İsa (ə) Allahın oğludurmu?


İsa (ə) Allahın oğludurmu? Cavab: Müasir dövrümüzdə xristian dünyasının əksəriyyəti İsanı (ə), həqiqətdə, Allahın oğlu kimi tanıyır və onu «Allahın oğlu» adlandırırlar. İlkin İncildən köklü şəkildə fərqlənən bu günkü İncillərdə, İsanın (ə) Allahın həqiqi oğlu olduğu açıq-aşkar iddia edilir. Qurani-kərimdə İsanın (ə) özünün belə bir iddiada olmadığı bildirilir. İsa (ə) özünü yalnız Allahın peyğəmbəri kimi təqdim etmişdir.
Ümumiyyətlə, «ata Allah», «oğul Allah», hətta «ana Allah» kimi puç və əsassız inamlar, qədim hind və çin bütpərəstliyinə xasdır. «Tövbə» surəsinin 31-ci ayəsində bu barədə deyilir: «Onlar Allahı qoyub, alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrı etdilər. Halbuki, onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir Tanrı yoxdur. Allah müşriklərin ona şərik qoşduğu bütlərdən uzaqdır».
Maraqlıdır ki, bir zaman Üzeyiri Allahın oğlu adlandıran yəhudilər, bu gün uyğun fikirin gülünclüyünü anlayıb, əvvəlki iddialarından əl çəkdikləri halda, xristianlar hələ də ruh yüksəkliyi ilə əvvəlki fikirlərində qalırlar. Hansı ki, müasir dövrdə şüurlu insanın Allahdan insan doğulması kimi cəfəngiyyata inanması qeyri-mümkündür. Bu, yalnız Allaha və onun göstərişlərinə imansızlıq və itaətsizlikdən doğa bilər.


Behiştin sakini olacaq 14 kateqoriya insanlar hansı əməl sahibləridirlər?


Behiştin sakini olacaq 14 kateqoriya insanlar hansı əməl sahibləridirlər? Qurani-Kərimin behişt müjdəsi verdiyi kəslər bunlardır:
1. İmanda qabaqcıl olanlar. “Öncül (təqvada) qabaqcıllar! (Onlar) nemət dolu cənnət və bağlarda olacaqlar”. (“Vaqiə” 10-12).
2. Saleh əməl sahibləri. “İman gətirən və yaxşı işlər görən kəslər Rəbbinin iznilə əbədi qalacaqları altından çaylar axan cənnətlərə daxil edilərlər”. (“İbrahim” 23).
3. Allah dərgahına yaxın olanlar. “Beləliklə, əgər (Allahın dərgahına) yaxınlardan olsa, onda asayiş, pak ruzi və nemət dolu cənnət vardır”. (“Vaqiə” 88-89).
4. Yaxşı əməl sahibləri. “Yaxşı işlər görən və yaxşılıq edənlər üçün gözəl mükafat və artıq vardır və ... Onlar cənnət əhlidirlər, orada əbədi qalacaqlar”. (“Yunus” 26).
5. Təqvalılar. “... Onun altından daim çaylar axır, onun bol meyvəsi, yeməkləri və ruzisi daimi, kölgəsi həmişəlikdir”. (“Rəd” 35).
6. Şəhidlər. “Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan cənnətin onların olması bahasına alıb”. (“Tövbə” 111).
7. Səadət əhli. “Xoşbəxt olanlara gəldikdə, onlar cənnətdədirlər”. (“Hud” 108)
8. Namaz qılanlar. “O kəslər ki, namazlarını qoruyarlar. Məhz onlar (ali və xoşagələn) cənnətlərdə ehtiram olunacaq kimsələrdir”. (“Məaric” 34-35).
9. Səbirlilər. “Və onları etdikləri səbir müqabilində (üstün bir) cənnətlə və (zərif) ipəklə mükafatlandıracaqdır”. (“İnsan” 12)...


Cəhənnəmdə əbədi qalacaq 8 dəstə hansı əməl sahibləridir?


Cəhənnəmdə əbədi qalacaq 8 dəstə hansı əməl sahibləridir? Elə günahlar vardır ki, hər kim ona düçar olarsa, cəhənnəmdə əbədi qalar. Bu günahlar 8-dir:
1. Kafirlər. «Kafir olan və Bizim nişanələrimizi təkzib edənlər isə cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar». (Bəqərə/39).
2. Münafiqlər. “Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. Onlara bu, bəsdir. Və onlara Allah lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır”. (Tövbə/68).
3. Qatillər. “Kim bir mömini qəsdən öldürsə onun cəzası cəhənnəmdir ki, orada əbədi qalacaqdır”. (Nisa/93).
4. Zina etmək. “Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı haqq istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar. (Furqan/68-69).
5. Mürtəd olmaq. “Sizdən kim öz dinindən dönsə və küfr halında ölsə, belə şəxslərin ... Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”. (Bəqərə/217)...
6. Sələm yeyən. (Bəqərə/275). 7. İslam düşmənləri ilə əlbir olanlar. (Maidə/80). 8. Günahların əhatə etdiyi insan. (Bəqərə/81).


İnsan ruh və qəlbini xəstə edən əməllər hansılardır?


İnsan ruh və qəlbini xəstə edən əməllər hansılardır? İmam (ə) buyurur: “Allahdan qorxmaq – qəlb xəstəliklərinin dərmanı, qəlbin görməsi, cismi xəsətliklərin şəfası, can yaralarına mərhəm, ruhu pisliklərdən paklayandır”. İmam (ə) buyurur ki, əgər ruhu xəstəliklərdən xilas olmaq istəyirsənsə, təqvaya riayət et və Allahdan çəkin. Təqva – insanı günahdan saxlayan amildir. Bəs qəlbi xəstə edən amillər hansılardır?
1. İlahi olmayan eşq. Əli (ə) buyurur: “Hər kəs (İlahi olmayan) şeyə eşq bəsləyər – onu kor edər və qəlbini xəstə edər, eyib gözü ilə baxar və eşitməz qulağı ilə eşidər”.
2. Günah. İmam Əli (ə) buyurur: “Qəlblər üçün heç bir dərd günahdan daha təhlükəli deyildir”.
3. Əhdi pozmaq. Allah Təala buyurur: “Beləliklə öz əhd-peymanlarını pozduqlarına görə onlara lənət etdik (surət, qəlb və təbiətlərini eybəcərliyə və hökümətlərini süquta məhkum etdik) və qəlblərini sərtləşdirdik”. (“Maidə” 13).
4. Yersiz işlər. Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey qəlbin qəsavətinə səbəb olar: əyləncəyə (ğinaya) qulaq vermək, ova çıxmaq, sultanın sarayına gedib-gəlmək”.
5. Qeyri-İlahi mövzularda çox danışmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən də Allahdan qeyrisini yada salıb çox danışmaq qəlbi sərtləşdirər”.


Peyğəmbər (s) qiyamətdə hansı insanlara şəfaətçi olacağını buyurmuşdur?


Peyğəmbər (s) qiyamətdə hansı insanlara şəfaətçi olacağını buyurmuşdur? Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü mən dörd nəfərin şəfaətçisi olacağam:
1. O kəs ki, övladlarımı əziz tutmuş və hörmət etmişdir.
2. O kəs ki, onların istəklərini yerinə yetirmişdir.
3. O kəs ki, onların işini görməkdə səy göstərmişdir, o zaman ki, həmin işə ehtiyac duymuşdular.
4. O kəs ki, onları dili və qəlbi ilə sevmişdir”


İnsanların fəsada yuvarlandığı bir dövrdə islam hökuməti qurula bilərmi?


İnsanların fəsada yuvarlandığı bir dövrdə islam hökuməti qurula bilərmi? Cavab: İslam hökuməti o demək deyil ki, cəmiyyətin bütün fərdləri ədalətli olsun. Başçıları İslam qanunlarını əsas götürən bir hökumət İslam hökumətidir. Səfər o zaman yaxşı hesab olunur ki, sürücü mahir, maşın isə saz olsun. Səfərin necəliyində müsafirlərin vəziyyəti əsas götürülmür. “Bəqərə” surəsinin 102-ci ayəsində oxuyuruq: “Yəhudilər Süleymanın hakimiyyətinə dair şeytanların oxuduqlarına uydular.”
Bundan əlavə ədalət eyni münasibət demək deyil. Ədalətli həkim hər xəstəyə onun xəstəliyinə uyğun dərman yazır, ədalətli müəllim hər şagirdə onun biliyinə uyğun qiymət verir. Əgər bütün xəstələrə eyni dərman, bütün şagirdlərə eyni qiymət verilsəydi, bu ədalətsizlik olardı. Gözlə qulaq, dağla dəniz eyni deyil. Fərq yalnız ədalətsizlikdən doğmur. Bəzən ədalət özü fərq qoyulmasını tələb edir.
Zülmdən doğmuş ixtilaflar və bərabərsizliklərlə mübarizə aparmaq lazımdır. Təcavüzkarların zülm ilə topladıqları kapitallar onların gözündən tökülməlidir. Amma görülən işə, istedada, ixtisasa, məsuliyyətə fərq qoyulmazsa cəmiyyətdə inkişaf dayanar, insanlarda təkamül həvəsi sönükər.


İmam Mehdinin (ə) zühurunu gözləyənlər zülmün qarşısında susmalıdırmı?


İmam Mehdinin (ə) zühurunu gözləyənlər zülmün qarşısında susmalıdırmı? Qeybət dövründə insanların vəzifəsi özünütərbiyə, əmr be məruf və nəhy əz münkərdir.
Cavab: Biz hər gecə, səhəri gün günəşin doğması intizarında oluruq. Amma bu o demək deyil ki, bütün gecəni işıqsız qalmalıyıq.
Qış aylarında hamı yayın intizarını çəkir. Bununla belə, yayadək hamı soba qalayır və qızınır.
Əsrin İmamının (ə) zühurunadək hamı öz qüvvəsi daxilində zülmlə mübarizə aparmalı, cəmiyyətin islahına çalışmalıdır. Hədisdə buyurulur: “Ən üstün əməl fərəc, yəni həzrət Mehdinin (ə) zühuru intizarında olmaqdır.” (“Bihar”, c. 75, s. 208.)
Hədisdən göründüyü kimi, intizar hal yox əməldir. Ona görə də bu zühuru gözləyənlər əməl sahibi olmalıdırlar. İmamı gözləyənlər saleh olmalıdırlar. Qeybət dövründə insanların vəzifəsi özünütərbiyə, əmr be məruf və nəhy əz münkərdir. Bəli, qonaq gözləyən adam hazırlıq görməlidir.


Dünyadan faydalanmaz hər kimdə bu 5 xasiyyət olmasa!


Dünyadan faydalanmaz hər kimdə bu 5 xasiyyət olmasa! İmam Hüseyn (ə) buyurdular: \"Hər kimdə bu 5 xasiyyət olmazsa dünya və yaşayışından bəhrələnməz:
1-Əqllə yaşamazsa, maddi və mənəvi xeyirini düşünərək yaşamaq İslamın nəzərdə tutduğu ağıllılıqdır.
2-Dindar olmazsa, Allah haqqını, insanların haqqını və eləcə də varlığının haqqını tanımaqla vəzifələrinə əməl etmək dindarlıqdır.
3-Ədəbli olmazsa, Ədəb insanlığa və dəyərlərə qarşı hörmətlə yanaşmaq və onu dirçəltməyə deyilir.
4-Həya olmazsa. Həya yəni aşkarda etmədiyini gizlində də etməyəsən.
5-Xoş əxlaqlı olmazsa. Əxlaq özünə qarşı daxili və xarici gözəlliklər, insanlara qarşı insaflılıq, və Allaha qarşı bəndəlik deməkdir. (Bihar əl-Ənvar, cild: 87, səh: 21).


Niyə peyğəmbərlərin (ə) hamısı Şərqdə zühur etmişdir?


Niyə peyğəmbərlərin (ə) hamısı Şərqdə zühur etmişdir? Şərq – peyğəmbərlərin (ə) ən çox zühur etdikləri məkanlar olmuşdur. Bəs bunun səbəbi nədir?
1-O zaman ki, söhbət İlahi risalətdən gedir, insanların istedadlarına və yaşadıqları diyarlara çox diqqət olunur. Təbii ki, Allahın bu işə mütləq agahlığı vardır. Fələstin, Məkkə və Mədinə kimi şəhərlər Allahın dəvətini qəbul etmək istedadına malik olan insanlara malik olmuşdur. Ona görə də Şərq, insan mədəniyyətinin formalaşdığı bir beşikdir.
İmam Əli (ə) buyurur: “Allah qaradərili peyğəmbər məbus etmişdir, baxmayaraq ki, sərgüzəşti Quranda bəyan olmasa da”.
2-Ona görə də deyə bilərik ki, ola bilsin ki, dünyanın Qərb ölkələrində də peyğəmbərlər məbus olmuşdur ki, Quran onlardan xəbər vermir. Lakin mühüm olanı – Allahın bizə göndərdikləri qanunlar və göstərişlərdir. Mühüm olanı budur ki, bu göstərişlərə əməl edək. Harada nazil olması çox da mühüm deyildir.


Zühur zamanı Həzrət İmam Məhdinin (ə.f) edəcəyi ilk işlər nələr olacaq?


Zühur zamanı Həzrət İmam Məhdinin (ə.f) edəcəyi ilk işlər nələr olacaq? Zühur zamanı əziz İmamın (ə.f) Məkkə şəhərində edəcəyi ilk 11 işlər:
1. Tanıtmaq. İmam Səccad (ə): “O Həzrət danışacaq və deyəcəkdir ki, ey insanlar, mən filankəsəm, filankəsin oğluyam. Mən Peyğəmbərin (s) övladıyam. Sizi o şeyə dəvət edirəm ki, Allahın Peyğəmbəri (s) dəvət etmişdir”.
2. Təcavüzkarlara qarşı müdafiə. Hədisdə deyilir: “Ona hücum ediləcəkdir ki, onu öldürsünlər. 313 nəfər onu müdafiə edəcəkdir”.
3. İbadət. Müdafiə olunduqdan sonra rüknlə məqam arasında dörd rükət namaz qılacaqdır.
4. Beyət almaq. İmam Sadiq (ə) buyurur: “Bu zaman səmadan onun adına nida gələcəkdir və o, məqamın arxasında olacaqdır. Səhabələri ona deyəcəklər: “İndi sizin adınızla nida olundu, nəyi gözləyirsiniz?”. Bu zaman onun əlindən tutub ümumi beyət üçün gətirərlər. Həzrət gələr və Həcərul-əsvədə söykənər”.
5. Ədaləti bərpa edər. İmam Rza (ə) buyurur: “O zaman ki, beyət mərasimi sona çatar, Bəni-Şeybə tayfasının sorağına gələr və onların əllərini kəsər. Çünki onlar Allah evinin oğrularıdırlar. Əl və ayaqlarını kəsərək, Məkkədə dolandırar. Carçi car çəkər: “Bunlar Allah evinin oğrularıdırlar”. Həzrət bu işi Qureyş qəbiləsi üçün də yerinə yetirər”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter