Peyğəmbər (s) və Əhli Beyt (ə) şəfa verə bilərmi?
\'\'Yunis\'\' surəsi 106-cı ayədə bütlər və tanrılar nəzərdə tutulur ki, bu da müşrüklər haqqında deyilmişdir. Şiələr isə bunu Allahın qüdrəti və möcüzəsi kimi qəbul edir, İslam Peyğəmbəri(s) və Əhli-Beyt(ə)-ın Allahın qüdrəti ilə şəfa verə bilməsində inkar edilməz dəlilləri var. \'\'Allahın izni ilə ölüləri dirildirəm.\'\' \'\'Ali İmran\'\' surəsi, ayə-49-da İsa peyğəmbərin dilindən belə buyurulur. Peyğəmbərimiz və Əhli-Beytin Allahın qüdrəti ilə şəfa verə bilməsinə gəldikdə isə bu hadisələr tarixdən bizə çox tanışdır və dəfələrlə bu kimi halların şahidi olmuşuq. Ancaq biz o misallarla deyil,...
Nə üçün şiələr \"Ya Rəsuləllah”(s), və ya \"ya Əli”(ə) deyərkən sünnə əhli etiraz edir və bildirir ki, dünyadan getmiş adamı çağırmaq şirkdir və təkcə \"ya Allah” demək olar?
Cavab: Bu etirazları doğuran İbn Teymiyyə və İbn Bazın \"ölüləri çağırmaq şirk və küfrdür” kimi sözləridir. Əvvəla müsəlmanlığın meyarı şəhadət kəlmələri deməkdir. Həmin kəlmələri deyən şəxsin canı və malı möhtərəmdir, həm də insan belə sözlər deməklə dindən çıxmaz.\"Səhihe Buxari”də Ömər ibn Xəttabdan nəql olunur ki, Peyğəmbər (s) buyurdu: \"Mən xalq \"la ilahə illəllah” deyənədək onlarla vuruşmağa məmuram. Kim \"la ilahə illəllah” desə malı və canı amandadır...” Bu rəvayət \"Səhihe Müslim”də də nəql olunmuşdur.\"Səhihe-Buxari”də belə bir rəvayət də nəql olunmuşdur:
\"Allahın Rəsulu (s) Bədr döyüşündə öldürülmüş iyirmi dörd nəfərin cəsədini Bədr quyularından birinə atmağı əmr etdi. Üç gündən sonra səhabələri ilə buradan keçərkən quyuya yaxınlaşıb onları adbaad çağırdı və buyurdu: \" Əgər Allaha və onun rəsuluna itaət etsəydiniz, şad olmazdınızmı? Həqiqətən də, biz Allahın vəd etdiyini tapdıq...
Nə üçün şiələr namaz vaxtı qarşılarından keçən adama mane olmadıqları halda, sünnilər bu işə sərt şəkildə əks-əməl göstərirlər?
Cavab: Şiə fiqhinə görə, gəliş-gediş olan yerdə namaz qılan şəxs müstəhəbdir ki, qarşısına təsbeh kimi bir şey qoymaqla arakəsmə yaratsın. Namaz qılanın bundan başqa vəzifəsi yoxdur. Sünnə əhlinin bir hissəsi isə namaz qılanın qarşısından keçməyi haram bilir, bəzən isə bu namazı batil sayırlar.(\"Səhihe-Buxari”, namaz kitabı, fəsil 100-101)
Hənəfilər və malikilər bildirirlər ki, qarşıdan keçənə mane olmaq lazımdır. Namaz qılanın qarşısından keçməyi şafeilər haram, hənbəlilər isə məkruh sayırlar və deyirlər ki, qarşıdan keçənə işarə ilə mane olmaq lazımdır.(\"Əl-fiqh ələl-məzahibil-ərbəə”, c. 1)
Möminlərə tövsiyə olunur ki, sünnə əhlinin etiqadına hörmətlə yanaşıb, namaz halında onların qarşısından keçməsinlər. Əgər bir sünni müsəlman bu işə görə sizə etiraz edərsə, bu etirazı qərəzli saymayın...
İmam Hüseyndən (ə) sonrakı imamlar (ə) ona əza saxlayıblarmı?
Cavab: İmam Sadiq (ə) buyurur: \"Aşura hadisəsindən sonra İbn Ziyadın ölümünədək Bəni-haşim xanımlarından heç biri sürmə çəkmədi, xına yaxmadı, evlərindən xörək bişdiyini bildirən ocaq tüstüsü qalxmadı. Qanlı Aşura faciəsindən sonra gözlərimiz daim yaşlı oldu.”
İmam Səccad (ə) Kərbəla hadisəsi ilə əlaqədar bütün ömrünü göz yaşları içində keçirdi. Ona su təklif olunanda ağlayaraq buyururdu: \"Peyğəmbər oğlu susuz öldürüldüyü halda mən necə su içim?!”
İmam Baqir (ə) Aşura günləri İmam Hüseyn (ə) üçün əzadarlıq məclisi qurardı. Bu məclislərdən birində şair Kumeytin oxuduğu şerdən təsirlənən İmam Baqir (ə) buyurur: \"Var-dövlətim olsaydı, bu şerinə mükafat verərdim. Amma sənin mükafatın həzrət Peyğəmbərin (s) Həssan ibn Sabit haqqındakı duasıdır. Həzrət ona buyurmuşdu: \"Biz Əhli-beyti daim müdafiə etdiyin üçün səni Ruhul-Qüdüs təsdiq edəcək...
Quran və rəvayətlərə əsasən Cinlər hansı xüsusiyyət və sifətlərlə malikdirlər?!
Cavab: Cinlər insanın gözünə görünməyən varlıqlardır. Quranın bir sıra ayələri onların varlığını təsdiq edir. Hətta 114 surədən biri “Cinn” adlanır. Ayə və rəvayətlərə əsasən, onların bəzi xüsusiyyətlərini sadalamaq olar:
1. Cinlər oddan xəlq olunub.
2. Cinlər insandan əvvəl xəlq olunub.
3. Cin də insan kimi Allah qarşısında vəzifəlidir.
4. Cinlərin bir qismi mömin, bir qismi isə kafirdir.
5. Onlarda da kişi və qadın cinsi var, doğub törəyirlər.
Necə olur ki, insanlar Allaha münasibətdə kafir, münafiq, müsəlman, mömin kimi təbəqələrə bölünürlər?
Cavab: Qurani kərimdə tanıma, tanışlıq haqqında ətraflı danışılmışdır. Müxtəlif ayələrdə Allahı tanıma, bu tanımanın maneələri açıqlanır. Bildirilir ki, hiss yolu ilə, təqlidçiliklə, kor-koranə, zənn və gümana əsasən tanışlıqlar mövcuddur. Eləcə də, bu yolda həvəsbazlığın, tələskənliyin, ifratçılığın, təəssübün, kinin böyük maneə olduğu bildirilir.
Həqiqi Allahı tanımaq üçün insana mane olan əsas amillərdən biri mənfi şəkdir. Bəli, müsbət şəkk də mövcuddur. İnsanın öz əvvəlki biliklərinə zidd hadisələrlə qarşılaşdığı vaxt şəkki təbiidir. Əgər bu şəkk doğru istiqamətdə yönəldilərsə, insanı ən uca məqam olan “yəqin” məqamına qaldırar.n İnsanı mərifətdən, həqiqətlə tanışlıqdan məhrum edən şəklərdən biri düşüncə zəifliyindən doğan, axtarışdan çəkindirən şəkk xəstəliyidir. Bəziləri isə özünü fövqəladə ağıllı göstərmək üçün bütün deyilənlərə şəkk edir. Belə bir şəkk peşəkar şəkdir. Onların məqsədi lazımı dəlillər əldə etmək deyil. Əsrimizdə belələri “skeltik” adıyla tanınır...
Müsəlmanla mömin arasında nə kimi fərq var?
Cavab: Quran buyurur: “Allah İbrahimə “Rəbbinə təslim ol” buyurduqda, İbrahim “aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)” deyə cavab verdi.\"Ayədən göründüyü kimi Allahın əmrləri qarşısında təslim olan insan müsəlman olur. Amma müsəlmanlığın dərəcələri vardır.
“Hucurat” surəsinin 14-cü ayəsində oxuyuruq: “Bədəvilər “biz iman gətirdik”, dedilər. De ki, siz iman gətirmədiniz “Biz islamı qəbul etdik”, deyin. Çünki hələ iman qəlblərinizə daxil olmamışdır.” Demək, İslamın ilkin dərəcəsi onu dil ilə qəbul edib, şəhadət kəlməsini deməkdir.
İmam Sadiq (ə) buyurur: “Çox vaxt bəndələr sadəcə müsəlman olaraq qalır, möminliyə yol tapa bilmirlər. Allahın qadağan etdiyi günahlara yol verən şəxsi mömin yox, müsəlman kimi qəbul etmək lazımdır.\"...
İnsanın rəftarına görə onun əqidəsini bilmək olarmı?
Cavab: Həzrət Əli (ə) buyurmuşdur: “Möminin inamı və kafirin inamsızlığı onların rəftar və əməllərində görünür.”
Küfrünü gizləyib, özünü imanlı göstərməyə çalışan insanlar “münafiq” adlandırılmışdır. Bununla belə, Quranda münafiqlərin xüsusiyyətləri açıqlanır:
−biganələrlə dostluq; −dini hakimiyyətlə düşmənçilik; −möminlərin təhqiri; −araqarışdırma; −günahı yaxşıya yozma;
−xudpəsəndlik; −qorxaqlıq; −süstlük; −həvəsbazlıq; −yalan və riya; −ətrafdakıları şübhəyə salmaq; −insanları azdırmaq; −istehza və möminlərdə eyb axtarmaq ...
İslam əxlaqında Həsəd ilə qibtənin fərqi nədir?!
Həsəd – xarlıq və özünü alçaq görməkdir ki, həsəd aparan özündə hiss edər. Onun ardınca arzu edər ki, başqaları malik olduqları nemətdən məhrum olsunlar. Həmin nemət ona çatsa da, çatmasa da. Bəs həsəd ilə qibtənin fərqi nədədir? Qibtə – elə bir ruhiyyədir ki, insan istəyir ki, başqalarının malik olduqları yaxşı sifətlərə o da malik olsun. Ancaq həmin şəxsin və onun malik olduqlarının məhv olmasını arzu etməz. Bəs həsədin amilləri hansılardır?
1. Batini xəbislik. Bəzi insanların batini o qədər xəbisdir ki, başqalarını nemət içində görməyə taqətləri yoxdur.
2. Xarlıq hiss etmək. Özlərini xar və kiçik hesab edərlər. Başqalarının kamalını görməyə taqətləri olmaz...
Namazı əvvəl vaxtda qılana Peyğəmbərimizin (s) hansı 3 zəmanəti verir?
Namaz – dinin sütunudur və ibadətlərin şahıdır. Hər kim namazının vaxtına və şərtlərinə əməl edərək yaşayarsa, həm dünya və həm də axirət səadətinə çatar. Namazı əvvəl vaxtda qılmaq – ən çox bəyənilən əməllərdəndir. Məsumlarımız (ə) da bizləri davamlı olaraq bu işə dəvət edirlər.
Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, namazı əvvəl vaxtda qılmağa əhəmiyyət verər, üç şeyi onun üçün zəmanət edərəm:
1. Çətinlik və narahatlıqların aradan qalxması.
2. Ölən zaman rahat olmaq.
3. Cəhənnəmdən nicat tapmaq”...