Quran ayəsinə əsasən həqiqi üstünlük bu əxlaqdan asılıdır?!


Quran Kərimin və hədislərin baxışına əsasən Təqva - Haramlardan qorunmaq və vaciblərə əhəmiyyətli yanaşmaq insanın həqiqi üstünlük ölçüsüdür!
\"Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız ən çox təqvalı olanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.\" (Hucurat, 13).
İzah: Çünki əxlaqi fəzilətlərə yiyələnmək istiqamətində ilk addım nəfsi qəbahətlərdən və günahlardan təmizləməkdir. Bu baxımdan təqvanı İslam ümmətinin bütün fərdi və ictimai əməllərinin təməli hesab etmək olar. Buna görə də yuxarıdakı ayə insanlara xatırladır ki, onların bir-birinə nisbətdə üstünlük və fəzilət meyarı güc, sərvət, rəng, irq və s. kimi zahiri və maddi imtiyazlar yox, təqva və Allah qorxusudur. Hədis: İmam Əli (ə): “Təvadan daha əziz hörmət yoxdur.” (Kafi, c. 8, səh. 19, hədis: 4).


İslam maarifinə əsasən Bəlanı dəf etməyin 6 yolu hansılardır?


Qarşıdan gələn bəlaları dəf etmək üçün nə edək?
1. Dua. İmam Əli (ə) buyurur: “Bəla dalğalarını daxil olmazdan əvvəl dua ilə dəf edin”.
2. Sədəqə. Həzrət Peyğəmbər (s) buyurur: “Sədəqə bəlanı aradan aparar və ən təsirli dərmanlardandır. Həmçinin qəti qəzanı geri qaytarar. Dərd və xəstəlikləri dua və sədəqədən başqası aradan aparmaz”.
3. Sileyi-rəhm. İmam Əli (ə) buyurur: “Sədəqə və sileyi-rəhm ilə günahlarınızı pak edin və özünüzü Allahın məhbubu edin”. “Sileyi-rəhm evləri abad, ömürləri uzun, Qiyamət hesabını asan edər və pis, vaxtsız ölümü uzaqlaşdırar”.


Gözəl və pis əxlaqı ölçmək üçün sadə meyar hansıdır?!


Əxlaqın bəzi sifətləri fəzilətli, bəziləri isə rəzildir. Əxlaqın gözəl və ya pis olmasını müəyyən etmək üçün müxtəlif yollar təklif olunmuşdur.
Dinimiz buyurur ki, o sifət ki, sənin təkamül etməyinə yardım edər, o, fəzilətli sifətdir. O sifətlər ki, səni insanlıqdan süqut etdirir, o, rəzil sifətdir.
İmam Hüseynə (ə) sual verirlər ki, insanın kəramət və fəziləti nədədir? Həzrət (ə) buyurur: “Dilinə nəzarət etməsində və səxavətli olmasındadır”.
Sual verirlər ki, bəs insanın nöqsanı nədədir? Buyurur: “Özünü faydalı olmayan şeylərə məcbur etməsindədir”.


Dünyada xoşbəxtlik və izzətlilik üçün hansı 3 şeyi dərk etməliyik?!


Övliyaların nəsihətlərindən: “Ey insanlar! Bilin ki, dünya üç şeyə görə rəğbət edilməldir: izzət üçün, ehtiyacsızlıq üçün, rahatlıq üçün. O kəs ki, qənaət edər, davamlı olaraq əziz olar. O kəs ki, dünya məsələrinə qarşı rəğbət göstərməz və istəkləri, meyilləri olmaz – həmişə ehtiyacsız olar. O kəs ki, dünyaya çatmaq üçün səylərini az edərsə, rahat olar”. Hz Peyğəmbər (s) buyurur: “Bir şey vardır ki, hər kəs məndən qəbul edərsə, behişti onun üçün qəbul edərəm”. Suban deyir: “Mən qəbul edirəm”. Həzrət (s) buyurur: “Heç kəsdən heç nə istəmə. O şeyin ki, var – ona qane ol”...


İslam maarifinə əsasən həqiqi ehtiyacsızlıq nədir?


İnsanların əksər hissəsinin nəzərinə görə, ehtiyacsız olmağın əsil yolu – mal və sərvət toplamaqdadır. Halbuki, zənginlərin bir çoxu yoxsul insanlar kimi yaşayırlar. Davamlı olaraq mallarının az olmasından danışarlar. Buradan məlum olur ki, sərvətin çoxluğu insanın ehtiyacsız olmasının meyarı ola bilməz. Əslində insanı ehtiyacsız edən meyar – insanın nəfsinin zəngin və razı durumda olmasıdır.
Həzrət Peyğəmbər (s) buyurur: “Ehtiyacsızlıq malın çoxluğu ilə deyildir. Həqiqi ehtiyacsızlıq – nəfsin ehtiyacsızlığıdır”.
İmam Rza (ə) buyurur: “Hər kim ruzisinin az olmasına görə Allahdan razı olarsa, Allah da onun az əməlindən razı olar”.


Hacəti olan, bu surəni xüsusi qayda ilə oxusun!


Din alimlərinin nəzərinə görə, hacətlərin yerinə yetməsi üçün “Vaqiə” surəsinin xüsusi yolla oxunmasının çox böyük təsiri vardır. Belə ki, Məsumların (ə) tövsiyə etdiyinə görə, bu surənin xətm olunduğu gün – Qəməri ayının ilk günü ki, bazar ertəsinə təsadüf edir, o gündə xətm olunmalıdır.
Bu surə 14 gün oxunulur. Oxumaq qaydası belədir ki, birinci gün hacətini tutub, bu surəni bir dəfə oxuyursan. İkinci gün isə iki dəfə, üçüncü gün üç dəfə oxuyursan. Beləliklə 14-cü gün bu surəni 14 dəfə oxuyursan. Bu surələr gün ərzində oxuna bilər. Bu surənin oxunmasının bir çox fəziləti vardır ki, onlarla tanış olaq: ...


Cümə namazında niyə 2 qunut tutulur?


İmam Sadiq (ə) bu haqda buyurur: “Bütün namazlarda qunutlar rükudan əvvəl olur. Cümə namazından başqa ki, birinci qunutu rükudan əvvəldir, ikinci qunutu isə rükudan sonradır”. Niyə cümə namazında iki qunut tutulur?Bəli, bu iki qunut cümə namazını başqa namazlardan fərqləndirir və əhkama yenilik qatır. Bu qunutların iki üstünlüyü vardır:
1. İnsanlar üçün yeni bir əməl olduğu üçün onu fərqli halla yerinə yetirirlər.
2. Onlara xatırladır ki, bu ibadət başqa ibadətlərdən daha üstündür.
İnsan hər nə qədər cümə namazını unutsa, bir şeyi yadda saxlayar ki, onun qılınma qaydası başqalarından fərqlidir. Bu namaz – adi namaz deyildir.


Camaat namazında iştirak etmək üçün hansı 6 mühüm nöqtəyə diqqət etmək lazımdır?


Həzrət Peyğəmbər (s) namazdan sonra mənə buyurdu: “Niyə camaat namazında iştirak etmədin?”. Dedim: “Bilmirdim ki, siz hələ namaz qılırsınız. Ona görə də namazı evdə qılmışdım”. Həzrət (s) buyurdu: “Yenə də camaatla qıl, baxmayaraq ki, evdə qılsan belə”. Camaat namazında iştirak etmək üçün 6 mühüm nöqtə:
1. Camaat namazında iştirak etmək hamı üçün müstəhəbdir, xüsusilə də məscidlə qonşu olanlar üçün.
2. Müstəhəbdir ki, insan səbir etsin və namazını camaatla qılsın.
3. Camaat namazı əvvəl vaxtda qılınmasa da, əvvəl vaxtda qılınan fərdi namazdan daha yaxşıdır.
4. Qısa qılınan camaat namazı, uzun qılınan fərdi namazdan daha yaxşıdır...


Kərbəlada ZEYNƏBİ ÜZƏN XƏBƏR hansı hadisədən ibarət idi?


İmam Səccad (ə) buyurur: Atam şəhid olan günün gecəsi mən xəstə idim. Bibim Zeynəb mənimlə məşğul idi. Atam öz xeyməsinə getdi. Əbuzərin azad etdiyi qul Con onun yanında qılıncını tə`mir edirdi. Atam neçə dəfə bu şe`ri oxuyurdu: «Ey ruzigar bezmişəm səndən. Sən nə pis dostsan! nə vaxtacan səhər və axşam qanına qəltan olmuş (insan) arzu edəcəksən? Ruzigar heç kimi başqasının yerinə qəbul etmir. ölüm Allahın əlindədir və hamı ölüm yolu keçəcəkdir.» ...
İmam Hüseyn (ə) Zeynəbə baxıb buyurdu: «Əziz bacım! Sə`y et ki, Şeytan səbrini əlindən almasın.» Sonra isə gözləri dolmuş halda bu məsəli dedi: «Əgər ovçu Qəta quşunu rahat qoysaydı, yuvasında yatardı.» (Yə`ni düşmən bizdən əl çəkməyəcək.) Sonra bibim dilləndi: «Bizi daha çox ağrıdan odur ki, sənin üçün çıxış yolu olmaya və çarəsiz ölüm şərbətini içəsən.» Bunu deyəndən sonra o, huşunu itirib yerə yıxıldı.


Günahlardan tövbə etmək dedikdə həqiqət olaraq nə başa düşülür?!


Rəbbin firavan rəhməti və əfvi: \"Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram.\"(Taha, 82).
Əxlaqi inkişaf amillərindən biri də tövbə və Allaha qayıtmaqdır. Tövbənin həqiqi mənası nəfsdən Allaha doğru hicrət etməkdir. Əxlaq alimləri tövbəni nəfsi saflaşdırmaq istiqamətində ilk addım hesab etmişlər. Çünki qəlbi şeytani düşüncələrdən təmizləmək nəfsi ruhani fəzilətlərlə bəzəməkdən öndə gəlir. Bəzilərinin inancının əksinə olaraq, tövbə yalnız günahdan qayıtmaq deyil. Hətta peyğəmbərlər və Allahın xüsusi övliyaları da tövbənin və Allaha qayıdışın ən yüksək mərtəbəsinə sahib olmuşlar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter