Allah-Taala (c.c) insanın tövbəsi hansı vaxta qədər qəbul edər?!


Pеyğәmbәr (s) buyurub: \"Hәr kim ölümündәn bir il әvvәl tövbә еtsә, Аllаh оnun tövbәsini qәbul еdәr.” Sоnrа buyurdu: \"Bir il çохdur. Әgәr bir аy qаbаq tövbә еtsә, Аllаh оnu bаğışlаyаr.” Yеnә dә buyurdu: \"Bir аy dа çохdur. Hәr kim bir hәftә әvvәl tövbә еtsә, Аllаh tövbәsini qәbul еdәr.” Pеyğәmbәr (s) yеnә buyurdu: \"Bir hәftә dә çохdur. Hәr kim bir gün qаbаq tövbә еtsә, bаğışlаyаn Аllаh оnun tövbәsini qәbul еdәr.”


İmam Əli (ə) Kumeyl ibn Ziyada hansı 40 nəsihəti etmişdir?!


İmam Əli (ə)-ın Kumeylə etdiyi tövsiyyələr
1-Hər gün Allahın adını çək və Ona təvəkkül et.
2-Bizi xatırla, adımızı dilinə gətir və bizə salam göndər.
3-İnsanların yerinə yetirdiyi elə bir əməl yoxdur ki, mən onu görməyim.
4-Bizdən qeyrisindən (və bizə əsaslanmayan) elm və hədis öyrənmə.
5-Hər bir işə və hərəkətə qarşı elmin və mərifətin olsun.
6-Yemək yeyəndə, Allahın adını çək ki, zərər çəkməyəsən.
7-İnsanlara yaxşılıq et, paxıllıq etmə, Allah-taala bu işə görə sənə çoxlu savab verər.
8-Yoldaşlarınla gülərüzlə rəftar et və xidmətçilərinin səhvlərini bağışla və onları ittihamlandırma...


İlahi Peyğəmbər (ə.s) və imamlardan hansı 40 möcüzə və kəramət nəql olunmuşdur?!


Həzrət İbrahim (ə)-ın möcüzəsi: 1-Allahın iznilə quşları diriltməsi. 2-Atəşin ona soyuq olması.
3-İti bıçağın həzrət İsmail (ə)-ın başını kəsməməsi və onun əvəzinə asimandan göndərilən bir qoyunun qurbanlıq edilməsi.
Həzrət Nuh (ə)-ın möcüzəsi: 4-Möminlərə nicat verən, kafirləri isə qərq edən gəmi.
Həzrət Hud (ə)-ın möcüzəsi: 5-Güclü külək nəticəsində Hud qövmünün həlak olması.
Həzrət Saleh (ə)-ın möcüzəsi: 6-Dağın içindən diri dəvənin çıxarılması.
Həzrət Lut (ə)-ın möcüzəsi: 7-Səmadan Lut qövmünün üstünə kiçik daşların tökülməsi...


Hz Peyğəmbər (s) kimləri Ən paxıl, ən aciz və ən zülmkar xalq olaraq tanıtıdırır?!


Həzrət Peyğəmbər (s) buyurdu: Xalqın içində ən paxıl o adamdır ki, bir müsəlmanın yanından keçə, amma ona salam verməyə. Salam vermək elə bir şey deyil ki, onda da paxıllıq edəsən. Salam verməyin yüz savabı vardır. Onun doxsanı salam verənə, qalan onu isə salamın cavabını verənə çatır. Başqa bir cəhətdən salam vermək vəhdət və birlik yaradır. Xalqın ən tənbəli o adamdır ki, bekar ola, eyni zamanda da Allahın zikri ilə məşğul olmaya. Zikr etmək ki, çətin bir iş deyil. \"Kafi” kitabında rəvayət olunur ki, əgər bir adam gündə 100 dəfə \"la ilahə illəllah” desə, heç kəsin ondan çox əməli olmaz. Yalnız ondan çox \"la ilahə illəllah” deyənin əməli onun əməlindən çox olar.
\"Xalqın içində ən zülmkar adam o kəsdir ki, mənim, (yəni Həzrət Peyğəmbərin) adımı eşidir, lakin salavat çəkmir...


Hz Peyğəmbər (s) Həşr surəsinin 7 ci ayəsinin tərcüməsində 31 tanıtdırdığı nəhy etdiyi əməllər hansılardır?!


Peyğəmbərin (s) nəhy etdiyi və məkruh saydığı (bəyənmədiyi) qırx əməl
Allah-taala \"Həşr” surəsinin 7-ci ayəsində buyurur: \"Rəsulumuzun sizin üçün gətirdiyi hər bir şeyi qəbul edin və qadağan etdiyi bütün şeylərdən uzaq olun.”
1-Qızıl və gümüş qabda xörək yemək..
2-Heyvanı yandırmaq.
3-cinsi əlaqə zamanı üzü qibləyə olmaq.
4-Kişilərin ipək paltar geyinməsi..
5-Kişilərin qızıl üzük taxması..
6-Cadugərlərə müraciət etmək.
7-Nərd oynamaq, tar və tənbur çalmaq.
8-Qeybət etmək və ona qulaq asmaq...


Hz Peyğəmbər (s) və İmam Sadiqin (ə) hədislərinə əsasən tarixdə baş vermiş 40 birinci hadisə və məlumatlar nələrdir?!


Birincilər haqda 40 incəlik
1-Kişilər içərisində həzrət Mühəmməd (s)-ə iman gətirən birinci şəxs İmam Əli (ə)-dır.
2-Qadınlar içərisində həzrət Mühəmməd (s)-ə iman gətirən birinci şəxs həzrət Xədicə (ə. s)-dır.
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: \"Bu ümmətdən götürülən birinci şey həyadır.”
4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: \"Din işlərində əldən gedən ilk şey əmanətdir.”
5-İnsanın yer üzündə mürtəkib olduğu ilk günah həsəddir. (Qabilin Habilə qarşı həsəd etməsi...


Sözgəzdirən insanların aravurma xasiyyəti hansı batini boşluqlardan qaynaqlanır?!


Söz gəzdirməyi yaradan amillər - Belə bir sual ortaya çıxır ki, insanın bu böyük günaha batmasına səbəb nədir? Cavab olaraq demək lazımdır ki, aşağıda qeyd olunmuş amillərdən biri söz gəzdirməyə bais olur:
1. İnsan haqqında danışdığı şəxsə qarşı bədgüman olub onu pisləyəndə;
2. Söz gəzdirmək vasitəsilə yanında pislədiyi şəxsə özünün ona qarşı mehribanlıq və dostluğunu göstərəndə;
3. İstirahət zamanı;
4. Boşboğazlıq və haqsız adamlarla həmsöhbət olmaq...


«Quran» və hədislər baxımından sözgəzdirənin aqibəti necə izah olunur?!


«Qurani-Məcid»də söz gəzdirməklə camaat arasında kin-küdurət və ədavət alovunu şölələndirən şəxslərə xəbərdarlıq edilib cəhənnəm əzabı ilə qorxudulur. Orada Əbu Ləhəbin Ümmü Cəmil adlı zövcələrindən biri barədə buyurulur: \"Onun odun daşıyan övrəti də həmçinin (cəhənnəmlikdir)\" («Təbbət»-4).
Peyğəmbər(s) buyurdu: -Aranızda kimin ən pis adam olduğunu sizə deyimmi? Ərz etdilər: -Bəli, ya Rəsulullah. Buyurdu: -Adamların ən pisi o şəxslərdir ki, söz gəzdirib dostlarının arasını vurur, saleh və namuslu adamlara eyib tuturlar.


Hz Xızr Nəbi (ə) Hz Musadan (ə) ayrılan zaman hansı tövsiyələrə əməl etməyi tapşırdı?!


Хızır pеyğәmbәrin (ә) ахırıncı vәsiyyәti - İmаm Sәccаd (ә) buyurub:
\"Хızır pеyğәmbәrin (ә) Musаya (ә) ахırıncı vәsiyyәti bu idi: \"Hеç kimi günаhınа görә mәzәmmәt еtmә.”
Pеyğәmbәr (s) buyurub: \"Hәr kәs qаrdаşının еyibini görüb оnu gizlәdәrsә, sаnki, diri-diri bаsdırılmış qızı (cаhillik dövrünün аdәti) dirildәn kimidir.” \"Hәr kәs din qаrdаşının еyibini örtsә, Аllаh dа ахirәtdә оnun еyiblәrini örtәr...


Hz Pegəmbər (s) İbn Məsud və onunla gələn səhabələrə cəmiyyətdə hansı əxlaqa diqqət yetirməyi tapşırdı?! DÖRDÜNCÜ BÖLÜM


DÖRDÜNCÜ BÖLÜM:
31-Aldadıcı qanunlar çıxarma; çünki belə bir iş görən hər bir şəxs həm özünə, həm də başqalarına zərər yetirmiş olar. Dünyaya bel bağlama; çünki ondan tez bir zamanda ayrılacaqsan.
32-Aşkarda böyük və kiçik günah etməkdən çəkin, çünki harada olsan da, Allah-taala səni görür. Heç bir yerdə Allahı yaddan çıxarma və Ondan (Onunla müxalifət etməkdən) qorx!
33-Şeytanı özünə düşmən tut, haram mal yemə, haram paltar geyinmə və günah etmə.
34-Sənə tapşırılan mal-dövlətə və əmanətə xəyanət etmə. Ruzi əldə etmək üçün qüssələnmə, çünki Allah-taala yer üzündə yaşayan heç bir varlığı ruzisiz qoymaz...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter