Loğman Həkimin (ə) peyğəmbər idi yoxsa yox?


Loğman Həkimin (ə) peyğəmbər idi yoxsa yox? Əhli Beyt (ə) Loğmanın peyğəmbər olmasını inkar etmişlər.
Rəvayət: Peyğəmbərə (s) nisbət verilir: “Həqiqət budur ki, Loğman peyğəmbər deyildi. Lakin iradəli, düşüncəli, xoş niyyətli, Allah bəndəsi olmuşdur. Nəticədə Allah onu bu xüsusiyyətlərinə görə sevirdi. Və hikməti ona hədiyyə etdi. Bir gün Loğman (ə) günorta yatmışdı. Anidən Allahın yer üzündə xəlifəliyini qəbul etməyə dəvət olundu: Ey Loğman! İstəyirsən Allah səni yer üzündə xəlifə seçsin, bu məqama çatmaqla camaat arasında hökm edəsən?.
Loğman oyandı və bu sualın cavabında dedi: Əgər Yaradanım məni bu işlə öhdələndirsə, qəbul edərəm; çünki bilirəm əgər mənə bu vəzifəni versə dadıma yetişərək biliyimi artırar və səhvlərədn qoruyar. Amma əgər məni ixtiyar sahibi etsə, rahat yaşayışı seçər və ağır imtahanı qəbul etməkdən uzaq duraram”. ... Loğmanın bu sözündən aydın olur ki, o peyğəmbərlik məqamına seçilmədi. ...


Loğman Həkimin (ə) həyatına bir baxış


Loğman Həkimin (ə) həyatına bir baxış Hikmət sahibi Loğman (ə) seçilmiş mənəvi insanlardan idi. Qurani Kərim buyurur: “Həqiqətən, Loğmana: “Allaha şükür et!” (deyə) hikmət verdik. Loğman/12. Quran Loğman surəsində onun dəyərli nəsihətlərini gələcək nəsillər üçün nəql etmişdir. Bəlkə dəyərlər axtarışınca olanlar ibarət alıb seçilmiş insalardan olsunlar.
1- Həbəşəli kölə. İmam Əlidən (ə) nəql olunan hədisə görə, o birinci kölə idi ki, öz sahibi ilə anlaşaraq bəzi öhdəliyi boynuna aldı və özünü köləlikdən azad etdi. 2-Həyatı: Bu ilahi hikmətli şəxsin həyatı haqda, dəqiq tarixi faktlar tapmaq olmaz. 3- Vətəni: Tarixin bəzi məlumatlarına əsasən, Şam şəhəri Loğmanın (ə) vətəni və məşhurlaşma vətəni olmuşdur. 4- Sənəti: Loğmana Dərzilik, dülgərlik, çovanlıq və odunculuq, sənətləri nisbət verilir. 5- Üzüyü: Üzüyündə həkk olunan cümlə: “Gördüyünü örtmək guman etdiyini aşkar etməkdən daha yaxşıdır”. 6-Şagirdləri: Həmdullah Mustəfəvi yazır: Fisağurs (Yunanlı həkim) və Camasəb (İranlı həkim) –lər Loğman həkimin şagirdlərindən hesab edilir. 7-Ömrü: Loğmanın ömrünü 200 il olmuş, Başqa bir rəvayətdə, Loğmanın ömrü 1000 il olaraq qeyd olunur. Uzun ömürlülüyü haqda tarixdə gəlmişdir: “Loğman (ə) oğluna belə buyurmuşdu: 4 min il ilahi peyğəmbərə (ə) köləlik etdim. ...” 8-Qəbri: Əylə və Rəmlə şəhəri, Səyyah tarixçilər isə yazırlar: Onun dəfn olunduğu yer: İskəndəriyyədir, indiki Misir.


Əxlaq ustadları valideynə hörmətin təsiri haqda nə buyururlar?


Əxlaq ustadları valideynə hörmətin təsiri haqda nə buyururlar? Tehranın əzəmətli əxlaq və hövzə ustadı olan mərhum Ayətullah Muctehidi Tehrani həzrətləri valideynin dəyəri haqda belə buyurmuşdu:
\"Diqqətli olun ki, valideynin üzünə qayıtmayın! Ata-ana sizlərə nifrin etməsinlər. Heç zaman onlara qarşı pis baxışla baxmayın. Bəzən mümkündür ki, atanızın əsəbi narahat olmuş ola və sizin üstünüzə çığırsınlar. Siz gedin onun əlindən öpün və üzr istəyin ki, onu narahat etməkdə nəsə etmiş olarsınız. Baxmıyaraq ki, onun səhv olduğunu bilirsiniz. Siz elə təsəvvür yaradın ki, siz günahkarsınız və deyin: Atacan, anacan, mənim gunahımdan keçin. ... Bu əməlinizlə sizlərə böyük ilahi lütflər nazil olar. O dəstə insanlar ki, valideyinləri onlardan razı olmuşdu əllərini nələr vurmuşlar qızıla çevrilmişdir! Və o dəstə insanlar ki, valideyinləri onlardan naraza qalmışdı əllərini hər nə işə uzatsalar da qaplar üzlərinə bağlı qalmışdı! Mümkündür ki, diriliklərində sizlərdən razı olmuşlar, indiki dünyadan getmişlər onlar üçün xeyir və ehsanat edirsinizmi?! Hər gecə-gündüz vaxtında bir dəfə belə olsa əlləri xeyir əməldən üzülmüş valideyninizi quranla yad edin! (Bu əməlin ki xərci yoxdur). Əgər onları yadd edəsən və ziyarətlərini unutmayasan işlərin xeyirli və bərəkətli olar!


Gözəl əxlaqın 3 dərəcəsi. Münafiqin 3 nişanəsi. Cəmiyyətdə düzgün davranış qaydalar hansılardır?


Gözəl əxlaqın 3 dərəcəsi. Münafiqin 3 nişanəsi. Cəmiyyətdə düzgün davranış qaydalar hansılardır? Rəsuli-Əkrəm (s) buyurur: “Münafiqin üç nişanəsi vardır: yalan danışmaq, əmanətə xəyanət etmək və verdiyi sözə əməl etməmək”.
Əziz Peyğəmbərin (s) nəzərinə görə cəmiyyətdə bu qaydalara riayət olunmalıdır: 1. Uyğunlaşmaq. 2. Abırı qorumaq. 3. Valideyn haqqına riayət etmək. 4. And içməkdən çəkinmək. 5. Ticarətdə insaflı olmaq. 6. Qəzəbi yatızdırmaq.


Əmirəl-Mömininin (ə) hədisində dəyərli insanlar kimlərdir?


Əmirəl-Mömininin (ə) hədisində dəyərli insanlar kimlərdir? Həzrəti Əmirəl möminin (Allahın salamı və salvatı olsun ona) buyurur:
Dünyada 4 dəyər:
1.Elminə əməl edən alimin dedikləri.
2. Elm öyrənməkdən çəkinməyən cahil.
3. Malını Allah yolunda xərcliyən səxavətli.
4. Axirətini dünyasına satmayan fəqir.


Başqalarının abrını tökmək Allahla muharibə deməkdir!


Başqalarının abrını tökmək Allahla muharibə deməkdir! İnsanların abrı ilə oynamaq Allahın qəzəbinə səbəb olar!
Ayətullah Məzahiri buyurur: Təhqir etmək və insanların abrı ilə oynamaq, Allahla müharibəyə başlamaq deməkdir.
Quranın maariflərində deyilir: 5 məkan Allah dərgahında çox dəyərli və hörmətlidir hər kəs ona qarşı təhqiramiz hərəkət etsə Allahın qəzəbinə düçar olmuş şəxs olar:
1-Allahın Rəsulu (s) və bütün peyğəmbərlərin (ə) məqamına hörmətsizlik, 2-Allah Rəsulunun (s) Əhli-Beytinə (ə) hörmətsizlik, 3-Allahın kitablarına və qanunlarına hörmətsizlik xüsusən də Qurani Kərimə. 4-Allahın müqəddəs evləri arasında seçilmiş Kəbə evinin məqamına hörmətsizlik, 5-Möminin şəxsiyyəti və abrı ilə oynamaq bağışlanmayan gunah və Allahın qəzəbinin nazil olmasına səbəb olandır.


İmam Həsən Əsgərinin (ə) əsas fəaliyyətləri nələrdən ibarət idi?


İmam Həsən Əsgərinin (ə) əsas fəaliyyətləri nələrdən ibarət idi? İmam Həsən Əsgərinin (ə) əsas fəaliyyətləri:
1). Mümkün qədər şiələr ilə əlaqələrin zahirdə azaldılması və \"təqiyyə\". 2). Şiələri müxtəlif yollarla maddi baxımdan himayə etmək. 3). Şiələrin siyasi, ictimai və dini məsələlərinə \"vəkillər şəbəkəsi\" vasitəsilə nəzarət etmək – (Məhəmməd bin Əhməd bin Cəfər; Cəfər bin Süheyl Əs-Siqəl). 4). Əhl-Beyt (ə) maarifini yaymaq üçün istedadlı şagirdlərin tərbiyə olunması – (İmamdan (ə) 149 nəfər vasitəsiz hədis nəql edib). 5). Şiələri İmam Mehdinin (ə.f) qeybət dövrünə hazırlanması. 6). Şiələrin tanınmış və nüfuzlu şəxsləri ilə görüşərək onların \"Qeybət\" dövrü barəsində olan şübhələrini ortadan qaldırmaq və bu barədə imanlarını gücləndirmək. 7). İmam Mehdi (ə) üçün xüsusi naiblərin hazırlanması. 8). Batil firqələrlə mübarizə və şübhələrə cavablar... və... s.


Günahın fəlakət gətirən 3 təsiri hansılardır?


Günahın fəlakət gətirən 3 təsiri hansılardır? Günahın fəlakət gətirən 3 təsiri.
Məqaləmizi suallarla başlayaq: - Günah etməklə heç bilirsiniz hansı fəlakətləri həyatınıza hədiyyə edirsiniz?
- Şübhəsiz ki, bilmirsiniz və ya qəflət edirsiniz, çünki ağıllı insan heç zaman elə bir iş görməz ki, sonrası peşmanlıq gətirsin və ya başaşağılıq!
-Bu məqalədə günahın atəşi haqda danışacağam ki, güman edirəm kömək edə günahlardan qorxaraq geri çəkilməyə ciddi yanaşasınız!
Abidlərin zinəti olan İmam Səccad (ə) günahların 3 əsas fəlakətini belə açıqlayır: 1-Günahın birinci həlak edici təsiri: Zillət geyimini əyinə geyinməkdir. Yəni İnsan günah etməklə Allah dərgahında zəlil və dəyərsiz olar. Əraf/9. 2-Haqqa yaxın olmaqdan məhrum olarlar. İnsanların günahları səbəb olar ki, Allah dərgahından uzaqlaşsınlar. Bu haqq dərgahından uzaqlaşma o dərəcəyə çatar ki, insan hər növ ibadət və insanlara xidmət edib yaxşı işləri görməkdən məhrum olar. Əraf/179.
3-Günahın bütün təsirlərindən yaranan ən böyük fəlakət isə insan varlığında qəlbin ölməsidir. ...


Peyğəmbərin (s) mübarək hədisində bu günahları edənlər hansı vəziyyətdə məhşur olarlar?


Peyğəmbərin (s) mübarək hədisində bu günahları edənlər hansı vəziyyətdə məhşur olarlar? Peyğəmbərin (s) mübarək hədisində bu günahları edənlər qiyamətdə bu vəziyyətdə gələrlər:
Həzrət Rəsulullah (s) buyurur: Hər kəs bu dəstə günahları etmiş olsa bu vəziyyətdə məhşur olar:
1-Söz gəzdirənlər, meymun simasında, 2-Haram yeyənlər donuz simasında, 3-Sələm yeyənlər, sabit qədəm olmayan halda- ayaqları titrərək, 4-Qəzavət etməkdə zülm edənlər, kor halda, 5-Özündən razı və özünü bəyənən şəxs, lal və kar halda məhşur olar. 6-Əməlsiz alim və qazilər, dillərini çeynəyən halda və eləcə də ağızlarından çirk gələr ki, onun iyi bütün insanları narahat edər. 7-Qonşulara zülm və əziyyət edən şəxs, iylənmiş murdardan pis iyiyə sahib olan halda, 8-Zalimlərin yanında xəbərçilik edən, alovlu paltar geyinmiş və göyərmiş misin bədəninə yapışmış halda, 9-Allah haqqını ödəməkdə maneçilik törədənlər, əl və ayaqlarının kəsilmiş halda məhşur olar. 10-Təkəbbürlü olanlar, yanğın ağaclara asılmış və yapışmış halda məhşur olarlar.


Uşaq tərbiyəsinə dair Quran hansı əxlaqi göstərişləri verir?


Uşaq tərbiyəsinə dair Quran hansı əxlaqi göstərişləri verir? Hər birimiz övladımıza düzgün tərbiyə vermək üçün can atırıq. Lakin bu yolda nə qədər müvəffəq olduğumuzu övladımız həddi-büluğa çatan zaman hiss edirik. Qurani-Kərim bizlər üçün daima hidayət çığarı olmuşdur. Övlad tərbiyəsində də bizlərə doğru yolu göstərir. Müqəddəs Kitabımız uşaq tərbiyəsinə dair bizlərə 10 göstəriş verir ki, onlarla tanış olaq: 1. Uşaqla alicənab rəftar etmək. 2. Həyanı təlim vermək. 3. Dindarlığın üsulları ilə tanış etmək. 4. Uşaqlara əhkamı öyrətmək. 5. Uşağın rəyinə hörmət etmək. 6. Uşaqda məsuliyyət hissini gücləndirmək. 7. Uşağın oynamasına və əylənməsinə diqqət etmək. 8. Övladlar arasına fərq qoymamaq. 9. Pis rəftar qadağandır. 10. Güzəşt etmək tərbiyə üsullarındandır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter