Qəza namazı haqqında şəriətdə hansı hökmlər gəlmişdir?


Qəza namazı haqqında şəriətdə hansı hökmlər gəlmişdir? Qəza namazı: 1) Hər kim vacib namazı müəyyən bir səbəbə görə - istər yatıb qalsın, istər məst halda olsun, istərsə də müəyyən bir xəstəliyə görə - öz vaxtında qılmasa, qəzasını qılmalıdır. Lakin əgər bir şəxs namaz vaxtı boyu huşunu itirmiş olsa, namazın qəzası ona vacib olmur. Həmçinin müsəlman olan kafirin kafir olduğu müddətdə və qadının heyz və nifas halında qılmadığı namazların qəzası yoxdur.
2) Hər kim namaz vaxtı keçdikdən sonra qıldığı namazın düz olmadığını bilsə, onun qəzasını qılmalıdır. Məsələn, bir şəxs qüslün əhkamını bilmədıyınə görə şəriətdə göstərilən qaydada qüsl verməyibdirsə, batil və düz olmayan qüsl ilə qıldığı namazların qəzasını qılmalıdır.
3) O namazların qəzasını qılmaq vacibdir ki, insan onları tərk etdiyinə və ya düzgün qılmadığına əmin olsun. Lakin əgər insan ehtimal versə və ya şəkk etsə ki, keçmişdə namazlarının bəzisini tərk etmiş və ya düzgün qılmamışdır, onların qəzasını qılmaq vacib deyildir.
4) Yovmiyyə vacib namazların qəzasını qıldıqda namazların tərtibinə riayət etmək vacib deyildir. Əlbəttə bir günün zöhr və əsr, yaxud məğrib və işa namazlarının qəzasını eyni vaxtda qıldıqda tərtibə riayət olunmalıdır...


Qəbul olunmayan namazlar hansılardır?


Qəbul olunmayan namazlar hansılardır? Dediyimiz kimi, hansısa bir düzgün əməlin qəbul olmaması mümkündür. Müştərisiz mal kimi! Hədislərdə bəzi şəxslərin namazlarının dəyərsiz olduğu və qəbul edilmədiyi bildirilir. Bir neçə nümunəyə işarə edək:
1. Etinasızlar. İmam. Sadiq (ə) buyurur: \"Cəmiyyətin yoxsullarına etina göstərməyənlərin namazı qəbul deyil.
2. Haramxorlar. Həzrət Peyğəmbər (s) buyurur: \"Haramxorların namazı çınqıl üzərində tikilmiş bina kimidir.”
3. Evdə məsuliyyətsizlik edənlər. H. Peyğəmbər (s) buyurur: \"Ərinin qazancından faydalanan, lakin öz ilahi göstərişlərinə əməl etməyən qadının namazı qəbul deyil.”
4. Zəkat verməyənlər. Bir gün Allahın rəsulu (s) doqquz nəfəri zəkat ödəmədiyi üçün məsciddən çıxardı, sonra namaza başladı.
5. Təqvasızlar. Təqvasızların, yetərli şəkildə səcdə və rüku etməyənlərin namazı qəbul deyil.
6. \"Haqin” və \"haqib”. \"Haqin” və \"haqib” sidik və nəcasəti saxlayıb, özünü çətinliyə salan və cismi zərərlərə düçar olan şəxsə deyilir. İ. Sadiq (ə) buyurur: \"Bu şəxslərin namazı qəbul deyil.”
7. Sevilməyən pişnamaz. Bə’zən hansısa bir məsciddə xalqın qəbul etmədiyi və sevmədiyi bir pişnamaz şəxsi məqsədlə məscidi və ya məqamını tərk etmək istəmir.


İmamət va yaxud canişinlik nədir?


İmamət va yaxud canişinlik nədir? Qeyd etmək lazımdır ki, İmamətin tə’rifi ilə bağlı fikir ayrılığı var. Bir zümrə müsəlmanın (şiə və Əhli-beyt (ə) məktəbi ardıcıllarının) nəzərincə, İmamət dinin əsası və etiqadın köklərindən olduğu halda, başqa bir zümrə (əhli-sünnə) onu fürui-din və əməli göstərişlərdən sayır.
Məlum olduğu kimi, hər iki qrup məsələyə eyni gözlə baxmadığından, təbii olaraq ona fərqli təriflər vermişlər. Məsələn: Əhli-sünnə alimlərindən biri İmamətə belə tə’rif verir: “İmamət İslam peyğəmbərinin (s) canişinliyi adı ilə din və dünya işlərinə ümumi rəyasət və rəhbərlikdir!” (“Şərhi-təcrid”, Quşçi, səh. 472)
Bu tərifə əsasən, İmamət hökumət rəhbərliyinə aid zahiri məqam və vəzifədir. Bu hökumət dinə əsaslanır və Peyğəmbərin (s) (hökumət işlərindəki) canişini adını daşıyır. Təbii ki, burada “İmam” xalq tərəfindən seçilməlidir.
Şeyx Müfid “Əvailul-məqalat” kitabının “ismət” bölümündə belə yazır: “Peyğəmbərin (s) canişini olan İmamlar hədd (Şəriətdə bəzi günah və pozğun işləri törədənlərin fiziki cəzalanmasına “hədd” deyilir.), hüquq və hökmlərin icrasında, şəriətin qorunması, eləcə də, insanların tərbiyəsində peyğəmbərlər kimi (günah və xətadan) mə’sumdurlar!” (“Müqəddimə”, İbn Xəldun, səh. 191.)


Dilimizi hansı günahlardan qoruyaq?


Dilimizi hansı günahlardan qoruyaq? Dilini səkkiz şeydən qoru:
1. Yalan söz danışmaqdan. İstər ciddi olsun istərsə də zarafatyana. Bil ki, yalan kəbirə günahlardandır.
2. Verdiyin vədə xilaf çıxmaqdan. Məbada, yaxşılıq vədəsi verib, sonra ona xilaf çıxasan! Vədəyə xilaf çıxmaq münafiqlik əlamətidir.
3. Qeybətdən. Bir çox hədislər əsasında məlum olmuşdur ki, qeybət etməyin çox böyük günahları var.
4. Camaatın narahatlığına və incikliyinə səbəb olan höcət və mücadilə etməkdən. Bil ki, bu, cəhl və nadanlıq əlamətidir.
5. Özünü tərifləməkdən. Bir hikmət sahibindən soruşdular: \"Xoşa gələn düz, lakin pis söz nədir? \"Cavab verir: \"Özünü tə`rifləmək.”
6. Müsəlmana lənət etməkdən. Bu işdən var gücünlə çəkin!
7. Allahın yaratdıqlarına nifrin etməkdən. Çünki gördüyü zülmdən artıq nifrin edərsə, həmin miqdarda zalımın onun boynunda haqqı var.”
8. Nalayiq zarafat və məsxərədən. Dilini bu cür narəva sözlərdən qoru. Çünki bu, insanın abrını aparar, onun alçalmasına, düşmənçiliyə, qəlblərdə kin və ədavətin cücərməsinə səbəb olar.


Dünyaya bağlanmamış zahidlərdən nəsihətlər...


Dünyaya bağlanmamış zahidlərdən nəsihətlər... Səkkiz xüsusiyyətin ardınca gəzdim, bütün dünya və axirət xeyrini həmin şeylərdə tapdım:
1. Qüdrət və məqam əldə etmək istədim, onu elmdən başqa bir şeydə görmədim. Elm və bilik ardınca gedin ki, həm dünyada, həm də axirətdə əzəmət sahibi olasınız.
2. Böyüklük axtardım, bunu təqvadan başqa bir şeydə görmədim. Təqvalı olun ki, böyüklük əldə edəsiniz.
3. Var-dövlət əldə etmək istədim, bunu qənaətdən başqa bir şeydə görmədim. Qənaət edin ki, ehtiyacsız olasınız.
4. Asayişi əldə etmək istədim. Bunu nalayiq və fərsiz insanlardan uzaq olmaqda gördüm. Bu cür insanlarla yoldaşlıq etməkdən uzaq olun ki, rahatlıq əldə edəsiniz və Allahın əzabından amanda qalasınız.
5. Salamatlıq ardınca gəzdim, bunu Allaha itaətdən başqa bir şeydə görmədim. Allaha itaət edin ki, salamat qalasınız.
6. Xüzu və təvazö ardınca gəzdim, bunu haqqı qəbul etməkdən başqa bir şeydə görmədim. Haqqı qəbul edin ki, təkəbbürdən uzaq olasınız.
7. Həyatın ləzzətini axtardım, bunu nəfsani istəkləri tərk etməkdə gördüm. Nəfsin istəklərini tərk edin ki, həyatın ləzzətini da dadasınız.
8. Camaatın tə`rifinin ardınca getdim, bunu səxavətdən başqa bir şeydə görmədim. Səxavətli olun ki, yaxşı ad qazanasınız.


Əmmar Yasir (ə) hansı xasiyyətlərinə görə Əhli-Beyt (ə) yanında fəzilətə sahib müsəlman idi?


Əmmar Yasir (ə) hansı xasiyyətlərinə görə Əhli-Beyt (ə) yanında fəzilətə sahib müsəlman idi? Əmmar böyük fəzilətlər sahibi idi. Mötəbər bir hədisi xatırlayaq: Siffeyn döyüşündəƏmr ibn As ətrafındakıları əmin edirdi ki, Əmmar əvvəl-axır bizə tərəf dönəsidir. Nəhayət, Əmmar şəhid oldu və onun şəhadəti Müaviyəyə böyük zərbə vurdu. Əmmar şəhid olana qədər səhabələrdən bəziləri bu döyüşdə iştirak etmirdilər. Yalnız onun şəhadətindən sonra əksəriyyət bu döyüşə qatıldı.
H. Peyğəmbərin (s) Əmmar haqqındakı buyuruqları dildəndilə gəzir. Həzrətin (s) sözləriƏmmarın simasını müsəlmanlara tanıtdırır və onu daha da sevdirir. Məhz həzrət Peyğəmbərin (s) münasibətinə görə Əmmar bütün könüllərdə özünə yer tapır.
Həmin vaxtlar Əmmarla Osman arasında mübahisə baş verir. Peyğəmbər (s) bu barədə eşidib buyurur: \"Əmmardan nə istəyirlər? Əmmar onları behiştə dəvət edir, onlar isə Əmmarı cəhənnəmə sürükləyirlər. Əmmar mənim üçün iki gözümün arası kimidir.” Digər bir buyuruğunda Həzrət (s) Əmmarın uca məqamını belə işıqlandırır: \"Əmmar başdan-ayağa imanla doludur. İman onun ətinə-qanına hopub.”Nəql olunan hədislər Əmmarın şəxsiyyətinin ucalığını göstərir. Peyğəmbər (s) Əmmar haqqında dəyərli sözlər bəyan etmişdir. Əmmar rəvayətlərdə Peyğəmbər (s) səhabələrinin dördsütunundan biri sayılır. O həmin dörd nəfərdəndir ki, behişt onların sorağındadır. \"Əmmarın qəzəbi Allahın qəzəbidir.” Bunu həzrət Peyğəmbər (s) buyurmuşdur.


İmam Sadiq (ə) çox danışmayan insanlara hansı müjdəni verir?


İmam Sadiq (ə) çox danışmayan insanlara hansı müjdəni verir? İmam Sadiq (ə) sükut haqqında belə buyurmuşdur:
\"1-Sükut həqiqət əhlinin məsləki, dünyanın sabit və dönməz həqiqətlərinə bəsirət gözü ilə baxanların şüarıdır.
2-Sükut hər növ rahatlığın açarı, dünya və axirətin asayişidir.
3-Sükut Allahın razılığına səbəb olur.
4-Sükut qiyamət günü haqq-hesabın yüngül olmasına səbəb olur.
5-Sükut xatalardan və uçurumlardan qorunmaq vasitəsidir.
6-Sükut nəfsani qüvvələri boğmaq üçün vasitədir.
7-Sükut nəfsin rahatlığı üçün vasitədir.
8-Sükut Allaha edilən ibadət və münacatların ləzzətini dərk etmək üçün vasitədir...


Şeytanın Molla Ağacan Zəncaniyə təklifi nə oldu?


Şeytanın Molla Ağacan Zəncaniyə təklifi nə oldu? \"Bir gün İmam Hüseynin (ə) böyük oğlu həzrət Əli Əkbərə (ə) təvəssül etmişdim\"
Böyük arif və əxlaq ustadı Molla Ağacan Zəncani deyir: Bir gün İmam Hüseynin (ə) böyük oğlu həzrət Əli Əkbərə (ə) təvəssül etmişdim. Bir hacətimin qəbul olması üçün o həzrəti vasitə etmişdim və ürəyim Əli Əkbərə (ə) qarşı məhəbbətlə dolu idi.
Birdən gördüm otağın bir küncündə sanki döşəmə yanır. Həmin yerdən tüstü qalxdı və bu tüstü bir insan həcmində toplandı. Yavaş-yavaş tüstünün yuxarı hissəsində insan başına oxşar bir baş formalaşdı. Başa düşdüm ki, o şeytanlardan biridir və mənə nəysə demək istəyir. O, dəmiri-dəmirə çəkdikdə çıxan səs kimi bir səs və çox narahatedici bir səslə mənə dedi: - Mən cinlərin böyüklərindən biriyəm. Bilirəm ki, Əli Əkbərə (ə) olan məhəbbətini ürəyindən çıxara bilməzsən. Amma ona qarşı məhəbbət bəsləmədiyini dildə də desən, mən qəbul edirəm və belə desən, mən sənin qulluğunda olacam.
Ona dedim: - Sən belə düşünürsənsə, deməli müsəlman deyilsən və şeytanlardansan. Ona görə də mənəvi işlərdə mənə kömək edə bilməzsən. Maddi işlərdə isə əgər Yer kürəsinin bütün ixtiyarını mənə versən də mən belə bir cümləni demərəm. O, bu cavabı eşitdikdən sonra mənim ürəyimi yerindən qoparacaq və məni zəiflədəcək bir nalə çəkədi və yoxa çıxdı. /ixlas


Allahdan nə üçün qorxmalıyıq?


Allahdan nə üçün qorxmalıyıq? \"Allahdan qorxmaq nə deməkdir? İnsan qorxduğu mövcudu sevə bilərmi? Qorxudan qılınan namazdan necə ləzzət almaq olar?
-Qeyd etdik ki, ayə və rəvayətlər Allah qorxusunu müsbət hal kimi tanıtdırırlar. Amma bu məsələyə şübhə ilə yanaşanlar da var. Bəziləri iddia edirlər ki, Allah mərhəmətlidir və Ondan qorxmağa dəyməz. Əslində isə Allahdan qorxan öz əməllərinə görə qorxmalıdır. Allah–təalanın varlıq aləmində hökm sürən qanunlarına görə günah cəza ilə nəticələnir. Qiyamət günü insan Allahın yox, öz günahlarının cəzasına çatır. Təsəvvür edin ki, bir şəxs öz bağına çəkdiyi dəmir hasara cərəyan buraxıb və xəbərdarlıq işarəsi qoyub. Əgər bir kəs xəbərdarlığa məhəl qoymayıb, hasara toxunaraq ölərsə bu hadisənin səbəbkarı bağ sahibi deyil.
-Bu qorxu insanda xüşu halı yaradır və onu müxtəlif günahlardan çəkindirir. Amma qəlbində Allah qorxusu olmayanlar min bir cinayətə əl ataraq, nəhayətdə cəhənnəm əzabına düçar olurlar. Demək, Allah qorxusu insan üçün çox faydalıdır və hər bir insan özündə bu halı yaratmağa çalışmalıdır\". (Ustad Misbah Yəzdi, \"Allaha doğru\" kitabından)


Allaha hacəti olan şəxs hansı zikri çox deməlidir?


Allaha hacəti olan şəxs hansı zikri çox deməlidir? (Ayətullah Cavad Amulinin əxlaq dərsindən) Deyerler- Dini təlimlərdə oxuyuruq ki, əgər günaha düçar olsan, tez bir zamanda yaxşı bir iş gör ki, həmin günahı aradan apara bilsin. Çünki əgər günah parçalanarsa, insanın varlığında çürüklər əmələ gətirər və onu kor və kar edər.
Daima Allahı xatırlayın, Allahı daima xatırlamaq insanı qəflətdən uzaqlaşdırar. Nəql edilir ki, Həzrət Peyğəmbər (s) bir bağın kənarından keçirmiş. Ağac əkən bağbana buyurur: “İstəyirsənmi ki, mən səni ağac əkməkdən daha faydalı bir işlə agah edəm?” Deyir: “Bəli”. Buyurur: “Sənin əkdiyin ağacın səmərəsi müvəqqətidir. Ancaq hər səhər və hər axşam təsbihati-ərbəəni desən, Allah sənin üçün behiştdə hər bir təsbihin qarşısında bir ağac əkər ki, daima meyvə verər”.
İmam Sadiq (ə) buyurur ki, əgər Həzrət Zəhranın (s.ə) təsbihatından sonra bir dəfə “Lə İləhə İlləllah” desəniz, günahlarınız bağışlanar. Başqa bir yerdə oxuyuruq ki, əgər hacətiniz olsa, 10 dəfə “Ya Allah” deyin və sonra hacətinizi istəyin.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter