Kasıblığa görə evlənməmək olarmı?
Cavab: Yaranış qanunları ilə yanaşı addımlayan İslam dinində, evlənmə ilahi əmr kimi qəbul olunmuşdur. Allah-təala buyurur: «Aranızdakı subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və cariyələrinizlə evləndirin!».( «Nur» surəsi, ayə 32.)...
Doğrudanmı, Quranda qadınlara örtünmək əmr olunmayıb?
Cavab: Qurani-kərimdə din haqqında az bilib, çox danışanlar haqqında ayələrə tez-tez təsadüf olunur. Bütün cəmiyyətlərdə belə cahil insanlar kifayət qədərdir. ...
Yer üzündə neçə İl qaldınız?
Cavab: Allah-təala qiyamət günü kafirlərdən soruşar: «Yer üzündə neçə il qaldınız?» Onlar cavab verər: «Bir gün, yaxud bir gündən də az».(«Möminun» surəsi, ayə 112-113.)...
Qİyamət sorğusunda Peyğəmbər nəslİndən olmağın faydası varmı?
Cavab: İslam peyğəmbəri həzrət Məhəmmədin (s) layiqli nəvəsi dördüncü imam Zeynəl-Abidin (ə) buyurur: «Allah-təala behişti, Həbəşi qul da olmuş olsa, Ona itaət edən saleh əməl sahibləri üçün yaradıb. Cəhənnəmi isə, Qüreyş övladı da olmuş olsa, Ona itaətdən boyun qaçıranlar üçün xəlq edib». ...
Hal-hazırda ölənlərİn məskənİ haradadır?
Cavab: Qiyamət günü Adəmdən bu yana bütün ölənlərin dirilib, qiyamət sorğusuna çəkiləcəyini, kiminin behiştə, kimininsə cəhənnəmə sakin olacağını bilirik. Bəs, hal-hazırda dünyadan köçənlər qiyamət gününədək harada gözləyir? Qurani-kərimdə buyurulur: «(Ölənlər geri qayıda bilməz) onların qarşısındakı qaldırılacaq günədək aralıq (bərzəx) vardır».(«Möminun» surəsi, ayə 100.)
Qiyamət qopan anadək ölənlərin müvəqqəti yerləşdiyi məskən ərəbcə «bərzəx» adlandırılmışdır. Bu sözün lüğəti mənası, «iki şey arasında yerləşən»dir. Ayə və hədislər dünya və axirət arasında belə bir aləmin olduğunu təsdiq edir.
İmam Sadiq (ə) buyurur: «Bərzəx, dünya və axirət arasında mükafat və cəza verilən qəbr aləmidir. And olsun Allaha, yalnız sizin bərzəx dünyanız üçün qorxuruq».
Bəzi rəvayətlərdə insanlar xalis mömin, xalis kafir və orta vəziyyətdə olmaqla, üç qrupa bölünürlər. Xalis möminlər bərzəx behiştinə, xalis kafirlər bərzəx cəhənnəminə gedirsə, üçüncü qrup mənsub insanlar bərzəxdən qəflət içində keçirlər.
Nə üçün İnsanların əksərİyyətİ həqİqəti xoşlamır?
Cavab: Ola bilsin ki, bu mövqeyə etiraz edənlər tapıla. Axı ən qəddar cinayətkarlar da, həqiqəti sevdiklərini iddia edirlər. Burada iki mühüm nöqtəni qeyd etmək zəruridir....
Bər-bəzəklİ yaşayışın İmana təsİrİ varmı?
Cavab: Allah-təala Qurani-kərimin müxtəlif ayələrində insanı ibadət üçün xəlq etdiyini buyurur. Bu da aydındır ki, qəlbdə Allah sevgisi olmadan əyilib-düzəlməyin heç bir faydası yoxdur. Qur´anda bu barədə buyurulur: «Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər».(«Maun» surəsi, ayə 4, 5.)...
«Xuşu» nədİr?
Cavab: İnsanın hər hansı bir sahədə çalışması, hələ müvəffəqiyyət deyildir. Hədəfə doğru aparan yolda maneələr mövcuddur və bu maneələri dəf etmədən hansı müvəffəqiyyətdən danışmaq olar?!...
Qəlbdə həqİqətə şübhə doğuran kİmdİr?
Cavab: Batilə arxa çevirib, həqiqətə üz tutan insan şeytanın hədəfinə çevrilir. «O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır».(«Nas» surəsi, ayə 5.) Quran ayələrindən məlum olur ki, bu vəsvəsələrdən kimsə suğortalanmamışdır: «(Ya Məhəmməd) Səndən əvvəl də elə bir rəsul, elə bir nəbi göndərmədik ki, şeytan onun arzu-diləyinə bir xələl qatmasın. Lakin Allah şeytanın vəsvəsəsini batil edər».(«Həcc» surəsi, ayə 52.)...
Allahın qurbanlığa ehtiyacı varmı?
Cavab: Bəşər tarixində qurbanlıq haqqında ilkin məlumatla Adəm peyğəmbərin iki oğlunun əhvalatında rastlaşırıq. «Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərinin isə qəbul olunmamışdır»(«Maidə» surəsi, ayə 27.)...