«Ərzəlİl-umur» nədİr?


Cavab: «Ərzəlil-umur» deməklə, Qurani-kərimdə ömrün ən rəzil dövrü nəzərdə tutulur. Bu, qocalığın elə bir dövrüdür ki, insan bütün biliklərini yaddan çıxarır. ...


İnsan həyatı hansı mərhələlərdən İbarətdİr?


Cavab: «Həcc» surəsinin 5-ci ayəsində buyurulur: «Həqiqətən, biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, sonra tam şəklə düşmüş və ya düşməmiş «muzğə»dən (çeynənmiş ətə oxşar şey) yaratdıq ki, sizə göstərək. İstədiyimizi ana bətnində bir müddət saxlar, sonra uşaq şəklində doğurarıq. Sonra məqsəd yetkinlik həddinə çatmağınızdadır. Bu arada kimi ölər, kimi də ömrün elə rəzil həddinə çatar ki, bildiklərini unudar»....


Bütün anaların öz övladlarını unudacağı gün hansı gündür?


Cavab: Allah-təala dünya həyatının sona yetməsi ilə bərpa olacaq qiyamət günü haqqında buyurur: «Ey insanlar, Rəbbinizdən qorxun! Həqiqətən, qiyamət gününün zəlzələsi dəhşətli şeydir. Onu görəcəyiniz gün, hər bir əmzikli ana südəmər körpəsini unudar, hər bir hamilə qadın bari-həmlini yerə qoyar. İnsanları məst görərsən. Hansı ki, onlar məst deyil, Allahın əzabı şiddətlidir».(«Həcc» surəsi, ayə 1-2.)...


Nə üçün səbİrdən danışılanda «Hz.Əyyubun (ə) səbrİ məsəl çəkİlİr?


Cavab: Allah-təala öz peyğəmbəri barədə buyurur: «Əyyubu yada sal. Bir vaxt o, Rəbbinə dua edərək belə demişdi: «Mənə bəla üz verdi. Sən rəhimlilərin rəhimlisisən».(«Ənbiya» surəsi, ayə 83.)...


İbrahim Peyğəmbərin (ə) hadisəsondə atəşin gülzara döndüyünü görən Nəmrud İman gətİrdİmİ?


Cavab: Bütpərəstliklə fəal mübarizənin nəticəsi olaraq, zalım padşah Nəmrud İbrahimi odda yandırmaq qərarına gəldi. Zalım istismarçılar, adətən, avam kütlələrin qəlbini ələ almaq üsullarını gözəl bilirlər. Nəmrud da belələrindən idi. O, «hanı sizin qeyrətiniz», «nə üçün tanrılarınızı müdafiə etmirsiniz», «qeyrətiniz varsa, İbrahimi oda çəkin» kimi şüarlarla xalqı İbrahimə qarşı qaldırdı...


İnsan «tələskənlİkdən» yaradılıb?


Cavab: «Ənbiya» surəsinin 37-ci ayəsində buyurulur: «İnsan tələskənlikdən yaradılıb». Bu ayənin «insan tələskən yaradılıb» kimi tərcümə edilməsi doğru deyildir. Ayə ərəbcə belə ifadə olunur: «xuliqəl-insanu min əcəlin»....


Çoxallahlıq hansı dəlİllərlə İnkar olunur?


Cavab: İslam çoxallahlığın bariz nümunəsi olan bütpərəstlik mühitində zühur etdi. İnsanların zaman-zaman etiqad etdiyi bütləri qırıb Allahın birliyinə inam yaratmaq, yalnız əsaslı dəlillər vasitəsi ilə mümkün idi. İslam məntiq və dəlillərlə bu inamı yarada bildi...


Həzrət Peyğəmbərdən (s) sonra ümmət səhvə düçar olmuşdusa, Həzrət Əlİ (ə) nə üçün susurdu?


Cavab: Həzrət Əlinin (ə) ilahi məqamına şübhə edib, onu Peyğəmbərdən (s) sonrakı üç xəlifə ilə eyniləşdirənlər, həmin xəlifələrin müdafiəsinə qalxaraq deyirlər: «Əvvəlki üç xəlifənin doğru yoldan azdığını bilərək, həzrət Əli (ə) nə üçün susurdu?»...


Sehr xürafatdır, yoxsa həqİqət?


Cavab: «Sehr» kəlməsinin lüğəti mənası, «mənbəyi bilinməyən, gizli qalan hadisə» deməkdir. Amma hal-hazırda sehr dedikdə, qeyri-adi bir iş başa düşülür...


Möminlər cəhənnəmi görəcəkmi?


Cavab: Allah-təala buyurur: «Sizdən elə bir kəs olmaz ki, cəhənnəmə varid olmasın. Bu Rəbbinin buyurduğu vacib bir hökmdür».(«Məryəm» surəsi, ayə 71.) Əksər təfsirçilərin fikirincə, bütün insanlar istisnasız olaraq cəhənnəmə daxil olacaqlar...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter