Bərəkət qapısını açan 10 açar nələrdir?! Məsumlardan izahat


Allahın bəndələrinə nemət və bərəkəti sonsuzdur. Ancaq bəzi amillər vardır ki, insan həyatındakı bərəkəti daha da çoxaldar. Bu amillər ilə tanış olaq:
1. Birlikdə olmaq. İnsan ictimai varlıq olduğu üçün, tək yaşamamalıdır. Ailə həyatı insana əminlik hissi verər və bu böyük varlıq aləmində tək olmadığını və onun qayğısını çəkən insanların olduğunu dərk etdirər.
2. Böyüklərə hörmət etmək. Böyüklərə ehtiram göstərməyin sirri, onların təcrübələrinə söykənir. Onlar uzun illər boyu çoxlu təcrübə əldə etmiş və onları qısa zamanda gənc nəslə ötürmək qabiliyyətinə malikdirlər. Onların bu təcrübəsindən bəhrələnmək o zaman mümkündür ki, onlarla rabitə qurasan.
3. Asan evlilik. Mehriyyənin az olması da başqa bir bərəkətdir. Bu, ailə həyatına bərəkət gətirər...


Qədr gecəsinin hansı olması niyə gizli saxlanılır?


Məsumlardan (ə) Qədr gecəsi haqqında soruşanda dəqiq məlumat verməmişdilər. Belə ki, Həzrət Peyğəmbər (s) Ramazan ayının son on gününü əhya saxlayardı. İmam Sadiq (ə) isə buyurmuşdur: “Qədr gecəsi Ramazan ayının 21 və 23-cü gecəsidir”. Nəql edən bu iki gecədən hansının olduğunu bilmək istəyir və deyir: “Əgər hər iki gecədə ibadət edə bilməzsəm, bunlardan hansını seçim?”. İmam (ə) təyin etməmişdir və buyurmuşdur: “İstədiyin şey üçün bu iki gecə necə də asandır”.
Lakin Məsumlar (ə) ən çox 23-cü gecənin Qədr gecəsi olduğuna gizli də olsa, işarə etmişdilər. Qədr gecəsinin bu qədər gizli olmasının səbəbi budur ki, onun bütün gecələrini əhya saxlayaq. Necə ki, Allah razılğını itaətlərin içində gizlətmişdir ki, insanlar bütün ibadətlərə əhəmiyyət versinlər. Qəzəbini günahların arasında gizlətmişdir ki, hər günahdan çəkinsinlər. Dostlarını insanların arasında gizlətmişdir ki, hamıya hörmət etsinlər. Əzim adını qalan adları içərisində gizlətmişdir ki, hamısını böyük hesab etsinlər. Ölüm vaxtını gizlətmişdir ki, hər bir halda ona hazır olsunlar. Əməllərin qəbul olduğu bu gecənin fəzilətindən məhrum qalmayaq.


İmam Hüseyn (ə) hansı səbəbdən sübh namazında atası ilə birlikdə deyildi?


Əmirəl-möminin (ə) ilə İmam Hüseynin (ə) evi Kufə məscidinin yanında idi. Ona görə də onların evi ilə məscid arasında böyük bir fasilə yox idi.
Məclisi yazır: “O gecə Əmirəl-möminin (ə) şam etmək üçün Ümmil-Gülsümün (s.ə) evinə gedir. Ümmil-Gülsüm (s.ə) deyir: “Atam bir tikə çörək və bir qədər duzla iftar etdi. Allahın həmdini yerinə yetirdi və namaz üçün dayandı. Davamlı olaraq namazda idi. Bəzən otaqdan bayıra çıxar və ulduzlara nəzər salardı. “Yasin” surəsini axıra qədər tilavət etdi. Əmirəl-möminin (ə) o gecəki hərəkətlərindən şəhadət iyi gəlirdi.
Gecənin yarısından çoxu keçmişdi və dəstəmazını təzələmək üçün otaqdan bayıra çıxdı. Onun bu halını müşahidə edərkən qardaşım İmam Həsənin (ə) yanına getdim və olanları ona danışdım. İmam Həsən (ə) hərəkət etdi və Əmirəl-möminin (ə) Kufə məscidinə çatmadan ona yetişdi və dedi: “Hələ gecənin üçdə biri qalıbdır. Niyə evdən tez çıxmısınız?”.


Duanın insan taleyində nə belə təsiri vardır?! Hizqil Nəbinin (ə) müjdəsi


Hizqil Nəbiyə Allah-Taaladan (c.c) ilham olundu ki, filan hakimə denən ki, az bir müddətdən sonra öləcəksən! Hizqil Nəbi (ə) İlahi mesajı ona çatdırdı!
Hakim çox qorxaraq təsirləndi. Taxtının üstündə Allahla münacat və duaya məşğul oldu. Duasında belə deyərdi: “Mənim Rəbbim! Mənə o qədər fürsət ver ki, övladım böyüsün və işlərimi sahmana sala bilim!” Allah-Taala (c.c) hakimin duasını qəbul edərək Hizqil (ə)-a vəhy etdi: Get hakimə denən ki, sənin ölümünü 15 il daha gecə saldım.”


Allah –Taala (c.c) Hz Adəmə (ə) bəşəriyyətin vəzifəsini hansı 4 cümlədə açıqladı?!


İmam Sadiq (ə) buyurdu: “Allah-Taala Hz Adəmə (ə) vəhy edərək belə buyurdu: Mən bütün sözləri dörd cümlədə sənin üçün bəyan edirəm!” ...
1-O bir şey ki, Mənə aiddir, odur ki, Mənə bəndəlik edəsən və heç bir şeyi mənə tay və şərik seçməyəsən,
2-O bir şey ki sənə aiddir, Mən sənin əməllərini qarşılığı verəm, o zamanda ki, hər zamandan daha çox ona ehtiyaclı olduğun vaxtda!
3-Və amma o bir şey ki, səninlə Mənim aramdadır, sənin dua etməndir və Mənim qəbul etməyimdir.
4 -Son olaraq o bir şey ki, səninlə insanlar arasındadı, budur ki, o bir şeyi ki, özünə bəyənirsən camaat üçün də bəyənəsən, və o bir şeyi ki, özünə xoşlamayasan insanlar üçün də rəva bilməyəsən.” Mənbə: Nasix Ət-Təvarix kitabı, səh: 23


Subhanallahın mənası nədir?! İmam Əlinin (ə) mübarək izahı


Bir nəfər ikinci xəlifədən soruşdu: “Sübhanəllah” kəlməsinin izah və təfsiri nədir?! Ömər ibn Xəttab dedi: (Qarşıda olan) Bu bağda bir kişi var ki, sual verəndə cavab verər, sakit olanda isə, örgətmək üçün danışmağa başlayar!
Sual verən şəxs bağa tərəf getdi və gördü ki, Hz Əli (ə) əkinçilik işi ilə məşğuldur! Xidmətinə yetişərək ərz etdi: “Subhanəllah” nədir?!
Hz Əli (ə) buyurdu: “Subhanəllah Allahın uca və əzəmətli məqamını böyük bilməkdir. Allahı müşriklətini düşüncəsindən pak bilməkdir. Və o zaman ki, bir bəndə bu kəlməni dilə gətirər, bütün mələklər ona salam (dua) göndərərlər.” Mənbə: Məani əl-Əxbar, səh: 11


Həzrəti Peyğəmbər (s) bu cürə duanı düzgün hesab etməzdi?!


İslam Peyğəmbəri (s) bir yerdən keçirdi. Bir müsəlmanı gördü ki, dua edərək, belə deyir: “İlahi! Məni camaatdan ehtiyacsız et!
Allahın Peyğəmbəri (s) ona buyurdu: “Bu cürə dua etmə, çünki insanlar gərək bir-biriləri ilə əlaqədə olsunlar və biri-birilərinin ehtiyaclarını təmin etsinlər. Duanı bu cürə et: “İlahi! Məni şərr insanlardan ehtiyacsız et!” Dua edən şəxs ərz etdi: Şərr və ziyan verici insanlar kimlərə deyilir?! Hz Peyğəmbər (s) buyurdu: “(Şərr insanlar o kəslərdirlər ki)
1-Onlar bir şeyi bağışlayanda, minnət qoyarlar!
2-Əgər bir şeyi bağışlamaq istəməsələr, qarşı tərəfdə eyb tutmağa çalışarlar! (Bu məqsədlə ki kömək etməmələrinə bəhanə tapsınlar)


Əməli, hissi, zahiri, həqiqi şükür nə deməkdir?


Əməli şükür isə o şükürdür ki, insan Allahın ona verdiklərindən Onun yolunda istifadə edər. Əlbəttə də şükrün bu növü daha ali və daha yüksəkdir. Şükrün dərəcələri. Şükrün 3 dərəcəsi vardır.
-Şükür əvvəl gərək dildə bəyan edilsin. - Sonra hissi şükür mərhələsinə gəlib çatsın və nəhayət, əməli şükrə çevrilsin.
-Şükür – imanın dərəcələrindəndir. İman isə odur ki, qəlbdə olar.
Həqiqi şükür odur ki, insan qəlbinə sirayət edər. Belə bir şükür – həqiqi şükür olar. Bu dünyada olan hər bir şey Allahın məxluqudur. Hər kim məxluqa təşəkkür edər, Allaha şükür etmiş olar. Ona görə də aqil insan həmişə malik olduqlarını görər və ona görə şükür edər. Əgər mehribanlıq görsə, ona görə təşəkkür edər. Nəticədə şükür edən və təşəkkür edən insan olar...


Batini gözəlliklə yanaşı, zahiri nuraniyyət əldə etmək istəyənlərə 6 tövsiyə nələrdir?!


Hədislərdən belə nəticəyə gəlmək olur ki, insanın batini gözəlliyi səbrindən, hövsələsindən, vüqarından asılıdır. İlahi övliyaların həyatına nəzər salan zaman görmək olur ki, bu gözəl rəftarları həyatlarının hər bir anında göstərmişdilər. Əgər insan batini gözəlliklə yanaşı, zahiri nuraniyyət də istəyirsə, o zaman nə etməlidir?
1. Dəstəmaz almaq. Hədislərdə oxuyuruq: “Dəstəmaz üstünə dəstəmaz almaq – nur üstünə nurdur”. Hər kim simasının nurani olmasını istəyirsə, davamlı olaraq dəstəmazlı olması tövsiyə olunur. Həzrət Peyğəmbər (s) buyurur ki, İmam Əlinin (ə) davamçıları dəstəmazın vasitəsilə behiştə daxil olarlar və üzləri ağ olar.
2. Bütün gecəni yatmamaq. Həzrət Əli (ə) buyurur: “Üzün nurani olması bütün gecəni yatmaqla bir yerə sığmır”. Yəni, əgər insan üzünün nurani olmasını istəyirsə, gərək gecənin bir hissəsində oyaq qalsın və ibadətlə məşğul olsun...


Əməlimiz harada ləngiyir ki, kamala aparmır?


Sizin nəzərinizə görə, niyə ibadətlərimizin kamala çatmağımıza heç bir təsiir yoxdur? Niyə Allaha bir ömür ibadət etdikdən sonra belə, bu qədər zəifik və günahı tərk edə bilmirik?
Əməllərimiz harada ləngiyir? İnsanın hər bir əməlinin zahiri və batini vardır. Əməlin zahiri – insanın hərəkətlə yerinə yetirdiyi həmin əməldir. Batini isə əməlin əslidir ki, insanın batinini kamala doğru hərəkət etdirər.Necə ki, insan ruhu bədəni olmadan eyniyyət əldə edə bilmir, eləcə də insan əməlinin batini olmadan insanı kamala çatdırmır. Necə ki, insan bədənə malik olmadan insan adlanılmır, eləcə də əməllər də o cürdür. Əgər ibadət batini hərəkət olmadan yerinə yetərsə, mənasız və təsirsiz olar. Ona görə də zahiri hərəkəti batini hərəkət olmadan əməl adlandırmaq olmaz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter