İmam Zamanın (ə.f) bulud arxasında olan günəşlə müqayisəsi nə məna daşıyır?


Həzrət (ə) buyurur: “Necə ki, günəşdən bəhrələnərlər, o halda ki, bulud arxasında olar”. Günəşin bulud arxasında olmasının hansı faydaları vardır?
1. Onun nurunun sayəsində insanlar quyuya, dərəyə düşmürlər. Əgər İmam Zaman ağa (ə.f) olmasaydı, insanlar əməllərinə görə əzaba düçar olardılar.
2. O zaman ki, günəş bulud arxasında olar, insanlar onun çıxmasının intizarını çəkərlər. İmamın (ə.f) qeybi insanlara intizar halını aşılayır.
3. Bəzən günəşin bulud arxasında olması insanlar üçün faydalı olar. Bu yolla münafiqlər və kafirlər tanınar.


Hz İsa (ə) buyurur: Bilirsinizmi qəlbdə hansı əməl qəsavət yaradır?


İmam Sadiqdən (ə) nəql olunmuş bir hədisdə buyurulur: “Həzrəti Məsih buyurdu: Allahın zikrindən başqa deyilən sözlərinizi azaldın. Kim Allahın zikrindən başqa olan sözlərini çoxaldarsa (çox danışsa) qəlbi qəsavət bağlayar (qaralar). Öz xəbəri belə olmaz.” Söz danışmaq Allahın insana bir nemətidir. İnsan söz vasitəsi ilə fikirlərini ifadə edir. Bu da o deməkdirdir ki, söz və danışıq fikir ifadə etmək üçündür. Bundan artığı, ehtiyac olmadan danışmaq lüzumsuzdur. Təbii ki, heç bir ağıl sahibi lüzumsuz iş görməz. Xırda hesab etdiyimiz lüzumsuz işlər nəticədə böyük bir bəlaya çevrilir. Həm də qəlbin pərdələnməyi (qaralmağı) kimi. Bu məsələ çox önəmlidir. Çünki insan həqiqətləri qəlbi ilə (ruhu) dərk edir. Lüzumsuz şeylərin rəğbəti ilə dolan qəlb təbii ki, mənəviyyatdan və insani dəyərlərdən boş olacaq. Quran bu mətləbə toxunaraq buyurur:
“Onların qəlbləri də bomboşdur.” (İbrahim-43)...


Sənə tibbi əhatə edən 4 şeyi tövsiyə edirəm – Hz. Əli (ə)


Hz.Əlidən (ə) insan mənəviyyatını paklayan, insanı əxlaqı və mənəvi yüksəlişə götürən tövsiyələr çoxdur. Həmçinin bütün bunlarla yanaşı tibbi və cismi tövsiyələri də vardır. İmam Əli (ə) öz vəsiətlərinin birində İmam Həsənə (ə) buyurur: “Dörd şeyi sənə xatırladıram ki, onlara əməl edilərsə, şəxs tibbin ardınca olmaqdan ehtiyacsız olar:
1 -Yalnız acıdığın halda süfrə başında əyləş (ye).
2 -Süfrədən yeməyə meylin olduğu halda qalx (doymamış).
3 -Yeməyi ağzında yaxşı çeynə.
4 - Eləki yatmaq istədin ayaq yoluna get.”


“Qəbul olmayan dua yoxdur” - Bəs əsl həqiqət nədir?


Əgər duada məqsədin xeyir olduğunu əsas tutsaq, Allah Təala insanın xeyirinin nədə olduğunu daha yaxşı bilir. Həmçinin insana yetişəcək nemətin nə zaman faydalı, nə zaman ziyanlı olduğunu daha yaxşı bilir və bizim dua edərək istədiyimizi bizə faydalı olacaq zamanda əta edir. Yaxud bizim istədiyimiz formada yox, bizə faydalı olan formada əta edir. Məsələni bu baxışla dəyərləndirsək Allah Təala hər duaya cavab verir. Istəymizin gecikməsi belə Allahın bizim xeyirimizə olan bir təqdiridir. “Dua edin, mən də duanızı qəbul edərəm” ayəsi göstərir ki, insanın istəyi yox olmur, əksinə ona yetişir. Lakin müxtəlif formalarda. Ayətullah Məkarim buyurur:“Ayədəki duanızı qəbul edərəm vədəsi mütləq vədə yox, məşrut vədədir” həmçinin İ. Sadiqdən (ə) şoruşurlar : Allah Təala duaya cavab verəcəyini vəd verir, amma biz hər zaman duanın qəbul olduğunu görmürük?... İmam (ə) buyurdu: Vay olsun sənə! Cavab verilməyən heç bir dua yoxdur! Lakin bəzən dua edən özü bunu bilmir. Bu bu dualar ya ondan bəlaları dəf edir, yaxud da savab olaraq qiyamət zəxirəsi (azuqəsi) olur.


Hz Peyğəmbərin (s) hədisinə əsasən nümunəvi qadın hansı xüsusiyyətlərə malik olmalıdır?


Allah Rəsulu (s) qadınların vəzifələrinin ağırlığına, ailə yükünün əsas hissəsinin onların üzərində olmasına işarə edərək bu vəzifənin öhdəsinədən gələbilən qadını xeyirli qadın adlandırıb və buyurub: Sizin ən xeyirli qadınlarınız:
Övlad dünyaya gətirən, Mehriban, Örtülü, İffətli, Əri qarşısında itaətkar, qohumlar arasında başı uca, Əri üçün bəzənən, başqalarından qorunan, Həyat yoldaşını eşidən, ona tabe olan, istədiyini ona verən qadınlardır. (Mən la yəhzur. Cild-2. Səh- 389) ...


İnsanları bəlalara düçar edən 4 günahlar hansılardır?


İmam Sadiq (ə) insanların başına gələn hadisələrə diqqət çəkərək onların düçar olduğu bəlalarda öz günahları olduğunu, içtimai bəla və pəsadların səbəbkarı insanın özü olduğunu bildirir. İmam (ə) buyurur:“Əgər bu 4 işə rəvac verilsə, digər 4 iş aşkar olar:
1-Zina və pozğuluqlara rəvac verilsə (adiləşsə, artsa) zəlzələlər artar.
2-Zəkatlar verilməsə dörd ayaqlı heyvanlar ölər, qırılar.
3-Əgər qazilər, məhkəmələr haqsız hökümlər versə asimanlar yağış yağdirmaz (bərəkət olmaz).
4-Əhd və peymanlar sındırılsa müşrüklər müsəlmanlara qalib olar (başlarına müsəllət olar)...


“İnsan olmaq çox çətindir” - ifadəsini ehtiva edən 8 amil?!


İmam Zeynul Abidin (ə) insanlığın nəqədər çətin olduğunu, aqil və düşünən bir insanın hansı məsuliyyətə sahib olduğunu anladan bir hədisində buyurur:
“Səhər gözümü açanda məndən tələb olunan 8 şeyi gördüm:
1-Allahu Mütəal məndən vacibatları tələb edir
2-Peyğəmbər (s) məndən sünnətə (şəriətə) əməl etməyimi istəyir
3-Ailəm ruzi istəyir
4 -Nəfsim, tamahım həzz və ləzzət istəyir
5-Şeytan məni günaha dartır
6-Nəzarətçi iki mələk yaxşı əməl istəyir...


Çətinliklər qarşısında səbr edən şəxs Allah-Taaladan (c.c) hansı mükafatı alar?


Səbr etmək heç də acız olub, çətinlik qarşısında məğlub olub, heç bir şey etmədən bu “məğlubiyyəti” qəbul etmək demək deyil. Əksinə bacardığını etmək, nəticəni “göydən yerə qədər olan bütün işləri idarə edənə” tapşırmaqdır. Hadisələr müqabilində “göydən yerə qədər olan bütün işləri idarə edənə” üsyan etməməkdir. İmam Səccad (ə) bu cür gözəl səbrə nail olanlara inanılmaz müjdə, mükafat olduğunu vəd edir: “Allahın onun barəsindəki çətinlik müqəddəratına razı olmağ ali dərəcəli iman və yəqindən hasil olur” – Yəni səbr ali dərəcəli iman istəyir, həmçinin ardınca ali dərəcəli riza və iman vəd edir. Yaxud Allah Rəsulu (s) buyurur: Xəstə möminin ah-naləsi təsbihdir (zikr), onun fəryadı (səsi) La ilahə illəllahdır, onun düşüb yatması ibadətdir” (Bihar 77. Hədis-57)...


Hz.Loğmanın oğluna nəsihətlərindən gözəl bir parçada nə deyilir?


İmam Sadiq (ə) Loğmanın (ə) hikmətlərinə işarə edərək onun (ə) dilindən gözəl və dəyərli bir nəsihət nəql edir:
“ Ey oğul! Elə ki, dünyaya gəldin, ona arxa çevirər, üzü axirətə tərəf olarsan. Elə isə üz tutub getdiyin ev arxa çevirib getdiyin evdən daha yaxındır.
Ey oğul alimlərlə otur, görüş! Onlarla həmsöhbət ol!
Onlarla cədəl (mübahisə) etmə! Məğlub olarsan!
Dünyadan sənə kifayət edəcək qədər bəhrə apar.
Dünyanı tam boşlama ki, insanlara yük olmayasan!
Dünya ilə elə məşğul olma ki, axirətinə zərər gətirsin...


Allah-Taala (c.c) Qurani KƏrimdə hansı dostluğu qadağan etmişdir?


Quran “Mumtəhinə” surəsinin 13-cü ayəsində buyurur: “Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin. Kafirlər qəbiristan əhlindən (ölülərin qiyamət günü diriləcəyindən) ümidlərini üzdükləri kimi, onlar da axirətdən (axirətdə Allahın mərhəmətindən) ümidlərini üzmüşlər!” Tərcümədə qeyd olunmuş “dostluq” ifadəsi ərəbcə orjinalda “ تَتَوَلَّوْا “ (tətəvəlla) feli ilə verilib. Bu fel vəli ( ولی ) kəlməsindən alınıb. Vəli kləməsini bu ayədə iki mənada: dostluq və öndər mənasında başa düşmək olar. İstər dost tutmaq, istərsə də özünə öndər seçmək mənasında olsun hər ikisi bu qadağaya uyğun gəlir. Hər iki halda Allah təala insanı bu kimi seçimdən çəkindirir. Allahın qəzəbinə səbəb olan əməl sahiblərindən uzaq olmağı, onlarla dostluq əlaqələri qurmamağı buyurur. Çünki dostluq etdiyin pis əməl sahibi olan insan təbii ki, səni də öz işlərinə ortaq edəcək, yaxud ən azı səndə pis işlərə qarşı meyl yaradacaq...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter