Bu 7 yaşlı adam kim idi ki, mömini belə heyrətə gətirdi?


Abdullah ibni Mübarək nəql edir: “Bir il həcc üçün Məkkəyə yollandım və yeddi yaşlı bir uşaq gördüm ki, miniyi olmadan karvanın yanında hərəkət edir. Ona dedim: “Bu uzun yolu nə ilə gedəcəksən?”. Dedi: “Mükafat verən Allahımla. Azuqəm – təqvadır və miniyim – iki ayaqlarımdır. Niyyətim – mənim mövlam olan Allahdır”. Bu sözləri bu yaşda uşaqdan eşitmək mənə təəccüblü gəldi və dedim: “Hansı tayfadansan?”. Dedi: “Haşimi”.
Dedim: “Haşimilərin hansı qolundansan?”. Dedi: “Ələvi Fatimiyyə”. Dedim: “Mənə bəhrəli şeir buyur: Buyurdu: “Biz behiştin Kövsər hovuzunun kənarında onun gözətçiləriyik. Onun suyunu daxil olanlara içizdiririk. O kəs ki, xilas olmaq tələbindədir, bu yol bizdən başqası ilə həyata keçməz. O kəsin ki, azuqəsi bizim dostluğumuzdur – heç bir zaman ziyan etməz”. Abdullah nəql edir: “Mən o uşağı Məkkəyə çatana qədər görmədim və həcc mərasimindən sonra Məkkənin ətrafına getmişdim. Bir dəstə insanı gördüm ki, bir şəxsi əhatəyə almışdır. İrəli getdim ki, görüm bu şəxs kimdir, gördüm ki, həmin uşaqdır”. Soruşdum: “O, kimdir?”. Dedilər: “Bu şəxs – Əli ibni Hüseyndir (ə)””.


Dualarımız niyə bəzən qəbul olunmur? Bu halda nə etməliyik?


Dua yəni: Bir növ yaxın dost kimi insan Allahla dərdləşər və arzularını, istəklərini Ona söyləyər. Ancaq çox təəssüf ki, bəzən etdiyimiz dualar nəticəsiz qalır və biz ümidimizi itirmirik, lakin dualarımız yerinə yetmir. Görəsən bunun səbəbi nədədir? Hədislərimiz duanın yerinə yetməsinə mane olan amillərin mövcud olduğunu söyləyir və onları bizə tanıdır ki, aradan qaldıra bilək.
1. Günah. Günah səbəb olur ki, insanın ismət pərdəsi cırılsın. Allah-Taala (c.c) buyurur: “Bəzən bəndə Məndən hacət istəyir və Mən onu yerinə yetirirəm. Ancaq o, günah edir, Mən də mələklərə buyururam ki, bu bəndə günahı vasitəsilə özünü Mənim qəzəbimə düçar etdi və özünü Mənim nemətimdən məhrum olmağa layiqli etdi. Bundan sonra istəyi ilə Mənim yanıma nail olmayacaqdır, məgər o halda ki, bəndəm olmağa boyun əysə”.
2. Haram maldan istifadə etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim haram tikə yeyər – 40 gecə namazı qəbul olmaz və 40 səhər duası həyata keçməz”.


Peyğəmbərimiz (s) yeməyi sağ əllə yeməyimizi istəmişdir?!


Peyğəmbəri-Əkrəm (s) başqa işlərdə olduğu kimi, yemək yeyəndə və su içəndə də Allahın adını çəkərdi. Həzrət (s) buyurur: “Yeməkdə əgər dörd xasiyyət olarsa, kamil olar: halal olar, ondan yeyən əllərin sayı çox olar, Bismillah kəlməsi ilə başlayar, həmdlə sonlanar”. Həzrətin (s) qarşısına yemək qoyulan zaman buyurardı: “Bismillah. Allah bunu şükür ediləsi nemətlərdən qərar ver ki, onun vasitəsilə behiştə çataq”. Ya da buyurardı: “Bismillah. Allah bizə verdiyin ruziyə bərəkət ver və onu davamlı et”.
Bu hədisdə maraqlı nöqtə odur ki, Peyğəmbəri-Əkrəm (s) yeməyə başlamamışdan qabaq əllərini qaldırar və dua edərdi. Həzrət (s) hətta su içən zaman belə Allahın adını çəkər və sonda da həmd edərdi. Suyu üç nəfəsə içərdi. Ona görə də üç Bismillah və üç dəfə də həmd deyərdi. Su içməyə başlayan zaman belə buyurardı: “Həmd olsun o Allaha ki, suyu yerə nazil edər. Allahın adı ilə ki, ən gözəl addır”...


Əziz Peyğəmbərimizin (s) gözəl əxlaqından bəzi nümunələr!


Həzrət Peyğəmbərin (s) gözəl əxlaqlarının siyahısını tutublar ki, onlardan bəzilərinə işarə edək.
1. Ayaqqabısını özü yamayardı.
2. Paltarına yamaq vurardı.
3. Qoyunu özü sağardı.
4. Qullarla birlikdə yemək yeyərdi.
5. Torpağın üstündə əyləşərdi.
6. Həyası mane olardı ki, ehtiyacı olan şeyləri bazardan alsın.
7. Minik kimi uzunqulaqdan istifadə edərdi.
8. Zənginlər və yoxsullara əl verərdi və əlini o zamana qədər çəkməzdi ki, qarşı tərəf çəkərdi.


Hacətini üç nəfərdən qeyrisinə söyləmək olmaz?!


Ənsarlardan olan bir nəfər İmam Hüseynin (ə) yanına gəlr ki, ondan maddi yardım istəsin. İmam Hüseyn (ə) buyurur: “Ey ənsar qardaş! Abır və şəxsiyyətini qoru. İstəyini bir məktubda yaz ki, mən də Allahın istəyi ilə sənin sevincinə səbəb olan şeyi yerinə yetirim”. Ənsar məktubda yazır: “Ey Hüseyn! Filankəsə 500 dinar borcluyam. Məndən borcumu verməsini istəyir. Onunla söhbət et ki, pulum olana qədər səbir etsin”.
İmam Hüseyn (ə) bu məktubu oxuyan kimi evinə gedir və içərisində min dinar olan pul kisəsini götürür və onu həmin kişiyə verir və buyurur: “500 dinar ilə borcunu qaytar və qalan 500 dinar ilə həyatını sahmana sal. Hacətini üç nəfərdən qeyrisinə demə: 1. Dindar. 2. Səxavətli. 3. Ailə nəcibliyinə malik olan.


Allaha ən üstün ibadət etmək, bu amildən keçir?!


Bir nəfər İmam Baqirin (ə) xidmətinə gəlir və deyir: “Mən ibadətdə çox da səy göstərmirəm. Müstəhəb namaz və oruc əhlindən deyiləm. Ancaq vacibatlarla kifayətlənirəm.
Haram tikədən əl çəkmişəm”. İmam (ə) ona buyurur: “Hansı səy qarın və şəhvət iffətini qorumaqdan daha üstündür”.
Ona görə də deyə bilərik ki, qarını haram tikədən qorumaq və haram qazanca yol verməmək böyük əhəmiyyətə malik olan əməllərdəndir. Ona görədir ki, İmam Baqir (ə) buyurur: “Ən üstün ibadət – qarın və şəhvəti haramdan qorumaqdır”. Həzrət Baqir (ə) başqa yerdə buyurur: “Allah, qarın və şəhvəti haramdan qorumaq kimi üstün ibadətlə ibadət olunmamışdır”...


İmanla yəqin arasında nə qədər fasilə vardır? – İmam Hüseynin (ə) 6 suala cavabı


Bir nəfər İmam Hüseynin (ə) xidmətinə gəlir və deyir: “Ey Peyğəmbər (s) övladı! Sualım vardır”. İmam (ə) buyurur: “Soruş”. Həmin şəxs deyir: “İmanla yəqin arasında nə qədər fasilə vardır?”. İmam (ə) buyurur: “Dörd barmaq qədər. İman o şeydir ki, eşidəsən, yəqin o şeydir ki, görəsən. Gözlə qulaq arasında dörd barmaq fasilə vardır”.
Soruşur: “Yerlə göy arasında nə qədər fasilə vardır?. İmam (ə) buyurur: “Bir duanın yerinə yetməsi qədər”.
Soruşur: “Şərqlə qərb arasında nə qədər fasilə vardır?”. İmam (ə) buyurur: “Günəşin bir gün seyr etməsi qədər”.
Soruşur: “İnsanın izzəti nədədir?”. İmam (ə) buyurur: “İnsanlardan ehtiyacsız olmaqda”...


Niyə İmam Hüseyn (ə) İmam Həsəndən (ə) 1 dinar az ehsan etdi?


İbni Qətiyyə nəql edir: “Bir nəfər İmam Həsənin (ə) yanına gəlir və Həzrətdən (ə) yardım istəyir. Həzrət (ə) buyurur: “(Verməli olduğum yardım) Məgər ağır borc, ya xar edən yoxsulluq və ya əda etməli olduğun diyədir ki, rüsvaylığa səbəb olar?”. Həmin şəxs deyir: “Onlardan biri üçün sizin xidmətinizə gəlmişəm”.
İmam (ə) əmr edir ki, ona yüz dinar pul versinlər. Həmin şəxs sonra İmam Hüseynin (ə) xidmətinə gedir və yardım istəyir. İmam (ə) da qardaşının dediyi sözləri təkrar edir, həmin cavabı eşidir. İmamHüseyn (ə) həmin şəxsdən soruşur: “Qardaşım sənə nə qədər (pul) vermişdir?”. Həmin şəxs deyir: “Yüz dinar”. İmam Hüseyn (ə) əmr edir ki, ona 99 dinar versinlər. Çünki ehtiram qoymaq baxımından, qardaşıilə bərabərlik etmək istəmirdi”.


Günahların hücum etməsinin qarşısını necə almaq olar?


Günah qapılarını istiazə ilə (Şeytandan Allaha sığınmaqla) bağlayın! \"Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!\" (Nəhl, 97).
İzah: ... Allahın lütf və mərhəmətinə ehtiyac var. Buna görə də yaxşı olar ki, qiraətçi tilavətin başlanğıcından sonuna qədər Allaha sığınsın və bununla da nəfsin vəsvəsə hədəfindən, İblisin gizli və aşkar hiylələrindən amanda qalsın. Ucb, qürur, təkəbbür və qəflət insana Allahı və layiqli Quran tilavətini unutduran ən mühüm amillərdir.
Hədis: İmam Sadiq (ə): “Günah qapılarını istiazə ilə (Şeytandan Allaha sığınmaqla) bağlayın və itaət qapılarını Allahın adı ilə açın.” (Dəəvat, Ravəndi, səh. 52, hədis: 130).


Allah-Taala (c.c) insanı yaratdıqda bəşər üçün hansı məqsədi nəzərə almışdır?!


Hədis: İmam Əli (ə): Allah-Taala buyurmuşdur: “Ey Adəm övladı! Səni mənfəət əldə etmək üçün yaratmadım. Əksinə, səni yaratdım ki, məndən faydalanasan. Elə isə hər şeyin əvəzinə Məni seç. Çünki Mən hər şeyin əvəzinə sənin haminəm.” (Şərhi-Nəhcül-bəlağə, c. 2, səh. 319, hədis: 665).
Məlumdur ki, Allah-Taala mütləq mənada zəngin və ehtiyacsızdır. Sözügedən məqsəd də Onun ehtiyacsız zatı ilə əlaqəli deyil. Əksinə, Rəbbi qarşısında xuzu və xuşu ilə öz yaradılışının təkamül nöqtəsinə çatmalı və Onun dərgahına yaxınlaşmalı olan insandır. Başqa sözlə, dünyanı yaratmaq Allaha hər hansı bir mənfəət vermir. Əksinə, bu hədəf bəndələrin özünə aiddir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter