Körpənin qulağına azan və iqamə oxunmasının nə faydası vardır?
Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Nə zaman oğlun və ya qızın olsa, sağ qulağına azan və sol qulağına iqamə oxu. Bu halda şeytan ona heç bir zaman ziyan vurmaz”.
İmam Sadiq (ə) Əbu Yəhyadan soruşur: “Övladlarınız dünyaya gələn zaman onlarla nə edirsiniz?”. Deyir: “Bilmirik nə edək”.
Buyurur: “Bir mərci boyda inək südündən götür və onu suda həll et. Sonra ondan iki damcısını (övladın) burnunun sağ deşiyinə və bir damcısını sol deşiyinə tök.
Sağ qulağına azan və sol qulağına iqamə oxu. Bu işi körpənin doğum bağı kəsilməmişdən əvvəl yerinə yetir. Çünki belə olan zaman heç bir vaxt pərişanlıq görməz, cin vurmağa düçar olmaz”.
Müntəzir bu 4 mövzuya diqqət etsə, İmam Məhdi (ə.f) ondan razı olar?!
Müntəzirlər vilayət mövzusuna olan inanclarını möhkəmləndirməklə günahdan uzaq qalıb, İmam Zaman ağanı (ə.f) özlərindən razı sala bilərlər. Bəs bu inanclar hansılardır?
1. Qeybdə olan İmamın (ə.f) varlığı inancı. Hər kim İmam Zaman ağanın (ə.f) İmam Həsən Əsgərinin (ə) övladı olduğuna əmin olar və İmamın (ə.f) hələ sağ olması barədə düzgün əqidədə olar və onun zühur etməsinin intizarını çəkər – çalışar ki, özünü hər bir rəzil sifətlərdən pak saxlasın.
Həzrət Peyğəmbər (s) buyurur: “Axırəz-zamanın insanları – ən üstün insanlardırlar. Çünki Peyğəmbərlərini (s) görməmişdirlər və İmamları (ə) qaib olar. Buna baxmayaraq, ağın üzərində olan qaraya iman gətirərlər”...
İnsanın zati fəqirliyi nə deməkdir?
Rəhmətlik İmamın (r.ə) “Vədeyi didar” kitabında oğluna yazdığı nəsihətlərin birində oxuyuruq: “Oğlum! Əhməd Xomeyni! Allah hidayətini sənin ruzin qərar versin! Dünya istər əzəli olsun, istərsə də əbədi – hamı fəqirdir. Çünki var olmaq onların zatı deyildir. Əgər fəqir olan bu cahana xitab edərək desən ki: “Ey fəqir varlıqlar! Kim sizin ehtiyacınızı aradan qaldıra bilər?”. Hamısı fitrət dili ilə fəryad çəkərlər: “Biz o mövcuda möhtacıq ki, bizim kimi fəqir deyildir və kamil varlıqdır”. Bu fitrət də onların özündən deyildir.
“(Ya Peyğəmbər!) haqqa tapınaraq ürəyini bu dinə sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də olmamalıdır). Sabit və möhkəm olan din – budur. Lakin camaatın əksəriyyəti (bunu) bilmir”. (“Rum” 30).
Tövhid fitrəti Allahdandır və fəqir məxluqlar zatən fəqir və möhtacdırlar. Onların fitrətinin fəqir olması həmişəlikdir. İstər əzəli olsun, istərsə də əbədi. Ondan başqası işləri aça bilməz. Hər kimin camalı və kamalı vardır – özündən deyildir, Ondandır...
Ölüm Mələyi ruhunu qəbz etməyə gələndə… Ali Davud hikmətindən nəsihətlər
Ali-Davud hikmətində oxuyuruq: “Aqilə lazımdır ki, dilinin gözətçisi olsun. Diqqəti yerinə yetirdiyi vəzifədə olsun. Hər kim ölümü çoxlu yada salarsa, dünyanın azına qane olarsa – dünyanın çətinlikləri və hadisələri onun üçün asan olar. Hər kim dedikləri sözləri sayarsa, danışığı az olar”. Çünki görər ki, sözlərinin əksər hissəsi boş sözlərdir.
“Bil ki, sənin ən yaxşı halın – o zamandır ki, dilini qeybətdən, söz gəzdirməkdən, yersiz söz deməkdən saxlayasan. Əvəzində dilini Sübhan Allahın zikrinə vadar edəsən.
Həqiqətən ömür – ticarət üçün böyük sərmayədir. Ona görə də nə zaman Allahı zikr etməyi tərk etdin və yersiz söz dedin – o kəs kimi olarsan ki, dürr görər və onu götürmək əvəzinə daş götürər. Ölüm Mələyi ruhunu qəbz etmək üçün gələn zaman ayıq ol. Əgər ondan bir saat və ya bir neçə dəqiqə möhlət istəsən, “Lə iləhə illəllah” desən də, alınmayacaqdır. Baxmayaraq ki, bütün dünyaya malik olsan və ona bağışlasan belə...
Qəlbimizdə imanı necə gücləndirə bilərik?
Qəlb imanını gücləndirmək üçün müxtəlif yollar tövsiyə edilir ki, onlarla tanış olaq:
1. Qəlb imanını gücləndirməyin ən yaxşı yolu – davamlı olaraq Allahı yada salmaqdır. Allahı yada salmaq – qəlb əminliyinə gətirib çıxardar və qəlb sahibi əminlik əldə edər.
2. Dini düzgün tanımaq – imanı gücləndirməyin başqa yoludur. İnsan hər nə qədər dini düzgün tanıyarsa, dini inancı da düzgün formalaşar. O, dinin əleyhinə olanların təbliğatı qarşısında daha müqavimətli olar.
3. Qəlb imanını gücləndirməyin başqa yolu – eşq və məhəbbətdir. Allahı sevmək, Peyğəmbəri (s) sevmək, Əhli-Beyti (ə) sevmək – insanın imanına böyük təsir qoyur.
Şəhid Mütəhhəri bu haqda buyurur: “Əhli-Beyt (ə) – məktəbinin başqa məktəblərdən üstünlüyü bundadır ki, əsil bünövrəsini məhəbbət təşkil edir. Əhli-Beyt (ə) məzhəbi – eşq məzhəbidir”....
Qiyamətin çətinliklərindən uzaq olmaq üçün nə edək?
Qiyamətin çətinliklərindən uzaq olmaq üçün hədislərimiz bəzi yollar tövsiyə etmiş və hallar bəyan etmişdir ki, onlarla tanış olaq.
1. “Yusif” surəsini oxumaq. Hədislərdə oxuyuruq ki, hər kim hər gün və ya hər axşam “Yusif” surəsini oxuyarsa, Qiyamət günü məhşur olan zaman siması Həzrət Yusif (ə) kimi olar və ona Qiyamətin qorxusu çatmaz.
2. Namazlarda “Duxan” surəsini oxumaq. İmam Baqir (ə) buyurur ki, hər kim “Duxan” surəsini vacib və nafilə namazlarında oxuyarsa, Allah onu o kəslərdən qərar verər ki, əmin və qorxusuz halda məbus olar.
3. Hər cümə günü “Əhqaf” surəsini oxumaq. İmam Cəfər Sadiq (ə) buyurur ki, hər kim “Əhqaf” surəsini hər axşam və ya hər cümə günü oxuyarsa, ona dünyada qorxu çatmaz. Allah onu Qiyamətin qorxusundan amanda saxlayar....
Namazda hansı şərtə diqqət yetirmək ibadəti həqiqi Allah istəyən namaz edər?!
Namazın bir zahiri vardır ki, ona əməl etmək vacibdir. Dəstəmaz alırıq, səcdəyə və rükuya gedirik. Namazın surələrini düzgün tələffüs edirik və bu kimi. Bunlar – namazın zahiri əhkamlarıdır. Batini hissə odur ki, qıldığımız namazda Allaha diqqət edərik və qəlbimizlə Allahla əlaqə yaradarıq. Bu, həccə bənzəyir ki, insan Kəbənin Sahibinə olan eşqinə görə, bu müqəddəs məkanın hər tərəfini qucaqlayıb öpmək istəyir. Sanki kimisə itirmişdir və bütün qəlbi və ruhu ilə onu tapmağa çalışar. Ev sahibini ancaq qəlbi ilə tapar və hiss edər. Namaz da o cürdür. İnsan əgər həqiqi namaz qılmaq istəyirsə, gərək namazda qəlbi ilə Allahla əlaqə yaratsın və Ona olan sevgisini ruhu və canı ilə bəyan etsin. Yəni, namaz Allahla qəlb rabitəsi yaratmaq üçün bir bəhanədir. Namaz bizi Allaha bağlayar və dünyadan qafil edər. Bu cür namaz həqiqi namazdır və qurucu xarakterə malikdir. Mərhum Ayətullah Qazinin şagirdlərindən biri deyir ki, o, namazı xüsusi eşq ilə qılırdı. Bəzən hava soyuq olduğu üçün çoxlu paltar geyinərdi ki, ona soyuq olmasın. Ancaq elə ki, namaz qılardı, istilənər və üst-üstə geydiyi paltarları bir-biri çıxarardı. Mərhum Qazi buyururdu ki, mən saqqalımı girov qoyaram ki, əgər kimsə şövqlə namaz qılarsa, həmin namaz onu kamallara çatdırar....
Qurani Kərimin ayələrinə əsasən xanımın hansı vəzifələri vardır?!
1. Ərinə yaxşı həyat yoldaşı olmaq. “Onların yanında aramlıq tapasınız deyə, sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21).
2. Ərinə itaət etmək. “Buna görə də ləyaqətli qadınlar itaətkardırlar”. (“Nisa” 34).
3. Özünü qorumaq və ərinin haqlarını qorumaq. “Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar”. (“Nisa” 34). Qadın gərək namusunu naməhrəmdən qorusun. Əri yanında olmayanda, qadın kamil şəkildə özünü qorumalıdır...
İnsanda hansı əxlaqi xüsusiyyətlər onu peşiman və başı aşağı olmaqdan qoruyar?!
İmam Cavad (ə) buyurur: “Üç şey vardır ki, hər kim ona malik olar, peşman olmaz:
1. Tələsməkdən çəkinmək. 2. İşlərdə məsləhət etmək. 3. Bir işin qərarını verən zaman Allaha təvəkkül etmək”.
Mübarək dinimiz bizə ən yaxşı və ən pis insanları tanıdır.İmam Həsən Müctəba (ə) buyurur: “İnsanlar dörd dəstədirlər:
1. O dəstə ki, əxlaqları vardır, ancaq dünyadan (bəhrələri) yoxdur. 2. O dəstə ki, dünyadan bəhrələri vardır, ancaq əxlaqları yoxdur.
3. O dəstə ki, nə (dünyadan) bəhrələri vardır, nə də əxlaqları. Onlar – ən pis insanlardırlar. 4. O dəstə ki, həm əxlaqları vardır və həm də dünyadan bəhrənirlər – onlar ən yaxşı insanlardırlar”....
Dua və sədəqələrin İmam Zaman ağanın (ə) sağlamlığına təsiri vardırmı?
Bəzi hədislərə əsasən, İmam Zaman ağa (ə.f) da adi insanlar kimi yaşayır və insanların arasındadır. Ona görə də bu əziz Ağa (ə.f) da İlahi peyğəmbərlər (ə) və Məsum İmamlar (ə) kimi xəstələnə bilər. Bu səbəbdən İmam Sahib əz-Zaman (ə.f) üçün edilən duaların, verilən sədəqələrin təsiri vardır.
İmamın (ə.f) da bizim bədənimiz kimi təbii vücudu vardır. Ola bilsin ki, soyuğun və ya istinin təsirindən xəstə olsun. Biz də İmamın (ə.f) sağlam olması üçün dua edir və sədəqə veririk ki, İmam (ə.f) həmişə sağlam qalsın. İmam Rza (ə) bizlərə İmam (ə.f) üçün necə dua edə biləcəyimizi öyrətmiş və buyurmuşdur: “Allahım! Hər cür bəlanı öz vəlindən uzaq et. Onu xəlq etdiyin bütün şeylərin şərindən qoru. Onu qarşısından, başının arxasından, sağ və solundan, göydən və yerdən gələn bəlalardan qoru!”....