Cümə günü vəfat edənlər qəbir əzabından amanda qalarlar!


... Bəziləri də \"şəhidlər əzab görməyəcəksə, siddiqlər heç görməyəcək\" deyir. Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqad dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlər (yaxşı əməl sahibləri ilə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır! (\"Nisa\" surəsi, 4/69) Bəziləri də bunu cümə günü ölən siddiqlər və şəhidlər şəklində götürür.
Bir rəvayətdə \"Cümə günü ölən şəhid savab alır və qəbir əzabından qorunur\" deyilir. Hətta Acluni, Həraməyndə və Məkkə yolunda ölənlərə aid rəvayətlərdə buna əlavə edir. \"Ən doğrusunu Allah bilər\", - deyib Mübarəkfurinin fikrinə baxaq: \"Təbii ki, bütün bunları müqayisə etmək və ya bir fikir söyləmək bizim həddimiz deyil. Təslim olmaq və itaət etmək lazımdır. Çünki bunu söyləyən Rəsuli-Əkrəmdir (s).\"


İslam maarifinə əsasən hansı 40 məsələnin Qırx haqqı buyurulur?!


1-Allahın sənin üzərində ən böyük haqqı: Ona ixlasla ibadət etməkdir.
2-Nəfəs çəkməyin haqqı: Allaha itaət etməkdir.
3-Qulağın haqqı: Onun insanın boynunda olan haqqı haram sözlər (qeybət) eşitməkdən qoruyub saxlamaq, qəlbdə xoş düşüncə, ideya və gözəl xasiyyət yaradan hikmətli sözləri eşidib qəlbə ötürməkdən əlavə, xariclə qəlb arasında əlaqə vasitəsinə çevirməməkdən ibarətdir. Çünki qulaq həm pis, həm də yaxşı şeyləri ürəyə yetirən bir qapıdır.
4-Dilin haqqı: Haram sözlər deməkdən (söyüş söymək, qeybət etməkdən) çəkinmək, boş-boş danışmamaq və gözəl sözlər deməyə adət etməkdir.
5-Gözün haqqı: Onu haramlardan saxlamaqdır.
6-Əlin haqqı: Haram mala (və haram şeyə) əl uzatmamaqdır...


İmam Əlinin (ə) İslam ümmətinə vəsiyyəti hansı məsələlər üzərində olmuşdur?!


Həzrət Əmirəl-möminin (ə) vəsiyyətlərinin birində belə buyurur: \"Sizlərə vəsiyyət, nəsihət edirəm: Allaha yaxşı bəndəçilik edib, etdiyiniz günahların əzabına görə Allahdan qorxun, özünüzə təqvalı olmağı adət edin. İkiüzlü, münafiq sifətli şəxslərdən uzaqlaşın. Onların yalan danışığı, cilvəli, hiyləli əməlləri sizləri aldatmasın. Onu bilin ki, onlar insanları düz, haqq olan yoldan uzaqlaşdıran, Allahın dinindən xaric olmuş və başqalarını da bu yoldan uzaqlaşdıran, özləri xəta edən, başqalarını da xəta eməyə məcbur edənlərdirlər.


Dünya malını puç sayıb ona görə həsrət çəkməmək haqda Qurani Kərimdən bir neçə ayə


Allah-təalanın həzrət Musaya üçüncü öyüdü bu idi ki, dünya və dünya ne’mətləri ona böyük görünməsin. Dünya malını böyük sayan insan adətən yoxsulları saya salmır, varlılara həsəd aparır. İnsan bilməlidir ki, dünya ne’mətləri nə qədər böyük görünsə də, Allahın nəzərində heçdir: \"De ki, dünya matahı cüz’i bir şeydir və axirət dünyası təqvalılar üçün daha da üstündür.”
Əgər mö’min qəbul etsə ki, hətta milyardlarla ölçülən dünya malı heçdir, var-dövlətə görə narahat olmaz, varlılara həsəd aparmaz. Belələrini yalnız axirət ne’mətləri düşündürür. Onlar yalnız Allahın razılığını qazanan mö’minlərə qibtə edirlər. Bəli, dünya malını heç sayan insan nə varlılara qibtə edir, nə də yoxsulları əskik sayır. O başa düşür ki, hamının yoxsul saydığı bir kəs Allahın nəzərində daha əziz ola bilər...


Hansı əməldir ki, 60 ilə bərabər ibadət və günah hesab olunur?!


Әdalət və idarəçilik: \"Hәqiqәtәn, Аllаh әdаlәtli оlmаğı, yахşılıq еtmәyi, qоhumlаrа (hаqqını) vеrmәyi buyurаr, zinа еtmәyi, pis işlәr görmәyi vә zülm еtmәyi isә qаdаğаn еdir. (Аllаh) düşünüb ibrәt аlаsınız dеyә, bеlә öyüd-nәsihәt vеrir!”
Bir әdаlәtli rәftаr vә аltmış il ibаdәt: Pеyğәmbәr (s) buyurub: \"Әdаlәtli bir rәftаr gеcәlәri nаmаz qılınаn vә gündüzlәri оruc tutulаn аltmış il ibаdәtdәn üstündür. Bir zülmkаrlığın isә hökmü Аllаh yаnındа аltmış ilin günаhındаn böyükdür...


İnsаn öz ölüm vахtını öyrәnә bilәrmi? Bu haqda Quranın baxışı


Kimlәr öz ölüm vахtlаrındаn хәbәrdаrdır? Ölüm vахtı vә ölüm mәkаnı ilаhi hikmәtә әsаsәn insаnlаrdаn mәхfidir. Bu iş qеybi işlәrdәn sаyılır. Qur`аni-kәrimdә buyurulur: \"Kimsә sаbаh nә еdәcәyini bilmir. Kimsә bilmir ki, ölüm оnа hаrаdа yеtişәcәk. Yаlnız Аllаh öz yаrаtdıqlаrının hәr işini bilir, аlәmin bütün sirlәrindәn аgаhdır.”
Uyğun аyәyә әsаsәn, insаn hаnsı mәkаndа ölәcәyindәn хәbәrsizdir. Аllаh bu işi gizli işlәrdәn qәrаr vеrmişdir. \"Nәhcül-bәlаğә”dә ölüm vахtının mәхfiliyi hаqqındа dеyilir: \"İnsаnın әcәli gizlidir.” Dеmәk, insаnın ölüm vахtı vә ölüm yеri mәхfi işlәrdәndir. İnsаndа bu bаrәdә hеç bir mәlumаt yохdur. Hәzrәt Pеyğәmbәr (s) vә оnun mәsum Әhli-bеytindәn (ә) gәlәcәk vә ölüm vахtı hаqqındа dаnışаn bir çох rәvаyәtlәr nәql оlunmuşdur. Mә`lum оlur ki, pеyğәmbәr vә mә`sum imаmlаr kimi şәхslәr öz ölüm yеrlәri vә ölüm vахtlаrı hаqqındа mә`lumаtlı оlmuşlаr. Bә`zәn bu bаrәdә sәhаbәlәrә dә хәbәrlәr vеrilmişdir. Mәsәlәn, Hәzrәt Әli (ә) Mеysәmә оnun şәhаdәt хәbәrini vеrdi...


Allah-Taala (c.c) Əxlaq və ədəb-ərkanda kimə oxşamağı buyurmuşdur?!


Allah-təala \"Qurani-kərim\"də möminlərə öz yaşayışlarında və hər bir həyat tərzlərində kimlərdən təqlid etmələrini belə bəyan edərək buyurur:
\"İbrahim və onunla birlikdə olanlar möminlər sizin üçün gözəl ülkü və örnəkdir.\"
(Yəni bütün yaxşı əməllərdə İbrahim peyğəmbər (ə) və ona iman gətirənlərin əməllərinə uyğun əməl etməyimiz lazımdır.)
Başqa yerdə belə buyurur: \"Həqiqətən Allahın Rəsulunun yaşayış tərzi (bütün hərəkəti, davranışı, əxlaqı...) sizlər üçün gözəl nümunədir...


İslam şəriətində haram buyurulmuş fiqhi və əxlaqi haram əməllər nələrdir?!


İslam dinində haram buyurulan əməllər-hissə 2
31-Qeybətə qulaq asmaq.
32-Mömini təhqir etmək və ona nalayiq sözlər demək.
33-Aşkarda günah etmək.
34-Zina və livat kimi işlərə vasitəçi olmaq.
35-İstimna etmək.
36-Heyvanla cinsi əlaqədə olmaq.
37-Mömini alçaldan və məzəmmət edən məzmunda şeir oxumaq.
38-Udub-uduzmaq olduğu təqdirdə mərc etmək...


Cəmiyyət üçün örnək olacaq DİN xadimləri və dindarlar necə olmalıdırlar?! İmam Əlidən (ə) hədis


Həzrət Əli (ə) nümunəvi şəxslər barədə belə buyurur: \"İmanlı mömin şəxs özünü həmişə əzab-əziyyətdə, zəhmətdə qərar verər. Camaat isə onun sayəsinin (elminin,əxlaqının) nurundan asayişdə rahat yaşayarlar.\"
Başqa yerdə həzrət həqdən uzaqlaşıb ləyaqətsiz iş görən alimləri, dindarları sınmış gəmiyə bənzədir ki, özləri və həm də daxilində olan sərnişinlərin hamısının həlak olacaqlarını bəyan edir. (Yəni sınıq bir gəmiyə gəmi sürə bilməyən bir şəxs dərin bir dəryada seyr etmək üçün səni gəmiyə dəvət etsə, qəbul edərsən ya yox? Əgər qəbul etsən onu yəqin bil ki, sən ölməmiş ölülər sırasında olanlardansan.) Əxlaqsız, mənəviyyatsız insan heç bir vaxt edə bilməz xalqı səadətə aparıb çıxartsın.


İMAN-ın mənası və mömin şəxsin nişanələri nələrdir?!


Allah-taala buyurur: \"İman gətirib imanlarını zülmlə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!”
İman [kəlməsi] lüğətdə təsdiq mə`nasındadır, yə`ni inanmaq. Və təhqiq əhli arasında xas təsdiq mənasındadır və bu həmin təsdiqdir ki, qəti elm və Peyğəmbərin (s) buyurduqlarına qəlbi inam onunla hasil olur.
İmanın nişanələri: İmanın nişanəsi odur ki, insan bilməli olacağı şeyi bilməli, deməli olacağı şeyi deməli, etməli olacağı şeyi etməli və çəkinməli olacağı şeydən çəkinməlidir. Bütün bu dediklərimiz \"saleh əməl” adlanır və bəhs etdiyimiz təsdiq (iman) üçün lazımlı və artıb-azaltmaq qabiliyyətinə malikdir.
Və buna görə də saleh əməl hər yerdə imanla yanaşı zikr olunur. Necə ki, Allah buyurur: \"Yalnız iman gətirib yaxşı əməllər edən...(ziyanda olmayacaq...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter