İslam maarifinə əsasən İnsanlarla münasibəti yaxşı etmək üçün 6 tövsiyə nələrdir?!


Gözəl əxlaqa malik olmaq üçün bəzi məharətləri əldə etməyə çalışmaq lazımdır. Bu məharətlər ilə tanış olaq:
1. Qulaq asmağı bacarmaq. İnsanın nəfsini islah etməsində qulaq asmağı bacarmağın rolu böyükdür. Biz qarşı tərəfə cavab vermək üçün, onun dediklərinə diqqətlə qulaq asmağı bacarmalıyıq. Nə zaman kiminsə bizimlə dərdləşməyə ehtiyacı olur, o zaman həm gərək ona qulaq asaq və həm də onunla həmdərd olmağa çalışaq. \"Onların bəziləri Peyğəmbəri incidir və «o, (başdan-başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!» deyirlər. De: «O, sizin üçün yaxşı bir qulaqdır, (bütün danışıqlarında) Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizdən iman gətirənlər üçün bir rəhmətdir». Allahın Peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır”. (“Tövbə” 61).
Bu ayə bizə örnək olaraq Həzrət Peyğəmbəri (s) tanıtmışdır ki, qulaq asmağı bacaran insan idi...


Həzrət Peyğəmbərin (s) Əbuzərə 3 qızıl nəsihəti nələr olmuşdur?!


Həzrət Rəsuli-Əkrəmin (s) bu dəyərli nəsihətində üç mühüm nöqtə gizlənmişdir.
1. İlahi təqva ki, bütün yaxşılıqların başlanğıcıdır. Təqva elə bir batini gücdür ki, insanı günahdan saxlayar. Əgər insanda batini təqva olmazsa, zahiri təqvanın heç bir təsiri olmaz.
2. Quran oxumaq. Quran oxuyan insan istər-istəməz Allahı yada salar. Hər kim Allahı yada salar, mələklər onu yada salar və onun üçün bağışlanma istəyərlər. Quranın elə nuru vardır ki, yer əhli üçün hidayət çırağı olar. Ona görə də Quran oxumaq insana həm göydən və həm də yerdən faydalar endirər.
3. Həzrət Rəsulallah (s) sükutu danışmaqdan daha mühüm hesab edir və buyurur ki, sükut şeytanı (lən) insandan uzaqlaşdırar. Çünki sükut edən insan şeytanın (lən) silahlarını boşa çıxardar. Nə qeybət edər, nə töhmət vurar və nə də söz gəzdirər. Bundan başqa, hər kim sükut edər – təfəkkür etməyi bacarar. Təfəkkür isə insanı Allaha yaxınlaşdırar...


İslam maarifinə əsasən insanın günahlarını bağışladan əməllər hansılardır?!


1-Möminlə əl verərək görüşmək!
2-Məscidin təmizlik işi ilə məşğul olmaq!
3-Məscidin işığını yandırmaq!
4-Xəstənin görüşünə getmək!
5-Gözlənilməz xəstəliyə səbir göstərmək!
6-Müsəlmanın dəfn mərasimində iştirak etmək!...


Hz İsa (ə) ilə İblisin (lən) danışığında insanları məhv edən xüsusiyyətlər hansılardır?!


... Hz İsa ibn Məryəm (ə) İblisdən (lən) soruşdu: “Bunlar nədir?!” Şeytan (lən) cavab verdi: Müxtəlif cinslərdirlər (əxlaqi xüsusiyyətlərdirlər) ki, müxtəlif alıcıları onların dalınca gəlirlər?!” Hz İsa (ə) soruşdu: O cins və əxlaqi xüsusiyyətlər nələrdirlər?! İblis (lən) cavab verdi:
-Onlardan biri zülmdür. Hz İsa (ə) soruşdu: Bu əxlaqi xüsusiyyətin alıcıları kimlərdirlər?! Şeytan cavab verdi: Şahlar və başçılardırlar!
-Şeytan (lən) əlavə etdi: İkinci cins və əxlaqi xüsusiyyət təkəbbürlükdür! Hz İsa (ə) bu cinsi kimlər alırlar?! İblis (lən) bunların alıcıları kənd və şəhər baçılardırlar!
-Şeytan (lən) üçüncü cins və əxlaqi xüsusiyyət: Paxıllıqdı! Hz İsa (ə)- Müştərisi kimdir?! İblis (lən): Alimlər!...


İblis (lən) imanlı şəxsin hansı iki halında onu yolundan azdıra bilir?!


İslam Peyğəmbəri Hz Muhəmməd (s) buyurdular: “Hz Musa ibn İmran (ə) bir yerdə əyləşmişdi ki, İblis (lən) ona tərəf gəldi.
Hz Musa (ə) Şeytandan (lən) soruşdu: Hansı günahdır ki, imanlı şəxsi sənin qarşında məğlub və səni ona qalib edər?!
Şeytan (lən) Hz Musanın (ə) cavabında dedi:
1-Mən imanlı şəxsə o zaman qələbə çalaraq haqq yoldan azdıra bilirəm ki, Öz əmələrini hamının əməllərinə nisbətdə böyük və daha yaxşı hesab edə!
2-Mən imanlı şəxsə o zaman gələbə çala bilirəm ki, kiçik günahlarını dəyərsiz hesab edir və Allahın əzəmətindən günahlarına görə qoruxmayır...


Qurani Kərim riyakarın əməlinin batil olması haqda nə buyurur?!


يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُبْطِلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْأَذَىٰ كَالَّذِي يُنْفِقُ مَالَهُ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۖ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا ۖ لَا يَقْدِرُونَ عَلَىٰ شَيْءٍ مِمَّا كَسَبُوا ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz.\\Bəqərə surəsi ayə 264


Qurani Kərimdə gələn “Salehlər səhərlər istiğfar edərlər” nə deməkdir?


“Onlar gecənin az bir hissəsini yatırdılar. Və səhərlər (Allahdan) bağışlanma diləyirdilər”. (“Zariyat” 17-18). Allah bu ayələrdə salehlərin nişanələrindən söz açmışdır.
Salehlərin ilk nişanəsi budur ki, gecəni az yatarlar. Bu ayə onu demək istəyir ki, saleh insanlar çox az hallarda gecənin hamısını yatarlar. Daha çox oyaq qalar və ibadətlə məşğul olarlar. Bu insanlar dua edər və gecə namazı qılarlar. Salehlərin ikinci nişanəsi budur ki, onlar səhər çağı istiğfar edərlər. Səhər çağı o zamana deyilir ki, gecə artıq sona çatmaqdadır və bu, elə zamandır ki, insanların əksər hissəsi yuxuda olurlar. Hər yerdə sakitlik hakim olur və heç bir səs-küy yoxdur ki, insanın diqqətini dağıtsın. Salehlər məhz bu zamanı Allahla münacat üçün seçiblər. Çünki çox fəzilətli və bərəkətli bir zamandır. İbadət yerlərinə gələrlər və Allahla raz-niyaz edərlər. Namaz qılıb, istiğfar edərlər. Bəzi təfsirçilərin nəzərinə görə, bu ayədə istiğfar dedikdə gecə namazı nəzərdə tutulur. Çünki namazqılan vitr namazının qunutunda istiğfar edər.
Həzrət Peyğəmbər (s) buyurur: “Gecənin sonun mənim üçün (gecə namazı qılmağa görə) əvvəlindən daha sevimlidir. Çünki Allah buyurar: “Salehlər səhərlər istiğfar edərlər”.


İmam Səccad (ə) oğlu Muhəmməd ibn Əlini (ə) hansı beş dəstə insanlarla dost olmaqdan çəkindirir?!


İmam Saqiq (ə) atasından nəql edir ki, İmam Baqir (ə) buyurdu: “Atam Əli ibn Hüseyn (ə) mənə belə buyurdu:
-Oğlum! Beş dəstə insanlara diqqət et, onlara yaxınlaşma və dost olma! Ərz etdim: Atacan! Onlar kimlərdirlər?! Buyurdu:
1-Yalançılarla dostluq etmə, axar suya bənzəyər ki, uzağı yaxın, yaxını isə səndən uzaqlaşdırar! (Həqiqətləri olduğu kimi göstərməz)
2-Fasiq və pis işlər görmək adəti olandan kənar gəz, çün səni bir tikəyə və ya ondan azına satar!
3-Xəsis insandan ehtiyatlı ol! Çünki sənə ehtiyacın olduğu zaman imkanları ilə kömək verməkdən çəkinərək səni çarəsiz qoyar!
4-Ağılsızlarla dostluq etməkdən uzaqlaş, çünki sənə kömək etmək istədikdə sənə ziyan verər!...


İmam Sadiq (ə) buyurur: Üç neməti qazanmaq üçün üç əməli yerinə yetirmək lazımdır!!


Müaviyət ibn Vəhəb deyir: Bir gün İmam Sadiq (ə) mənə buyurdu: Ey Müaviyə! Hər kim üç əməli yerinə yetirə bilərsə, üç nemətdən məhrum qalmaz.
1-Hər kim dua etməyə müvəffəq olarsa, duanın qəbul olunmasından məhrum qalmaz. Çünki Allah-Taala (c.c) buyurur:
“Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. –Ğafir-60
2-Hər kim şükür etmək bacarığını əldə edərsə, nemətin çox olmasından məhrum qalmaz. Çünki Allah-Taala (c.c) buyurur:
“O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”.- İbrahim surəsi ayə-7...


Hz Səlman (ə) necə ömrü boyu oruc, gecələri ibadət və günləri Quran oxumaq savabını qazanardı?!


Bir gün əsr vaxtı Hz Peyğəmbər (s) səhabələri ilə əyləşmişdi. İslam Peyğəmbəri (s) onlara üzünü tutaraq, üç sual soruşdu:
1-Sizlərin içində kimlərdir ki, ömrü boyu oruc tutmuş şəxsin savabını qazansın?! 2-Sizlərdən kimdir ki, gecələri sübhə kimi ibadət etmiş savabına çatsın?! 3-Sizlərdən kimdir ki, həmişə Quran oxuyaraq şəxsin savabını əldə etsin?!
Salman Farsi (r) Dedi: Mən Ya Rəsuləllah! Peyğəmbərin (s) hüzurunda olanlardan birini narahat olaraq əsəbləşdi və dedi:
“Ya Rəsulallah! Səlman bir iranlıdır və biz Qüreyşə üstünlük və iftixar etmək üçün belə iddia edir! ...
Hz Peyğəmbər (s) etirazçı şəxsə buyurdu: “Sakit dur! Salmanın (r) qarşısında. O hikmətli Loğman (ə) kimidir! Necə olur onun haqqında belə düşünürsən?! Onun özündən soruş, sənin cavabını versin.”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter