaxşı minik elə insanın əqlidir ki ölçülmüş addımlar atsın,
3-Ən yaxşı paltar, insanın həyasıdır, Allahın haramlarına qarşı utansın,
4-Aydınlaşdıracaq işıq isə Adəm övladının elmidir ki, elmin nəticəsi Allaha bəndəlik olunar.


Gündəlik namazların savabını artırmaq üçün hansı əməlləri etmək lazımdır?


Gündəlik namazların savabını artırmaq üçün hansı əməlləri etmək lazımdır?Namazın savabını artıran bir neçə göstərişlər:
1-Namazda azan və iqamə demək səbəb olar ki, namaz qılanın arxasında çox saylı iki cərgə mələklər onunla birlikdə namaz qılsınlar, “Səvabul –Əmal/72
2-Kamil rükü edəndən Allah-Taala (c.c) qəbr əzabını götürər, Səvabul –Əmal kitabı/73
3-Namazda əqiq üzük taxmaq, Namazda əqiq üzükdən istifadə etmək həmin namazın dəyərini iki min savaba çatdırar. “İddətül-Dai/220”
4-Namazdan öncə dişi misvaklamaq, Dişi fırçalanmış halda iki rəkət namazın dəyəri dişi təmizləməmiş namazın yetmiş rəkətindən artıqdır... (Qəbul və ya savab baxımından) Mənbə, Şeyx Səduqun Mən La Yəhuzuruhul fəqih kitabı,..


Torpağın Adəm övladından hər gün istədiyi 5 əməl...


Torpağın Adəm övladından hər gün istədiyi 5 əməl... Həzrət Peyğəmbər (s) buyurdular: “Qəbir hər gün Adəm övladına səslənərək deyər:
1-Mən kasıblar eviyəm özünüzlə xəzinələr gətirin! 2-Mən qorxu eviyəm özünüzlə sizini yalnızlıqdan nicat verəcən əməllər gətirin! 3-Mən İlan və əqrəblərin eviyəm, özünüzlə zəhəri zərərsizləşdirəcək qoruyucular gətirin! 4-Mən qaranlıqlar eviyəm, özünüzlə aydınlaşdıracaq gətirin! 5-Mən torpaqlar eviyəm, özünüzlə gəvə gətirin!
--Xəzinə olan əməl “La İlahə İllallahdır” --Qəbirdə insanı yalnız qoymayan Quranı hər gün oxumaqdır. --İlan və əqrəbləri zərərsizləşdirən əməl isə Sədəqə və xeyir işlər görməklədir...


İltimasi dua nə deməkdir?, Ayətullah Behcətin bu haqda tövsiyəsi


İltimasi dua nə deməkdir?, Ayətullah Behcətin bu haqda tövsiyəsiMərhum Ayətullah Behcət iltiması duanın əhəmiyyətinə toxunaraq belə diqqətə çatdırır: Allah Təala hz. Musaya buyurdu: Günah etmədiyin bir dillə dua et ki müstəcab olsun! Musa (ə) dedi: necə? Allah Təala buyurdu: Başqalarına de ki səni dua etsinlər. Çünki sən onların dili ilə günah etməmisən! Mərhum Ayətullah Behcət buyurur: İltimasi dua isə insana özü üçün istədiklərini başqası üçün də istəmək mədəniyyətini təlim edir. Həmçinin insana paxıllıq, həsəd, mənim olsun və bu kimi qəlbi rəzillklərdən xilas olacaq gücü verir. İltiması dua edən kəs həm özünü, həm də başqalarını Allah Təalanın rəhmət çətiri altına çəkmiş olur. Ona görə deyirlər ki başqasının sənin haqda etdiyi duası sənin öz duandan daha tez qəbul olar.


Ilahi övliyalığa çatdıracaq təsbih hansı zikrlərdən ibarətdir?


Ilahi övliyalığa çatdıracaq təsbih hansı zikrlərdən ibarətdir? Əmirəl-mömininin (ə) öyrətdiyi təsbih zikri: Bu təsbihi yerinə yetirməyin yolu belədir: hər namazdan sonra: 10 dəfə \"Subhənallah”. 10 dəfə \"Əlhəmdulilləh”. 10 dəfə \"Allahu Əkbər”. 10 dəfə \"Lə iləhə iləllah” demək.
Əmirəl-möminin (ə) Bəra ibni Azəmə buyurur: \"Sənə elə bir əməl öyrədimmi ki, onu yerinə yetirən zaman İlahi övliyalardan olarsan?”.
Bəra deyir: \"Bəli”. Həzrət Əli (ə) də ona yuxarıdakı təsbihi öyrədir və sonra buyurur: \"Hər kim hər namazdan sonra bu təsbihi edərsə, Allah ondan min dünya bəlasını uzaq edər ki, onların ən asan olanı – dindən qayıtmaqdır. Axirətdə onun üçün min mənzil hazır edər ki, o mənzillərdən biri – Peyğəmbərin (s) qonşuluğundadır”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter