6 böyük müctəhid Novruz bayramı keçirmək haqda hansı fitvaları veriblər?


6 böyük müctəhid Novruz bayramı keçirmək haqda hansı fitvaları veriblər? Xeberman.com saytı 6 böyük müctəhidn fətvalarını sizə təqdim edir. Qeyd edək ki, bu suallar müctəhidlərin dəftərxanalarından əldə edilən fətvalardır. Sayta istinad etməyiniz vacibdir.
-Sual: Salam. Novruz bayramı haqqında rəyiniz nədir? Bu günü bayram kimi qeyd edə bilərikmi?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bəli olar, qohum-əqrəbaya baş çəkmək kimi gözəl işləri olduğu üçün bəyəniləndir.Amma bu şərtlə ki, içində olan mənfi şeylər tərk olunusun.Məsələn; bahalı paltar alıb özünü, var-dövlətini digərlərlərini gözünə çəkmək və digər bəyənilməyən şeyləri.
-Sual: Salam.Novruz bayramını, bayram kimi qeyd etmək, şənlik keçirtmək olarmı?
Cavab: Salam. Ayətullah Məkarim dəftərxana: Bayram kimi qeyd etməyin eybi yoxdur.Lakin haram işlərə yol verilməsin.
-Sual: Salam. Novruz bayramını bayram kimi qeyd etmək olarmı?
Cavab: Salam.Ayətullah Fazil-dəftərxana: Bəli olar...


Quran: \"Yəni möminləri behiştə tərəf çəkib sürüyərlər\" bu ayənin mənası nədir?


Quran: "Yəni möminləri behiştə tərəf çəkib sürüyərlər" bu ayənin mənası nədir? Ayətullah Bəşir Nəcəfi buyurur: \"Neçə il idi ki, \"Zümər\" surəsinin 73-cü ayəsinin məna və təfsiri məni özünə məşğul etmişdi. \"Və siyqəlləzinət-təqau rabbəhum iləl-cənnəti zuməra\"(Zümər: 73). Yəni möminləri behiştə tərəf çəkib sürüyərlər!!
Özümdən soruşdum. Niyə \"behiştə tərəf çəkib sürüyərlər\" deyilib? (Qurana aid) bütün təfsir kitablarına baxdım amma cavab tapa bilmirdim.
Nəhayət bir gün Biharul-Ənvar kitabında İmam Sadiq (ə) nəql olunmuş bu rəvayətlə üzləşdim. İmam Sadiq (ə) buyurur:
İmam Hüseyn( ə) dostları və möminlər Qiyamət günü Allahdan istəyərlər ki, behiştə girməzdən öncə mövlaları Hüseynlə (ə) görüşsünlər.İmam (ə) öz sevərlərinin görüşünə gələr. Bu görüş çox uzanar. İmam Sadiq (ə) buyurur: Hər iki tərəf bir-birinə baxar və heç bir tərəf, qarşı tərəfdən gözünü çəkməz. Nə İmam (ə) öz sevərlərini buraxar və nə də Seyyidüşşühədanın dostları öz mövlalarından könül üzərlər.Görüş o qədər uzanar ki, Allah behişt məmurlarına buyurar: Bu görüşə son qoymaq üçün bu Hüseyn aşiqlərini behiştə tərəf çəkib sürüyün


Cəfəri (Şiə) məzhəbi haqqında nə deyə bilərsiniz?


Cəfəri (Şiə) məzhəbi haqqında nə deyə bilərsiniz? 12 İmam şiələri altıncı İmamın (ə) adıyla bağlı və Peyğəmbərin (s) tərəfindən ilahi vəhyə əsasən ardıcıl olaraq təyin olunan 12 İmama tabe olanlar inanclarında, Qurana və Peyğəmbərin sünnəsinə əsaslanırlar. Cəfərilər Peyğəmbər (s) sünnəsini və Quran hökmlərini bəyan edən Peyğəmbər(s)-in və Əhli-Beytinin topladığı hədisləri daha üstün sayırlar. Cəfəri məzhəbi İslamın ilk çağlarında İslam elmini inkişaf etdirmişdir. Onların mühüm dini və elmi mərkəzləri vardır. Bunlardan ən əhəmiyyətlisi və ən qədimi Nəcəfül-Əşrəf elmi mərkəzidir. Bu mərkəz on əsr bundan əvvəl İraqın Nəcəf şəhərində böyük alimlərdən olan Şeyx Tusi adlı şəxs tərəfindən yaranmışdır. Hal-hazırda isə artıq yarım əsrə yaxındır ki, İranın Qum şəhərindəki dini və elmi mərkəz cəfərilərin elm mərkəzidir. Şiə aləmində Əhli-Beytin Peyğəmbər(s)-dən nəql etdiyi hədislər, xüsusilə də İmam Cəfəri Sadiq(ə)-ın hədisləri böyük üstünlük təşkil edir. Cəfəri məzhəbi Quranın axirətə qədər Allah tərəfindən qorunacağı və heç bir dəyişikliyə məruz qalmayacağı inancındadır və bunu dəlillərlə də sübut edir. Biz Cəfəri məzhəbi haqqında qısaca məlumat verdik. Bu məzhəblə maraqlanmaq istəyənlərə \'\'İslamda Cəfəri Məzhəbi və İmam Cəfəri Sadiqin buyruqları\'\' kitabını oxumağı məsləhət görürük, şiələrin tarixi ilə əlaqədar isə \'\' Tarixuş-şiə\'\' kitabına müraciət etmək məsləhətdir. \"14 sual 14 cavab kitabı, səh: 1-2\".


Namazla cihadın nə belə oxşarlıqları var?


Namazla cihadın nə belə oxşarlıqları var? Namazla Cihadın oxşar cəhətləri vardır. İbarətdirlər:
1-Cihad etmək düşmənə qələbə çalmaq yoludur, namaz isə daxili düşmənə (nəfsə) qələbə çatmaq vasitəsidir.
2-Cihad etmək üçün vasitə və köməkçilərə ehtiyac var, camaat namazı cihada oxşardır bu yollarla ki İmam camaat yol göstərən, namaz qılan şəxs nəfs və şeytanla mübarizə üçün yola düşən mömindir.
3-Cihadla mömin dünya malından qənimətlər əldə edər, namazla isə mömin şəxs şeytan və nəfsinə qələbə çalmaqla İlahi savabları qazanıb Allaha yaxınlaşır. Namazın sirləri kitabı, səh: 92


Nə üçün həzrət Əlinin (ə) adı Quranda gəlməmişdir?


Nə üçün həzrət Əlinin (ə) adı Quranda gəlməmişdir? Ayətullah Sadiq Ruhani bu suala belə cavab vermişdir: Allahın adı ilə:
Şiə alimləri “Qədir” hədisi ilə İmaməti sübuta yetirirlər. Bu hədis şiə və əhli-sünnənin nəzərində möhkəm bir hədisdir. Çünki həm şiə, həm də əhli-sünnə mühəddisləri tərəfindən təvatürlə nəql olunmuşdur. H. Əlinin (ə) canişinliyinə irad tutulan budur ki, nə üçün Əlinin (ə) adı Quranda açıq-aydın gəlməmişdir?
Aydındır ki, əgər H. Əlinin (ə) və onun övladları olan digər İmamların (ə) adları Quranda gəlsəydi, Quran təhrif olunacaqdı. H. Əlinin (ə) və digər İmamların adlarının Quranda zikr olunmamasının sirri də budur. Üstəlik, bu barədə səhih bir hədis də vardır. Əbu Bəsir deyir: İ. Sadiqdən (ə) soruşdum: Camaat deyir ki, nə üçün Əlinin (ə) və övladlarının adı Quranda gəlməmişdir? İmam (ə) buyurdu: “Onlara deyin ki, namaz hökmü Allahın Peyğəmbərinə (s) nazil oldu, amma Allah namazın rəkətlərinin üç, yaxud dörd olmasını təyin etmədi.Peyğəmbər (s) bunu özü camaata təfsir etdi” . Bu rəvayətdən məlum olur ki, Mütəal Allah açıq zikr etməməsinə baxmayaraq, İmamların (ə) adı zikr olunmuş rəvayətlər Qurana işarə edir və məqsəd ayənin təfsir və izahı, yaxud da şəni nüzulu və təvilidir.


İmam Riza (ə) imamətin fəlsəfəsi haqqında nə buyurmuşdur?


İmam Riza (ə) imamətin fəlsəfəsi haqqında nə buyurmuşdur? İmam Riza (ə) Mərvdə olarkən cümə günü “Came” məscidində camaatın qarşısında bir sıra məsələlərə toxunur. O cümlədən, buyurur:
“Şübhəsiz, İmamət peyğəmbərlərin məqamı və vəsilərin irsidir. İmamət Allahın nümayəndəliyi, Peyğəmbərin (s) xilafəti və canişinliyidir... İmam parlaq ay, işıqlı çıraq, şölələnən nur, zülmət və qaranlıqda hidayət ulduzu və süqutda xilaskardır... İmam yağış dolu bərəkətli bulud, ardıcıl (dirilik) yağış və parlaq günəşdir... İmam yaranmışlar arasında Allahın əmini, bəndələri üzərində Onun höccəti və canişinidir... İmamın vücudu ilə din nizamlanır, müsəlmanlar izzət qazanır, münafiqlər qeyzdən yanır və kafirlər həlakətə yetir.” (“Üsuli-kafi”, 1-ci cild, səh. 200.)


Anamız üçün nə etmşik?


Anamız üçün nə etmşik? Bir gün bir gəncin anası ağır xəstələnir və onun əlacı səhranın o biri tayında yaşayan bir təbibdə olur. Bu gənc kasıb olduğundan dəvəsi yox imiş ki, anasını təbibə aparsın. Amma aparmasa, anası bu xəstəlikdən ölə bilərmiş. Gənc belə qərar verir ki, anasını belində aparsın. İsti hava, istidən qovrulan səhrayla oğlan anasını belinə alıb aparır. Təbib anasını sağaldandan sonra yenə o uzun səhra ilə anasını belində geri qaytarır. Mənzilə çatanda oğlanın bütün ayağının dərisi elə yanıbmış ki, az qala sümükləri görsənsin. Yenə də həmin gənc anasının yanında ağrıdığını bildirmirdi, sanki heç nə olmamış kimi anasına qulluq edirdi. Səhəri gün həmin gənc Peyğəmbərimizin (s.a.s.) yanına gedərək ona əhvalatı danışır və soruşur: «Mən bu əməlimlə anamın borcundan çıxa bilmişəmmi, öz övladlıq borcumu yerinə yetirmişəmmi?»
Cavabı: Peyğəmbər (s.a.s) buyurur : \"Bu hərəkətinlə sən yalnız ananın doğum sancısının əvəzini ödəyə bilərsən, o da tam olaraq yox, bəlkə yarısını”.


Allah-Taala hansı üç nəfərin duasını qəbul etməz?


Allah-Taala hansı üç nəfərin duasını qəbul etməz? Vəlid ibn Səbih deyir: İmam Sadiqin (ə) xidmətində idim. Onun qabağında böyük bir qabda xurma var idi. Bir dilənçi gəldi. Xurmanın bir miqdarını ona verdi. Sonra bir dilənçi də gəldi. Ona da bir qədər xurma verdi. Üçüncüsü də gəldi. Həzrət (ə) buyurdu: “Allah artıq etsin.”
Sonra buyurdu: - Əgər bir nəfərin otuz-qırx mini (dirhəmi, yaxud dinarı) olsa və hamısını da düzgün və səhih yolda məsrəf etsə, yoxsul həddinə çata bilər. Lakin o, üç nəfərdən biri olacaq ki, onların da heç birinin duası qəbul olunmaz.
Dedim: - Sənə qurban olum, onlar kimlərdir?
Buyurdu: - Biri odur ki, Allah ona kifayət qədər mal-dövlət verir və onu xərcləyib deyir: “İlahi, mənə ruzi ver!” Cavab gələr ki, məgər sənin ruzini vermədimmi?” İkinsici odur ki, öz arvadına nifrin edər. (Yə`ni, bir yerdə dolanmaq heç cür mümkün olmadığı halda ona talaq verib boşamaq əvəzinə nifrin edir.) Allah-təala buyurar: “Məgər onun talağını sənin əlinə verməmişəmmi?” Üçüncüsü odur ki, evdə oturub Allahdan ona ruzi verməsini diləyir. Xitab olunar: “Məgər ruzi kəsb etmək yolunu sənin ixtiyarında qoymamışammı?!” (Əli Məşkini, \"Nəsihətlər\" kitabından)


Peyğəmbərin (s) sualı: səhəri necə açmısan?


Peyğəmbərin (s) sualı: səhəri necə açmısan? Bir gün Həzrət Peyğəmbər (s) səhabələrdən biri ilə rastlaşdıqda ondan: \"Səhəri necə açmısan?\" (yəni, əhvalın necədir?)-deyə soruşur. Səhabə: \"Yaxşıdır\" - deyə cavab verir. Lakin Peyğəmbər (s) onun bu cavabı ilə razılaşmayıb, sualını bir daha təkrar edir. Səhabə həmin cavabı verir. Peyğəmbər (s) üçüncü dəfə də eyni sualı təkrarladıqda səhabə eyni cavabı verib əlavə edir ki, Allaha həmd olsun, şükr edirəm Ona! Həzrət Peyğəmbər (s) dərhal buyurur ki, bax bu idi səndən eşitmək istədiyim!


İmam Rzanın (ə) misilsiz əxlaqından götürə biləcəyimiz 5 nəcib xüsusiyyət hansılardır?


İmam Rzanın (ə) misilsiz əxlaqından götürə biləcəyimiz 5 nəcib xüsusiyyət hansılardır? Son illərdə alimlərin nəzərini çəkən ən mühüm mövzulardan biri də sadə yaşam və gözəl əxlaqa malik olmaqdır. Qərb mədəniyyətinin hücumu, lazımsız şeylərə çox diqqət etmək sadə yaşamağın və əxlaqi dəyərlərə diqqət etməyin nə qədər mühüm mövzu olduğunu bir daha xatırladır.
Əgər Məsumların (ə) həyatlarına nəzər salsaq, onlardan çoxlu ibrət dərsləri alarıq. İbrahim ibn Abbas İmam Rzanın (ə) əxlaqı barəsində belə deyir: “Heç vaxt görmədim ki, Həzrət (ə) sözləri ilə kiminsə haqqında cəfa etsin. Ya kiminsə sözünü bitməmiş kəssin. Ehtiyaclıların ehtiyacını yerinə yetirərdi. Heç bir zaman hacətini yerinə yetirməyə qadir olduğu hacəti rədd etməzdi. Ayaqlarını heç kəsin yanında uzatmazdı. Başqalarının yanında nəyəsə söykənməzdi. Heç vaxt görmədim ki, xidmətçilərini təhqir etsin. Heç vaxt görmədim ki, ağzının suyunu atsın və cəm içində heç vaxt görmədim ki, yüksək səslə gülsün. Gülüşü təbəssüm idi. O zaman ki, süfrə açılardı qullar, xidmətçilər, hətta gözətçilər belə onunla bir süfrədə əyləşərdilər. Gecələri az yatar və çox oyaq olardı. Gecələrin çoxunda gecənin əvvəlindən sübhə qədər oyaq olardı. Çoxlu oruc tutar və hər ay üç gün oruc tutardı. Buyurardı ki, bu üç gün oruc bütün ömrümün orucudur. Çox kömək edər və sədəqə verərdi. Gecələrin qaranlığında gizli şəkildə bu işi görərdi. Əgər kimsə desə ki, onun kimi şəxsiyyəti görmüşdür, inanmayın”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter