İnsanın qəlbini təsir altında saxlayan iki mühüm amil hansılardır?


İnsanın qəlbini təsir altında saxlayan iki mühüm amil hansılardır? O iki şeyin birincisi təfəkkürdür. Təfəkkür elə bir nemətdir ki, yalnız insana məxsusdur. İnsan bu güclə Allahını dərk edir, bu güclə düşünür, elm kəsb edir, təbiətlə mübarizə aparır, özünü idarə edir, həyasını qoruyur, namusunu qoruyur. Bir sözlə təfəkkür əvəz olunmaz bir ilahi nemətdir. İnsanın bütün işləri onun təfəkkür “süzgəcindən” keçir. Hər bir əməl təfəkkürün məhsuludur. İnsan fikirləşir sonra əməl edir. Bu gün cəmiyyətimizin ictimai, əxlaqi fəsada getməsi, milli, dini dəyərlərimizin aradan itməsi, torpağlarınızın əldən getməsi də təfəkkür və dayaz düşüncəmizin məhsuludur.
İkincisi isə əməldir ki, birbaşa qəlbə təsir edir. İnsanın gördüyü işlər onda təsir qoyur. Yaxşı əməl müsbət təsir, pis əməl isə mənfi təsir qoyub qəlbi bərbad edir. Təbii ki, bərbad, xəbis qəlbdən də ardınca pis işlər gələr...


Məsumlar nəyə görə sədəqəni pərdə arxasından və şəxsin üzünü görmədən veriblər?


Məsumlar nəyə görə sədəqəni pərdə arxasından və şəxsin üzünü görmədən veriblər? Allah Rəsulu (s) buyurub: Xeyir işini gizlədən hər bir kəsin hədiyyəsi yetmiş həcc ziyarətinə bərabərdir. Bir nəfər İmam Rizanın (ə) yanına gəlib kömək etməsini istədi! Həcc ziyarətində varını əldən verdiyi söyləyərək sözünə başladı... İmam (ə) buyurdu: Bu pulları al və yol xərclərinə istifadə et. Bizim adımızdan da sədəqə verməyin lazım deyil. Götür və vətəninə get. Nə mən səni, nə də sən məni müşahidə etməyəsən. Qonağ pulu alıb təşəkkür edib getdi. İmamın (ə) pulu pərdə arxasından verməsinin və belə deməsinin səbəbini soruşdum. O həzrət (ə) buyurdu: Qoxdum ki,pulu alan vaxtı onun üzündəki sevinc və utancaqlığ hissini görəm. Allah Rəsulu (s) buyurub: Xeyir işini gizlədən hər bir kəsin hədiyyəsi (savabı) yetmiş həcc ziyarətinə bərabərdir.(Səfinətun Nicat. Cild-1. Səh-41 və 418)...


Şeytan nə zaman acizliyini qəbul etdi və ağladı?


Şeytan nə zaman acizliyini qəbul etdi və ağladı? İmam Sadiq (ə) buyurub: Səbr, yaxşılıq, xoş rəftar və xoş xasiyyət peyğəmbərlərin xüsusiyyətlərindəndir. -Bir kəs müsafir olsa da dörd müqəddəs məkanda namazını bütöv qıla bilər: Məkkədə, Mədinədə, Həzrət Əlinin (ə) hərəmində (Məqsəd Kufə məscididir) və İmam Hüseynin (ə) hərəmində.
-Quranın vacibi səcdə ayəsi olan surələri dörddür: Ələq, Nəcm, Fussilət və Səcdə.
-Şeytan dörd dəfə nalə və fəryad edib: Lənət olunduğu gün, Adəmin (ə) yerə gəldiyi gün, Məhəmmədin (s) besət günü (Peyğəmbərliyə seçildiyi gün) və “Həmd” surəsi nazil olan vaxt. İki dəfə də lovğalanmışdır: Adəm ağacdan meyvə yeyən və behiştdən qovulan zaman...


Həzrət Adəmin (ə) övladına 5 nəsihəti nələr haqda idi?


Həzrət Adəmin (ə) övladına 5 nəsihəti nələr haqda idi? Həzrət Adəm (ə) oğlu Şeysə beş nəsihət verir. Ona əmr edir ki, bu nəsihətləri övladlarına da versin.
1. Dünyaya əmin olmayın ki, mən cavidan behiştə əmin oldum, Allah bu əminliyi bəyənmədi və məni çıxartdı.
2. Qadınların rəyi ilə rəftar etməyin ki, mən qadının meylinə əməl etdim, ağacdan yedim və peşman oldum.
3. Hər nə iş görmək istəsəniz, əvvəl aqibətinə baxın ki, mən əgər aqibəti düşünən olsaydım, bu müsibətə düçar olmazdım...


Dualarda Allahdan nə istəyək?


Dualarda Allahdan nə istəyək? İnsan öz həyatının hər bir sahəsində Allaha möhtacdır. Hər nə varsa – Allahdandır. Qüdsi hədisdə oxuyuruq: “Allah Musaya (ə) buyurur: “Hər nəyə ehtiyacın vardırsa, Məndən istə, hətta qoyunun otuna və yeməyin duzuna qədər”. Bəs Qadir Allahdan nə istəyək? Qurani-Kərim bizə Allahdan nələri istəyəcəyimiz sahəsində yardım edir və bizə tövsiyələr verir: 1. Siratül-müstəqim yoluna hidayət olmağımızı. “Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et!”. (“Fatihə” 6). 2. Müstəqim yolunda qalmağı dua etmək. “Və de: «Ey Rəbbim, məni (hər bir işin icrasına) haqq və doğruluqla daxil et və haqq və doğruluqla çıxart və Öz tərəfindən mənə Sənin tərəfindən kömək edilmiş və (işlərimdə mənə) kömək edən bir hökmranlıq ver!»”. (“İsra” 80)...


İmama (ə.f) təvəssül etməklə ölümdən nicat tapdı!


O zaman ki, məmurlar Abbasəli Hacı Mömini tutub həbs etdilər, onu edama məhkim etdilər. Atası çox pərişan və ümidsiz oldu. Mərhum Hacı Mömin ona deyir: “Məyus olma. Bu gün bütün işlər on ikinci İmamın (ə.f) əmri altındadır. Bu gecə cümə gecəsidir və o Həzrətə (ə.f) təvəssül edək. Allah qadirdir ki, o Həzrətin (ə.f) bərəkəti ilə oğluna nicat versin”. O gecəni Hacı Mömin, atası, anası əhya saxlayır və namaz qılıb, Həzrətə təvəssül edirlər. Həzrətin ziyarətini oxumaqla məşğul olurlar.
Gecənin sonunda burunlarına qəribə müşk iyi dəyir. Həzrətin (ə.f) nurlu camalını müşahidə edirlər. İmam (ə.f) buyurur: “Sizin duanız yerinə yetdi. Allah oğluna nicat verdi və sabah mənzilə qayıdacaqdır”...


Əməlimiz harada ləngiyir ki, kamala aparmır?


Əməlimiz harada ləngiyir ki, kamala aparmır? Əməllərimiz harada ləngiyir? İnsanın hər bir əməlinin zahiri və batini vardır. Əməlin zahiri – insanın hərəkətlə yerinə yetirdiyi həmin əməldir. Batini isə əməlin əslidir ki, insanın batinini kamala doğru hərəkət etdirər. Necə ki, insan ruhu bədəni olmadan eyniyyət əldə edə bilmir, eləcə də insan əməlinin batini olmadan insanı kamala çatdırmır. Necə ki, insan bədənə malik olmadan insan adlanılmır, eləcə də əməllər də o cürdür. Əgər ibadət batini hərəkət olmadan yerinə yetərsə, mənasız və təsirsiz olar. Ona görə də zahiri hərəkəti batini hərəkət olmadan əməl adlandırmaq olmaz. Allah Təala Quranda insanı oruca dəvət edir. Oruc ibadəti də başqa ibadətlər kimi, həm zahirə və həm də batinə malikdir. Orucun zahiri – sübh namazından başlayaraq məğrib azanınadək içmək və yeməkdən çəkinməkdir. Batini isə bütün haram və məkruhlardan uzaq olmaqdır. Bəzi əməllər vardır ki, insanın orucunun zahirini batil edər. Hz Peyğəmbər (s) buyurur: “O şey ki, orucu aradan aparar – yalandır”...


Həzrət Nuhun (ə) ömrünün uzun olmasının sirri nədə idi?


Həzrət Nuhun (ə) ömrünün uzun olmasının sirri bundadır ki, Allah onun qövmünə bəla nazil etmək istəyəndə, Ruhul-əmini Cəbrayili (ə) yeddi dənə bitki toxumu ilə Nuha (ə) tərəf göndərir. Cəbrayil (ə) buyurur: “Ey Allahın peyğəmbəri! Allah Təala buyurur: “Bunlar mənim bəndələrim və məxluqlarımdır. Mən öz bəlalarımı onlara göndərmərəm, məgər o halda ki, əvvəl dəvətimdə təkid edərəm və hüccətimi onlara tamamlayaram. Ona görə də qayıt və qövmünü yenə dəvət et. Mən sənin haqlı olduğunu onlara göstərərəm. Bu dənələri də yer üzərində ək. O zaman ki, bu dənələr cücərər və meyvə verər, sənin xilasını hazır edəcəkdir. Bu mövzunu səninlə olan möminlərə xəbər ver””.
Həzrət Nuh (ə) onları əkir. O zaman ki, onlar torpaqda cücərir və böyüyür, budaq atır və çüçəklənir, meyvələri zahir olur. Uzun bir müddətdən sonra Allah Nuha (ə) əmr edir ki, o ağacın toxumlarını əksin və səbir etsin...


Ğina oxunan evdə edilən dualar qəbul olmaz, mələklər o evə daxil olmaz!


Haram musiq, ğina o mövzulardandır ki, Qurani-Kərim ona işarə etmişdir. Belə ki, oxuyuruq: “İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri satın alar. Onların rüsvayedici bir əzabı olacaqdır”. (Loğman/6). İslam dinində o müsiqi ki, haram məclislərinə uyğun olar, haram sayılır. Başqa bir ayədə oxuyuruq: “Əyri söz(lər)dən uzaq olun”. (Həcc/30) İmam Sadiq (ə) qonşusunun avaz səsinə qulaq asan bir səhabəsinə buyurur: “Tövbə qüslü al və bacardığın qədər namaz qıl. Əgər bu halla ölsəydin, necə də pis olardı. Pis işi əhli üçün qoy, çünki hər şeyin öz əhli vardır”... İmam Sadiq (ə) buyurur: “O evdəki ğina olar, ölüm və ağrılı əzabdan amanda deyildir. Orada edilən dualar qəbul olmaz, mələklər ora daxil olmaz”.


Qadınlar necə asanlıqla xeyir aqibətli ola bilər?


Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir qadın yoxdur ki, ərinə bir qurtum su içizdirsin, məgər o halda ki, bu əməl onun üçün bir il gündüzləri oruc tutub, gecələri ibadətlə keçirtməkdən daha yaxşıdır. Allah ərinə içizdirdiyi hər qurtuma görə behiştdə onun üçün şəhər salar və 60 günahını bağışlayar”...
Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, qadının aqibətinin xeyirli olması üçün ərinə yaxşı həyat yoldaşı olması və ona yardım etməsi – zəruri amillərdəndir. Ərinə nəinki yar, həyat sırdaşı və yoldaşı olmalıdır, onun həyat yükünü yüngəlləşdirməlidir. Qəlbində olan qəmi aradan aparıb, ona həmdərd olmalıdır. Ərinə ruhiyyə verib, yorğunluğunu aradan aparmalıdır. Onunla xoşəxlaq və mülayim olmalıdır. Əri əgər ondan razı olarsa, o zaman aqibətinin xeyirli olmasına ümid bəsləyə bilər...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter