Əşyaların pak olub olmaması haqda şəkkin şəri hökmü nədir?


... Fəqihlərin ümümi nəzəri budur ki, libasın və bu kimi şeylərin murdar olub olmamasında, yaxud murdar bir şeyin pak olub olmamasında şəkk edilərsə höküm əvvələ qayıdır. Yəni şəkk edilmiş əşya əvvəl pak idisə sonradan nəcis olmasında şəkk edilirsə o zaman paklığına hökm olunur (hesab olunur). Yaxud əksinə olarsa, nəcis idisə və paklaşmağına şəkk olunursa demək nəcisdir. Məsələn: Qab murdar idi, yuyub yumamasında şəkk ounarsa nəcisdir. Yaxud qab pak idi. Nəcis olmasında şəkk edərsə pakdır. Paltar və bu kimi şeylərin də hökmü də bu cürdür...


İslam maarifinə əsasən insanlarla xoşrəftar olmağın bənzərsiz faydaları vardır?


Əxlaqi davranışlar içində ən çox diqqət çəkən insanın təbiətən “yumşaqlığı”dır. Bu cür yumşaqlıq bütün münasibətlərin açarıdır. İnsan bu açarla münasibət qapılarını açada bilər, bağlayada bilər. Neçə ki, yaxından tanımadığımız birisi ilə ilk görüşmədə bizdə onun haqqında təəssürat formalaşdıran onun xoş və ya tünd simasıdır. Quran bu mətləbə dəqiqliklə toxunaraq Peyğəmbərə (s): “Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər.” (Ali-İmran-159). İnsan hər bir gözəl və bəyənilən əməli ilə Allahın rizasını qazanır, Allah Təala da bu sirli dəryanın iman və hikmət rapılarını onun üzünə açır: İ. Baqir (ə) buyurur: Hər bir şeyin bir qıfılı (açarı) vardır. İmanın da qıfılı gözəl və xoş rəftardır. (Kafi-2. Səh-158). Yaxud Hz. Loğman buyurur: Hikmətin başı (əvvəli) roşrəftrlılıqdır...


Həzrəti Peyğəmbərin (s) hədisi: 6 qıfılı olan dua insanı bəlalardan qoruyar?!


Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim 6 qıfıl duasını yanında saxlayar və ya oxuyarsa, Allah ona Öz rəhmətini şamil edər. Onu bütün bəlalardan qoruyar, duası həmişə qəbul olar. Dünyada izzət və ehtiramla yaşayar”.
Birinci qıfıl: بِسمِ اللهِ السَّمیعِ الٌبَصیرِ الَّذی لَیسَ کَمِثلِه
شَیء بِرَحمتِکَ یا اَرحمَ الرّحمینِ وَ صلَی اللهُ علی مُحَمَّدٍ و ألهِ
أجمَعینِ Sonra çətinliyini dilinə gətirsin.
İkinci qıfıl: بِسمِ اللهِ الٌخالقِ الُعَلیمِ الّذی لَیسَ کَمِثلِه شَیء
وَ هُوَ الًفَتّاحُ الٌعَلیمٌ بِرَحمتِکَ یا اَرحَمُ الٌرّحِمینِ Sonra hacətini istəsin...


1 dirhəmə ehtiyacı olan, 10 000 dirhəmi niyə qəbul etmədi?


Muhəmməd ibni Əbi Əmir Bir müddət parça satmaqla məşğul olur. Ancaq başına gələn xoşagəlməz hadisələrə görə yoxsulluğa düçar olur. Bir nəfərin ona on min dirhəm borcu var idi və həmin şəxs öz evini satır və həmin pulu Muhəmmədə vermək üçün yola düşür. Pulu ona verib deyir ki, sizin borcunuzdur, onu qaytarıram. Muhəmməd soruşur: “Bu pulu necə əldə etmisən? Onu irs aparmısan? Onu sənə kimsə bağışlayıbdır?”. Deyir: “Yox, sakin olduğum evi satmışam və pulunu da sizə gətirmişəm”. Muhəmməd deyir: “İmam Sadiqdən (ə) buyurmuşdu: “Borclu insan borcunu əda etmək üçün məskun olduğu evdən qovulmaz”. Allaha and olsun ki, indi mənim bir dirhəm pula belə ehtiyacım vardır, ancaq bu pulu qəbul etməyəcəyəm”.


Atmaq istədiyimiz kağızda Allahın adı yazılıbsa... ona qarşı şəri vəzifəmiz nədir?


Atmaq istədiyimiz kağızda Allahın adı yazılıbsa... ona qarşı şəri vəzifəmiz nədir?Allahın və müqəddəs şəxslərin adları, Quran yazısı, dua vərəqləri şəriətimizdə möhtərəm sayılır. Onlara dəstəmazsız halda toxunmaq günahdır. Belə isə, bu yazıları hörmətsizliyə və təhqirə məruz qoymaq da günah sayılır. Bu kimi yazıları zibilliyə və yaxud küçəyə, ayaq altına atmaq olmaz. Bəzən insanlar yanlışlıq üzündən düşünürlər ki, bu yazıları yandırsalar daha yaxşıdır. Amma əslində müqəddəs yazıları bu üsulla məhv etmək də hörmətsizlik hesab edilir. Ona görə də müqəddəs yazıları iki üsulla məhx etməyi məsləhət görürük. Birinci üsul budur ki, yazı əgər mürəkkəblə (və ya zəfəran, gülab kimi vasitələrlə) yazılıbsa, kağızı suyun altına tutub saxlamaq olar ki, mürəkkəb su ilə yuyulsun. Yazı tam yuyulub gedəndən sonra kağızı atmaq olar...


İlahi sünnətin neçə növü var? “Nəhcül-bəlağə”nin izahı


İlahi sünnətin neçə növü var? “Nəhcül-bəlağə”nin izahı “Nəhcül-bəlağə” kitabı İlahi sünnəti iki hissəyə bölür: dünyaya aid olan sünnətlər, axirətə aid olan sünnətlər. Dünyaya aid olan sünnətləri də iki hissəyə bölmək olar:
Biri – ümumi dünya sünnətləridir; biri isə insanların rəftarından asılı olan sünnətlərdir. Ümumi dünya sünnətlərini də üç hissəyə bölürlər:
1. Varlıq aləminin hər bir yerində hakim olan ümumi sünnətlər.
2. İnsanların arasında hakim olan ümumi sünnətlər.
3. Fərdə hakim olan ümumi sünnətlər...


Kimləri nifrin etmək olar?


Kimləri nifrin etmək olar? Quran və hədislərimizin nəzərinə görə, həqiqi mömin gərək əfv əhli olsun və bağışlamağı bacarsın. Çünki bu, İlahi sifələrdən biridir. Allah Təala bağışlayan və güzəşt edəndir.
Ancaq bəzən insan bir başqası tərəfindən elə zülmlərə məruz qalır ki, onu nifrin edir. Bəs Quranın nəzərinə görə kimləri nifrin etmək olar?
1. O kəslər ki, haqqı gizlədirlər. (“Bəqərə” 159).
2. O kəslər ki, dünyadan küfr halında gedərlər. (“Bəqərə” 161).
3. Həzrət Davud (ə) və İsanın (ə) dilindən lənətlənmiş Bəni-İsrayil. (“Maidə” 78).
4. Əbu Ləhəb. (“Məsəd” 1)...


Qurani-Kərimdə işarə edilən məhmud məqamı nədir?


Qurani-Kərimdə işarə edilən məhmud məqamı nədir? Bu ehtimal da verilir ki, məhmud məqamı İlahi qürb məqamının son həddidir. Onun təsirlərindən biri kubra şəfaətidir. Baxmayaraq ki, ayə zahirdə Peyğəmbərə (s) xitab edir, ancaq bütün iman əhlinə şamil ola bilər. Belə ki, hər bir imanlı insan əgər İlahi proqrama əməl edirsə və gecə ibadətlərini yerinə yetirirsə, məhmud məqamından ona da pay düşə bilər. İman və əməlinin miqdarı qədərində İlahi qürb məqamına çata bilər. Bunun sayəsində də şəfaətçi ola bilər. Ancaq bu ayənin həqiqi nümunəsi – əlbəttə ki, Peyğəmbərdir (s). İmam Sadiq (ə) buyurur: “Gecə namazı üzü gözəl, əxlaqı yaxşı, iyi xoş və ruzini çox edər. Borcu əda edər, qəmi aradan gedər, gözlərə cila verər”.
Bu hədisdə işarə edilir ki, gecə namazının insanın ruh və canına birbaşa təsiri vardır...


Ayətullah Behcətin nəzərində əzabı aradan qaldırmağın yolları hansılardır?


Ayətullah Behcətin nəzərində əzabı aradan qaldırmağın yolları hansılardır? Mərhum Ayətullah Behcət buyurur:“Allahın qeyb tərəfindən olan əzabları - mələklər, tövbə, Allaha münacat etmək və yalvarmaqla aradan qalxar”.
Əzab dedikdə işgəncə, cəza və şiddətli ağrıları hiss etməkdə nəzərdə tutulur. Allah Təala Quranda əqli və vəhyi təlimlərlə müxalif olanları əzabla cəzalandıracağını vəd etmişdir. Ayətullah Behcət buyurur: “Bu giriftarlıqların aradan qalxması – faydalı mövzulardandır. Bu gün müsəlmanlar əgər bəlaların onlardanqalxması üçün səy göstərsələr, təzəkkür olarlar. Belə ki, Quran buyurur: “Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir”. (“Ənfal” 33)...


Zühur əsrində Allahın qeybi yardımları nələr olacaq?


Zühur əsrində Allahın qeybi yardımları nələr olacaq? İmam Zaman ağanın (ə) idarəçiliyinin zəminələri əsrlər boyu hazırlanar və onun qurulması isə zühurun baş verməsinin ardınca həyata keçər. Bu ardıcıllıqlarla tanış olaq:
1. Qiyamın ani olması. İmam Məhdi (ə.f) o zaman zühur edər ki, düşmən qəflətdə qərar tutacaqdır. Ani qiyamın baş verməsi onları heyrətə salar və Həzrətin (ə.f) qələbəsi tez baş verər. Həzrət (ə.f) buyurur: “Həqiqətən, bizim məsələmiz ani şəkildə olacaqdır”. 2. Qeyb yardımının vasitəsilə işlər islah olacaqdır. Hədislərimizin buyurduğu kimi, İmam (ə.f) qiyam edən zaman Allah ona qeyb yardımları edəcəkdir. Qələbəsini asan və işlərini islah edəcəkdir. Həzrət Peyğəmbər (s) buyurur: “Məhdi (ə.f) – biz Əhli-Beytdəndir (ə). Allah onun (məsələsini) bir gecədə islah edəcəkdir”. Allahın qeyb yardımları bunlardır:
a). Düşmənin qəlbində qorxu yaratmaq. Allah düşmənin qəlbində elə qorxu yaradacaqdır ki, öz qüdrətlərini göstərə bilməyəcəklər.
b). Mələklər yardım edəcəkdir. Hədislərdə oxuyuruq: “Allah ona üç min mələklə yardım edəcəkdir”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter