İmam Riza (ə) müsəlmanlara hansı əxlaq davranışlar göstərərdi?


İmam Riza (ə) müsəlmanlara hansı əxlaq davranışlar göstərərdi?Heç vaxt xəlvətdə əyləşməzdi, süfrəyə qulamları, hətta qapıçı və xidmətçiləri ilə birlikdə əyləşərdi!
- İlahi əxlaq: İbrahim ibn Abbas deyir: İmam Rizanın (ə) öz sözləri ilə kimisə incitdiyini görmədim. Kimsə sözünü başa vurmamış İmam onun sözünü kəsmədi, gücü çatdığı halda kimsəni əliboş yola salmadı, heç vaxt kiminsə qarşısında ayaqlarını uzatmadı, bir dəfə də olsun, öz xidmətçilərini təhqir etmədi. Onun ağızının suyunu yerə atdığını, bərkdən güldüyünü görmədim. Onun gülüşü təbəssüm idi... (“Üyuni-əxbarur-Riza”, 2-184, bab 44, hədis 7)
-Aclar üçün təam: Müəmmər ibn Xəllad deyir: İmam Riza (ə) süfrəyə əyləşəndə onun üçün böyük bir sini gətirərdilər. Həzrət sinini süfrənin kənarına qoyardı. Süfrədəki ən yaxşı nemətlərdən siniyə yığar və onu yoxsullar üçün göndərərdi... (“Kafi”, 4-52)


Əmr-As Həzrət Əlini (ə) Müaviyənin yanında necə tərif etdi?


Əmr-As Həzrət Əlini (ə) Müaviyənin yanında necə tərif etdi? Müaviyə: Səni müsəlmanlar arasında ixtilaf salıb fitnə-fəsad törədən bir adamın müharibəsinə göndərmək istəyirəm, vaxtilə Osmanı da həmin şəxs öldürüb. Əmr As: O kimdir? Müaviyə: Əli! Əmr As: And olsun Allaha, onda olan fəzilətlərdən səndə bir dənə də olsun yoxdur, sən ona tay olacaq bir adam deyilsən. O, hər bir şeydən, hətta elm, hicrət cihad Peyğəmbərlə yoldaşlıq və təqvada səndən qat-qat üstündür. And olsun Allaha ki, o, müharibədə elə bir üstünlüyə malikdir ki, heç kəsdə onunla vuruşmaq qüdrəti yoxdur. Hər halda əgər mən istəsəm ki, Allahın nemətlərindən üz döndərib Əli (əleyhissalam) kimi bir şəsxiyyətlə müharibəyə qalxam, mənə nə verərsən? Müaviyə: Hər nə istəsən verərəm. Əmr As: Mən Misrin hökumətini istəyirəm. Müaviyə: Sənin mənə dünyaya görə qovuşmağını istəmirəm. Əmr As- “Bu sözləri kənara qoy” dedi. Beləliklə dinini dünyaya satan Əmr As Müaviyənin yaxın həmkarı və fırıldaqçı müşaviri oldu.


Şəvval sözünün mənası nədir?


Şəvval sözünün mənası nədir?Bu haqda Məhəmməd peyğəmbərdən (s) nəql edilmiş hədisə diqqət yetirmək lazımdir. İlk növbədə onu demək lazımdır ki, şəvval ərəb dilində “şəul” “ət-Təşvil” kökənli kəlmə və aradan qalxmaq, qaldırmaq, anlamındadır. Lüğət kitablatında deyilir ki bu ifadə daha çox dəvə ac olarkən quyruğunu qaldırmaq halına itlaq olunur.
əl-Muraqibat əsərində gələn hədisdə deyilir. “O şəvval adlanır, çünki həmin ayda möminlərin günahları aradan qalxar” Hədislərə əsasən möminlər Ramazanda tutduqları orucun mükafatını Fitr bayramında yəni şəvvalın birində alarlar. Onların mükafatları da günahlarının aradan qalxıb məhv olmasıdır. Bu şəvvalın ilk günündə baş tutur...


Münafiqlilikdən amanda qalmaq üçün Quranın hansı surəsini oxuyaq?


Münafiqlilikdən amanda qalmaq üçün Quranın hansı surəsini oxuyaq?“Tövbə” surəsi Quranın 9-cu surəsidir ki, Mədinədə nazil olmuşdur və 129 ayəsi vardır. Həzrət Peyğəmbər (s) bu surənin fəziləti barəsində buyurur: “Hər kim “Tövbə” və “Ənfal” surəsini oxuyar, mən Qiyamət günü onun şəfaətçisi və xeyirinə şəhadət verənəm ki, o, nifaqdan pakdır. Dünyada olan bütün münafiq qadın və kişilərin sayı qədər ona on həsənə verilər. On günahı pak olar və dərəcəsi on dərəcə artar. Ərş və onu həml edənlər dünyada olduğu zaman ona salavat göndərərlər”. İmam Sadiq (ə) buyurur: “Hər kim hər ayda “Tövbə” və “Ənfal” surələrini oxuyarsa, nifaq heç bir zaman qəlbinə daxil olmaz. Əmirəl-möminin (ə) davamçılarından olar”. Bu surənin bərəkətləri: ...


Həccin “Ləbbeyk!” şüarı necə yaranıb?


Həccin “Ləbbeyk!” şüarı necə yaranıb? Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, Allah Musanı (ə) peyğəbərliyə məbus edir, dənizi onun üçün yarır və Bəni-İsrayil qövmünə nicat verir, Tövratı ona nazil edir, o, Allah yanındakı öz məqamını müşahidə edir və buyurur: “Allahım! Mənə elə kəramət vermisən ki, indiyə qədər heç kəsə verməmisən”...
Allah atalarının belində olan Muhəmməd (s) ümmətinə nida edir və buyurur: “Ey Muhəmməd (s) ümməti! Gəlin!”. Onların hamısı dedilər: “Ləbbeyk, Əllahummə, ləbbeyk. Ləbbeyk, lə şərikə ləkə ləbbeyk. İnnəl həmdə ...\". Bundan sonra Allah həmin kəlmələri müsəlmanların həccinin şüarı qərar verdi”


Həzrət Musa (ə) hansı keyfiyyətinə görə seçilmişdi?


Həzrət Musa (ə) hansı keyfiyyətinə görə seçilmişdi?İmam Baqir (ə) nəql edir: “Həzrət Musaya (ə) 30 gün vəhy gəlməsi kəsilir. Ona görə də Şamın ətrafında olan Əriha adlı dağa qalxır və buyurur: “Ey Pərvərdigar! Nəyə görə vəhyini məndən saxlamısan və həbs etmisən? Düçar olduğum günaha görədir? Mən indi Sənin dərgahına gəlmişəm ki, hansı şəkildə razı olsan, məni cəzalandırasan”.
Allah vəhy edir: “Ey Musa! Bilirsənmi ki, niyə Öz vəhy yolumla səni başqa bəndələr içərisindən seçmişəm?”.
Musa (ə) deyir: “Bilmirəm, ey Allahım!”. Allah buyurur: “Ey Musa! Bəndələrimə nəzər saldım və onların arasında səndən daha təvazökar olanını görmədim...


Şeytanın (lən) nəsihətləri ki həqiqətləri bəyan edir nələr haqdadır?


Şeytanın (lən) nəsihətləri ki həqiqətləri bəyan edir nələr haqdadır? Şeytan (lən) heç bir zaman insanın dostu ola bilməz. Ancaq özü də bilmədən bəzən ilahi peyğəmbərlərə (ə) nəsihətlər vermişdir. Nə etdiyini başa düşəndə, özünü çox danlamışdır. Şeytanın (lən) Həzrət Nuha (ə) verdiyi nəsihət. Tufandan sonra şeytan (lən) Nuhun (ə) yanına gəlir və deyir: “Nuh, sənin mənim boynumda haqqın vardır. Həmin haqqı əda etmək üçün sənə nəsihət edəcəyəm”. Nuh (ə) deyir: “Allaha pənah aparıram ki, sənin boynunda haqqım vardır”. Şeytan deyir: “Bu möminlər övlad sahibi olana qədər mən istirahət edəcəyəm. Çünki onlar muxlisdirlər və bütün kafirlər dünyadan gediblər”. Nuh (ə) dedi: “Nəsihətin nədir?”. Şeytan (lən) dedi: “Məni üç halda yada sal və bil ki, bu üç halda mən mütləq oradayam. -- 1. O zaman ki, naməhərəm kişi naməhrəm qadınla xəlvət edər və mən üçüncü şəxs olaram. 2. Qəzəblənən zaman. 3. Hökm verən zaman”...


Təqvanın ən yüksək mərtəbəsini necə əldə etmək olar?


Ən üstün mənəvi kamaldır ki, başqa mənəvi kamallar kimi mərtəbələrə və dərəcələrə malikdir. Əxlaq alimləri təqvanın 3 mərtəbəsini bizə tanıtmışdılar ki, onlara işarə edək:
1. Nəfsi cəhənnəm əzabından qorumaq. Bu mərtəbə saleh əməl yerinə yetirmək, haramları tərk etmək, düzgün əqidəyə malik olmaqla hasil olar.
2. Təqvanın ikinci mərtəbəsi budur ki, günahları tərk etməklə yanaşı, şübhəli və məkruh əməllərdən də uzaq olmaq lazımdır.
3. Təqvanın üçüncü mərtəbəsi budur ki, bədən üzvlərini haramdan saxlamaqla yanaşı, qəlbi şübhəli və məkruh əməllərdən də qorumaq lazımdır.


Həzrət Peyğəmbər (s) ürəkoxşayan nəsihətlərində hansı tapşırıqları verir?


Rəsuli-Əkrəmdən (s) ürəkoxşayan moizələr: Camaatın malından tamahını çək ki, səni sevsinlər, dünyadan meylini çək ki, Allah səni sevsin. Dünyada qərib və qonaq kimi yaşa və özünü ölənlərin sırasında bil. O şeyə ki arxayın deyilsən onu boşla və daha etibarlı mətləbi öyrənməyə çalış. Din qardaşınla zalım da olsa, məzlum da olsa dostluq et. (Zalımın zülmünün qarşısını al, məzluma isə arxa dur.) Yer əhlinə rəhm et ki, göy əhli də sənə rəhm etsin. Mülayim ol ki, sənə qarşı da mülayim olsunlar. Həvəslə dəstəmaz al ki, ömrün uzansın. Öz ev əhlinə (ailə üvlərinə) salam ver ki, evinin bərəkəti artsın. Nə qədər bacarırsan xahiş və təmənna etməkdən çəkin. Haqq acı olsa da onu söyləməkdən çəkinmə. Harada olsan Allahdan qorx...


İmam Mehdinin doğulması haqda hədislər zəifdirmi?


İmam Mehdinin (ə.c) dünyaya gəlişi hədisləri qəbul edilir. Bir neçə dəlillərə əsasən:
1. İmam Mehdinin dünyaya gəlişi ilə bağlı əlimizə çatan hədislərin arasında doğru sənədlilərinin olması bu məsələnin təsdiq tapması üçün kifayətdir. Bu, şiə və sünni hədis alimləri arasında qəbul edilmiş bir metoddur (\"Silsilətul-əhadisus-səhihə\", c.4, səh.358).
2. Əhli-beyt ardıcıllarının nəzərinə görə təsdiqini tapmış və ağılın qəti surətdə qəbul etdiyi ideoloji və sxolastik (kəlam) məsələlər barəsində olan hədislərin raviləri barədə \"cərh və tədil\" aparılmamış və buna ehtiyac da duyulmamışdır. Məhdəviyyət mövzusunu da buna aid edə bilərik.
3. Həzrət Mehdinin (ə.f) doğulması barədə uyğun, qismən uyğun və ya impilikativ dəlilləri olan (mütabiq, təzəmmün və iltizami dəlil) hədislər kifayət edəcək təvatür həddini keçmişdir. Yəqin ifadə etdiyinə görə sənədin yoxlanılmasına ehtiyac qalmır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter