Axirət əhli olmaq üçün Loğman Həkimin 2 tövsiyəsi nələr olmuşdur?!


Loğman oğluna deyir: “Oğlum! Dünyada iki şeyə riayət et ki, axirət əhlindən olasan:
1. Yaxşı yoldaş tap ki, səni axirət əhlindən etsin. Çünki əgər şər yoldaş tapsan, onunla əyləşmək səni cəhənnəm əhlindən edəcəkdir.
2. Dünyada sənə çatana qənaət et ki, sağlam yaşayasan”.
Qiyamət günü olan zaman bir dəstə deyəcəkdir: “«Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım»”. (“Furqan” 28).
İnsanın nəfsinə bir çox şeylərin təsiri vardır. Onlardan biri də insanın yoldaş olduğu insanlardır. İnsan istəsə də, isməsə də təsir qəbul edəndir. Fikirlərinin əksər hissəsini yoldaşları tərəfindən əldə edər. Bi mövzu həm elmi, həm təcrübə yolu isə isbat edilmişdir...


Tövbəni kamilləşdirən beş müstəhəb əməl hansılardır?!


Yaxşı olar ki, tövbə etmək istəyən insan bəzi müstəhəb qaydalara əməl etsin. Əslində tövbənin həqiqəti odur ki, insan qəlbində peşman olsun. Həmçinin bu peşmançılığı əməlində də nümayiş etdirsin. Haramlardan çəkinsin. Tövbənin özünəməxsus müstəhəb əməlləri vardır ki, onlarla tanış olaq:
1. Üç gün oruc tutmaq. İmam Sadiq (ə) buyurur: “Allahın əmr etdiyi Nəsuh tövbəsi – çərşənbə günü, cümə axşamı günü və cümə günündə oruc tutmaqdır”.
2. Tövbə qüslü almaq. Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir bəndə yoxdur ki, günah etsin, sonra peşman olsun və tövbə etsin, məgər o halda ki, Allah ona bağışlanma ilə nəzər salar”. Sonra Həzrət (s) tövbə etmək istəyən insana buyurur: “Ayağa qalx və qüsl al və Allah üçün səcdə et”...


Necə edək ki, hikmət bulaqları bizim də qəlbimizə axsın?!


Hədislərdə oxuyuruq ki, hər kim 40 gün ərzində Allah üçün niyyətini xalis edərsə, hikmət bulaqları qəlbindən dilinə axar. Bəs ixlasın bu dərəcəsinə necə çata bilərik?
Bəli, bir yol vardır ki, ariflər ixlas əldə etmək üçün 40 gün ondan istifadə edirlər. Bu yollar müşaritə, müraqibə və mühasibədir.
Hər kim bu məqama çatmaq istəyirsə, gərək hər səhər özü ilə şərt kəssin ki, günahlardan uzaq olacaqdır və ya hansısa məkruh işləri yerinə yetirməyəcəkdir. Sonra səhərdən axşama qədər nəfsinə nəzarət etsin və baxsın görsün, günah edirmi? ...


Bəni İsrail möminlərindən olan Qarunun cəhənnəmə getməsinin əsas amili nədir?


... Müqəddəs Qurani-Kərimin ayələrinə nəzər salanda görmək olur ki, cəhənnəm əhlinin ona düşməsinin səbəbləri çoxdur. Onlardan iki amil əsas hesab olunur. Biri namaz qılmamaqdır və o birisi isə yoxsullara əl tutmamaqdır. “(Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?».
Deyərlər: “Biz namaz qılanlardan deyildik. Fəqirə və yoxsula təam verməzdik””. (“Muddəssir” 42-44).
Başqa ayədə oxuyuruq: “Onlara: «Allahın sizə ruzi olaraq verdiyindən (haqqı olan şəxslərə Allah yolunda) sərf edin!» - deyildikdə, kafirlər iman gətirənlərə: «Allahın istədiyi təqdirdə yedirə biləcəyi kəsəmi yemək verək?» – deyərlər (Allah onun ac qalmağını istəmişdir!) Siz yalnız açıq-aşkar azğınlıq içindəsiniz”. (“Yasin” 47).
Qarun – bu deyilənlərə aydın misaldır. Zəngin olmasına baxmayaraq, yoxsullara əl tutmazdı. Onun cəhənnəm əhli olmasının əsil səbəblərindən biri də məhz bu amildir...


Bu doğrudurmu ki, İmam Əli (ə) davamçıları hesabsız behiştə daxil olarlar?!


Bəzi hədislərdə oxuyuruq ki, Əhli-Beyt (ə) davamçıları da hesab verəcəklər. Ancaq onlardan hesab götürənlər Məsumlar (ə) olacaqdır. Onlar üçün bağışlanma istəyəcəklər və onlar behiştə daxil olacaqlar. İmam Rza (ə) buyurur: “Əgər Qiyamət günü Əhli-Beyt (ə) davamçılarının hesabını bizə təhvil versələr, hər kəs Allahdan onunla bağlı haqqını istəsə, biz onun məsələsində hökm verərik. Allah da bizim istəyimizi yerinə yetirər.
Hər kimin haqqını insanlar istəyərsə, onun üçün bağışlanma istəyərik. İnsanlar da onu bizə bağışlayarlar. O kəsin ki, haqq istəməyi bizimlə onun arasında olar – biz hər kəsdən daha çox bağışlamağa layiqiq. Ona güzəşt edərik”.


Hz Suleyman (ə) Qarışqanın necə və nə haqda dua etdiyini eşitdi?!


Həzrət Süleymanın (ə) zamanında yağış yağmadığına görə qəhətlik yaranır. İnsanlar Ondan istəyirlər ki, yağış yağması üçün namaz qılsın. Hz Süleyman (ə) onlara deyir ki, sabahı günü namaz qılmaq üçün hamımız səhraya gedək. O günün sabahısı insanlar toplaşır və səhraya tərəf hərəkət edirlər. Yol gedən zaman Süleyman (ə) görür ki, bir qarışqa ayaqlarını torpağa dayayıb, əllərini yuxarı qaldıraraq, belə dua edir: “Allahım! Biz Sənin məxluqlarınıq. Sənin ruzindən ehtiyacsız deyilik. Bizləri insanların günahlarına görə həlak etmə!”. Həzrət Süleyman (ə) üzünü insanlara çevirir və buyurur: “Geri qayıdın, Allah sizi qarışqaya görə sirab edəcəkdir”. Həmin il o qədər yağış yağır ki, o cür yağışı heç bir ildə görməmişdilər.


Günah edən insan, tövbə etmədən bağışlana bilərmi?!


Alimlər buyurur ki, əgər insan etdiyi günaha görə peşman olar və onu təkrar etməmək qərarına gələrsə – bu, həqiqi tövbə olar. Belə bir tövbənin qəbul olması isə qətidir. Ona görə də insan baxmayaraq ki, dilində istiğfar etməmişdir, ya tövbə etdiyini elan etməmişdir – ancaq əməli baxımdan o, tövbə etmiş sayılır. Ancaq yaxşı olardı ki, insan dilində və qəlbində istiğfar zikrini də söyləyərdi.
Başqa bir tərəfdən deyə bilərik ki, Rəhim Allah insanın bəzi günahlarını, tövbə etməsə belə, bağışlayır. İnsan bundan peşman olsa və təkrarlamamaq qərarına gəlsə. Lakin, tövbə elə bir haldır ki, insana daha çox lütf bəxş edir. Onun Allaha yaxınlaşmasına səbəb olur...


Hədislərə əsasən beş ilahi ruzi olanlar nələrdir?!


Maddi və qeyri maddi olan ruzilər:
1. Allahın məhəbbətini qəlbində daşımaq. Bunu yəqin bilin ki, qəlbində Allahı sevmək - o ruzidir.
2. Yaxşı işlərə meyil etmək. Yaxşı işlərə meyil etmək – ruzidir. Bu zaman siz kiminsə qəlbini şad edirsiniz və ya işinin düyününü açırsınız, ya əlindən tutursunuz – bütün bu əməllər ruzidir.
3. Dost. Əgər elə dostunuz varsa ki, sizin tərəqqi etməyinizə yardım edir – bunun özü də ruzidir.
4. Müəllim. Hər kim sizin həyat tərzinizə müsbət təsirlər qoya bilirsə, o, sizin üçün müəllimdir və bu müəllimin olması – ruzidir.
5. Halal qazanc. Hər kim halal yolla maddi qazanc əldə edərsə, bu onun üçün ən böyük nemət və ruzi hesab olunar...


Əməlin Allah üçün olub-olmamasını bilmək üçün asan test necə edilməlidir?!


...O alim dedi: “Mən o zaman ki, Nəcəfdə Məsnəvini şərh etməyə başlamışdım, mərifət əhlindən biri mənə buyurdu: “Filankəs, əgər yazdığın bu şey bir gün başqa birinin adı ilə nəşr olunarsa, ya misal üçün desələr ki, filan dağın arxasından tapılmışdır və kimin tərəfindən yazıldığı məlum deyildir – daxilində narazı olarsanmı?
Əgər görsən ki, narazısan – o zaman bu vərəqləri yu və kənara at. Zəhmətin yersiz olmuşdur.
Ancaq görsən ki, sənin üçün fərqi yoxdur və səni narahat etmir – deməli bu işi Allah üçün etmisən”.
Mən də o gündən niyyət etdim ki, bu işi Allah üçün görürəm və əgər başqasının adı ilə nəşr edilərsə, məni narahat etməyəcəkdir”...


Qurani Kərimi Əbd olmaq istəyən mömin üçün hansı 4 göstərişləri buyurmuşdur?!


Ubudiyyət – bir insan üçün bəndəliyin ən zirvəsi və insanın təkamül nöqtəsidir. Ubudiyyət – Allahın pak zatı qarşısında təslim olmaqdır.
Ubudiyyət – heç bir şərt olmadan Məbuda tabe olmaqdır. Onun əmrlərini soğru-sualsız yerinə yetirməkdir. Bu cür insan həqiqi Məbudundan başqa bir şey düşünməz. Ancaq Onun yolunda addımlayar. Ondan qeyrisini unudar. “Ey (Bizim peyğəmbərimiz Muhəmmədə (s)) iman gətirənlər! Rüku və səcdə edin, Rəbbinizə ibadət edin və xeyir iş görün ki, bəlkə nicat tapasınız. (Bu ayə bütün şəriətlərin və ictimai xeyir əməllərin xülasəsidir)”. (“Həcc” 77).
Bu ayə möminlərə dörd göstəriş verir: 1. Rüku edin. 2. Səcdə edin. 3. Allaha ibadət edin. 4. Yaxşı əməl yerinə yetirin ki, nicat tapasınız...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter