İxbatın mənası və əhlinin 4 xüsusiyyəti hansılardır?!


İxbat sözü üç mənanı əhatə edir: təvazökarlıq, vüqar və xuşu. Əgər bu üç məna bir yerdə cəm olarsa, ixbat mənasını verər. --(“Həcc” 34-35).
Bu ayədə muxbitinlər təvazökar və xalis bəndələr kimi tanıdılmışdır. Əgər kimsə müuxbitdirsə onda bu dörd sifət mütləq olmalıdır.
1. “Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”. (“Ənfal”
2). Yəni, Allahın adı çəkilən zaman eşidərlər. Yəni, Allahın adını eşidən zaman qəlblərində xüsusi bir hal meydana gələr ki, xuşu ilə birlikdə olar.
2. İlahi əzəməti dərk etmək halı. Əvvəl iman qəlbə daxil olar və ondan sonra Allahın adı çəkilən kimi onu eşidər. Əgər Allahın adını yanımızda çəkən zaman onu eşitmiriksə, deməli imanımız kifayət qədər deyildir. Əgər qəlbdə kifayət qədər iman olarsa, Allahın əzəmətini dərk edər...


Müxlislər kimi ibadət etmək üçün hansı şərti qəbul etmək lazımdır?!


O insanlar ki, Allahı tanıyır və Ona mərifət və elm üzərindən iman gətiriblər – həm namazlarını və həm də başqa ibadətlərini aşiqcəsinə yerinə yetirərlər, adət halını aldığı üçün deyil. Allaha xalis ibadət edənlər, yəni müxlislər yaxşı bilirlər ki, nə edirlər və nə üçün edirlər. Çünki onların Allahın müqəddəs zati sifətlərinə elmləri vardır və Allahın sifətlərini yaxşı dərk edirlər. Onlar Allahı tanıdıqları və Ona tam imanları olduqları üçün, xaliscəsinə ibadəti yerinə yetirərlər. Onlar Allahın onlara əta etdiyi nemətləri görər və ona görə şükür edən – şakir olarlar. Həmd və şükürlərini həmin xalis namaz və orucla bəyan etməyə çalışarlar. Onlar, Allaha olan elmlərinin səviyyəsinə görə məsuldurlar. Bu səbəbdən onların yerinə yetirdikləri namaz və oruc, öz elmlərinin səviyyəsinə görə ən yaxşı ibadət hesab olunur...



Necə olur ki, bəzi əməllər cəhənnəm atəşini insana yaxın buraxmır?


Necə ola bilir ki, bəzi ibadətlər cəhənnəm atəşini insana haram edə bilir? Bu suala cavab vermək üçün 3 mövzuya işarə etməliyik.
1. Məgər səbəbi vardırmı ki, bəzi ibadətləri yerinə yetirək ki, cəhənnəm atəşi insana haram olsun?
2. Məgər cəhənnəm atəşi günahı etməyənlərə haram deyildirmi?
3. Günah ilə ibadətin qarşılıqlı təsiri necə baş verir?
Birinci mövzu haqqında deyə bilərik ki, bəzi ibadətlər həqiqətən də insana cəhənnəm atəşini haram edər. Belə ki, Həzrət İmam Rzanın (ə) ziyarəti barəsində oxuyuruq ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Tezliklə bədənim bir parçası Xorasanda dəfn olunacaqdır. O mömin ki, onu ziyarət edər, Allah Təala behişti onun üçün vacib edər. Bədəni cəhənnəm atəşinə haram olar”....


Adət ilə fitrətin fərqi nədədir?


Adət və ənənələr – dəyişən və sabit olmayan qanunlardır ki, müxtəlif amillərin təsirinə məruz qalarlar. O cümlədən: iqtisadi, ictimai, coğrafi və digər amillərin.
Əlbəttə, bir ölkənin hər bir məntəqəsinə aid adət və ənənəsi olar. Yəni, bir ölkənin içində belə, vahid sabit adətlərin olması mümkün deyildir. Bəzən bu adətlər arasında kəskin şəkildə fərqlər də olur.
Deyilənlər, vərdişlərə və qəbul edilmiş qayda-qanunlara da aiddir. Misal üçün, Yer kürəsinin şimal yarımkürəsində soyuqdan qorunmaq üçün çox qalın paltarlar geyinirlər. Əgər kimsə bu cür paltarları hava iqlimi daha yumşaq olan ölkələrdə geyinərsə, bu, böyük təəccübə səbəb olar. Və ya yemək mövzusu da o cürdür. Misal üçün Çin və Koreya kimi bir ölkələrdə adət olunan yeməkləri müsəlman ölkələri qəbul edə bilmirlər. Çünki tamamilə başqa bir qayda-qanuna əsaslanır...




Həzrəti Əli (ə) Səhabəsi Kümeylə hansı ibrətamiz tapşırıqları buyurdu?


İmam Əlinin (ə) dəyərli kəlamları illərdir insanlar üçün zülməti işığa şevirən bir parlaq çıraq olmuşdur. – Həzrət Əli (ə) dəyərli səhabəsi Kumeylə (r) hər zaman hər kəsə örnək olacaq bir neçə bir neçə ət tövsiyə edir və ondan bu nəsihətləri qorumağı, bunlara əməl etməyi istəyir.
1. Hər gün Allahın adını çək və Ona təvəkkül et.
2. Bizi xatırla, adımızı dilinə gətir və bizə salam göndər.
3. İnsanların yerinə yetirdiyi elə bir əməl yoxdur ki, mən onu görməyim.
4. Bizdən qeyrisindən (və bizə əsaslanmayan) elm və hədis öyrənmə.
5. Hər bir işə və hərəkətə qarşı elmin və mərifətin olsun.
6. Yemək yeyəndə, Allahın adını çək ki, zərər çəkməyəsən...


Qurani Kərim Allah dostlarını hansı simaları ilə tanıtdırır?!


Qurani-Kərimdə Allah dostlarının xüsusiyyətləri
1. İman və təqva sahibidirlər: “Agah olun ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəmlənməzlər. O kəslər ki, iman gətirmişlər və təqvalıdırlar.” (“Yunus” surəsi, ayə 62-63.)
2. Olümdən qorxmazlar: “(Ya Peyğəmbər!) De: “Ey yəhudilər, əgər belə hesab edirsinizsə ki, başqa insanlar deyil, siz Allah dostlarısınız, əgər düz danışırsınızsa, (onda Allahdan) ölüm diləyin (ki, dostunuzun rəhmət və nemətinə nail olasınız).”” (“Cümə” surəsi, ayə 6.)
3. Maddiyyata bağlanmazlar: “Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür...” (“Hədid” surəsi, ayə 23...


Məadı inkar edənlərə Qurani Kərimin cavab nə oldu?!


Allah üçün asan və ya çətin iş (anlayışı) yoxdur! Məxluqatı ilk dəfə (yoxdan) yaradan, (ölümdən) sonra onu bir daha geri qaytaran Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir.\" (Rum, 27).
İzah: Qədimdən bəri məadı inkar edənlərin ən mühüm dəstavüzü məadın mümkün olmamasıdır. Onlar daim bu inancı ələ salırlar ki, insanın çürümüş hissələri və dağılmış bədəni yenidən necə dirilə və hərəkətə gələ bilər. Quran dəfələrlə bu əbəs məntiqin batil olduğunu bildirmişdir. Bu şübhəni rədd etmə metodlarından biri ilk insanların yaradılmasını xatırlatmaqdır ki, bu ayədən başqa, “Yasin” surəsinin 79-cu, “Əhqaf” surəsinin 33-cü, “Qiyamət” surəsinin 40-cı və s. ayələrdə də söhbət açılmışdır...


Cəhənnəmdə əbədi qalmağın əsas səbəbi nə ola bilər?!


\"Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun! Onlar bu lənətin içərisində həmişəlik qalarlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir.\"(Bəqərə, 161-162).
Hədis: İmam Sadiq (ə): “Cəhənnəm əhli ona görə odda əbədi qalacaq ki, onların dünyada niyyəti əbədi olaraq sağ qalsalar da Allaha asi olmaqdır. Cənnət əhli isə ona görə Cənnətdə əbədi qalacaq ki, onların dünyada niyyəti əbədi olaraq sağ qalsalar da Allaha ibadət etmək idi.” (Kafi, c. 2, səh. 85, hədis: 5)...


Bütün analar behiştə gedəcəkmi?


Övlad tərbiyəsində atanın da mühüm rolu vardır. Ancaq ana onu 9 ay bətnində daşıyır, dünyaya gətirir və ona öz canından olan südünü verir. Ananın övladları üçün çəkdiyi əziyyət atalardan daha çox olar. Bu səbəbdəndir ki, dinimiz analara xüsusi ehtiram göstərir və onların məqamının uca olduğunu bəyan edir. Övladlara tövsiyə edir ki, analara qarşı xüsusi ehtirama malik olsunlar.
Ana – övlad üçün əvəzolunmaz bir insandır. Ancaq ananın axirətdəki məqamı onun öz əməllərindən və əqidəsindən asılıdır. Əgər iman əhlidirsə, təqvaya malikdirsə və vacibatları yerinə yetirib, haramlardan çəkinirsə, həyat yoldaşına hörmət edirsə və bu kimi vəzifələri ən yaxşı şəkildə yerinə yetirirsə - mütləq behiştlə mükafatlandırılar. Və bütün analar üçün ən yaxşı örnək – Həzrət Zəhradır (s.ə)


Haqqı tanımaq üçün nəyin arxasınca getmək lazımdır?!


Gərək haqqı tanıyasan ki, əhlini də tanıya biləsən! O zaman ki, bəsirət nuru sönər, dünya zinətləri insanı aldadar. O, yolunu xata gedər. İnsanların yolunu azması o qədər şiddətlənər ki, Allah Rəsulunun (s) əziz qızı risalət yolunda canından keçir, amma onlar oyanmır. Və bəsirət o qədər sönük olur ki, hətta Xanımın (s.ə) şəhadəti insanları nəinki qəflətdən oyatdı, əksinə - çoxlarını daha şiddətlə zülmətə saldı. O yerə qədər ki, Həzrət Əli (ə) xilafətdən uzaqlaşdırılır və evində əyləşir.
İmam Əlinin (ə) dünyanı məzəmmət edən sözləri gərək insanın qulağında sırğa olsun. Belə ki, İmam (ə) buyurur: “Hər kim ona bəsirət gözü ilə baxar, ona agahlıq verər. Hər kim gözünü dünyaya dikərsə, qəlbini kor edər”. Bəsirət o qədər hidayətçidir ki, əgər olsa, risalət yolunu və vilayət yolunu tanıyar və çaşmaz...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter