“LEYLƏTÜL-MƏBİT” AYƏSİ VƏ ONUN TƏFSİRİ hansı hadisə və kimə aiddir?!


Qurani-Kərimin “Bəqərə” surəsinin 207-ci ayəsində buyurulur: “İnsanlardan bəzisi Allahın razılığını qazanmaq üçün öz canını fəda edər. Allah Öz bəndələrinə qarşı çox mehribandır!”
Bu ayə İslam Peyğəmbərinin (s) Məkkədən Mədinəyə hicrət etdiyi zaman İmam Əlinin (ə) fəziləti ilə əlaqədar nazil olmuşdur. Həmin gün İmam Əli (ə) canını Peyğəmbərin (s) yolunda təhlükəyə ataraq o həzrətin yerində yatdığı üçün tarixdə “Leylətül-məbit” adı ilə məşhurdur. Bu ayənin təfsiri ilə bağlı İslamın məşhur mənbələrində çoxlu rəvayət nəql olunmuşdur. O cümlədən:
1. Əhli-sünnənin məşhur təfsir alimlərindən olan Sələbi öz təfsir kitabında bu ayənin nazil olma səbəbini belə nəql edir: “Peyğəmbəri-Əkrəm (s) Mədinəyə hicrəti zamanı Əli ibn Əbi Talibi (ə) camaata olan əmanətlərini qaytarmaq üçün Məkkədə qoymalı oldu. Özü isə gecə yola düşmək istəyərkən, müşriklər tərəfindən evin mühasirəyə alındığını gördü və Əliyə (ə) onun öz yerində yatmağını göstəriş verib buyurdu: “Mənim yaşılrəngli örtüyümü üstünə atıb, mənim yerimdə yatarsan. Allahın köməyi ilə sənə heç bir zərər dəyməyəcəkdir!” Əli (ə) də Həzrətin göstərişinə əməl etdi.


Yаltаqlıq və yersiz tərif haqda Peyğəmbərin (s) Əbuzərə nəsihəti nə olmuşdur?!


Peyğəmbəri-Əkrəm (s) Əbuzər Qifariyə etdiyi tövsiyələrinin birində belə buyurur:
“Ey Əbuzər! Eybаxtаrаn, yаltаq, ikiüzlü, tənəvurаn, dаvаkаr (və inаdcıl) olmа! Ey Əbuzər! Nə qədər ki, insаnın əxlаqı düzəlməyib, həmişə Аllаhdаn uzаq olаcаqdır!”
Yаltаqlıq insаnın şəxsiyyətinin zəifliyindən qаynаqlаnan mənfi və mənfur xüsusiyyətlərdəndir. Həqiqətdə, bu öz əskikliklərini doldurmаğа çаlışаn o kəslərin xislətidir ki, bunu bаşqаlаrının diqqətini özlərinə cəlb etməklə əldə etmək istəyirlər. Düşünürlər ki, bаşqаlаrını həddət аrtıq tərif etməklə, bəlkə özlərinə bir şey qаzаnmış olаrlаr...


Qurani-Kərimdə ‘qəzəbə düçar olmuşlar’ və ’azğınlar’ kimlərdir?


Qurani-Kərimdə Firon, Qarun, Əbu-Ləhəb kimilər, Ad, Səmud, Bəni-İsrail kimi qövmlər qəzəbə düçar olmuş kimi tanıtdırılmışdır. (“Nisa”/116, “Fəth”/6, “Bəqərə”/61, “Ali-İmran”/110-112, “Ənfal”/16, “Bəqərə”/108, “Nəhl”/106, “Mumtəinə”/1.)
Qurani-Kərimdə Bəni-İsrailin yaşayış və inkişaf prosesi bəyan olunmuşdur. Onlar bir zaman başqalarından üstün həyat keçirmişlər. (“Bəqərə”/47.) Amma bu üstünlükdən sonra öz əməl və rəftarları səbəbindən Allahın qəzəbinə gəlmişlər. (“Bəqərə”/61.) Onların taleyindəki dəyişikliyin səbəbi əməl və rəftarlarındakı dəyişiklik olmuşdur. Yəhudi alimləri Tövratın səmavi göstərişlərini təhrif etdilər. (“Nisa”/46.) Onların tacirləri və sərvətliləri də sələm, haram və dünyapərəstliyə üz tutdular. (“Nisa”/161.) Xalqın da böyük hissəsi cihad və mübarizə qarşısında dünyapərəstlik və qorxu səbəbindən cəbhəyə getməkdən, müqəddəs əraziyə daxil olmaqdan imtina etdilər. (“Maidə”/24.)...


Tikаnlı sözlərlə insana əziyyət verməyin acısı haqda məsumlar nə buyurmuşlar?!


İmam Əli (ə) buyurur: “Məlаmət və dаnlаqdаn çəkin ki, günаhı böyük göstərir və danlağı (nəsihəti) təsirsiz edir.” (“Bihаrul-ənvar”, c.77, səh.216.)
Həmçinin bаşqаsını həddən аrtıq dаnlаyıb nöqsаnlаrını təkrаr-təkrаr üzünə çırpmаq hаqqındа buyurur: “Dаnlаq və məlаmətdə həddi аşmаq inаdcıllıq аtəşini dаhа dа şölələndirir.” (“Bihаrul-ənvar”, c.77, səh.232.)
“Təkrаr qınаqdаn çəkin. İnsаnı həddən аrtıq qınаyıb dаnlаmаq günаhkаr şəxsi öz pis əməlində dаhа dа cəsаrətli edir, əlаvə olаrаq məlаməti аlçаq və təsirsiz hаlа sаlır.” (“Qurərul-hikəm”, səh.278.)


Nəcvanı edəndə, (pışıldaşanda) orada olan mütləq şahid kimdir?


“Nəcva” sözünün mənası “yüksəklik” deməkdir. Adətən insan başqalarının onun sözünü eşitməsini istəməyən zaman daha yüksək yerə gedər ki, orada sözünü desin. Bu səbəbdən başqalarından gizli halda deyilən sözlərə nəcva deyirlər.
“Məgər (qəlb gözü ilə) görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa, hamısını bilir? Üç nəfər arasında elə bir pıçıltılı və gizli söhbət baş verməz ki, O, onların dördüncüsü olmasın və nə də beş nəfər arasında ki, O, onların altıncısı olmasın. Onlar bundan az və çox olsalar da, harada olsalar belə, O, (Allah) onlarladır. Sonra – Qiyamət günü – hamıya etdiklərini xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir”. (“Mücadilə” 7).
Bu ayədən də göründüyü kimi, nəcva – bəyənilməyən əməllərdən hesab olunur. Bu nəcva iki və ya üç nəfər arasında olsa da, Allah onu eşidənlərin dördüncüsü olar. Allah Təala bu mübarək ayədə insanlara bəyan edir ki, nəcva etməyin. Əgər edirsinizsə, bilin ki, mənim bunların hamısından xəbərim vardır. Qiyamət günü bu etdiklərinizin üstü açılacaq və ona görə hesab verəcəksiniz.


Qəflətdə olmaq nədir? Məsumların (ə) mübarək izahı


İmam Əli (ə) buyurur: “Vay olsun o kəsə ki, yuxudadır (qəflətdədir)! Necə də ziyandadır. Onun ömrü qısalmış və savabı azdır”.
İmam Əli (ə) başqa yerdə buyurur: “Hər kim öz düşmənindən qafil olar, fitnələri özünə dəyər”.
İmam Sadiq (ə) buyurur: “Ölümü yada salmaq – nəfsin xahişlərini öldürər və qəflətin köklərini kəsər. Qəlbi Allah vədəsi ilə gücləndirər və həvəsin bayraqlarını məhv edər. Hərislik atəşini söndürər, dünyanı nəzərində kiçik göstərər”.
İmam Əli (ə) başqa yerdə buyurur: “Ey insanlar! Allahdan qorxun! Çünki heç kəs əbəs yerə xəlq olmamışdır ki, (ömrünü) əyləncə və qəflətlə keçirtsin”.
İmam Baqir (ə) buyurur: “Namazından ancaq o qədərindən bəhrə aparırsan ki, qəlb diqqəti ilə birlikdə olmuşdur. Ona görə də əgər kimsə bütün namazında səhv edərsə və ya onu əda etməkdən qafil olarsa – o namaz büzüşər və sahibinin üzünə vurular”.


İslam Peyğəmbərinin (s) başqa peyğəmbərlərə nisbətdə üstünlüyünün 11 hüccəti nələrdir?!


Dünya yaranan gündən bu dünyaya 124 min peyğəmbər gəlmişdir. Bu peyğəmbərlər içərisində Allah Təala bəzilərini bəzilərindən üstün qərar vermişdir. İslam Peyğəmbəri (s) isə bütün peyğəmbərlərdən (ə) üstündür. İslam Peyğəmbərinin (s) nübuvvət üstünlüyünün hüccətlərə nəzər salaq:
1. Birinci hüccət. Allah Təala buyurur: “(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik”. (“Ənbiya” 107). Əgər bütün aləmdəkilər üçün rəhmətdirsə, deməli bütün aləmdə olanlardan üstündür.
2. İkinci hüccət. Allah Təala buyurur: “Və adını sənin (əzəmətin) üçün ucaltdıq (ki, bütün kainatda uca məqamlarda zikr olunsun, Allahın adı ilə birgə çəkilsin, tovhid və peyğəmbərliyə birlikdə şəhadət verilsin. Allah, mələklər və insanlar səni mədh etsinlər, şöhrətin tədriclə Yer kürəsini əhatə etsin və axirətdə Məhmud – bəyənilən olasan)”. (“Şərh” 4). Allah Təala Həzrət Muhəmmədi (s) yada salmağı şəhadətlərdə, azanda və təşəhhüddə Öz adına yaxın qərar verir, halbuki başqa peyğəmbərlər bu cür deyildir...


Həzrət Məhdi (ə.f), zühur zamanı neçə yaşında görünəcəkdir?


Yer üzü hüccətdən boş olmaz. İmam Zaman ağa (ə.f) buyurur: “Yer, heç bir zaman hüccətdən boş olmayacaqdır – istər o hüccət zahir olsun, istərsə də gizli”.
Əba Sələt İmam Rzadan (ə) nəql edir ki, buyurub: “Bizim Qaimin (ə.f) nişanəsi budur ki, qoca kişi yaşında olan bir cavandır. Belə ki, hər kim o Həzrəti (ə.f) görər, onu 40 yaşında və daha az hesab edər”. Mövla (ə.f), yollarda addım atar və insanlara salam verər.
Əmirəl-möminin (ə) buyurur: “Əlinin (ə) Pərvərdigarına and olsun ki, Allahın hüccəti (ə) insanların arasındadır. Yollarında (küçələrində) addım atar, onlara salam verər, ancaq müəyyən vaxta və İlahi vədəyə qədər tanınmaz”.


Dini termin olan İlahi vəhy ilə ilhamın fərqi nədədir?


İlham və vəhy elə bir hadisələrdir ki, insanın daxilində baş verər. Ancaq ilham ilə vəhy bir-birindən fərqlənən hadisələrdir ki, insanı hansısa yola yönəltmək istəyər.
Bu fərqlərdən biri budur ki, vəhyin kim tərəfindən nazil olduğu aydındır, ancaq ilhamın deyil. Vəhyi peyğəmbərlər (ə) alar və onun vasitəsilə Allahın göstərişləri və əmrləri ilə xəbərdar olarlar. Ancaq ilham adi insanların da daxilində baş verər. Zərarə İmam Sadiqdən (ə) soruşur: “Peyğəmbər (s) necə əmin oldu ki, ona çatan İlahi vəhydir, nəinki şeytanın vəsvəsəsi?”. İmam (ə) buyurur: “Nə zaman Allah bəndəsini risalət üçün seçər, ona xüsusi vüqar və hüzur verər. Belə ki, haqq tərəfindən ona çatanlar, gözü ilə görən kimi olur”. Başqa bir hədisdə sual verirlər ki, peyğəmbərlər (ə) necə bildilər ki, onlar peyğəmbərdirlər? İmam (ə) cavabında buyurur: “Onlar üçün pərdə aradan qalxmış olur”. Vəhy ilə ilhamın başqa bir fərqi bundadır ki, vəhy edilən xəbərdə heç bir zaman yanlış olmaz, həmişə həqiqət olar, ancaq ilham belə deyildir. Çünki bəzən bu ilhamlar mələklər tərəfindən deyil, şeytan (lən) tərəfindən olar. Vəhyin ilhamla başqa bir fərqi bundadır ki, peyğəmbər (ə) aldığı vəhyi gətirən mələyi öz gözü ilə görür, ancaq ilham edilən şəxs gözə görünməz.


Dini termin olan Nəbi ilə rəsulun fərqi nədir?


Qurani-Kərim bəzən Peyğəmbəri (s) nəbi və bəzən də rəsul adlandırmışdır. Nəbi ilə rəsulun arasında fərq vardırmı? Nəbi, lüğətdə xəbər verənə deyilir. Rəsulun isə lüğətdəki mənası göndərilən deməkdir. Ona görə də belə görünür ki, nəbi ilə rəsulun arasındakı fərq, vəhyin nazil olmaq keyfiyyəti ilə bağlıdır. Belə ki, nəbi o kəsdir ki, İlahi vəhyi yuxuda qəbul edir. Ancaq rəsul o kəsdir ki, İlahi vəhy ona Allahın mələkləri vasitəsilə nazil olur.
İmam Muhəmməd Baqir (ə) bu ayənin təfsirində buyurmuşdur: “(Allahın) elçi(si və xalqa) xəbər gətirən idi”. (“Məryəm” 54).
Rəsul – o kəsdir ki, Cəbrayil (ə) qarşısında mücəssəm olar. O, Cəbrayili (ə) görər və onunla söhbət edər. Nəbi o kəsdir ki, yuxular görər, necə ki, İbrahim Xəlil (ə) görürdü. Allah Rəsulunun (s) risalətdən əvvəl gördüyü yuxular kimi”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter