İbadətin əsil sirri nədədir?


İbadətin əsil sirri nədədir?Həzrət Peyğəmbər (s) buyurur: “Möminin niyyəti onun əməlindən üstündür”. (Həvzəh)
Ona görə də deyə bilərik ki, niyyət bütün ibadətlərin əsil sütunudur. İbadəti adətlə fərqləndirən şey də - məhz niyyətdir. Adətən insanlar niyyət dedikdə 4 şeyi nəzərdə tuturlar: 1. Niyyət odur ki, insan bir işə başlayan zaman onu dilinə gətirər.
Misal üçün, insan bir işi etmək istəyən zaman niyyət edər ki, İlahi qürbə çatmaq üçün bu işi edir.
2. Niyyət odur ki, dildə dediklərini zehnindən keçirdirsən. Yəni, o işin mənasını zehnindən keçirdər və onun haqqında təfəkkür edər. Bu məna birinci məna ilə oxşardır. Çünki niyyətin səmərəsi odur ki, riyadan uzaq olsun...


Dünyada hansı 3 şeyi dərk etmək lazımdır?


Dünyada hansı 3 şeyi dərk etmək lazımdır?Övliyaların nəsihətlərindən: “Ey insanlar! Bilin ki, dünya üç şeyə görə rəğbət edilməldir: izzət üçün, ehtiyacsızlıq üçün, rahatlıq üçün.
O kəs ki, qənaət edər, davamlı olaraq əziz olar.
O kəs ki, dünya məsələrinə qarşı rəğbət göstərməz və istəkləri, meyilləri olmaz – həmişə ehtiyacsız olar.
O kəs ki, dünyaya çatmaq üçün səylərini az edərsə, rahat olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Bir şey vardır ki, hər kəs məndən qəbul edərsə, behişti onun üçün qəbul edərəm”...


Həzrət Adəmin (ə) övladına 5 nəsihəti nələr haqda oldu?


Həzrət Adəmin (ə) övladına 5 nəsihəti nələr haqda oldu?Həzrət Adəm (ə) oğlu Şeysə beş nəsihət verir. Ona əmr edir ki, bu nəsihətləri övladlarına da versin.
1. Dünyaya əmin olmayın ki, mən cavidan behiştə əmin oldum, Allah bu əminliyi bəyənmədi və məni çıxartdı.
2. Qadınların rəyi ilə rəftar etməyin ki, mən qadının meylinə əməl etdim, ağacdan yedim və peşman oldum.
3. Hər nə iş görmək istəsəniz, əvvəl aqibətinə baxın ki, mən əgər aqibəti düşünən olsaydım, bu müsibətə düçar olmazdım.
4. O işi yerinə yetirməyə ki, qəlbinizin aramlığı yoxdur, etməyin. Mən o ağacdan yeyən zaman qəlbim titrədi, ancaq etina etmədim və yedim, peşman oldum...


Həzrət Məsih (ə) Quranın dili ilə necə tanıdılır?


İslam dininin nəzərinə görə, İsa Məsih (ə) – Allahın yer üzərinə göndərdiyi peyğəmbərlərdən (ə) biri olmuşdur. Öz qövmünün nicatı üçün məbus olmuş və onları hidayət etməyə çalışmışdır. Həzrət Məsih (ə) Quranın dili ilə:
1. O, Allahın bəndəsidir. “(Həmin körpə dilə gəlib) dedi: “Həqiqətən mən – Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) peyğəmbər edib””. (“Məryəm” 30).
2. O, Allah məxluqlarındandır. “Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışının necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona «(canlı insan) ol!» dedi, o da oldu. (Sanki sən onun olmasını görürdün. Əlbəttə, Adəmin cüssəsi çöldə, İsanınkı isə ana bətnində yaradıldı və onların hər ikisi Allahın əzəli əmri ilə, atasız insan oldular. Əgər belə bir iş tanrılığa dəlalət edirsə, onda gərək onların hər ikisi tanrı olsunlar). (“Ali-İmran” 59)...


İxlasın 6 mərtəbəsi: şükür edənlərdən ariflərədək olan dərəcələr?!


İxlasın bir neçə mərtəbəsi və dərəcəsi vardır ki, onlarla tanış olaq:
1. Şükür edənlərin mərtəbəsi. Şükür edənlər o kəslərdir ki, Allaha ibadət edərlər ki, verdiyi nemətlərin şükrünü yerinə yetirə bilsinlər. İmam Əlinin (ə) də buyurduğu kimi, bu ibadət – azadilərin ibadətidir.
2. Müqərriblərin mərtəbəsi. Müqərriblər o kəslərdir ki, Allaha yaxın olmaq üçün Ona pərəstiş edərlər. Bu insan öz nöqsanlarını aradan qaldırmağa çalışar ki, Allaha yaxın ola bilsin. Hədislərin də buyurduğu kimi, İlahi əxlaqa bürünməyə çalışar.
3. Həya əhlinin mərtəbəsi. Bu, o kəslərdir ki, ibadət və pərəstişdəki niyyətləri Allahdan həya etməkdir. Çünki yaxşı bilirlər ki, Allahın onların batinindən xəbərləri vardır. O şey ki, zehnlərindən keçirdirlər – Allah ondan agahdır...


Mirzə Cavad Məliki Təbrizi və Molla Hüseynqulu Həmədanidən əməli göstərişləri nələr oldu?


Mərhum Mirzə Cavad Məliki özündən sonra insanı kamal və böyük mənəvi dəyərlərə çatdıracaq bir sıra əxlaqi göstərişlər yadigar qoymuşdur. Onlardan ən önəmlisini nəzərinizə çatdırırıq: Nəfsi tanımaq: Nəfsin tanınması islah və tərbiyə üçün gözəl bir yol və ilk addımdır. Bu iş üçün də ağıl aləminə varmaq lazımdır. İnsan bu aləmə çatmasa və bu aləmdən sonrakı aləmə keçməsə, nəfsini tanıya bilməz. Bu mərifətə nail olmaq üçün mərhum Molla Hüseynqulu Həmədani belə deyir: “İnsan yemək, içmək və istirahətini azaltmalıdır. Heyvani duyğularını azaldıb ruhani duyğularını çoxaltmalıdır.”...


Şeyx Ənsari tələbəsini ücb günahından xilas etmək üçün belə nəsihət etdi?


Şeyx Ənsarinin şagirdlərindən biri belə deyir: “İbtidai dini təhsilimi başa vurduqdan sonra elmimi təkmilləşdirmək üçün Nəcəfi-Əşrəfə yollandım və Şeyxin dərslərində iştirak etməyə başladım. İlk vaxtlar onun dərslərindən bir şey anlaya bilmirdim. Nə qədər çalışsam da faydası olmurdu. Nəhayət bir gün həzrət Əmirəl-möminin Əliyə (ə) təvəssül etdim. Axşam yuxuda gördüm ki, həzrətin hüzurundayam.

Əmirəl-möminin Əli (ə) mənim qulağıma “Bismillahir-Rəhmanir-Rəhim”i oxudu. Səhəri gün dərsə gələndə artıq dərsi başa düşürdüm. Yavaş-yavaş dərslərimdə irəliləyiş olmağa başladı. Bir neçə gündən sonra artıq sinifdə mən də mövzu haqqında öz fikrimi söyləyirdim. Bir gün dərsdə Şeyxlə çoxlu bəhs edib ona iradlar tutdum. Həmin gün dərs qurtarandan sonra Şeyxin hüzuruna getdim. O, yavaşca qulağıma pıçıldayıb dedi: “Sənin qulağına “Bismillah”ı oxuyan mənim qulağıma “Vələzzallin”ə qədər oxuyub.” O, bunu deyib getdi. Mən bu işdən çox təəccübləndim və başa düşdüm ki, Şeyx Ənsari kəramət sahibidir, çünki o vaxta qədər yuxumu heç kimə danışmamışdım.”/Ahlimaninfo


Kiçik bir yaxşılığın insan həyatına qoyduğu inanılmaz təsir?!


Allah Rəsulu (s) sədəqənin, ehsanın faydalarına toxunaraq buyurub:
-İnsanı Allaha yaxınlaşdırır (Allahın razılığı) -İnsanları bir birinə yaxınlaşdırır (xoş ünsiyyət)
-İnsanı cənnətə yaxınlaşdırır (axirət səadətinə) -İnsanı cəhənnəmdən uzaqlaşdırır ( günahların əfvinə vəsilə olur) (Bihar.c-71.s-355)
İnkar olunmaz bir həqiqətdir ki, hər bir əməlin görünən tərəfi ilə bərabər görünməyən tərəfi də vardır. Görünən tərəfi bizim etdiklərimiz, görünməyən tərəfi isə bu əməl müqabilində Allah Təalanın bizim üçün etdikləri və əməlmizin bizdə buraxdığı təsirdir...


Salam verən uşaq olsa belə cavabı vacibdirmi?


Şəriət baxımından salam vermək müstəhəb (savab), cavabını almaq isə vacibdir. Hətta namaz zamanı sənə salam verilsə gərək cavabını qaytarasan. Bu şərtləki “Səlam” kəlməsi əvvəldə deyilsin- məs: Əs-əlamu aleykum. Elə isə salam verənlərin sayında və yaşında fərq varmı? Bu halda vəzifəmiz nədir?
Cavab 1- Müməyyiz uşağın (pisi yaxşıdan ayıra bilən) salamının cavabı, istər qız olsun, istər oğlan böyüklərin verdiyi salamın cavabı kimidir.
Cavab 2- Əgər bir şəxs bir neçə dəfə salam versə bir cavab kifayət edir.
Cavab 3- Əgər bir neçə nəfərin verdiyi salamlar bir salam hesab olunursa bir cavab kifayət edir...


Hz Əli (ə) qadınlara hansı üç xislətə daha çox əhəmiyyətli yanaşmalarını tövsiyə edir?


Hz Əli (ə) buyurur: Qadına məxsus ən yaxşı 3 xislət bunlardır: Təkəbbür Qorxmaq Paxıllığ (Nəhcul-bəlağə. 243-ci hikmət)
1-Təkəbbür- Bu xislət qadın üçün sipər rolunu oynayır. Bu xislət yalnız ailə daxilində qadın üçün nöqsandır.
2-Qorxmaqlıq-Qadına həyanın və ədəbin əhəmiyyətini öyrədir. Öz həyası üçün qorxmayan insan daha nədən qorxsun?
3-Paxıllığ- Qadın üçün Paxıllığ, yəni yığıcılıq və qənaətkarlıq qadın üçün bir fəzilətdir. Çünki bu işi ilə o həm ailənin sərvətini, həm də qürurunu qoruyur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter