İmam Zaman ağa (ə.f) hansı silah ilə zühur edəcəkdir?


Hədislərdə oxuyuruq ki, İmam (ə.f) zühur edən zaman qılıncla zühur edəcəkdir. İmam Zaman ağanın (ə.f) zühur edən zaman hansı silahla gələcəyi barəsində iki nəzər vardır:
1. Qılınc deyildikdə həqiqi qılınc nəzərdə tutulmur. Bəlkə məqsəd həmin dövrün silahlarıdır.
2. İmamın (ə.f) silahı qılınc olacaqdır, müasir silahlar deyil.
Bu dəstə insanlara sual verilir ki, bəs Həzrət (ə.f) ancaq qılıncla müasir silahların qarşısında nə edəcəkdir? Bunun üçün bir neçə ehtimal irəli sürülmüşdür:
1. Baxmayaraq ki, İmam (ə.f) qılıncla zühur edəcəkdir, Allah həmin qılıncda elə qüdrət və möcüzə qoyacaqdır ki, bütün müasir silahları məhv edəcəkdir.
2. Allah, zühur əsrində bütün müasir silahları işdən salacaq və insanlar məcbur olub qılıncla vuruşacaqlar...


Fəhlənin pulunu kəsməyin günahı haqda hədislər nə buyurur?


İslam dini fəhlə və işçilərin zəhmətini həmişə dəyərləndirmişdir. Çünki onlar halal ruzi qazanmaq üçün abırlı bir peşəyə malikdirlər və qazanc əldə etmək üçün zəhmət çəkər, alın təri tökərlər. Onlar Allah yolunda cihad edənlərin əcrinə malikdirlər.
Həzrət Əli ibni Əbutalib (ə) də zaman-zaman fəhləlik, usatlıq edirdi. Bəzən quyu qazar və su çıxardardı. Bəzən də kiminsə bağında torpağı şumlayardı və bu işi iftixarla yerinə yetirərdi. Çünki halal ruzi qazanmaq istəyirdi.
Həzrət Peyğəmbər (s) yenə buyurur: “Hər kim fəhlənin muzdunu az verər, Allah əməlini batil edər və 500 illik məsafədən gələn behiştin iyi ona haram olar”.
Həzrət (s) başqa yerdə buyurur: “Fəhlənin muzdunu az vermək - böyük günahlardandır”.
İmam Əli (ə) Peyğəmbərdən (s) nəql edir ki, Həzrət (s) buyurmuşdur ki, bir fəhləni işə götürməzdən əvvəl muzdunu təyin etmək lazımdır.


Böyük alim, ona qarşı kobudluq edənlə necə davrandı?


Şeyx Cəfər Kəbir Əhli-beytin (ə) məşhur mərcələrindən idi. Əhli-beyt (ə) fiqhi haqqındakı elmi dillər əzbəri idi. Bu cür əzəmətli bir şəxs Fitr bayramında namaza getməmişdən əvvəl fitrə zəkatını ehtiyacı olanlara paylayar və sonra namaza gedərdi. Bir dəfə Fitr namazından sonra bir nəfər Şeyxə yaxınlaşır və onun da ehtiyacı olan bir insan olduğunu və ona zəkatın çatmadığını söyləyir. Ona yardım etməsini istəyir. Şeyx deyir: “Mənə nə qədər zəkat veriblərsə, ehtiyacı olanlara paylamışam. İndi yanımda heç bir şey yoxdur”. Bu kişi çox narahat olur və deyir: “Yersiz yerə bu məqamda oturmusan. Get və qoy burada layiqli olan əyləşsin”. Bu mənzərəni görəndə Şeyx ayağa qalxır və əbasını çıxarıb, onu torba halına salır və deyir: “Mən bir nəfər ehtiyacı olanı tanıyıram ki, ona zəkat çatmamışdır. Hər kim nə bacarırsa kömək etsin”. Möminlərdən bir neçəsi qalxır və pul toplamaq istəyir, ancaq Şeyx icazə vermir və bu işi özü görmək istəyir. Əba pulla dolur və həmin kişiyə yaxınlaşıb deyir: “Qardaş, abrını qorumaq üçün evimə gəl və əbanı apar”...


Şeyx Bəhayi nə üçün Şah Abbasın hakimiyyətində qazi olmaqdan imtina etdi?!


Şeyx şahın xidmətinə gəldi və şah ondan soruşdu: “Sənin bu oyunda məqsədin nə idi?”. Şeyx dedi: “Siz mənə dediniz ki, qazi olam”. Şah dedi: “Bəli, amma necə?”. Şeyx dedi: “Mən necə qazi ola bilərəm ki, insanların verdiyi şəhadətin düzgün olduğu məlum deyildir. Bu zaman məzlumun və günahsızın boynunu vurmuş olarıq. Ancaq əgər əmr etsəniz, çarəsiz qəbul edəcəyəm”.
Şah Abbas deyir: “Sənin elmi məqamına ehtiram etdiyim üçün qazi olmağın lazım deyildir. Yaxşı olar ki, öz işinlə məşğul olasan”.
Bundan sonra Şeyx Bəhayi elm və maarifin yayılmasında zəhmətlər çəkdi və elmdə ən ali məqamlardan birinə nail oldu.


Böyük alim riyadan necə qaçdı?


Abdullah Şuştəri, bir gün Şeyx Bəhayini görmək üçün onun evinə gəlir. Onun gəlməsindən bir neçə saat keçəndən sonra azan deyən azan oxumağa başladı. Şeyx Bəhayi də Abdullah Şuştərindən istədi ki, “İndi ki, namaz vaxtı gəlibdir, bizimlə birlikdə namaz qıl və biz də sənə iqtida edək. Sənin camaat namazının feyzindən bəhrələnək”.
Mövla Abdullah bir qədər fikrə getdi və Şeyxə bir cavab vermədən, ayağa qalxıb evinə getdi. Bəzi dostları onun bu rəftarının səbəbini soruşub deyirlər: «Siz ki, namazın vaxtına bu qədər əhəmiyyət verirsiniz, niyə Şeyxin evində namaz qılmadınız?».
Alim deyir: «Şeyxin təklifindən belə bir fikir batinimdə yaranmağa başladı ki, Şeyx Bəhayi kimi bir insan mənə iqtida etmək istəyir. Mən də riyaya bulaşmaq qorxusundan məclisi tərk etdim və evimə qayıtdım”.


Pis söz deyən insanla hansı dörd yolla rəftar etməliyik?


Pis söz və söyüş söymək insanı ani də olsa, zahirən sakitləşdirər. Ancaq bu, aldadıcı sakitləşdirməkdir. Və ardınca ancaq əzab və cəza gətirər. Çox təəssüf ki, cəmiyyətimizdə pis söz deməyə adət edən insanların sayı az deyildir. Bəs bu insanlarla necə rəftar etməliyik?
1. Nəsihət vermək. Cəmiyyətimizdə elə insanlar vardır ki, qəzəbini sakitləşdirmək üçün söyüşə əl atırlar. Bu zaman həmin şəxsin ürəyi yanan bir dosta ehtiyacı vardır ki, mülayim dillə ona səhvini başa salsın və ona nəsihət versin. Söyüş söymək çox pis əməldir ki, insanı dindən uzaqlaşdırar. Əgər tövbə etməzsə, Əhli-Beyt (ə) davamçılığından xaric olar. İmamların (ə) nifrətinə səbəb olar.
İmam Əli (ə) Siffeyn döyüşündə söyüş söyən əsgərləri görən zaman, buyurmuşdu: “Mən sevmirəm ki, siz söyüş söyəsiniz. Ancaq əgər pis əməllərini (onlar üçün) şərh etsəniz, hallarını bəyan etsəniz – doğru sözə və hüccəti tamamlamağa daha yaxın olar...


Ağıldan zəif olanların Qiyamətdəki halı necə olacaqdır?


... Əgər insan hansısa nöqsana malik olarsa, üç haldan xaric olmaz:
- Ya öz əməlinin təsirindən olar. - Ya başqalarının ona təsirindən olar. - Ya da Allahın hikmətinə görə olar.
Əgər öz əməlinin təsirinə görə olarsa, deməli əməlinin əvəzini görər.
Əgər başqalarına görə olarsa, Allah onları cəzalandırar.
Əgər Allahın hikmətinə görə olarsa, Allah Təala həmin şəxsdən vacib vəzifələri götürər və ona nə cəza verər, nə də savab.
Hədislərdə oxuyuruq ki, Allah cahilin 70 günahını bağışladığı halda, alimin bir günahını bağışlamaz. Çünki alimin ağlı və elmi vardır.
Başqa hədisdə oxuyuruq: “Allah Təala ağla buyurur: “Həqiqətən, Mənim əmr və nəhyim səninlədir. Cəzam və savabım da sənin hesabınladır””.
Mühüm olan budur ki, Rəhim Allah Qiyamət günü hər kəsə layiq olduğunu verəcəkdir. O da Allahın adil hökmündən razı olacaqdır.


Ölüm vaxtını bilmək insanın xeyrinədirmi?


İnsanların ölüm vaxtı məlum deyildir. Bu zamanın insan üçün məchul olmasının iki nəticəsi vardır:
1. Allah insanı elə xəlq etmişdir ki, həmişə cavidanlıq – həmişəyaşarlıq ardınca olmuşdur. Ona görə də insan gələcək həyata həmişə ümid bəsləyərək, yaşayar.
2. Ölüm vaxtını bilməməyin başqa bir faydası budur ki, insan düzgün yolu seçməkdə azad olar. İnsan imanı seçə və ya onu tərk edə bilər. Əgər imanı öz iradə və ixtiyarı ilə seçərsə, ruhi sevinc əldə edər.
-Əgər insan öz ixtiyarı ilə bu yolu seçərsə, bu, onun üçün kamal hesab edilər. Əgər insan ölüm vaxtını bilərsə, üsyankar ruhla böyüyər. Bu cür insan ölümünə az qalmış tövbə etməyi qərara alaraq, qalan ömrünü günaha və itaətsizliyə sərf edəcəkdir. Bu cür tövbə azad ruhla edilməmişdir. Bu cür insan behiştə getmək üçün tövbə edər.


İnsanın günahı nə zaman daha çox şiddətli nəticələr göstərir?!


Əgər insan günahını işlətməyə davam edərsə baxmayaraq ki, həmin günahı səğirə olsa belə, onu kəbirə günaha çevirər. Əgər kəbirə günahına görə tövbə edərsə, kəbirə günahından çıxmış olar. Günahı davam etdirmək iki mənada işlənir:
1. Günahı təkrar etmək. 2. Tövbə və istiğfar etmədən günahı işlətmək.
Günahı davam etdirməyin çox ağır nəticələri olur. Quran ayələrinə nəzər salan zaman görmək olur ki, bəzən həmin səğirə günah kəbirə günaha çevrilir, bəzən təvqa dairəsindən çıxmağa səbəb olur, itaət qəbul olmur, insan küfrün sərhədinə qədər gedib çıxır. Günahı davam etdirmək insana həm bu dünyada və həm də axirətdə şiddətli əzablar gətirər. İmam Baqir (ə) buyurur: “Günahı davam etdirmək odur ki, insan günah etsin və istiğfar etməsin. Tövbə etmək üçün qərara gəlməsin”.


Qiyamət günü İslam dinində olmayan insanların aqibəti necə olacaq?


Qiyamət günü İslam dinində olmayan insanlar üç dəstəyə bölünəcəklər:
1. İslam və Əhli-Beyt (ə) məktəbi ilə tanışdırlar, ancaq inad üzündən onu qəbul etmirlər. Bu insanlar, Quranın buyurduğuna görə, cəhənnəm əhlidirlər.
2. İslam dini və Əhli-Beyt (ə) məktəbi ilə tanış deyildirlər, ancaq öz cahil olmaqlarında təqsirkardırlar.Yəni, bu həqiqəti axtarmaq inkanları olduğu halda, səhlənkarlıq edərək onu öyrənməmişdilər. Onlar Qiyamət günü bu təqsirlərinə görə müvafiq cəza alacaqlar.
3. İslam dini ilə tanış deyildirlər. Öz cəhalətlərində də təqsirləri yoxdur. Yəni, belə bir dinin olması qulaqlarına çatmamışdır. Məsələn, bu insanların qulağına Məsih (ə) dini çatdığı üçün, ona əməl edərlər. Onları kafir adlandırmaq olmaz və onlar cəhənnəm əhli deyildirlər. Allah onları əfv edəcək və bağışlayacaqdır. Əməllərini, həqiqət ardınca olanların yaxşı əməlləri ilə ölçəcəkdir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter