Ailə qurmaq üçün istixarə etmək olarmı?


Ailə qurmaq üçün istixarə etmək olarmı? İstixarə o zaman edilir ki, insan bir işin xeyir və ziyanları barədə lazımi təsəvvürə malik deyil.
Bir işi edərkən, onun pis yoxsa yaxşı nəticə verəcəyini bilmir. Buna görə Allahdan cavab istəyir və istixarə edir. Ailə qurmaq üçün istixarə etmək bəyənilmir. Çünki bu işin müsbət və mənfi tərəflərini ağılla düşünərək və araşdırma apararaq öyrənmək olar. Ailə qurmazdan qabaq insan qarşı tərəfi yaxşı tanımalı, onunla öz dünyagörüşünü müqayisə etməli, onun əsil-nəcabəti ilə maraqlanmalı, xarici görünüşü haqqında təsəvvür əldə etməlidir. Bu barədə istixarə etməyin mənası yoxdur. Çünki əldə olunan məlumatlardan gələcək üçün proqnoz qurmaq mümkündür. Məşhur alimlərin bəziləri ümumiyyətlə, evlənmək haqqında istixarə etmək təkliflərinə mənfi cavab vermişlər.


İmam Cəvad (ə)-dan 12 əxlaqi göstəriş:


İmam Cəvad (ə)-dan 12 əxlaqi göstəriş: İmam Cəvad (ə)-dan 12 əxlaqi göstəriş:
1-Düşməninlə böyüklüklə rəftar et ki tez qələbə çalarsan,
2-Dostuna hədiyyə etmək istəsən heç bir şeyi əsirgəmə, amma sirlərindən müğayat ol.
3-Mömin şəxsin izzəti onun başqalarından asılı olmamasındadır,
4-Zahirdə Allah dostu, amma batində onun düşməni olma!
5-Bir şəxsin xain olmasını bilmək üçün onun xainlərin inandığı şəxs olması kifayətdir.
6-Camaatla keçinməkdən üz çevirən şəxsə həyatın çətinlikləri üz gətirər,
7-Alimlər cahillərin çoxluğu səbəbindən qərib olarlar,
8-Nəfsi istəklərinə minib həyat sürən şəxsə səhv addımlar üz gətirər,
9-Məqsədinə çatmaq üçün çox çalışmalısan, belə etməsən çətinliklərlə üzləşərsən,
10-Zamanın keçməsi və həyatın çarxı gizli işlərin üstünü açar...


Dərdlərə dərman olan və qapıları açan Allahın 99 adı və mənaları


Dərdlərə dərman olan və qapıları açan Allahın 99 adı və mənaları Allahın adları və mənaları
Bismillahir-rəhmanir rəhim
1. Allah (Gözəl sifətləri özündə əks etdirən)
2. Əl-Vahid (Yeganə)
3. Əl-Əhəd (Bənzərsiz)
4. Əs-Saməd (ehtiyacsız)
5. Əl-Axır (Hər şeydən sonra mövcud olacaq)
6. Əs-Səmi (Hər şeyi eşidən)
7. Əl-Bəsir (Hər şeyi görən-haqq,nahaq)
8. Əl-Qadir (Qadir)
9. Əl-Əvvəl (Hər şeydən əvvəl mövcud olmuş) ...


İmam Səccaddan (ə) əxlaqi göstərişlər


İmam Səccaddan (ə) əxlaqi göstərişlər İmam Səccadın (ə) əxlaqi göstərişlərindən bir neçə seçmə hədislər:
1-Yersiz gülmək ağlın naqislik əlamətidir,
2-Böyüklərinizə hörmət edin ki, körpələriniz də sizin böyüklüyünüzü qorusunlar,
3-Fasiq insanla dostluq etməkdən çəkinin ki, sizi bir tikə çörəyə satar,
4-Mömin şəxsin dini qardaşının üzünə məhəbbətlə baxması Allaha ibadət əməl olaraq hesaba gələr,
5-Böyüklük və sevilmək yalnız təvazökarlıq və alçaq könüllülük vasitəsi ilə qazanılır,
6-Qohumları ilə get-gəl etməyənlə dostluq etmə, çünki belə şəxs Qurani-Kərimdə Allahın lənətinə gəlmişlərdəndir.
7-Naməhrəmə əl verərək görüşən qadın Allahın qəzəbini qazanmışdır,
8-Alimlərlə get-gəl etmək və onlarla danışmaq insanın ağlını çoxaldar,
9-Qiyamətin atəş və əzabından qorxan şəxs gərək tövbə edib günahlardan uzaqlaşa,
10-Allahın tanıyandan sonra, ən gözəl əməl qarnını və övratını haram yeməkdən və günahdan qorumaqdır...


Övlad tərbiyəsində bu 5 əsasa diqqət yetirilməlidir.


Övlad tərbiyəsində bu 5 əsasa diqqət yetirilməlidir. Övlad tərbiyəsində valideyn gərək səbirli və hövsələli olsun. Heç bir zaman belə düşünməyin ki, övladınıza bir şeyi bir və ya iki dəfə başa salmaqla o, hər şeyi anlayacaqdır. Uşaqlar unutqandırlar və bunun da səbəbi təbii inkişaf amillərindədir. Ona görə də bir mövzunu dəfələrlə onlara xatırlatmaq lazımdır. Onlar bəzən bir mövzunu xatırlayırlar, bəzən də unudurlar. Sizin tədricən xatırlatmağınız onların unutqanlığına mane olar.
Siz gərək övladınıza həyatının ilk illərindən tərbiyə verəsiniz. Ona görə də 5 əsas tərbiyə üsuluna diqqət edəsiniz.
1. Düzgün rəftarı elə ilk illərdən ona öyrədin. Uşaq üç yaşından sonra ictimai rabitə qurmağa başlayar. Ona görə də valideyn gərək bu yaşdan onu tərbiyə etsin.
2. Tərbiyədə sabitlik və həmahənglik – mühüm mövzulardandır. Hər iki valideynin övladı ilə rəftar tərzi həmahəng olmalıdır.
3. Tərbiyə əlamətlərini müəyyən edin. Bu əlamətlərin yardımı ilə övladınız bir işi düzgün yerinə yetirməyən zaman artıq söz deməyə ehtiyac qalmayacaqdır.
4. Övladınıza qaynayıb- qarışmağı öyrədin. Bu tərbiyəni yemək süfrəsində vermək olar.
5. Övladınıza başqalarına qarşı ədəbli olmağı öyrədin. Valideyn bu ədəb qaydalarını oyun oynayaraq və kitab oxuyaraq, övladına öyrədər.


Allah bəyənən şadlıq necə olmalıdır?


Allah bəyənən şadlıq necə olmalıdır? Allah bəyənən şadlıqda 3 məsələyə diqqət yetirmək lazımdır:
1. Şadlıq məclisləri gərək günahdan uzaq olsun. Belə ki, İmam Sadiq (ə) buyurur: “Allahı qəzəbləndirməyin, insanlardan bir nəfərin razılığına görə. İnsanlara yaxınlaşmayın, Allaha uzaq olmaq vasitəsilə”.
Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Möminə layiqli deyildir, o məclisdə əyləşsin ki, orada Allahın haram etdiyi günah edilər”. Bayramlarda haram musiqidən çəkinmək lazımdır.
2. Başqalarına əziyyət verilməsin. Şadlanmağın ədəblərindən biri də budur ki, başqalarına əziyyətlə bir yerdə olmamalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim möminə əziyyət verər, mənə əziyyət vermiş olar”.
3. Hədiyyə vermək. İslam dininin bayramlarının sünnətlərindən biri hədiyyə verməkdir. İmam Rza (ə) buyurur: “(Qədir-Xum günündə) Bu gündə qardaşlarına hədiyyə ver və şad et hər bir mömin kişi və qadını”.


Şeytan Məhəmməd Peyğəmbərə (s) dedi: Müsəlmanların əməllərində 6 əməl məni narahat edir?!


Şeytan Məhəmməd Peyğəmbərə (s) dedi: Müsəlmanların əməllərində 6 əməl məni narahat edir?! Şeytan müsəlmanların peyğəmbəri (s) olan Həzrət Muhəmmədə (s) dedi: İnsanlarda olan 6 əməli görəndə dözümüm sona çatır və çox narahat oluram:
1-Adəm övladı bir-birini görəndə salamlaşanda,
2-Adəm övladı bir-birini görəndə əl verib görüşəndə,
3-Adəm övladı bir-birini görən zaman söz verəndə deyərlər İnşallah (yəni Əgər Allah istəsə, Allahın qüdrətini təsdiq edərlər)
4-Adəm övladı etdiyi günah qarşısında əstəğfirullah deyəndə, (yəni günahları qarşısında Allahdan bağışlanma diləyərlər).
5-Adəm övladı hər bir işiə başlayanda bismillah deyəndə, (yəni Allaha xatir bir işimi başlayıram. Rəvayətlərdə də buyurulur ki, Allahın adı ilə başlanan əməl heç zaman yarımçıq qalmaz).
6-Müsəlman ümmət peyğəmbərlərinin adını eşidən zaman ona və ailəsinə salam deyəndə.


Həyatda 3 cürə xoş rəftar olmaqdan çəkinmək zəruridir?!


Həyatda 3 cürə xoş rəftar olmaqdan çəkinmək zəruridir?! Həyatda 3 cürə xoş rəftar olmaqdan çəkinmək zəruridir:
1-Olmaya biri ilə sıx dostluq edəsən, olmaya çox qəmini bölüşəsən, olmaya çox zarafat edəsən - bu üç hərəkətinlə arada olan hörməti sındırmağa səbəb olarsan,
2-Bir şəxsə özünün həddindən artıq yaxşılıq etmə, mehribanlıq göstərmə və bağışlama - bu üç halda rəftar etsən sənə qarşı tələbkar olub vəzifəli olduğunu düşünərlər.
3-Heç zaman bir şəxsdən özünün həddindən artıq yaxşılıq istəmə, kömək qəbul etmə və gözləntin olmasın - bu üç halda sənə qarşı minnətə çevirilər.


İmam Əli (ə) buyurur: Müsəlmanlığın sütunu 7 əməllə şərtləşmişdir.


İmam Əli (ə) buyurur: Müsəlmanlığın sütunu 7 əməllə şərtləşmişdir. Müsəlman olmağın 7 əsas sütunu vardır:
İmam Əli (ə) buyurur: \"İslamın (müsəlman olmağın) 7 sütunu (şərti) vardır:
1-Dözümün əsası olan ağıl,
2-Abırlı olmaq və düz danışmaq,
3-Düzgün və diqqətlə Quran oxumaq,
4-Allah yolunda dostluq və düşmənçilik etmək,
5-Həzrət Muhəmməd (s) və Əhli-Beytinin (ə) haqqını və vilayətini tanımaq,
6-Qardaşların özlərini və haqlarını himayə etmək,
7-Xalq ilə yaxşı qonşuluq etmək.


Bəndəlik olunda 7 lazım olan xislət, Merac hədisindən


Bəndəlik olunda 7 lazım olan xislət,  Merac hədisindən Yеddi хislәt, bәndәliyin yоlu:
Аllаh-tәаlа Pеyğәmbәrә (s) buyurur: “Еy Әhmәd! Bilirsәnmi bәndәm nә vахt аbid hеsаb оlunur?” Dеdi: “Bilmirәm.” Buyurdu: “О vахt ki, оndа yеddi хislәt оlsа. Günаh еtmәyә mаnе оlаn tәqvаsı оlsа, bоş söz dаnışmаğа mаnе оlаn sükutu оlsа, Аllаh qоrхusundаn аğlаmаğı çохаldаn qоrхusu оlsа, tәklikdә mәndәn хәcаlәt çәkdirәn hәyаsı оlsа, (günаh еtmәkdәn) zәruri yеmәyә qәnаәtlәnsә, dünyа mәhәbbәtini düşmәn bilsә, çünki mәn оnu düşmәn bilirәm. Yахşı аdаmlаrlа dоst оlsа. Çünki mәn sаlеhlәri sеvirәm.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter