Yaşadığımız evləri necə nurani edə bilərik?


Hədislərin birində oxuyuruq: “Evlərinizi qəbirlər kimi qərar verməyin. Çünki qəbir – torpaq kimidir ki, səhrada buraxılmışdır”.
Bəs evlərimizi necə nurlandıra bilərik? Hədislərimiz buyurur ki, evlərinizi, yaşadığınız məkanları Quran tilavəti və “Kisa” hədisi oxuyaraq, mərsiyə məclisləri təşkil edərək nurlandırın. Alimlərin bir çoxu bəzi məkanlara daxil olan zaman deyərlər ki, bu məkanlar qaranlıq və zülmətlidir. Ona görə də tövsiyə edərlər ki, həmin yerlərdə çoxlu Quran tilavət olunsun, “Kisa” hədisi oxunsun. Əgər “Kisa” hədisinə nəzər salsaq, görərik ki, bu hədisin faydalarından biri – bərəkəti, rəhmət və nuraniliyi nazil etməkdir. (Rəzəvi)


Əgər dünya pis yerdirsə, niyə xəlq olunmuşdur?


Əgər “Nəhcul-bəlağə”yə və bəzi hədislərə nəzər salsaq görərik ki, dünya çox zaman məzəmmət olunur. Amma, burada düzgün fəlsəfi yanaşma olmalıdır.
Belə ki, bir nəfər İmam Əlinin (ə) yanına gəlir və dünya haqqında pis sözlər danışır. Həzrət Əli (ə) ona buyurur: “Ey dünyanı məzəmmət edən! Sən özün dünyaya giriftar olmusan və onun batillərinə aldanmısan. Özün dünya tərəfindən aldanmısan və özün də onu məzəmmət edirsən? Dünya səni nə zaman aldatmışdır? Viran olmuş atanın qəbri ilə, yoxsa torpağın altında olan anan ilə? Nə qədər xəstənin xidmətində olmusan, onlara qulluq etmisən və onların şəfa tapması üçün dua etmisən. O zamanlar sənin bu əməlinin onların halına faydası olmamışdır. Ağlamağının və qəmginliyinin onların halına faydası olmamışdır. Səylərin nəticəsiz qalmışdır və sən giriftarlıqları onlardan dəf etməyə qadir olmamısan.


Quran ayələrinə əsasən Ailə başçısının ailəsi qarşısında mənəvi məsuliyyətləri hansılardır?!


Qurani-Kərimdə və hədislərdə buyurulmuş ailə başçısının ailəsi qarşısında olan bəzi ruhi-mənəvi məsuliyyətlərinə diqqət edək:
“Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun”. (“Təhrim” 6).
“Və (əvvəlcə) yaxın qohumlarını qorxut və xəbərdarlıq et”. (“Şüəra” 214).
“Və öz ailənə namazı əmr et və özün (də) var gücünlə ona (riayət etməyə) səbir et”. (“Taha” 132).
“Deyərlər: «Həqiqətən biz öncə (dünyada) ailəmizin içində (olarkən işin sonundan) qorxurduq». (“Tur” 26).


Qan yeməyin haramlığının fəlsəfəsi nədədir?!


İnsanın qan yeməsi ona həm cismi və həm də əxlaqi ziyanlar gətirə bilər. Çünki qan, çox sayda mikrobun inkişaf etməsi üçün hazır maddədir. Bədənə daxil olan bütün mikroblar qana hücum edərlər. Onu öz yaşayışlarının mərkəzinə çevirərlər. Ona görə də insan orqanizminin keşiyində dayanan ağ qan hüceyrələri daima bu mikroblarla vuruşdadırlar və onların bədənə daxil olmasına imkan verməməyə çalışırlar. O zaman ki, qan axını zəifləyər və başqa sözlə desək – canlı orqanizm ölər, ağ qan hüceyrələri aradan gedərlər. Mikroblar da onların qarşısını ala biləcək bir qüvvəni görməyən zaman, sürətlə çoxalmağa başlayarlar. Ona görə də dinimiz vurğulayır ki, ölü canlıların bədənində olan qan – ən çirkli qandır.


Donuz ətinin haramlığı – fiziki və mənəvi səbəblər nələrdir?


Donuz çox çirkli bir heyvandır və qeyrətsizlik simvolu kimi tanınır. Yeməyi zibildən və bəzən də öz tullantılarından olar. Bundan başqa bu heyvanın bədənində iki təhlükəli qurd yaşayır ki, biri trixinella qurdudur və biri də tenya qurdudur. Trixinella qurdu bir ay içərisində 15 min yumurta qoya bilir. Bir kiloqram donuz ətində bu qurdun 400 milyon yumurtası olur. Bu qurd insanda çox sayda xəstəliklərin yaranmasına şərait yaradır. O cümlədən: qan azlığı, baş gicəllənməsi, ürək bulanma...
Tenya qurdu da çox təhlükəli qurddur və yumurtaları donuzdan insan bədəninə rahatlıqla daxil ola bilir. O, donuz əzələlərinin üst qatında yaşayır və insan bədəninə daxil olur. Bu qurd ağ rəngli olub, dörd tərəfdən sorucu borulara malikdir və onun bağırsaqlardakı uzunluğu bəzən 12 metrə belə, çata bilir. Nəticədə bağırsaq keçilməzliyi yaradır və insanı bu yolla məhv edə bilir. Bəzən də qanla insan ürəyinə və beyninə daxil olub, orada kist yarada bilir.


Başqa dinin davamçılarından kim behiştə düşəcək?


Başqa dinin davamçıları o zaman ki, öz peyğəmbərlərinə (ə) iman gətirir, saleh əməllər yerinə yetirir və vacibatlara əməl edirlərsə – o zaman qətiyyən cəhənnəm əhli olmazlar. “Şübhəsiz, (İslama) iman gətirənlər, yəhudilər, xaçpərəstlər və sabiilər (Nuhun və ya Yəhyanın ardıcılları), (bu dəstələrdən) hər kim (öz peyğəmbərlərinin əsrində) Allaha və axirət gününə iman gətirsə və yaxşı işlər görsə, onlar üçün Rəbbi yanında hallarına münasib sabit mükafat vardır. Onlara (Qiyamət günü) nə bir qorxu var, nə də qəmgin olarlar”.(“Bəqərə” 62). Ancaq bir şərtlə ki, İslam Peyğəmbərinin (s) risalətindən əvvəl yaşamış olsunlar. Belə ki, əgər Peyğəmbər (s) məbus olduqdan sonra ona iman gətirməzlərsə və öz dinlərində qalıb, inadkarlıq edərlərsə – o zaman onların behişt əhli olması sual altına düşər. O kəslər ki, Həzrət Peyğəmbəri (s) və İslam dinini agahcasına tanıyar və onu rədd edərsə və öz kamil olmayan məktəbinə davam edərsə – Allahın qəzəbinə düçar olar...


Quran ayələrinə əsasən Həqiqi nicat tapanların 8 qrupu hansı əmələ sahibdirlər?!


İslam dini nicatı insanın öz cövhərində axtarır və buyurur ki, əgər insanın Allahla aşiqcəsinə rabitəsi olarsa, ehtiyaclı insanlara zəkat verərsə, cəmiyyətdə əhdinə vəfa edər və əmanətdar olarsa, öz istək və meyillərini kontrol edə bilərsə – bu insan nicat tapanlardan olar. Həqiqi nicat tapanları tanıyaq:
1. Onlar ibadət əhli və saleh əməl sahibidirlər. “Ey (Bizim peyğəmbərimiz Muhəmmədə (s)) iman gətirənlər, rüku və səcdə edin, Rəbbinizə ibadət edin və xeyir iş görün ki, b bəlkə nicat tapasınız. (Bu ayə bütün şəriətlərin və ictimai xeyir əməllərin xülasəsidir)”. (“Həcc” 77).
2. Simiclikdən uzaqdırlar. “Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır”. (“Həşr” 9).
3. Qafil deyildirlər və Allahı çoxlu zikr edirlər. “Ey iman gətirənlər, (düşmən ordusundan olan) bir dəstə ilə qarşılaşarkən möhkəm durun və Allahı (dildə və qəlbdə) çox zikr edin, bəlkə nicat tapdınız”. (“Ənfal” 45).


Dində hansısa rəqəmin çox yayılması, bu rəqəmi müqəddəs edirmi?!


Bəzi ədədlər vardır ki, İlahi mühasibəni nişan verər. Ancaq bu, o demək deyildir ki, həmin rəqəm müqəddəs rəqəmdir. Əgər zikrlərə nəzər salsaq, görərik ki, adətən 100 və 70 rəqəmlərinə işarə edilir. Misal üçün salavatı, 100 dəfə deməyin savabı çoxdur və ya istiğfarı əsr namazından sonra 70 dəfə demək tövsiyə olunur. Ancaq bu, həmin rəqəmin müqəddəsliyini təzahür etmir. Bəlkə İlahi mühasibənin sayını bizə çatdırır. İslam dinində ən çox rast gəldiyimiz rəqəmlərdən biri də 40 rəqəmidir. Bu rəqəmlə bağlı olan bəzi hadisələrə nəzər salaq: Həzrət Adəm (ə) Səfa dağında 40 gün dua və münacatla məşğul olur. Allah Təala Həzrət Musaya (ə) 40 gecə və gündüz vədə verir ki, onunla görüşəcəkdir və Tövrat nazil olur. Həzrət Xızırla (ə) görüşmək üçün 40 səhər evi sulayıb süpürmək lazımdır ki, Həzrət zahir olsun...
Bəni-İsrayil qövmü 40 gün vədə olunmuş diyara daxil olmaqdan qadağan olundular.


Mələk insan cildinə daxil ola bilirmi?


“Heç bir insana Allahla danışmaq yaraşmaz və mümkün olmaz (mətləbin duyğuların rolu olmadan, ya yuxuda ya da oyaq vaxtı, birbaşa və ya mələk vasitəsi ilə gizli şəkildə sürətlə təlqin edilməsindən ibarət) vəhy, yaxud (qeyb) pərdə(si) arxasından (danışmaq) və ya (mələklərdən) bir elçi göndərərək Öz izni (və nəzarəti) ilə istədiyini (şəxsin görməsi və səsini eşitməsi ilə) vəhy etməsi istisnadır. Həqiqətən Allah uca məqamlı və hikmət sahibidir”. (“Şura” 51). Həzrət Peyğəmbərə (s) nazil olan vəhy üç cür nazil olardı:
1. Allah Peyğəmbəri (s) ilə vasitəsiz danışar və vəhy edərdi. Bu hal bəzən oyaq vaxtı olardı, bəzən də yatan zaman.
2. Pərdə arxasından olan vəhy. Bu cür vəhydə Həzrət Peyğəmbər (s) Cəbrayil (ə) olmadan Allahla söhbət edərdi. Ancaq Allahın kəlamı xüsusi yerdən eşidilərdi. Necə ki, Allah Təala yanar ağacla Həzrət Musa (ə) ilə danışmışdı.
3. Cəbrayil (ə) vasitəsilə vəhy nazil olardı. Bu vəhyin özü də bir neçə cür həyata keçərdi:


İmamətliyin nişanəsi sayılan Mushəfi-Fatimə nədir?


Mushəfi-Fatimə o kitabın adıdır ki, İmam Əlinin (ə) vasitəsilə yazılmışdır. Bu kitabın içində olanlar isə vəhy mələyi vasitəsilə Xanıma (s.ə) təlqin edilmişdir. Bu kitabda qeyb hadisələri və Ali-Muhəmmədin (ə) sirləri bəyan edilmişdir. Bu kitab İmamətliyin nişanəsi sayılır və İmamların (ə) yanında əldən-ələ ötürülür. Hal-hazırda İmam Zaman ağanın (ə.f) əlindədir. Əksər hədislərə görə, Peyğəmbərdən (s) sonra nəşr edilmişdir. Həzrət Peyğəmbər (s) onun haqqında məlumat verməmişdir. Lakin bu, o demək deyildir, ki, Həzrət (s) həmin kitabdan xəbərsiz idi. Bizim əqidəmiz belədir ki, Allahın izni ilə onun gələcəkdən xəbəri var idi. Bu kitab İmamətliyin nişanəsi olduğu üçün, tərkibində olanlar insanlara açıqlanmamışdır. Ona görə də ümumi insanların ondan xəbərləri yoxdur və onların ixtiyarına qoyulmamışdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter