Sərvətinə görə sevinənin sonu necə oldu?!


Sərvətinə görə sevinənin sonu necə oldu?! Həyatda insana verilən hər bir imkan onun məsuliyyətini artırır. İnsan ona verilən sərvət və əmlaka görə, axirətdə sual qarşısında duracaq. Məsuliyyətdən əlavə mal-sərvət insanın günaha sarı addımlamasında mühüm rol oynayır və onun günah etmə imkanlarını artırır. Buna görə, sərvətli olmaq sevinc gətirməz. Onun bais olduğu sevinc hissi də müvəqqəti və aldadıcıdır. Bu barədə Qüdsi-hədislərin birində maraqlı bir tövsiyə vardır. Üsuli-Kafi əsərində yazılıb ki Allah Musa peyğəmbərə xitabən buyurur: “Ey Musa sərvətin çoxluğu ilə sevinmə! Heç vaxt məni xatırlamağı unutma! Bil ki mal-mülkün çoxluğu insana günahlarını unutdurar (nəticədə o məni xatırlaya bilməz) məni xatırlaya bilməyənin qəlbi də qəsavət bağlayar”
Əxlaq alimlərinin fikrinə görə, qəlbin qəsavət bağlaması və onun mənəvi baxımdan qaralması kiçik günahlardan başlayır. İnsan günah etdikcə onun qəlbinə qara düşür. Günah günah gətirər qaydasına əsasən qəlb tədricən qəsavət bağlamağa başlayır. Qəlbin günahla və nəfsin istəkləri ilə dolması Allah zikri və mənəviyyatın ordan çıxması ilə nəticələnir. Beləcə də Allah qorxusu unudulur. Sərvət və mal-mülk günahlara açılan imkanlarına görə məsuliyyət gətirir və insan üçün bir ilahi imtahan rolunu oynayır.


Nə üçün əhli-sünnət rəhbər və imamları üçün ad günü və vəfat günü keçirmirlər?


Nə üçün əhli-sünnət rəhbər və imamları üçün ad günü və vəfat günü keçirmirlər? Şeyx Məhəmməd Ziyai əhli-sünnət alimi bu sualı belə cavablandırır: \"Əhli-sünnətin bütün məzhəblərində bu inanc var ki, öz dini rəhbərlərinin böyüklüyünü 3 yolla yad edirlər:
1-Onların adını gözəl yad etməklə, misal üçün Həzrət, seyyidəna, Kərrəməllah vəchəhu, rəziyəllahu ənhu, Peyğəmbər haqqında isə salavat deməklə.
2-Allahdan onlar üçün salavat və rəhmət diləməklə, Rəziyəllah kimi səhabələrə dua, əlehi salam peyğəmbərlərin haqqında, İslam peyğəmbərinin haqqında isə salavat deməklə ona və əhli-beytinə.
3-Onların söz və əməllərini diqqətmərkəzində saxlamaqla, eləcə də çalışırıq öz əməllərimizi onların həyatərzi ilə xalisanə uyğunlaşdıraq. sunnatonline.com
Nöqtə: Əgər mərasimlər təşkil olunsa və müsəlmanlar din böyüklərinin həyat tərzindən məlumatlandırılsa daha faydalı olmazmı?!.


İslamda ad günü keçirmək haramdırmı?


İslamda ad günü keçirmək haramdırmı? -Ad günü keçirmək İslami sünnətlərdən deyildir. Yəni İslami bilgilərdə ad günü keçirmək haqda heç bir tapşırıqlar gəlməmişdir. Cəfəri məktəbinin baxışı bu deyil ki, ziyanverici olmayan sünnətləri məhkum edib sıradan çıxarsın. Amma bəşəriyyətin özyaratdığı sünətləri İslama daxil etmək və onu vacib əməl olaraq sadalamaq düzgün deyildir. Çünki İslamın baxışına görə hər bir sünnət və anımmərasimləri gərək ki, inanclı insanların biliyinə və imanında artıma səbəb olacaq hədəflərə malik olmuş olsun.
-Bir məsələni də unutmaq lazım deyil ki, batil olmayan sünnətləri bəyənilən əməllərlə yanaşı etmək mümkündürsə belə vəziyyətdən istifadə etmək daha məsləhətlidir.
Xülasə desək ad günü mərasimləri keçirmək əgər şəxsin düşünməsinə və həyatının tərzini düzgün yönə çəkilməsinə səbəb olarsa belə mərasimlərin qurulması faydalı, istiqamətyönlü olur və icazəlidir.


Hər gecə-gündüz 1000 rəkət namazı hansı imam qılardı?


Hər gecə-gündüz 1000 rəkət namazı hansı imam qılardı? -Bir nəfər İmam Səccaddan (ə) soruşdu: \"Nə üçün sənin atanın İmam Hüseynin (ə) övladlarının sayı azdır?. İmam Səccad (ə) sualverənin cavabında belə buyurdu: \"Hələ bu sayda övladlarının olması belə təəccüblüdür!! Çünki atam hər gecə-gündüzdə 1000 rəkət namaz qılardı. Və eləcə də aşura gecəsində İmam Hüseyn (ə) və vəfalı dostları səhərə qədər Allahla minacat edərək nalə çəkmişlər. Onların bu sızıltıları arıların qanatlarının səsi kimi eşidilirdi.
-Aşura gecəsində İmam Hüseynin (ə) dostlarının bir hissəsi rukuda, bir hissəsi səcdələrdə, bir hissəsi ayaqüstə (qiyam vəziyyətində və bəziləri əyləşmiş vəziyyətdə Allaha bəndəlik edirdilər. Aşura gecəsində İbn Ziyadın əsgərlərindən 32 nəfər İmam Hüseynin (ə) xeyməsində nə baş verdiyini başa düşərək Yəzid qoşunundan ayrılıb həzrətə kömək etdilər. -İmam Hüseyn (ə) ömrünün son anlarında Allaha üz çevirib belə ərz etdi: \"Allahım qəza-qədərinə razıyam. Allahım! Səndən başqa (layiqli) bəndəlik olunacaq varlıq yoxdur. Ey sığınacaq gəzənlərə sığınacaq olan Allah!\" Əsrarus-Şəhadə kitabı, səh: 423. namaz.ge


Gözlənilməyən ölümün gəlməsinin qarşısını alan əməllər nələrdir?


Gözlənilməyən ölümün gəlməsinin qarşısını alan əməllər nələrdir? Qeyri-müəyyən əcəli uzaqlaşdıra bilən amillər:
1. Günahı tərk etmək. İmam Sadiq (ə) buyurur: “İnsanlar ən çox (təbii) əcəlləri ilə ölmək yerinə, günahlarının təsiri nəticəsində ölürlər”.
2. Sədəqə. İmam Əli (ə) buyurur: “Sədəqə verərək ömürlər uzanar”.
3. Sileyi-rəhm. İmam Rza (ə) buyurur: “Biz ömrün uzanması üçün sileyi-rəhmdən başqa vasitə tanımırıq. Əgər insanın ömrünə 3 il qalarsa, ancaq sileyi-rəhminə görə Allah o qalmış ilə 30 il də əlavə edər”.
İmam Sadiq (ə) buyurur: “Bəzən insan günah edir və yaxşı əməllərdən biri olan gecə namazından qalır, bilin ki, pis iş insanın məhv olmasında bıçağın ətə təsir etməsindən daha sürətlidir”.


Ani ölümlərə səbəb olan amillər hansılardır?


Ani ölümlərə səbəb olan amillər hansılardır? Hədislər buyurur ki, ani ölümlərin bir çoxu günahlara görə baş verər. İmam Sadiq (ə) buyurur: “O kəslər ki, günahların (vasitəsilə) ölərlər, təbii ölümlə bu dünyadan gedənlərin sayından daha çoxdur”. Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Heç bir bədbəxtlik üz verməz, baş ağrısı və xəstəlik olmaz, məgər insanın gördüyü günahlarına görə”. Ani ölümlərə səbəb olan günahları tanıyaq:
1. Qohumluq əlaqəsini kəsmək. Peyğəmbər (s) buyurdu: “Sileyi-rəhm evləri abad edər və ömürləri artırar, baxmayaraq ki, onu yerinə yetirən yaxşı insan olmasa belə”.
2. Yalan. Yalan insan həyatına çox ziyan vurar, o cümlədən ömrünü qısaldar. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, yalandan and içər və bilər ki, yalandır – Allahla döyüşə gedər. Həqiqətən yalan and evləri sahibsiz edər və övladların yoxsul olmasına səbəb olar”.
3. Zina. Peyğəmbər (s) buyurur: “Nə zaman məndən sonra zina yayılar, ani ölümlər çoxalar”.
4. Valideynlərə əziyyət vermək. İ. Sadiq (ə) buyurur: “Pənah aparıram Allaha o günahlardan ki, məhv etməkdə tələsər, ölümləri yaxınlaşdırar və evləri sahibsiz edər. Onlar ibarətdir: qohumluq əlaqəsini kəsmək, valideynə əziyyət vermək, ehsan və yaxşılıqdan əl çəkmək”.


Tövbə ilə istiğfarın fərqi nədir?


Tövbə ilə istiğfarın fərqi nədir? Həzrət Yaqub övladları üçün istiğfar edirdi...
Lüğət mənası baxımından tövbə günahdan peşman olub doğru yola dönmək, istiğfar bağışlanma və günahların pərdələnməsini istəməkdir.
Quranda bəzən tövbə və istiğfar yanaşı, eyni mənada işlədilib. Peşmanlıq danışmadan da olur. İstiğfar isə dilə gəlməlidir. İnsan peşman olub dilə istiğfar gətirsə bu iş həm tövbədir, həm istiğfar. İstiğfar bir növ duadır. İmam Sadiq (ə) buyurur ki, duaların üstünü istiğfardır. Tövbə isə dua sayılmır. Tövbəni insan özü etməlidir. İstiğfarı isə şəxs tərəfindən bir başqası da edə bilər. Həzrət Yaqub övladları üçün istiğfar edirdi. Ümumi halda istiğfar müstəhəbdir, tövbə vacib. (İstiğfarın vacib məqamları da var)
İstiğfarın ən məşhur şəkli: أَسْتَغْفِرُ اللهَ Mənası: Allahdan bağışlanmaq istəyirəm
Həm istiğfar, həm tövbə cümləsi: اَسْتَغْفِرُ اللّهَ وَ اَتُوبُ اِلَیهِ Mənası: Allahdan bağışlanma istəyirəm, Ona doğru qayıdıram.


İnanılmaz üsul - tər qoxusunun 8 saat qarşısını alan sadə və təbii vasitə hansıdır?


İnanılmaz üsul - tər qoxusunun 8 saat qarşısını alan sadə və təbii vasitə hansıdır? Yay aylarında tər qoxusu üçün təbii vasitə axtarırsınızsa, bu, tamamilə sizin üçündür.
Önəmli olan tərləmənin deyil, tər qoxusunun qarşısını almaqdır. Tərləyəcəksiniz, amma tər qoxusu hiss edilməyəcək. Bəs bu möcüzə necə ola bilər? İnanılmazdır, amma mətbəxdə istifadə etdiyiniz iki məhsul bu işdə sizə yardımçı ola bilər. Limon və alma sirkəsi tamamilə tər qoxusunun yaranmasının qarşısını alır.
Tətbiqetmə metodu cox sadədir: bir neçə damcı limonu və ya alma sirkəsini qoltuğunuzun altına çəkin. Tərləsəniz belə təxminən 8 saat ərzində qoxu hiss etməyəcəksiniz. Sirkə qoxusunun bir neçə dəqiqə ərzində uçduğunu da unutmayın. Əgər qoltuq altınızın qaralmasından şikayət edirsinizsə, limon damlaları qoltuğunuzun rənginin açılmasına da yardımçı olacaqdır.
Limonu və alma sirkəsini pambığa damladaraq istifadə etməyiniz məsləhət görülür. Alma sirkəsini biraz sulandıraraq kiçik bir sprey şüşəsinə doldurub yanınızda da gəzdirə bilərsiniz.


Həyatınızın mənası üçün: Özünüzdən Soruşmağınız Lazım Olan 45 Sual hansılardır?


Həyatınızın mənası üçün: Özünüzdən Soruşmağınız Lazım Olan 45 Sual hansılardır? Bəzi suallar vardır özümüzdən soruşmağa, heç cürə cəsarət edə bilmirik. Ancaq o sualları özümüzə ünvanladığımızda daxilimizdə nəyinsə dəyişməyə başladığını hiss edirik. Bu yazımızda insanların özündən soruşmağı lazım olan 45 sualı yayımlayırıq. Bu sualların doğru və yanlış cavabları var. Sadəcə özümüzə xas fərqlilik yaratmaq və və özümüz haqqında bir az düşünmək üçün bu suallar hazırlanmışdır. Buyurun bu da bəhs etdiyimiz 45 sual. Bizdən soruşmaqdır ?
1.Tam olaraq nə istəyirsiniz? Məqsədinizə çatdığınızı haradan biləcəksiniz?
2.Kim yaxud nə olmaq istəyirsiniz?
3.Nəyə sahib olmaq istəyirsiniz? Gərçəkdə nəyə sahibsiniz?
4.Özünüz və ətrafınızla əlaqəli nəyi kontrol edə bilirsiniz və yaxud edə bilmirsiniz?
5.Güclü cəhətləriniz hansılardır?
6.İnkişaf etdirilməsi lazım olan bacarıqlarınız hansəlardır?...


İmam Rizanın (ə) ziyarətçisinə hansı müjdə verilmişdir?


İmam Rizanın (ə) ziyarətçisinə hansı müjdə verilmişdir? İmam Rza (ə) buyurub:\"Hər kəs məni uzaq evimdə ziyarət edərsə, mən üç yerdə onun köməyinə çataraq onu (o) yerlərin çətinliklərindən xilas edərəm:
1. Xalqın əməl kitabları özlərinə verildikdə.
2. Sirat körpüsündən keçdikdə.
3. (Bəndələrin əməlləri) hesablanan halda.(Biharul-ənvar, cild 99, səh. 34)
-Yasir Xadimdən nəql olunub ki, İmam Rza (ə) buyurmuşdur:\"Agah ol və bil ki, mən məzlum halında zəhərlə öldürülüb qərib bir yerdə dəfn olunacağam. Beləliklə hər kəs məni ziyarət etmək üçün səfərə çıxarsa, duası qəbul olub, günahı bağışlanar.\"(Biharul-ənvar, cild 99, səh. 36)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter