Əhli-Beyt (ə) hədislərində alimin dəyəri haqda nə buyurulmuşdur?


Əhli-Beyt (ə) hədislərində alimin dəyəri haqda nə buyurulmuşdur? Alimin dəyərini bilmək haqda İmamlardan hədislər:
İmam Baqir (ə) buyurur: “Əgər alimin hüzurunda otursan, danışmaqdan cox eşitmək üçün həris ol, yaxşı danışmağı öyrəndiyin kimi, yaxşı qulaq asmağı da öyrən və heç vaxt danışanın sözünü kəsmə”. (Biharul-ənvar 1/ 222)
İmam Həsən Əskəri (ə) buyurur: “Bizim şiələrimizin alimləri islam dininin sərhədçiləridir. Bizim ardılcıllarımızdan hər kəs bu vəzifəni öhdəsinə alsa, Rum qoşunları ilə cihada gedən şəxsdən daha fəzilətli olar. Çünki o, bizi sevənlərin din sərhədlərini müdafiə edir”. (Əl-ihticac 2/ 155)


İmamların (ə) elmi haradan qaynaqlanır?


İmamların (ə) elmi haradan qaynaqlanır? Hişam ibni Salim və Həmmad ibni Osman İmam Cəfər Sadiqin (ə) belə dediyini nəql edirlər: \"Mənim sözüm, atamın (İmam Baqirin (ə)) sözüdür. Atamın sözü, cəddimin (İmam Səccadın (ə)) sözüdür. Cəddimin sözü, Hüseynin (ə) sözüdür. Hüseynin (ə) sözü, Həsənin (ə) sözüdür. Həsənin (ə) sözü, Əmirəl-mömininin (ə) sözüdür. Əmirəl-mömininin sözü, Allahın Rəsulunun (s) sözüdür. Allahın Rəsulunun (s) sözü isə Allahın sözüdür\". (Şeyx Kuleyni (r.ə), Üsuli-Kafi, 1 ci cild)
Qeyd: Bu səhih (doğru) hədisə əsasən İmamların (ə) sözü elə Allahın sözüdür. Şiələrin pak əqidəsi budur ki, İmam fəqət Allahın sözünü danışar və özlərindən bir söz deməzlər.


Həzrət Zəhranın (ə) imamı kim idi?


Həzrət Zəhranın (ə) imamı kim idi? Peyğəmbər (s) buyurub: \"İmamını tanımadan ölən kəs cahiliyyət ölümü üzərində ölmüşdür\". (Müsnədi-Əhməd ibni Hənbəl)
Peyğəmbər (s) buyurub: \"Hər kim ölə amma boynunda beyət olmaya cahiliyyət ölümü üzərində ölmüşdür\". (Səhih-Müslim)
Qeyd: Görəsən xanım Fatimənin (s.ə) İmamı kim idi və xanım dünyasını dəyişərkən hansı İmamın İmamətini qəbul edirdi? Əgər Əbu Bəkr həqiqi İmam idisə niyə xanım Fatimə (s.ə) onu dünyasını dəyişənə qədər danışdırmadı? Bu sualların iki cavabı var. Ya deməliyik ki, xanım Fatimənin (s.ə) həqiqi İmamı Əli ibni Əbu Talib (ə) idi. Yada deməliyik ki, Əbu Bəkrin xəlifəliyi haqq idi. Kim desə ki, Əbu Bəkrin xilafəti haqq idi onda gərək desin ki, xanım Fatimə (s.ə) cahiliyyət ölümü üzərində ölmüşdür. Bunu deyən isə Allaha kafir olar. Çünki Allah Əhzab, 33 də xanım Fatimənin (s.ə) paklığına və ismətinə şəhadət verir.


İmam Həsən (ə) qiyamətdə hansı 4 suallara cavab istənilməsini söylədi?


İmam Həsən (ə) qiyamətdə hansı 4 suallara cavab istənilməsini söylədi? İmam Həsən (ə) “Saffat” surəsinin 24-cü ayəsinin təfsiri ilə bağlı buyurur:
Həqiqətən, qiyamət günü 4 şey barədə sorğuya çəkilməyən kimsə yerindən tərpənə bilməz:
- Gəncliyini haraya sərf etdin?
- Ömrünü hansı işlərə xərclədin?
- Sərvəti haradan topladın, haraya xərclədin?
- Peyğəmbər (s) və onun Əhli-Beyti (ə) ilə dost oldunmu? (Bihar, c. 44, səh. 12, 13)


İmam Əli (ə) xristianın üzüm suyu haqqında şübhəsini necə cavablandırdı?


İmam Əli (ə) xristianın üzüm suyu haqqında şübhəsini necə cavablandırdı? İmam Əlinin (ə) bir xristianla münazirəsi:
Hz. Əli günlərin birində bir xristiana qonaq oldu. Ev sahibi üzüm gətirdi. Hz. Əli üzümü yedi. Sonra üzümdən hazırlanmış şərab gətirdi. Hz. Əli buyurdu ki : ʺHaramdırʺ
Xristian dedi ki : - Siz müsəlmanlara təəcüblənirəm. Üzüm halal, içki haram.. Halbuki bu da ondan hazırlanır.
Hz. Əli buyurdu ki : Həyat yoldaşın varmı? - Var - Qızın varmı? - O da var. - İkisi də gəlsin bura. Yoldaşı və qızı gələndə Hz. Əli buyurdu ki , ʺBu qız bu anadandır. Amma görürsən ki, Allah sənə anasını halal, qızını isə haram buyurmuşdurʺ Xristian bir anlıq tutuldu, şok olmuşdu. Bütün bildiklərini sorğulamağa və xəlifəyə qarşı dolmuş gözlərlə baxmağa başladı.Əlindən öpüb Müsəlmanlığını elan etdi!


H. Fatimənin (ə) həyat tərzində evli xanımlar üçün hansı rəftarı daha çox örnək ola bilər?


H. Fatimənin (ə) həyat tərzində evli xanımlar üçün hansı rəftarı daha çox örnək ola bilər? Həzrəti Fatimə qadınlar üçün bütün zəminlərdə bir nümunədir. Onun atası əmlak toplamaq üçün böyük fürsətlərə malik idi. Fəth edilən ölkələr və ərazilərdən tutmuş ona edilən bəxşişlərə qədər. Bununla onun və sülaləsinin qiyamətə qədər sərmayəsi ola bilərdi. Amma peyğəmbər bunu etmədi. Onun peyğəmbərlik missiyası da bundan ibarət idi.
Məhəmməd peyğəmbərin (s) qızı həzrəti Fatiməyə (s) verə bildiyi də o zaman mədaxili orta həddə olan ailə səviyyəsində belə deyildi. Həzrət Fatimə (ə) elə həyatının ilk illərindən kasıblığa alışmışdı. O həzrət Əli ibni Əbu-Talibin evinə gedəndə də belə yaşadı və belə tarixə düşdü. Onun öz toyu zamanı gəlinliyini sailə bağışlaması, oruc ola ola, evdə qalan son tikəsini aca verməsi tarixə düşüb.
Tarixi hədislərə əsasən, İmam Əli öz evinin tələbatını təmin etmə məsələsində üzləşdiyi çətinliklər zamanı həzrəti Fatimə həmişə ona ürək dirək verərmiş ki bu da hazırda çox az ailələrdə riayət edilir. Ev daxilində xanımların ərə ürək dirək verməsi yaxud da onu qazanc gətirməkdə bacarıqsız adlandırması, kişinin halal ya da harama getməsinə zəmin yaradan əsas amillərdəndir. Şeyx Tusi əl-Əmali əsərində həzrəti Fatimədən mədaxili az olan evdar xanımlar barədə hədisi belə nəql edir: “Ey Əbəl-Həsən (İmam Əli) Mən Allahdan xəcalət çəkirəm ki gücün çatmadığın (qazanc) məsələlərdə sənin boynuna ağır yük qoyum”.


Həzrəti Fatimə (ə) İmam Əliyə “Məni dəfn edəndən sonra...” hansı mirasları tapşırdı?


Həzrəti Fatimə (ə) İmam Əliyə “Məni dəfn edəndən sonra...” hansı mirasları tapşırdı? Allah Rəsulunun əziz qızı Həzrət Fatimeyi-Zəhranın (s) nəsihətamiz buyuruqlarından (mashreghnews.ir)
-Allah və Allahın Rəsulu ilə Əli (ə) haqqında əhdi pozanlar, mənə zülm edənlər, irsimi əlimdən alanlar, atamın Fədək haqqında məktubunu cıranlar mənim cənazəmə namaz qılmamalıdır...
-Bir kişini görməməsi və kişilərin gözü qarşısında olmaması qadının öz şəxsiyyətini qoruması üçün ən üstün işlərdir.
-Əmirəlmömininə (ə) vəsiyyətindən: Ölümümdən sonra məni yaddan çıxarma. Məzarım üstünə görüşümə gəl.
-Bu dünyadan üç şeyi sevdim: Quran oxumağı, Allah Rəsulunun çöhrəsinə baxmağı, yoxsullara Allah yolunda əl tutmağı.
-Əliyə (ə) vəsiyyətində buyurur: Məni dəfn edəndən sonra mənim üçün çox Quran oxu, dua et. Meyit o zaman hər şeydən çox dirilərlə ünsiyyətə möhtac olur...


Rəvayətlərə əsasən Səcdənin nə kimi təsirləri var?


Rəvayətlərə əsasən Səcdənin nə kimi təsirləri var? Namazda səcdə haqqında buyurulan hədislər:
1.İmam Sadiq (ə) buyurur ki, bəndənin Allaha ən yaxın halı səcdə halıdır. Səcdə bəndəni Allaha yaxınlaşdırır.
2.Bəndənin Allaha səcdəsi şeytanı ən çox qəzəbləndirən əməldir.
3.Həzrət Peyğəmbər (s) buyurur ki, uzun səcdə günahları yuyur.
4.Səcdə halında dua qəbul olar.
5.Bir şəxs behişt əhli olmaq üçün Peyğəmbərdən dua istədi. Həzrət buyurdu ki, sənə dua edirəm, amma duaların qəbuluna səcdələrinlə kömək et.
6.Peyğəmbər buyurur ki, bizimlə məhşur olmaq üçün səcdələrinizi uzadın...


Növruz bayramı öncəsi çərşənbələri qeyd etmək dini baxımdan necədir?


Növruz bayramı öncəsi çərşənbələri qeyd etmək dini baxımdan necədir? Çərşənbələrə gəldikdə isə dini mənbələrdə bu ayinlərin keçirilməsi haqda heç bir tövsiyə yoxdur. Əksinə müasir dövrdə islam alimlər və müctəhidlərin bu 4 çərşənbələrin müxtəlif ağlabatmayan ayinləri barədə qadağalandırıcı fətvaları da mövcuddur.

-Məsələn 6 il öncə ayətullah Xameneinin dəftərxanasına çərşənbədə od qalayıb və son çərşənbə ayinlərini həyata keçirmək barədə sual ünvanlananda, müctəhid bunun “xəsarət və zərər”lə nəticələnəcəyini bildirərək, bu ayinlərdən uzaq durmağı vacib bilib.
-Ayətullah Cavadi Amili son çərşənbənin ayinləri haqda deyir: “Bu ağla şəriətə ziddir. Əsassız və mənfi bir qaydadır”. Müctəhid daha sonra əlavə edib: “Odla oynamaq (partlayıcılardan istifadə etmək) malı israf etmək və haram işdir”...


Fatimeyi-Zəhranın (s.ə) çadrasının nuru əhvalatı hansı hadisə idi?


Fatimeyi-Zəhranın (s.ə) çadrasının nuru əhvalatı hansı hadisə idi? İmam Əli (ə) bir yəhudidən, bir miqdar arpa borc aldı. O da bu borcun müqabilində girov istədi. Əli (ə) Fatimənin (s.ə) yun çadrasını onun yanında girov qoydu. Yəhudi çadranı alıb, evinə apardı. Onu otaqların birində qoydu. Gecə vaxtı oldu. Yəhudinin arvadı, çadra olan otağa getdi. Bir nurun yuxarı hissəyə saçıb, hər tərəfi işıqlandırdığını müşahidə etdi. Ərinin yanına qayıdıb, müşahidə etdiyini ona dedi. Yəhudi təəccüb etdi. Amma Xanım Fatimənin (s.ə) çadrasının onun evində olmasını unutdu. Sürətlə həmin otağa getdi. Çadranın nurunun hər tərəfə yayılmasını müşahidə etdi. Elə bil bu nur, işıqlı aydan da yaxında işıq salırdı. Təəccüblü halda, çadra olan yerə diqqət etdi. Bu nurun Fatimənin (s.ə) çadrasından olmasını başa düşdü. Bu zaman, yəhudi kişi öz tayfasının yanına, yoldaşı isə öz tayfasının yanına gedib, onları bu təəccüblü nuru görməyə dəvət etdilər. 80 nəfər yəhudi oraya toplandı. Nuru görüb, hamısı bu möcüzədən müsəlman oldular. (Biharul-Ənvar, 43-cü cild, səh 30.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter