Allah-Taalanın (c.c) tərifləyərək nemətlərlə müjdələdiyi kasıblar kimlərdir?!


Allahın buyurmuş olduğu xüsusiyyətləri özündə saxlayan kasıblar hansılardır:
1- Aza razıdırlar: Bəziləri kasıb və yoxsul, amma eyni zamanda varlı olmaq arzusunda və tamahkardırlar. Onlar əsla aza qənaət etməzlər, əldə etdikləri maddiyyatdan tez faydalanarlar. Hədisdə deyilən kasıbları sevməkdə məqsəd təbii ki, bunlar deyil. Məqsəd, gözü başqasının malında olmayan, aza qənaət edib, dünyanın az nemətləri ilə xoşbəxt olanlardır.
2- Yoxluğa və aclığa səbir edərlər: Bəzi kasıblar kasıbçılığa görə həmişə Allaha üsyan edib, \"Nə üçün Allah bizi belə kasıb etdi\" - deyə şikayətlənərlər. Bunun müqabilində bəzi kasıblar isə kasıb olduqları üçün əsla Allaha üsyan etməzlər, Allahın təqdirinə razı olub səbir edərlər. Əlbəttə, kasıb olmalarının səbəbi özləri deyil, yəni tənbəlliklərinə görə kasıb deyillər. Onların kasıbçılığı xarici və təbii faktorlar üzündəndir. Məsələn, zəlzələ, sel, yaxud bunun kimi təbii fəlakətlər bütün sərvətlərini əllərindən alıb. Onlar səbir etməklə, əllərindən gəlini edirlər. Kasıb olmalarını başqalarından gizlədib, vəziyyətlərini düzəltməyə çalışırlar...


Allahı sevən Allahın sevdiklərini də sevər! Qudsi hədis


\"Ey Əhməd! Dörd qrupu sevmək mənə vacibdir; bir-birlərini mənim üçün sevənlər, mənim üçün mənim sevmədiklərimlə əlaqəsini kəsənlər, mənim üçün bir-biriləri ilə əlaqə yaradanlar və yalnız mənə təvəkkül edənlər. Mənə sevgidə sərhəd yoxdur, nə vaxt bir nişanə göndərsəm, arxasıyca başqa bir nişanə də onlar üçün göndərərəm. Mənim dostlarım, onlara baxdığım kimi onlar da mənim bəndələrimə baxarlar. Ehtiyaclarını xalqdan istəməzlər, qarınları əsla haram malla dolmaz, dünyadakı sevincləri mənim zikrim, sevgim və onlardan razı olmağımdır. Ey Əhməd! Əgər insanların ən çox pəhriz edəni olmaq istəyirsənsə, dünyaya qarşı maraqsız, axirətə qarşı isə istəkli ol.
Peyğəmbər (s) buyurdu: Ey Rəbbim, dünyada necə zahid ola bilərəm? Buyurdu: Dünyadan yalnız gündəlik yeməni, içməyini, paltarını götür, sabah üçün isə bir şey toplama və davamlı mənim zikrimdə ol...


İslam Peyğəmbərinin (s) hədisinə əsasən dindarlığın ölçüsü nə ilədir?!


İslam Peyğəmbəri (s) buyurur: لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا إِلَيٰ صِدْقِ الْحَدِيثِ وَ أَدَاءِ الْأَمَانَةِ
“İnsanların imanını qıldıqları namaz, tutduqları oruc, getdikləri həcc, etdikləri ehsan və gecələri oyaq qalmalarının sayı ilə yox, doğru danışıqları və əmanətdarlıqları ilə qiymətləndirin!” (“Mizanul-hikmət”, 1-ci cild, səh.344, fəsil 300, hədis 1490.)
“Biz bəzilərinə iman gətirir, bəzilərinə isə kafir oluruq!” – ayəsinin (“Nisa”/150) şərhində belə bir sual ortaya çıxır: “Nə üçün Allah-Taala İsrail oğullarını bu sözə görə danlayır? Halbuki onların “Biz bəzilərinə kafir oluruq” deməsi pis və qınağa layiq olsa da, “Bəzilərinə iman gətiririk!” isə yaxşı əməldir!


Məsumların hədisində iki böyük gizli günahın təhlükəsi?!


Məsumların (ə) hədislərindən başa düşülür ki, iki günahın təhlükəsi olduqca çoxdur:
1. Kiçik günahlar; adətən, bəzi dindarlar böyük günahlara əhəmiyyət verdikləri və onlardan qorunduqları halda, kiçik günahlarla belə rəftar etmirlər, ona görə də, ona qurşanmaq təhlükəsi ilə üz-üzə qalırlar.
2. Gizli və insanın özü ilə Allahından başqasının bilmədiyi günahlar. İmam Əli (ə) buyurur: “İlahi, işarəli baxışlarımı, boş söhbətlərimi, ürəyimin (yersiz) arzularını və dilimin büdrəmələrini bağışla!” (“Nəhcül-bəlağə”, xütbə 78.)
Bu hədisdə ikinci növ günahdan söz açılır və dua, bağışlanmaq xarakteri daşısa da, həqiqətdə, insanların belə günahlardan qorunması tövsiyə olunur.


Sual: Nə üçün bütün işlərdən qabaq “Bismillah” demək tapşırılmışdır?


Cavab: “Bismillah” müsəlmanlığın simvoludur. Müsəlmanın hər bir işində ilahi rəng olmalıdır. Hər hansı bir müəssisənin istehsal etdiyi bir məhsulun öz nişanı olduğu kimi, müsəlmanlığın da əlaməti var. Bu nişan həm cüzi, həm də külli ola bilər. Məsələn, bir müəssisə istehsal etdiyi bütün qablara böyük-kiçikliyindən asılı olmayaraq, nişan vura bilər. Dövlət idarələrinin üstünə sancılmış, dövlət məmurlarının stolu üstünə qoyulmuş, dövlətə aid gəmilərin uca bir nöqtəsində dalğalanan bayraqları da misal göstərmək olar. “Bismillah” və incəliklər :
1. “Bismillah” ilahi rəng göstəricisi, tövhid cəhətinin nişanıdır. İmam Rza (ə) buyurmuşdur: “Bismillah” insanın özünə Allah bəndəsi nişanı vurmasıdır.” (“Təfsiri-Nurus-səqəleyn”.) 2. “Bismillah” tövhid rəmzidir. 3. “Bismillah” davam rəmzidir. Çünki Allah boyasında olmayan hər bir şey fanidir. (Bax: “Qəsəs”/88.)...


Ramazan ayından sonra gələn Şəvval ayının fəzilətləri və orucu


\"Ramazandan sonra Şəvval ayında 6 günü oruc tutan insan elə bil bütün zamanı oruc tutub\" Son zamanlar gündəmdə Peyğəmbərdən nəql olunan belə bir hədis dolaşır, məzmunu belədir ki, kim Ramazanda oruc tutsa, Şəvvaldan altı günü də ona qoşsa (ardınca tutsa), sanki (bütün) dövrü oruc tutmuşdur”. (Müslim, Əbu Davud, Tirmizi, Nisai, Əbu Macə)
Bu altı günlük oruc haqqında sual oluna bilər ki bunun İmamiyyə məzhəbilə müvafiq olub-olmaması necədir? Şəvval ayı qəməri aylarının onuncusudur. Ramazan ayından sonra gəlir. Onunla əlaqəli hökmlər barədə oruc və həcc babında söz açmışlar.
Müqəddəs şəriətdə bəzi günlər və aylar üçün, o cümlədən Şəvval ayı üçün xüsusi hökmlər bəyan olunmuşdur.


Övlad sahibi olmaq istəyənlər üçün dua və əməllər


Ayətullah Behcət övlad sahibi olmaqla bağlı bəzi tövsiyələr vermişdir ki, onlara işarə edək. Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və övlad sahibi olmadığını bildirir. Həzrət Sadiq (ə) buyurur: “Allahdan istə və səcdədə bu sözləri de:
“رَبِّ هَبْ لِی مِن لَّدُنْكَ ذُرِّیَّةً طَیِّبَةً إِنَّكَ سَمِیعُ الدُّعَاء رَبِّ لَا تَذَرْنِی فَرْدًا وَأَنتَ خَیْرُ الْوَارِثِینَ
Hədisi nəql edən yazır ki, bu göstərişə əməl etdim və Allah mənə övladlar nəsib etdi və adlarını Əli və Hüseyn qoydum”.
“Şəfayi-sudur” kitabında oxuyuruq ki, hər kim sübh namazının nafiləsi ilə sübh namazı arasında 41 dəfə “Həmd” surəsini deyər və bu işə 40 gün fasiləsiz əməl edərsə, Allah hacətini yerinə yetirər. Hətta əgər övladı olmasa belə, Allah ona övlad nəsib edər.


Ailədə 1 uşaq kifayətdirmi? - ARAŞDIRMA


“Bir uşaq bizə kifayətdir, əgər onu xoşbəxt edə bilsək, çox böyük bir iş görmüş olarıq”. Həzrət İbrahimin (ə) övlad sahibi olması Quranda böyük bir nemət kimi tanıdılmışdı. Mələklər ona müjdə gətirmişdilər. Övlad sahibi olan insan əməl dəftərinə yaxşı əməllər daxil edər və öləndən sonra isə övladının duasına nail olar. Bu gün əgər cəmiyyətə nəzər salsaq, görərik ki, 1 övlad sahibi olmaq dəb olmuşdur. Əgər ata və ana hər ikisi işləyirlərsə, onlar üçün övlad sahibi olmaq çox böyük məsuliyyət olar. Onlar bu üç nəfərlik ailəni kamil bir ailə hesab edirlər. Bəziləri deyər ki, mən ona görə bir övlad istəyirəm ki, bütün var-dövlətimi bir nəfərə qoyub gedim. Halbuki, birdən artıq övlad sahibi olmaq həm valideyn üçün xeyir və bərəkətdir və həm də uşaqların ruhi cəhətdən sağlam olması üçün zəruridir. Bacı və qardaşın olması uşaqlar üçün yaxşı himayə və yardımdır.


Övlad tərbiyəsinə dair Loğman (ə) hansı 10 tövsiyəsini edir?!


Quran dini tərbiyəni Loğmanın dilindən bəyan edir və Loğman öz oğluna 10 dəyərli nəsihət verir:
1. Rəhman Allahla gözəl rabitə. “Və (yadına sal,) o zamanı ki, Loğman oğluna nəsihət edərkən ona dedi: «Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şirk olduqca böyük bir zülmdür». ”. (“Loğman” 13).
2. Valideynə ehtiram qoymaq. “Və Biz insana ata-anası barəsində tövsiyə etdik”. (“Loğman” 14).
3. Məad. “(Loğman dedi:) «Ey mənim əziz oğlum, bir xardal dənəsi ağırlığında olub möhkəm bir daşın içində, yaxud göylərdə və ya yerin təkində olmuş olsa, Allah onu gətirəcəkdir (ki, onun əsasında haqq-hesab çəksin), çünki Allah dəqiqdir, ən incə şeyləri görəndir və (hər şeydən) xəbərdardır». (“Loğman” 16).


Məsumların hədisinə əsaən Dəstəmazın 7 bərəkəti


Dəstəmazın iki cəhətdən faydaları diqqət mərkəzində ola bilər: onlardan biri cismani və gigiyena tərəfidir. O birisi isə mənəvi tərəfidir. Dəstəmazın mənəvi cəhətdən bərəkətlərinə nəzər salaq: 1. Ömrü uzun edər. Həzrət Peyğəmbər (s) buyurur: “Ey insan! Çalış təharətli və dəstəmazlı olasan ki, Allah ömrünü uzun etsin. Əgər bacarsan gecə və gündüz dəstəmazlı olasan – bu işi gör. Çünki əgər dəstəmazlı halda dünyadan getsən, şəhidin savabına çatacaqsan”.
2. Hacətin yerinə yetməsinə səbəb olar.
3. Şəhadətin savabına çatmaq. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, dəstəmazlı yatar, əgər gecə ölüm sorağına gələrsə, bu insan dünyadan şəhid getmiş olar”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter