Əri ilə yola getməyən xanımlar daha diqqətlə oxusun....


Əri ilə yola getməyən xanımlar daha diqqətlə oxusun.... Ərinin məhəbbətini itirmiş qadın ariflərdən birinin yanına gəlib deyir: \"Xahiş edirəm mənə elə bir dua yaz ki, ərim əvvəlki kimi məni sevsin, qayğıma qalsın və məndən başqasını sevməsin”.
Arif insan qadını heç nə ilə razı sala bilməyəcəyini görüb deyir: \"Yaxşı, dediyini edərəm. Amma duanın daha tez təsir göstərməsi üçün mənə elə bir şey lazım olacaq ki, sən onu çətin əldə edə biləsən”. Qadın deyir: \"Yetər ki, siz duanı yazın, nə istəsəniz mən onu sizin ixtiyarınıza qoyaram”. Arif insan deyir: \"Elə isə diri erkək şirin yalından bir sıxım mənim üçün gətir, mən də duanı yazım”. Qadın təəccüblə deyir: \"Diri şirin yalını mən necə əldə edə bilərəm axı?! Tapa bilsəm yalnız ölü şirin dərisini belə tapıb gətirə bilərəm”. Arif insan yalnız diri şirin yalı lazım olduğuna israr edir. Qadın çarəsiz qalıb buna razı olur. Şəhərin ən məşhur ovçularının yanına gedib onlardan bunu necə əldə edə bilməsi barədə məsləhətləşir. Ovçulardan biri deyir: \"Bunu yalnız şirlər tox olduqları zaman edə bilərsən. Amma onlar insanı özlərinə yaxın buraxmazlar”. Qadın buna da razı olur və qəssabdan bir qədər ət alıb onların dolandıqları yerə gedir. Hər gün şirlərdən birini doyana qədər yedirdir və beləcə özünə alışdıra bilir. Günbəgün onlar bir-birinə yaxınlaşır, yaxın dostlara çevrilirlər. Nəhayət günlərin birində qadın özündə cəsarət tapıb şirə yaxınlaşır və onun yalından bir sıxım kəsir. Tez oradan uzaqlaşıb Arif şəxsin yanına gələrək deyir: \"Şükür Allaha, istədiyini əldə edə bildim”. Arif şəxs ondan buna necə nail olduğunu soruşur, qadın hər şeyi olduğu kimi ona nəql edir. Arif şəxs gülümsəyərək qadına deyir: \"Ərinin yanına qayıt, şirlə necə rəftar etdinsə, onunla da eləcə rəftar et. Necə olsa o, şir qədər təhlükəli deyil, qorxma ondan, o səni parçalayan deyil”.


Şeytanın ən şirin 12 sözü hansı sözlərdir?


Şeytanın ən şirin 12 sözü hansı sözlərdir?
1- Bir dəfəylə bir şey olmaz
2- Daha gəncik.
3- ALLAH (c. c) ürək təmizliyinə baxar.
4- ALLAHla (c. c.) qul arasina girilməz.
5- Yaşlandığımız zaman həccə və namaza başlarıq.
6- Zaman sizə deyil, siz zamana uyun.
7- Bir şey olmaz, ALLAH (c. c) bağışlayar.
8- Bu qədər günahdan sonra bir az çətin bağışlanılarsan.
9- Çox dərinə getmək lazım deyil.
10- Cəhənnəmdə bir müddət yandıqdan sonra onsuzda Cənnətə girəcəyik. (sanki kibrit çöpünü atəşinə dözə bilirmiş kimi)
11- Biz böyüklərimizdən belə gördük.
12- Aman ha diqqət edin beyninizi yumasınlar.


Ərbəin günündə İmam Hüseynin (ə) ziyarətinin sirri nədir?


Ərbəin günündə İmam Hüseynin (ə) ziyarətinin sirri nədir? İmam Hüseynin (ə) Ərbəin günü yaxınlaşdıqca Həzrət Əba Abdullahı (ə) sevənlərin arasında xüsusi bir həyəcan və şövq meydana gəlir. Bəs İmamı (ə) məhz bu gündə ziyarət etməyin sirri nədədir?
Cavab: Quran bizlərə göstəriş verir ki, möminlər Əyyamullahda gərək yada salınsınlar ki, Allahın bu böyük günləri unudulmasın. Ərbəin – Aşura hadisəsinin davamıdır. Ona görə də Aşura gününü əziz tutmaq üçün ən böyük Əyyamullahdır. Ərbəin günündə Hüseyn (ə) aşiqləri İmamın (ə) hərəminə tərəf hərəkət edərək, onunla əhdlərini təzələyirlər. Bu əhdi təzələməyin ən yaxşı yolu – Kərbəlaya getməkdir. Ona görə də İmam Həsən Əsgəri (ə) Ərbəin günündə İmam Hüseyni (ə) ziyarət etməyi – möminlərin nişanələrindən hesab etmişdir. İmam Həsən Əsgəri (ə) buyurur: “5 şey möminin nişanələrindəndir: onlardan biri Ərbəin ziyarətidir”.
İmam Hüseyni (ə) Ərbəin günündə ilk ziyarət edən insan Cabir Ənsari olmuşdur. Dövrün ən böyük alimlərindən olan Ətiyyə ibni Səyid ibni Cənadə Uvfi də onunla bir yerdə idi. Cabir bizlərə İmamı (ə) necə ziyarət etməyin yolları öyrətdi və sonra da şəhid olmuş əziz dostu ilə dərdləşdi. Gah özündən getdi, gah da hönkürüb ağladı.


Dəlinin namazı və məsciddə namaz qılanlara mükəmməl nəsihəti!


Dəlinin namazı və məsciddə namaz qılanlara mükəmməl nəsihəti! Bir dəli namaz qılmaq üçün məscidə girdi. Oturmadan ətrafa göz gəzdirib məsciddən çıxdı. Bir müddət sonra belində bir şələ odunla məscidə qayıtdı. Camaat isə bu vaxt namaz qılmağa hazırlaşırdı. O da onlarla bərabər cərgədə dayandı. Arxasında bir şələ odunla namazını qıldı. Dəli namazda hərəkət elədikcə yerə tökülən odunların səsi camaatı narahat etmişdi. Namaz qurtaranda camaatdan bəzisi deyindi, bəzisi də onu qınaydı. Çox keçmədi ki, İmam da məsələdən agah oldu. Dəli ilə eyni məhəllədən olduğuna görə onun yanına yaxınlaşan İmam, “Arxanda bir şələ odunla namaz qılmaq olarmı? Bu həm səni, həm də ətrafdakıları narahat elədi. Bir də yüklə namaza gəlməsən daha yaxşı olar”, − dedi.
Bunu eşidən dəli mənalı baxışlarla İmamın üzünə baxdı və “Sizin adətiniz belə deyilmi?” − deyir. İmam, “Hansı adətimiz?” − deyə ondan soruşdu.
Camaat isə maraqla onları seyr edirdi. Dəli, “Ey İmam! Mən namaz qılmaq üçün məscidə girmişdim. Oturmaq üçün ətrafıma göz gəzdirəndə məsciddəkilərin hərəsinin belində bir yükün olduğunu gördüm. Fikirləşdim ki, yəqin burda adət belədir. Buna görə bir şələ odun götürüb gəldim. Buna görə məni günahlandırmaq doğrudur? Axı hamının belində nə isə vardı. Buna qalsa hamı qınanmalıdır”, − dedi. Bunu eşidən İmam təəccüblənərək, “Mənim çiynimdə də yük vardı?”, − deyə soruşdu. Dəli, “Bəli, təkcə sənin yox hamının yükü vardı.”, − dedi...


İnsanın ağıllı olmasının göstərici olan nişanələr


İnsanın ağıllı olmasının göstərici olan nişanələr Ağıllı insanların belə xüsusiyyətləri olar:
1. Ən aqil insan o kəsdir ki, insanlara qarşı çox mülayim və mehriban olsun.
2. Ən aqil insan o kəsdir ki, Pərvərdigarını tanısın və əmrlərinə itaət etsin.
3. Həmçinin o kəs ki, düşmənini tanıyar və onunla müxalifətlik edər, hər kəsdən daha aqildir.
4. Aqil insanın dördüncü xüsusiyyəti budur ki, əbədi yerini (axirətini) tanısın və abad etməsi üçün səy göstərsin.
5. Ən aqil insan o kəsdir ki, bilər ki, hansı sürətlə axirətə tərəf hərəkətdədir və özünü axirət səfəri üçün hazır edər. Özü üçün azuqə götürər.


İnsanın şəxsiyyətini dirçəldən 4 əməl hansılardır?


İnsanın şəxsiyyətini dirçəldən 4 əməl hansılardır? Əhli-Beytdən (ə) nəql edilir: “Dörd şey vardır ki, hər bir müsəlmanda olarsa, Allah ona ən şərəfli yerdə yer verər:
1-O kəs ki, yetimə pənah verər və ona sevgi ilə baxar. Ona qarşı mehriban ata olar.
2-O kəs ki, zəifə rəhm edər və ona yardım edər.
3-O kəs ki, ata və anasının xərcini verər və onlarla mehriban olar. Hər ikisinə yaxşılıq edər və onları qəmgin etməz.
4-O kəs ki, xidmətçisinin, nökərinin, kənizinin haqqına təcavüz (zülm) etməz. Ona yardım edər və ona gücü çatmayan işi verməz”.


İnsan Allahdan nə istəsə yaxşıdır?


İnsan Allahdan nə istəsə yaxşıdır? Qüdsi hədisdə oxuyuruq: \"Allah Musaya (ə) buyurur: \"Hər nə ehtiyacın varsa, Məndən istə, hətta qoyunların otunu və yeməyinin duzunu belə\". Ancaq yaxşı olar ki, insan Allah dərgahında dayanan zaman Ondan daha dəyərli şeyləri istəsin:
1. Valideyn üçün dua etmək. İnsan hər nə qədər valideyninə xidmət etsə, onun zəhmətlərinə təşəkkür edə bilməz.
2. Başqaları üçün dua etmək. Duanın qəbul olmasına səbəb olar\".
3. Saleh övlad sahibi olmaq üçün dua etmək. Həzrət Zəkəriyya (ə) da Allahdan pak və saleh övlad istəyir və Allah Taala ona Yəhya Peyğəmbəri (ə) verir.
4. İmam Zaman ağanın (ə.f) zühuru üçün dua etmək. Çünki o həzrət dünyanı ədalətlə dolduracaq.
5. Yaxşı bəndə olmağı dua etmək. Bəndəliyə çatmağın yolu da nəfsani istəkləri tərk etməkdir.
6. İslamı qorumaq üçün dua etmək. İslam dini - bəşərə əta olunan ən dəyərli nemətlərdəndir.
7. Xeyirli aqibət üçün dua etmək. Allahdan dünya və həm də axirət üçün xeyir istəyək.
8. Tövbə edək. Günah axirət əzabından başqa, insana dünyada bəlalar gətirər, mənəviyyatdan uzaqlaşdırar.
9. Halal ruzi istəmək. Məsumlarımız (ə) həmişə Allahdan halal ruzi istəmişdilər.
10. Elm istəmək.İmam Səccad (ə) buyurur: \"Allahım, mənə kamil ağıl, pak qəlb, çoxlu elm əta et!\".


\"Yasin\" surəsi oxuyanın çatdığı 10 BƏRƏKƏT


"Yasin" surəsi oxuyanın çatdığı 10 BƏRƏKƏT Peyğəmbər (s) buyurdu: Ey Əli! \"Yasin\" surəsini oxu ki, onda 10 bərəkət vardır:
1. Ac yatmaz məgər o halda ki, tox olar.
2. Susuz, məgər o halda ki, sirab olar.
3. Paltarsız məgər o halda ki, geyindirilər.4. Subay, məgər o halda ki, evlənər.
5. Qorxan, məgər o halda ki, amanda olar.
6. Bağlı, məgər o halda ki, nicat tapar.7. Xəstə, məgər o halda ki, sağalar.
8. Müsafir, məgər o halda ki, səfərdə yardım olunar.
9. Ölənin yanında oxunarsa, (günahları) azalar.
10. Hər kimin itmişi varsa, bu surəni oxuyaraq (itmişini) tapar\".


İnsan işində üç yerdə peşiman olmaz?!


İnsan işində üç yerdə peşiman olmaz?! İmam Əli (ə) buyurur: “Üç şey vardır ki, hər kim ona əməl etsə, peşman olmaz:
1. Tələsməkdən çəkinmək.
2. Məsləhətləşmək.
3. Qərar çıxaran zaman Allaha təvəkkül etmək”.


İmanında yəqinliyə çatmağını bilmək istəyirsən 6 nişanə ilə ölç.


İmanında yəqinliyə çatmağını bilmək istəyirsən 6 nişanə ilə ölç. Həzrət Peyğəmbər (s) buyurur: “Yəqin sahibi olmağın 6 əlaməti vardır:
1. Həqiqət üzərindən Allaha yəqinliyi olsun və Ona iman gətirsin.
2. Yəqinliyi olsun ki, ölüm haqdır və ondan qorxsun.
3. Yəqinliyi olsun ki, Qiyamət haqdır və rüsvayçılıqdan qorxsun.
4. Yəqinliyi olsun ki, behişt haqdır və özünü mühasibə etsin.
5. Yəqinliyi olsun ki, cəhənnəm haqdır və ondan xilas olmaq səyini zahir etsin.
6. Yəqinliyi olsun ki, hesab haqdır və özünü hesaba çəksin”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter