Qurani Kərimin haqqında 1-25-ci suallara-cavablar ... Birinci bölüm
Әziz Quran aşiqləri! Quran haqqında olan bəzi ümumi məsələləri əldə etmək istədikdə aşağıdakı verilmiş sualların cavabına diqqət yetirə bilərsiz.
1) Sual: Quran neçə surədən ibarətdir? Cavab: Quran 114 surədən təşkil tapmışdır.
2) Sual: Quran neçə cüz (hissə)dən ibarətdir? Cavab: Quran 30 cüzdən ibarətdir.
3) Sual: Quran neçə hizbdən (hissənin qismindən) təşkil tapır? Cavab: Quran 120 hizbdən ibarətdir.
4) Sual: Quranın neçə ayəsi vardır? Cavab: Quranın 6236 ayəsi vardır.
5) Sual: Qurani-Kərim neçə hərfdən ibarətdir? Cavab: Qurani-Kərim 323671 hərfdən ibarətdir.
İmam Sadiq (ə) islamla imanın bağlılığı haqda hansı nöqtəyə işarə edir?!
... 2. İmam Sadiq (ə) buyurmuşdur: \"Bə`zi vaxtlar Allahın bəndələri mö`minlikdən öncə müsəlman olurlar, lakin müsəlmanlıqdan öncə mö`min ola bilmirlər. Buna əsasən, İslam imandan qabaqkı bir mərhələ və dərəcədədir. Onun imanla müştərək nöqtələri var. Kiçik və böyük günahlara yol verənlərə iman yox, yalnız İslam adı vermək olar. Əgər onlar tövbə etsələr, iman mərhələsinə qayıda bilərlər. Onları yalnız inkar və \"istihlal”halı küfrə sövq edər. «İstihlalın» mə`nası budur ki, Allahın halalını haram, haramını isə halal bilib, buna qəlbən etiqad bəsləsinlər. Belə bir şəriatdə onlar İslamdan çıxıb, küfr vadisinə daxil olarlar.”
Beləliklə, yalnız icmali yəqin və elm həddində Allaha mə`rifəti olanlar mö`minlər zümrəsindən sayıla bilər. Qeyri-mö`minlərdə isə belə bir mə`rifət yoxdur. Onlar ya şəkk-şübhə, ya nadanlıq, ya güman, ya da hər üçünə qərq olmuşlar. Eləcə də, küfr, ikiüzlülük və şirkin yaranmasına yalnız mə`rifət və Allahı tanımaq maneələri yox, bə`zən əxlaqi və psixi amillər də öz tə`sirini göstərir...
İslam və müsəlmanlığın dərəcələri hansı 4 qismə bölünür?!
İSLAM VƏ MÜSƏLMANLIĞIN DƏRƏCƏ VƏ BÖLÜMLƏRİ:
Birinci dərəcə: Dildə Allahın yeganəliyinə və həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət vermək; istər qəlbən qəbul etsin, istərsə də etməsin.
İkinci dərəcə: İnsan öz qəlbində Allah-taalaya və dini məsələlərə ümumi şəkildə iman gətirib, baş əyir. Bu dərəcədə insanın saleh əməllər yerinə yetirməsi tələb olunur. Onun bəzən ilahi əmrlərdən boyun qaçırması da ehtimal edilir. \"Zuxruf” surəsinin 69-cu, \"Bəqərə” surəsinin 208-ci ayələrində İslamın bu dərəcəsinə işarə olunmuşdur.
Qiyamətin Sirat körpüsündən asan keçməyin yolları hansı əməllərdən asılıdır?!
Sirat körpüsündən asan keçməyin yolları:
1. Möminə libas vermək
2. Müsəlman qardaşına borc vermək
3. Xəstəyə qulluq etmək
4. Kamil dəstamaz almaq
5. Məscidə getmək
6. Çörək pulu qazanmaq və öz əl zəhməti ilə dolanmaq...
Qurani-Kərimin (ə) ayələrinə əsasən Elm imanın kamilliyində nə belə təsiri vardır?!
Elm imanın tamamlayıcısıdır! Elm bir çox hallarda imanın müqəddiməsi və tamamlayıcısıdır. Buna görə də \"Qurani-Kərim”də elm təriflənmiş və adı imanla yanaşı çəkilmişdir:
\"Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın\" («Mücadələ»-11)
Bu mərhələləri tamamlamaqla məlum olur ki, elm və iman iki ifadədən əmələ gəlmişdir. Əgər iman eşq və ürfan ifadəsindəndir desək, doğru söyləmiş olarıq. Buna görə də
«Kümeyl» duasında oxuyuruq: \"İlahi! Məni əfv et. Ey mənim Mövlam, ey mənim Rəbbim, Sənin əzabına səbir edərəm, amma fəraqına necə səbir edim?\"
Bu aşiqin məşuqu ilə münacatıdır. Buna görə də harada imandan söz açılırsa, məhəbbət və eşq məsələsi də ortaya çıxır...
Fədəkin ƏHli-Beytə (ə) qayıtmasında İslam tarixində Xəlifələr hansı siyasətləri yürütmüşlər?!
Fədək tarixi İslam tarixinin maraqlı səhifələrindən biridir.Xəlifələrin hər biri bu ərazi haqqında xüsusi siyasət yürüdürdü; biri alır,digəri geri qaytarırdı.Çəkçevir o qədər davam etdi ki,sonda həmin ərazi tamamilə viran oldu.Bu kiçik kəndin başı üzərində cərəyan etmiş olayları bilmək istəyirsinizsə,aşağidakilara diqqət etmək kifayətdir;
1.Bildiyimiz kimi, Fədək,Xeybərin süqutundan sonra razilaşma ilə yəhudilərdən Peygəmbərin (s) ixtiyarına keçdi və Quranın \"Müsəlmanların əlinə döyüş aparmadan çatan bütün mallar Rəsuli-əkrəmin (s) haqqıdır və bu mallar müharibə qənimətləri kimi bölüşdürülmür.\" ayəsinin hökmü ilə bu ərazinin külli-ixtiyarı Peyğəmbərin (s) əlindəydi.
2.İslam tarixinin mötəbər sənədlərinə əsasən, Peyğəmbər (s) hələ həyatdaykən onu \"Qohumlarının haqqıni ödə!\" ayəsinin hökmünə uyğun olaraq əziz qızına (s.ə) bağışlamış və bu ərazinin ixtiyarı xanim Zəhraya (s.ə) keçmişdir...
Duanın qəbulunda təxir, gecikmənin hikməti nədir?!
Həyatda çatışmazlıqların olması insanın Allahına qarşı pis zənnə düşməsinə səbəb olmamalıdır. Çünki O bəndəsinin xeyrinin nədə olduğunu daha yaxşı bilir. İnsan istəklərinin çox tez həyata keçməsi və dualarının çox tez qəbul olmasını gözləməməlidir. Bir çox hallarda insanın xeyiri və məsləhəti istəklərinin bir az da gec qəbulunda ola bilər. Hətta bəzi vaxtlar insanın məsləhəti duasının bu dünyada qəbul olmayıb, axirəti üçün azuqəyə çevrilməsində ola bilər. Demək, bizim Allaha qarşı pis zənnə düşməyimizə heç bir şey səbəb ola bilməz.
\"Bir çox hallarda duamın qəbul olmasının təxirə düşməsi mənim üçün daha yaxşı oldu. Çünki Sən işlərin sonundan xəbərdarsan.”
Bəlkə də, istəklərimin qəbulunu təxirə salmağın mənim məsləhətimə və mənim üçün daha yaxşı olsun. Çünki yalnız Sən işlərin sonundan, xeyir və zərərindən xəbərdarsan. Mən öz cahillik və nadanlığım üzündən tələsirəm...
Məsumların hədislərinə əsasən Fərəc üçün dua etməyin faydaları hansılardır?!
Fərəc üçün dua etməyin faydaları:
1-Lənətlənmiş şeytanı narahat edir.
2-Duanın qəbul olunmasına səbəb olur.
3-Axirəz-zamanın fitnələrindən nicat tapmağa bais olur.
4-Günahların bağışlanmasına səbəb olur.
5-Həzrətin şəfaəti Qiyamət günündə ona şamil olacaqdır.
6-İntizar çəkmək əlamətidir.
7-Həzrət Sahib-əz-zaman (ə)-ın zuhurunu tez yetirir.
8-Ömrün uzanmasına səbəb olur...
Allah-Taalaya (c.c) bəndəlikdə Ona sitayiş və səna demək başlanğıc nöqtədir!
Bu şərafətli dua Allaha həmd-səna ilə başlayır: \"Allahım, sənə həmd ilə sitayişə başlayıram. Bu səs-küylü dünyada Allahı düşünmək yolunda bir çox maniələr vardır. İnsanın yeganə səadət yolu Allaha bəndəlik və ona itaətdir. Başqa işlər bu həqiqətin müqəddiməsi hökmündədir. Lakin çox təəssüf olunur ki, xalqın əksəriyyəti bu həqiqətdən xəbərsizdir; hər şeyi düşünürlər, insanın həqiqi səadətini və təkamülünü təmin edən Allahı isə yox!
Ramazan çatdıqda Allahı düşünməyin maneələri azalır, dua və ibadət üçün münasib şərait yaranır. Bu dua və ibadət baharında aşiqlər öz Məbudunu yada salıb zümzümə edirlər. Bütün varlıqları ilə Onu çağırır və Onu istəyirlər. Bəs Allahın dua və ibadət şəraiti yaratdığı bu baharda biz necə dua edək?...
Həzrət Zəhranın (ə.s) haqqı olan Fədək nə idi və harada idi?!
Bu abad və münbit ərazinin Xatəmul-Ənbiyanin (ə) əlinə necə keçdiyi haqqında ən məhşur fikir belədir; Rəsulallah (s) Xeybər qalasının fəthindən sonra evə dönüş yolunda Allah, yəhudilərdən ibarət olan Fədək əhalisinin qəlbinə qorxu saldı. Onlar bir nəfər Peyğəmbərin (s) hüzuruna göndərib, Fədəyin yarısını o həzrətin (s) bunu qəbul edib, sülh razılaşmasını imzaladı. Bu yolla Fədək Peyğəmbəri-Əkbəri (s) şəxsi əmlakına çevrildi. Çünki Qurani-məcidin aydın göstərişinə əsasən, \"Müsəlmanların əlinə döyüş aparmadan çatan bütün mallar Rəsuli-Əkrəmin (s) haqqıdır və bu mallar müharibə qənimətləri kimi bölüşdürülmüşdür.\"
Peyğəmbər (s) bu hökmə əsasən, Fədəyi öz ixtiyarına alıb, gəlirini səfər əsnasında imkanları tükənən və bu qəbildən olan insanlar üçün sərf edirdi. Dediklərimizin təsdiqi olaraq aşağıdaki mənbələrə müraciət edə bilirsiniz; \"Mucəmul-buldan\" Yaqut ibn Abdullah Rumi Həməvi; \"Lisanul-ərb\" Məhəmməd ibn Mükərrəm Misri Ənsad(İbn Məhzur) \"Tarix\" Şeyx Hafiz İmaduddin Əbu Cəfər Məhəmməd ibn Əbul-Qasim ibn Cəfəri Təməri ; \"Kamil\" Əli ibn Əbul-Kərim Məhəmməd Şeybani (İbn Əsir Cəzəri) və s...