İnsan öz ömrünü necə uzada bİlər?


Cavab: Bu sual bəşər tarixi boyun insanları düşündürmüşdür. Amma bu sahədə araşdırma aparan əksər tədqiqatçılar, məsələyə sırf fizioloji baxımdan yanaşmışlar. İslam dini fizioloji amillərin insan ömrünə təsirini nəinki inkar etmir, hətta bu sahədə göstərişlər də verir. İnsanın normal yuxu və qidalanma rejimi, onun ömrünün uzunluğunda əhəmiyyətli rol oynayır....


Evlənmək İstədiyimiz qadına baxa bİlərİkmİ?


Cavab: Təfsirçilərin fikirincə, evlənmək istəyən şəxs evlənmək istədiyi qadına baxa bilər.
İnsan həyatında ən əhəmiyyətli hadisələrdən biri, izdivacdır. İslam dini bütün işlərdə kor-koranə seçimin əleyhinə olduğu kimi, izdivac zamanı da kamil bəsirət tərəfdarıdır. Gələcəkdə baş verə biləcək peşmançılıqların qarşısını almaq üçün evlənmək istəyən insan, nəzərdə tutduğu qadını şəriət çərçivəsində kamil tanımalıdır.
Həzrət Peyğəmbər (s) evlənmək istəyən yaxın adamlarından birinə buyurur: «Əvvəlcədən ona bax. Bu, aranızdakı məhəbbətin dərinliyinə səbəb olar».
Əlbəttə ki, şəriət o şəxsə baxmaq icazə verir ki, onun bu qadınla evlənmək fikiri ciddi olsun. Evlənməyə qadın axtarmaq məqsədi ilə baxmaq, caiz deyil. Hətta icazə verildiyi təqdirdə, şəhvətlə baxmaq haramdır.


İslam Peyğəmbərİ (s) nədən bir neçə xanımla evlənmİşdİ?


Cavab: Həzrət Məhəmmədin (s) bir yox, bir neçə qadınla evlənməsi, bir sıra ictimai-siyasi çətinliklərin həlli məqsədini daşımışdır. Həzrət öz peyğəmbərliyini elan etdiyi zaman tək-tənha idi və onun risalətinə çox az adam iman gətirmişdi. ...


Peyğəmbərlər təqİyyə eİibmİ?


Cavab: «Təqiyyə» ərəbcədən tərcümədə «çəkinmək» mə´nasını verir, insanın öz dini baxışlarını izhar etməkdən çəkinməsidir. «Əhzab» surəsinin 39-cu ayəsində oxuyuruq: «O peyğəmbərlər ki, Allahın hökmlərini təbliğ edər, Ondan çəkinər və Allahdan başqa kimsədən qorxmazlar». Bu və digər ayələrdən mə´lum olur ki, peyğəmbərlərə öz risalətlərinin təbliğində təqiyyəyə icazə verilməmişdir....


Axİrət əzabı var İkən, dünya əzabına nə hacət?


Cavab: Əgər insan dünya həyatında imtahana çəkilib axirətdə mühakimə olunursa, dünyadakı bəlaların məntiqi nədir? «Səcdə» surəsinin 21-ci ayəsində buyurulur: «Biz ən böyük əzabdan əvvəl, onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, geri dönələr»....


Bətndəkİ körpənin oğlan və ya qız olacağını əvvəlcədən təyİn etmək olarmı?


Cavab: «Loğman» surəsinin 34-cü ayəsinə əsasən, beş sahə haqqında bilik yalnız Allaha məxsusdur və bəşər övladı üçün bu elmlər müəssər deyil. Bu beşliyə daxildir:


Susmaq nə vaxt qızıl deyil?


Cavab: El arasında «danışmaq gümüşdürsə, susmaq qızıldır» məsəli, İslam dinində sükuta verilən dəyəri bir daha təsdiq edir. İmam Sadiq (ə) buyurur: «Sükut, düşüncə rahatlığının əsasıdır». İmam Əli ibni Musa ər-Riza (ə) isə belə buyurur: «Elm, helm və sükut, düşüncə əlamətidir. Sükut hikmət qapılarından biridir».(«Vəsail», 8-ci cild, səh. 532.)...


Günahdan çəkİnmək İstəyən İnsan nə etməlİdİr?


Cavab: Xəstəxana, idman zalı, həbsxana nə üçündür? Heç şübhəsiz ki, insanın mənəvi və fiziki tərbiyələndirilməsi üçün! Amma ötəri bir xəstəliklə əlaqədar həkimə müraciət edən şəxs düzgün müalicə olmazsa, ağır xəstəliyə düçar ola bilər. Az olmayıb ki, gözləri zəif görən insan göz cərrahiyyə əməliyyatından sonra kor olub. Amma həmin adamlar ümidini üzməyib, başqa həkimə müraciət ediblər....


Ata-anaya nə zaman İtaət olunmamalıdır?


Cavab: Allah-təala insanı valideynlərə ehsana çağıraraq buyurur: «Biz insana ata-anasına yaxşılıq etməyi tösiyə etdik...».( «Ənkəbut» surəsi, ayə 8.)...


İslam kasıbçılığı bəyənİrmİ?


Cavab: Bər-bəzəkli, kübar həyat tərzini tənqid edən İslam, kasıbçılığın təbliğindən olduqca uzaqdır. İslam bütün sahələrdə təfrit və ifratı pisləyərək, orta həddin daha faydalı olduğunu önə çəkir. Ayə və hədislərdə dünya yox, dünyaya ifrat bağlılıq nəhy olunur. İmam Sadiq (ə) buyurur: «Dünya, axirətə çatmaq üçün gözəl bir yardımdır».(«Vəsailuş-şiə», 12-ci cild, səh.17.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter