Həzrəti İbrahim (ə) övladlarının haqqında hansı xeyir duanı etdi?!


Quran, İbrahim surəsinin 14-cü ayəsində Həzrət İbrahimin (ə) dilindən belə zikr edir: Rəbbic-əlni muqiməs-səlati və min zurriyyətii Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Quran, bu ayədə bir neçə mühüm mətləbi önə çəkir ki, bunlara namazın əhəmiyyətini, övlad tərbiyyəsini, namazın insanın özündə və gələcək nəslində mühüm təsirə malik olmasını qeyd etmək olar. Ən əsası isə bütün bu nailiyyətlərdə insanın Rəbbinə möhtac olmasıdır. Bu səbəbdən ayənin davamında buyrulur: Rəbbənə təqəbbəl dua – Allahım duamızı qəbul et!


Din nədir sualına Allahın peyğəmbərindən (s) gözəl cavab nə oldu?!


... Qurani Kərim, yalnız imanını, etiqadını, səbrini birləşdirib özünü əxlaq və davranış mərhələsində təsdiq edən kəsləri Allahın rizasını qazanan və ziyandan xilas olmuşlardan hesab edir. Çünki imanın göstəricisi əməl və gözəl əxlaqdır. Saleh əməl və gözəl əxlaq iman əsasında olarsa, o zaman insan iman gətirən və dini yaşayan insan hesab olunur. Səhabələrdən biri, Peyğəmbərin (s) qarşısında dayanıb “din nədir?” deyə sual verir. Peyğəmbar (s) buyurur: \"Husnul-xulq! Həmin səhabə o Həzrətin sağ tərəfinə keçib həmin sualı bir daha verir: Din nədir ey Allahın rəsulu (s)? \"Husnul-xulq! Səhabə bir daha Həzrətin (s) sol tərəfinə keçib soruşur: Din nədir, ey Allahın peyğəmbəri (s)? -Husnul-xulq! Deyə peyğəmbər bir daha cavab verir. (Biharul-ənvar)


Qiyamət günü insanın əlləri şahidlik edəcək sözü necə başa düşülür?


... Quran bu məsələyə işarə edərək buyurur: “Haqqında məlumatın olmadığı bir işin dalınca olma! Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır”. (İsra-36)
Quran bu ayədə qulağı, göz və qəlbi nümunə çəkir. Digər ayələrdə də buna bənzər nümunələr gətirir, insanın bütün əzalarının danışaraq şəhadət verəcəyini zikr edir:
“Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər”. (Yasin-65)
Quran bu kimi ayələrlə insanı həm təhdid edir, həm də onu agahlığa dəvət edir. Allahın əmrindən çıxan insan düşünməsin ki, şahidi yoxdur!


İmam Hüseyn (ə) səhabələrini fərqləndirən 6 xüsusiyyət hansılardır?


İmam Hüseynlə (ə) çiyin-çiyinə vuruşan səhabələrin sayı az olsa da, onların malik olduğu sifətlər hər kəsdə tapılmaz. Bu, elə sifətlərdir ki, onların adını tarixə həkk etmiş və başqa şəhidlərdən üstün etmişdir.
1. Ən yaxşı dost idilər. O zaman ki, Tasua gecəsi gəlib çatır, İmam (ə) əmr edir ki, çıraqları söndürsünlər və hər kim ki, bu döyüşdə iştirak etmək istəmir – çıxıb getsin. İşıqları yandıran zaman İmamın (ə) ancaq ən yaxın dostları yanında qalır. Ona görə də İmam (ə) buyurur: “Mən öz dostlarımdan daha yaxşı olanının sorağını almamışam”.
2. Yəqinlik qalasına qalxanlar. İmamın (ə) bu yaxın səhabələri kor-koranə deyil, məhz elm və agahlıq üzərindən İmama (ə) etiqad bəsləyir və onun ardınca gedirdilər. Çünki onlar yəqinlik dərəcəsinə çatmış insanlar idilər. Onlar öləcəklərini bilsələr də, bu yolda tərəddüd etmir və irəli gedirdilər...


Aşurada hamı şəhid oldusa, Kərbəla hadisəsini dünyaya kimlər bəyan etmişdir?


... Bu faciəni nəql edən simalar ilə tanış olaq:
1. İlk növbədə - İmam Səccad (ə) və Həzrət Zeynəb (s.ə). O zaman 4 yaşı olan İmam Baqir (ə) də bu hadisəni nəql edən Məsumlar (ə) sırasındadır.
2. Həmid ibni Müslim Əzədi. Bu şəxs Ubeydullah ibn Ziyad (lən) ordusunun hadisələrini yazan şəxs olmuşdur. Nəql edilir ki, bu şəxs İmam Səccadın (ə) qətl edilməsinin qarşısını alan insan olmuşdur. Ona görə də Muxtar Kufəni ələ keçirən zaman ona aman vermişdi.
3. Düşmən ordusunun cinayətkarları. Kərbəla hadisəsinin bir çox cinayətkarları Muxtarın qiyamından əvvəl etdikləri əməllər ilə fəxr edir və onu insanlara iftixarla nəql edirdilər. Muxtar bu insanların bir-bir sorağına gedib, onları qətl etmişdi.


Yüz min həsənəyə bərabər olan salavat necə deyilir?


İmam Baqir (ə) buyurur: “Hər kim cümə gününün əsr namazından sonra bu salavatı deyərsə, Allah Təala onun üçün yüz min həsənə yazar və onun yüz min günahını məhv edər. Yüz min hacətini yerinə yetirər və onu yüz min dərəcə yüksəldər.
«اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الْأَوْصِیَاءِالْمَرْضِیِّینَ بِأَفْضَلِ صَلَوَاتِکَ وَ بَارِکْ عَلَیْهِمْبِأَفْضَلِ بَرَکَاتِکَ وَ السَّلَامُ عَلَیْهِمْ وَ عَلَى أَرْوَاحِهِمْوَ أَجْسَادِهِمْ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَکَاتُهُ»
(“Allahım! Həzrət Muhəmmədə (s) və onun nəslinə salavat göndər! Onun bəyənilən canişinlərinə, ən üstün salavatları! Ən yaxşı bərəkətlərindən onlara əta et!


(Bağışlamağın) Əfv etməyin ən yaxşı forması hansıdır?


Quranın nəzərinə görə əfv etməyin üç dərəcəsi vardır ki, onlarla tanış olaq:
1. Birinci dərəcə odur ki, insan başqalarının pisliyini görər, ancaq Allaha xatir onu bağışlayar. (“Əraf” 198-199).
2. İkinci dərəcə odur ki, insan başqalarının pisliyini görməməzliyə vurar. Quran başqalarının zülm və pislini görməməyi “səf” adlandırmışdır. “Nur” 22
3. Üçüncü dərəcə odur ki, insan başqalarının pisliyi qarşısında, onlara yaxşılıq etsin. Bu dərəcə əvvəlki iki dərəcədən daha çətindir. (“Qəsəs” 54).


Niyə İmam Hüseynin (ə) qəbri altıguşəlidir?


... İmam Sadiq (ə) bu haqda buyurur: “İmam Hüseyni (ə) qərib öldürdülər. Onun üçün ağlayın. Hər kim onu ziyarət edər, qəmgin olar və o kəs ki, onu ziyarət edə bilməz və ürəyi yanar, oğlunu qəbrinin ayaqlarının aşağısında müşahidə edər”. Beləliklə, İmam Hüseyn (ə) zərihinə qoşulan kiçik zərih iki qəbir olduğu üçün, onun əlaməti olaraq, Əli Əkbər ağanın ehtiramına 6-guşəli bir zərih düzəldilmişdir. Əbdülrəzzaq Hüseyni, İmam Hüseynin (ə) zərihini belə təsvir edir: “İmam Hüseyn (ə) zərihi ibarətdir: Sandığa bənzəyən bir taxta yüksəklikdən ki, üzərində iki müşbək qərar tutur. Muşbək – deşikləri olan pəncərədir. Daxili müşbək bahalı poladdan, xarici müşbək isə ağ gümüşdən hazırlanmışdır. Xarici müşbəkə başqa bir muşbək qoşulmuşdur. Xarici müşbək İmam Hüseynə (ə) aiddir. Daxili müşbək isə atası ilə eyni gündə şəhid olan Əli Əkbərə aiddir”.


İmam Səccadın (ə) Kərbəladan sonra iki hədəfi nələr idi?


İmam Səccadın (ə) Aşura hadisəsi zamanı iki hədəfi olmuşdur: birincisi atasının qiyamınından sonra əldə olunanları qorumaq. Çünki bu qiyamın hədəfini təhrif etmək istəyənlərin sayı az deyildi. İkincisi isə Həzrət Muhəmməd (s) dinini yaymaq idi. Ona görə də İmam (ə) dua şəklində İslam maarifini yaymağa və mübarizə qüvvəsini gücləndirməyə çalışmışdır.
İmamın (ə) birinci hədəfi barəsində demək olar ki, İmam (ə) əziz bibisi Həzrət Zeynəb (s.ə) ilə birlikdə həm Kufədə, həm də Şamda insanları qəflətdən ayıltmağa çalışmışdı. Onların dediyi xütbələr bu qiyamın təsirini bir neçə qat artırmışdır. Onlar bu xütbələri ilə İslam ümmətini həqiqi düşmənlərini tanıtmış və insanları sünnətə qayıtmağa dəvət etmişdilər...


Hansı namaz mələklər tərəfindən 2 dəfə qeyd olunur?


Başqa hədisdə deyilir: “Əgər sübh namazı fəcrin əvvəlində iqamə olunarsa, gecə və gündüz mələklərinin hər ikisi onu qeyd edərlər”.
Dinimizdə hər bir şey öz vaxtı və yerində qərar verildiyi kimi, namazın da vaxtı müəyyən olunmuş və müsəlmanlara çatdırılmışdır. Namaz tək ibadətdir ki, Quran adı ilə bəyan edilir. Namazda Quranın tilavət olunması – onun əsil mehvəridir. Namazlar arasında sübh namazının xüsusi məqam və dərəcəsi vardır.
Hz Peyğəmbər (s) buyurur: “O zaman ki, günəş doğar, sanki şeytanın buynuzlarına doğar. Allahım mənə əmr etmişdir ki, günəş doğmazdan əvvəl və kafirin günəşə səcdə etməsindən əvvəl sübh namazı qılım ki, ümmətim Allah üçün səcdə etsin. Onu tez yerinə yetirmək Allah dərgahında daha sevimlidir. Bu, o namazdır ki, gecə və gündüz mələkləri ona şahid olarlar”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim sübh namazını camaatla qılarsa və sonra Günəş doğana qədər Allah zikri ilə məşğul olarsa, Allah behiştdə ona 70 dərəcə əta edər”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter