İmam Hüseynin (ə) Kərbəlada kömək istəməsi əslində nəyi çatdırır?


... məlum olur ki, “Mənə kömək edən varmı?” cümləsində məqsəd İmam Hüseynin (ə) özünə görə deyildi. Həzrəti Hüseynin (ə) həmin sözünü iki cür məna etmək ən doğrusu olardı:
1.Özünü küfr bataqlığından xilas etmək istəyən bir kimsə varmı ki, ona əl uzadıb oradan çıxarım?
2. İmam Hüseynin (ə) oradakıları ilahi əhkama, ilahi əmr və qadağanlara olduğu kimi riayət etməsinə səsləməsidir. Onları Allahın dinini qorumasına səsləməsidir. Çünki o həzrət özü də Yezid tərəfindən qurudulmaqda olan tövhid ağacını öz qanı ilə sulayıb, ona həyat vermək üçün bu müqəddəs yola çıxmışdır.
Çox təəssüf ki bəzən o sözlər İmam Hüseynin (ə) yardım istəməsi ya yardım toplaması kimi izah olunur və İmam Hüseyni yazıq, fağır, kömək diləyən və sair kimi mənfi və ona yaraşmayan söz və sifətlər ona aid edilir. Biz Həzrəti Hüseynin (ə) bu cümləsini “Muhəmməd” surəsinin 7-ci ayəsində olan kömək kimi anlamalıyıq...


Aşura gününün yeganə qadın şəhidi – Fədakar ana?!


Ummu Vəhəb Aşura günü birinci oğlunu, sonra isə Abdullahı itirir. Oğlu birinci dəfə meydana girib bir dövrə düşmənlə çarpışıb geri qayıdır və anasına deyir: Məndən razısanmı? Ummu Vəhəb cavab verir: Mən səndən o vaxt razı olaram ki, Hüseyn ibn Əlinin (ə) qarşısında şəhid olasan. Beləcə oğlu geri dönür və şəhid olur. Qəhrəman qadın oğlunun ardınca həyat yoldaşı Abdullahı itirir. Abdullah meydana girəndə Ummu Vəhəb əlinə böyük bir ağac alıb həyat yoldaşının köməyinə gedir və onu tək qoymayacağını bildirir. Hadisəni müşayiət edən İmam (ə) ona səslənir: -Ey Ummu Vəhəb Allah sənə xeyir versin. Geri qadınların yanına qayıt. Orada dayan. Cihad qadınlara vacib deyil. Ummu Vəhəb geri qadınların yanına qayıdır. Abdullah meydanda şəhid olanda o cəsur qadın həyat yoldaşının yanına gedir və onun başının üstündə oturub, üzünün qanını silir. Bunu görən məlun Şimr öz nökərinə əmr edir ki, qadını vursun. Qulam gedib Ummu Vəhəbin başından vurub öldürür.


Həzrət Hüseynin (ə) qətlində daha kimlər şərikdir?


Sual – Seyyiduş-şühada İmam Hüseynin (ə) qətlində tək Yezid günahkardır, yoxsa Muaviyyə və onun bütün dəstəkçiləri bu işdə şərikdirlər?
Cavab: Həzrət Hüseynin (ə) qətlində Yezid ibn Muaviyyə, Muaviyyə ibn Əbu Süfyan, bütün onların yolu ilə gedən, onlara tabe olanlar, bu işə razı olanlar, Əhli-beytin (ə) məqamını əllərindən alanlar hamısı şərikdir. Bu istər əvvəlkilərdən olsun, istər sonrakılardan. Hətta bu işə razı olanlar belə...
Bunu təsdiq edən kifayət qədər hədis vardır. Allahın rəsulu (s) bu barədə buyurub: “Kim bir dəstəni sevərsə qiyamətdə onlarla birgə olar. Kim bir dəstənin əməlinə rəğbətli (razı) olarsa, həmin adam o əmələ şərikdir”...


İmam Sadiqin (ə) verdiyi 2 sadə nəsihət bu insanı dövlətli etdi!


Məkkəyə yollandım və ziyarəti yerinə yetirəndən sonra Mədinəyə getdim. Həzrət İmam Sadiqin (ə) xidmətində oldum. Həmin gün İmamın (ə) evində çox insan var idi və bir kənarda əyləşib gözlədim. Otaq xəlvət olan zaman İmam (ə) üzünü mənə çevirib buyurdu: “Mənimlə işin vardır?”
Dedim: “Mən Əbdülrəhman Siyabəyəm”. Həzrət (ə) məndən soruşdu: “Atan nə iş görür?”. Dedim: “O, dünyadan getmişdir”. İmam (ə) çox narahat oldu. Atama rəhmət oxudu və ona görə dua etdi. Məndən soruşdu: “Atan sənə irs qoyubdurmu?”. Dedim: “Xeyr”. Soruşdu: “Bəs Məkkəyə necə gəlmisən?”. Mən atamın dostunun mənə etdiyi yaxşılığı danışdım və hələ sözüm bitməmişdi ki, buyurdu: “O şəxsin min dirhəm əmanətini nə etdin?”. Dedim: “Qaytardım”. İmam (ə) sevincli halda buyurdu: “Əhsən sənə. Sənə nəsihət verimmi?”. Dedim: “Buyurun”. İmam (ə) buyurdu: “Düz danış və əmanətə vəfa et ki, bu zaman insanların malına şərik olarsan”.


Niyə İmam Səccad (ə) Kərbəlada vuruşmadı?


Şeyx Mufid Həmid ibni Müslimdən nəql edir: “Sonra Əli ibni Hüseynə (ə) çatdım ki, yatağa yıxılmış və çox xəstə idi. Bir dəstə piyada qılıncla gəlib çatdı. Onlar Şimrə (lən) dedilər ki, bu xəstəni öldürməyək. Mən dedim: “Sübhənallah, xəstəliyi onun işini görəcəkdir. (Yəni, xəstəlikdən öləcəkdir)”. Bu sözləri deyərək, onu öldürməkdən çəkindirdim”. Həzrət Səccadın (ə) Kərbəlada belə bir şiddətli xəstəliyə düçar olmasının səbəbi İlahi təqdirə görə idi (yəni İmamət nuru davam etsin!) ki, ölümdən amanda qala bilsin. O, bu hadisədən sonra şəfa tapdı.


Üç Məsum İmamın (ə) müştərək vəsiyyətlərində hansı günahdan çəkinməyi tapşırdılar?!


İmam Baqir (ə) buyurur: “O zaman ki, atam İmam Səccadın (ə) şəhadəti yaxınlaşdı, məni sinəsinə sıxdı və sonra buyurdu: “Oğlum! Sənə o vəsiyyəti edirəm ki, atam İmam Hüseyn (ə) şəhadəti zamanı mənə buyurmuşdu. Atası Əmirəl-möminin (ə) də ona etmişdi”. Buyurdu: “Allahdan savayı yavəri olmayan insana zülm etməkdən çəkin”.


İmam Hüseynin (ə) bəşəriyyətə verdiyi hansı 6 dəyərli dərs vardır?


İmam Hüseyn (ə) hər bir Məsum İmam (ə) kimi bizlərə dəyərli dərslər və ibrətlər vermişdir. İmamın (ə) bizə verdiyi altı ibrətli dərsi ilə tanış olaq:
1. Aşura günü haqq ordusu ilə batil ordusu vuruşurdu. Əziz İmam Hüseyn (ə) əvvəldən axıradək haqqı bəyan edir və batili ifşa edirdi. İmamın (ə) bəzi buyuruşlarına diqqət edək: «Heyhat, zillət bizdən çox-çox uzaqdır». Düşmən qoşunundan bəzisi İmam Hüseynin (ə) şəhid olmasını güman edib, xeymələrə hücum etmək istədikdə, İmam (ə) fəryad edib buyurdu: “Əgər dininiz yoxdursa və Qiyamətdən qorxmursunuzsa, heç olmasa azad kişi olun (dünyada qeyrətiniz olsun)”...


İmam Hüseynə (ə) əzadarlıq etməyin hansı 5 bərəkəti vardır?


Hədislərimiz Məsumlar (ə) üçün əza saxlamayı tövsiyə edir və bu əzadarlıqların faydalarını bəyan edirlər. Bu əzadarlıqlar Əhli-beyt (ə) məktəbinin qalıcı olması üçün mühüm amildir. Əzadarlıq məclisləri təşkil etməyin çox sayda bərəkəti vardır ki, onlardan bəzisinə işarə edək:
1. Günahların bağışlanması. Əzadarlığın ilk bərəkəti odur ki, insanın günahlarının bağışlanmasına səbəb olar. Hədislərdə oxuyuruq ki, hər kim İmam Hüseynin (ə) əza məclisinə daxil olar və əzadarlıq edər, onun günahları bağışlanar. Hətta Peyğəmbər (s) Əhli-beyt (ə) müsibətinə göz yaşı tökən insana behişti vacib bilmişdir.
2. Çoxlu savab. Hədislərdə oxuyuruq ki, İmam Hüseyn (ə) ziyarəti üçün həcc və ümrənin savabı bəyan olunur. Hətta bəzi hədislər buyurur ki, hər kim İmam Hüseyni (ə) ziyarət edər, sanki Allahı ərşində ziyarət etmiş kimi olar. Əlbəttə Allah cisim deyildir ki, Öz kürsüsündə əyləşsin. Allahın ərşi deyildikdə, Allahın yer üzərindəki hakimliyi nəzərdə tutulur. Bu hədislərə görə İmam Hüseyni (ə) uzaqdan və yaxından ziyarət etməyin savabı sanki Allahı ərşində ziyarət etməyin savabına bərabərdir...


Niyə İmam Hüseynə (ə) “Allahın qanı” deyirlər?


Cavabında deyə bilərik ki, Allah Təbarəkə və Təala maddi deyildir və onun bədəni olmadığı üçün, qanı da ola bilməz. Bu ibarə sadəcə bir bənzətmədir.
Yəni, necə ki, qan insan bədəni üçün həyati əhəmiyyət daşıyır, onun həyatını və ölümünü müəyyən edir, İmam Əli (ə) və oğlu İmam Hüseyn (ə) də dinimiz üçün bu cür əhəmiyyətə malikdirlər. Əgər Əli (ə) olmasaydı, İslam olmazdı. Əgər Hüseyn (ə) olmasaydı, Əhli-Beyt (ə) məktəbi qalmazdı. Ancaq İmam Hüseyn (ə) bu xüsusiyyətə malikdir. Atası Əli (ə) Sarəllah olsa da, ibni Sarihi deyildir. O zamana qədər ki, İmam Hüseynin (ə) eşqi qəlblərdə və adı dillərdədir, Allah unudulmaz və yada salınar. İmam (ə) bütün hər şeyini Allah yolunda fəda etdi. Zamanın riyakarlarının xar və zəlil simasını aşkar etdi. Üzlərindəki çirkin niqabı çıxartdı və nəbəvi İslamını insanlara tanıtdı. Ona görə də onun adı unudulmayınca, Allah da unudulmayacaqdır və daima zillərdə zikr olunacaqdır.


İmam Hüseynin (ə) əxlaqından bir neçə nöqtə (Namaz və mömini sevindirmək).


Namazdan sonra ən üstün iş möminin qəlbini şad etməkdir! İmam Hüseyndən (ə) belə nəql olunur: “Həzrət Peyğəmbər (s) buyurdu: “Namazdan sonra ən üstün iş möminin qəlbini şad etməkdir. Əlbəttə günah işlə yox!”
Bir gün İmam itlə oturub çörək yeyən qulam gördü. Səbəbini soruşdu. Qulam dedi: “Ey peyğəmbər oğlu, pərişanlığım var, istəyirəm bu iti sevindirib, qəmdən qurtaram. Dərdim budur ki, yəhudi ağamın əsarətindən qurtarmaq istəyirəm.” İmam Hüseyn (ə) qulamın ağasına iki yüz dinar verib onu azad etmək istədi. Qulamın ağası dedi: “Qulam sənə fəda olsun, bu bağı da ona bağışladım.” Sonra pulları həzrətə qaytarmaq istədi. İmam da buyurdu ki, mən də bu malı sənə bağışladım.” Ağa dedi: “Hədiyyəni qəbul etdim və onu da qulama verirəm.” Hüseyn (ə) də buyurdu ki, mən də qulamı azad edir və bu malları ona bağışlayıram.”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter