Niyə vərəyə malik olan insanın dərəcəsi təqvadan da ucadır?


Niyə vərəyə malik olan insanın dərəcəsi təqvadan da ucadır? Çox vaxt “vərə” sözünü “təvqa” sözü kimi mənalandırırlar. Ancaq vərə təqvanın xüsusi mərhələlərindəndir.
Təvqa insanın özünü günahdan saxlamasına deyilir. “Nəhcül-bəlağə”nin nəzərinə görə, təqva nəfsani bir mələkədir ki, ruha qüvvət və güc verər. Əmmarə nəfsi ram edər və üsyankar hissləri yatızdırar. Əlbəttə təqvanın mərhələləri vardır. Əmirəl-möminin (ə) vərənin mənası barəsində belə buyurur: “Vərə - şübhənin yanında dayanmaqdır”. Təqvalı insan özünü günahdan saxlayar. Ancaq vərəyə malik olan insanın dərəcəsi təqvadan da ucadır. Çünki bu mərhələdə nəinki günahdan çəkinməlisən, həm də günaha səbəb ola bilən şübhələrdən, halallardan da çəkinməlisən.
Merac hədisində oxuyuruq: “Ey Əhməd! Malik olduğun vərəyə eşq olsun. Həqiqətən, vərə - dinin əvvəli, ortası və axırıdır. Vərə - iman və dininin sütununun başıdır. Vərə - gəmi kimidir. Dənizdə heç kəs nicat tapmaz, məgər o halda ki, həmin gəmidə olar, (eləcə də) zahid insanlar ancaq təqva ilə nicat taparlar”...


Zəkat və Fitrə zəkatı hansı yerlərə xərclənə bilər?


Zəkat və Fitrə zəkatı hansı yerlərə xərclənə bilər? Cavab: Zəkat və fitrə zəkatı səkkiz yerdə xərclənir:
1. Fəqir; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir.
2. Miskin; fəqirdən daha çətin bir halda olana deyilir.
3. İmamın (ə), ya onun naibi tərəfindən zəkatları toplamaq üçün məmur edilmiş şəxs.
4. Zəkat verildiyi təqdirdə, İslama meyl edən və ya döyüşdə və digər işlərdə müsəlmanlara yardım edən kafirlər. onların vilayətə inanmağa rəğbətlərini artırıb inamlarına səbəb olarsa, zəkat vermək olar.
5. Qulları satın alıb azad etmək üçün; (təfsilatı ilə öz yerində deyilibdir).
6. Borcunu verə bilməyən borcluya;...


İslamda əsas 7 qayda hansılardır?


İslamda əsas 7 qayda hansılardır? - Hezret İmam Eli (e) buyurur: «Islamin yeddi qaydasi vardir:
1) Sebr ve dozumun esasi olan agil;
2) Abir-heyani qorumaq ve dogru danismaq;
3) Duzgun ve diqqetle Quran oxumaq;
4) Allah yolunda dostluq (tevella) ve dusmencilik (teberra) etmek;
5) Hezret Mehemmed (s)-in Ehli-beytininin haqq-huququ ve onlarin vilayetini tanimaq;
6) Qardaslarin haqqini tanimaq ve onlari himaye etmek;
7) Insanlarla yaxsi qonsuluq».


Müaviyyəni (lən) biabır edən imanlı qocanın əhvalatında nələr baş verib?


Müaviyyəni (lən) biabır edən imanlı qocanın əhvalatında nələr baş verib? Cabir ibni Abdullah Ənsari nəql edir: “Bir gün Şama səfər etmişdim və orada Müaviyyəni, iki oğlu: Yezid və Xalidi, Əmr ibni Ası gördüm. Bu zaman İraq tərəfdən bir qoca kişi gəlirdi və belinə xurma lifi taxmışdı və ayağında xurma lifindən nəleyin var idi.
Müaviyyə dedi: Yaxşı olar ki, bu kişini danışdıraq və əylənək. O, dedi: Ey Şeyx! Haradan gəlib, hara gedirsən? Qoca kişi cavab vermədi. Əmr ibni As dedi: Ey qoca kişi! Niyə əmirəl-möminin sualına cavab vermirsən? Qoca dedi: Allah bizə cahiliyyətdən xaric olandan sonra salam verməyi buyurmuşdur. Müaviyyə dedi: Ey şeyx! Düz deyirsən, mən səhv etmişəm. Səlamun əleykum! Qoca deyir: Əleykum salam! Müaviyyə deyir: Haradan gəlib, hara gedirsən?
Qoca dedi: İraqdan gəlib, Beytul-müqəddəsə gedirəm. Müaviyyə dedi: İraqdan nə xəbər var? Qoca: Xeyir və bərəkət. Müaviyyə: Dedin ki, Kufədən və Ğəri diyarından gəlirsən? Qoca: Ğəri haradır? Müaviyyə: Əbu Turabın yeri. Qoca: Əbu Turab kimdir? Müaviyyə: Əli ibni Əbitalib (ə). Qoca: Allah burnunu torpağa sürtsün və ağzını qurutsun. Ata və anana lənət etsin, niyə demirsən ki, adil İmam, insanların pənahı, dinin sultanı, müşrikləri öldürən, ...


Duanı təsirli edən 10 amil hansılardır?


Duanı təsirli edən 10 amil hansılardır? Duanın yerinə yetməsi üçün bəzi amillərə riayət etmək lazımdır. O cümlədən:
1. Təharətli və dəstəmazlı olmaq.
2. Üzü qibləyə olmaq.
3. Günahlarını etiraf etmək.
4. Qohumları və dərdə olanları yada salmaq.
5. Allaha və Onun sifətinə etiqad bəsləmək.
6. Allaha hüsnü-zənn bəsləmək.
7. Müti olmaq və dediklərinin mənasına diqqət etmək...


İnsanın dünya və axirətində dərin iz buraxan 5 müstəhəb əməl hansılardır?


İnsanın dünya və axirətində dərin iz buraxan 5 müstəhəb əməl hansılardır? 5 mütəhəb əməl vardır ki, yerinə yetirən zaman dərin izlər buraxır və onları tanıyaq.
1. Dili qorumaq. Əmirəl-möminin (ə) buyurur: “Çoxlu susmağı seç ki, fikrin çoxalsın və ağlın nurani olsun. İnsanlar sənin əlindən sağlam qalsınlar”.
2. Çox yeməmək. “Allah yanında ən nifrət olunan insan o kəsdir ki, çoxlu yatar və çoxlu yeyib-içər”.
3. Gecə oyaq qalmaq. Övliyalardan nəqldir, İmam Zamanın (ə.f) görüşündə buyurdu: “Bizim davamçılarımız üçün ardır ki, gecə namazı qılmasınlar”.
4. Yersiz məclislərdən çəkinmək. Yersiz məclislərdən çəkinmək dedikdə, inzivaya çəkilmək nəzərdə tutulmur. Günahlı məclislər nəzərdə tutulur.
5. Davamlı zikr demək. İmam Sadiq (ə) buyurur: “Allahın xəlqi üçün vacib etdiyi ən çətin şey – Allahı çoxlu zikr etməkdir. Məqsəd – əməli zikrdir. Allahı halal və haram buyurduqlarında yada salmaqdır.


Həzrət Zəhranın (ə) adını qız uşağına qoyduqda hansı vəzifələrə əməl etmək zəruridir?


Həzrət Zəhranın (ə) adını qız uşağına qoyduqda hansı vəzifələrə əməl etmək zəruridir? Həzrət Zəhranın (ə) adının hörmətinin zərurəti haqda:
İmam Sadiqin (ə) səhabəsi olan Səkuni qəmgin halda o həzrətin hüzuruna yetişdi. Səkuni deyir Həzrət Cəfər Sadiq (ə) mənə buyurdular: Ey Səkuni! Nə üçün bu qədər narahatsan? Ərz etdim: Allah mənə qız uşağı verib. İmam (ə) buyurdu: \"O qızın ağırlığı yer üzünədir, ruzisi Allaha aiddir və ömrü səndən asılı deyildir. Sözünün davamında İmam buyurdu: \"Onun üçün hansı adı seçmisən? Səkuni deyir: Dedim Fatimə. İmam Sadiq (ə) (Fatimeyi-Zəhranın (ə) müsibətlərinə) ah çəkərək əlini alnına qoyub buyurdular: Ey Səkuni! \"Əgər qızının adını Fatimə qoymusansa haqqın yoxdur ona nalayiq söz deyəsən, haqqın yoxdur ona lənət edəsən və haqqın yoxdur onu vurasan\".


Həzrət İbrahimin (ə) ölüm mələyinə verdiyi sual nə haqda idi?


Həzrət İbrahimin (ə) ölüm mələyinə verdiyi sual nə haqda idi? Bir gün Ölüm mələyi H. İbrahimin (ə) yanına gəlir. İbrahim (ə) ona deyir: Ölümüm yaxınlaşıbdır? Deyir: Yox. İbrahim (ə) deyir: O zaman ki, ölüm mələyi gəlir, deməli işin bitibdir. O, dedi: Hələ dünyada qalmaq üçün möhlətin vardır. İbrahim (ə) soruşdu: Nə üçün gəlmisən? Ölüm mələyi dedi: Səni görmək üçün gəlmişəm. İbrahim (ə) dedi: Canını aldığın insanın yanına gələndə əsl qiyafəndə gəlirsən? Dedi: Yox, Yaxşıların yanına bir cür gəlirəm, pislərin yanına başqa cür. İbrahim (ə) ona dedi: Yaxşı insanların yanına gəldiyin qiyafəni mənə göstər. Ölüm mələyi dedi: Başını çevir və mən o şəklə düşüm. İbrahim (ə) üzünü çevirib, ona baxanda bihuş olur. İbrahim (ə) deyir: Heç bir zülmkarın cəhənnəmə getməsinə ehtiyac yoxdur, səni görsələr bəsləridir”.
Ölüm mələyi - Allahın aynasıdır. O zaman ki, möminin yanına gələr, onun əksi ölüm mələyinin qiyafəsinə düşər. Mömin özünü ölüm mələyində görər. Kafir də özünü ölüm mələyində görər. O zaman ki, insan qəlb gözü ilə ətrafa baxar, şad yaşayar, qüssə yeməz. O zaman ki, ətrafa Allahın gözü ilə baxar, görər ki, bütün aləm Yusif olmuşdur”.


Niyə Qədr gecəsinin dəqiq zamanı məlum deyil ?


Niyə Qədr gecəsinin dəqiq zamanı məlum deyil ? Qədr gecəsinin dəqiq zamanı bilməməsinin fəlsəfəsi:
-İmam Əliyə (ə) deyilir ki, bizi Qədr gecəsinə görə agah et. Həzrət də buyurur: “Mən belə deyildir ki, onu biləm və sizdən gizlədəm. Şəkk etmirəm ki, Allah-Təala kömək etmək və sizə möhlət vermək üçün onu sizdən gizlətmişdir. Çünki əgər onu sizə elan etsəydi, ancaq həmin gecəyə əməl edərdiniz. Qalan gecələrdə ibadəti tərk edərdiniz”.
-İmam Cavad (ə) İmam Əlidən (ə) nəql edir: “Peyğəmbərdən (s) eşitmişdim ki, səhabələrinə buyurur: “Qədr gecəsinə iman bəsləyin. O gecə Əli İbni Əbitalib və ondan sonra 11 övladı üçündür”.
-İmam Əli (ə) buyurur: “Peyğəmbər (s) Ramazan ayının son on gününü yatağını toplayardı. 23-cü gecə ailəsini oyaq saxlayardı. O gecə yatanların üzərinə su səpərdi”.
-Bu hədislərdən aydın olur ki o taleyyüklü gecənin gizli qalması özü bir hikmət və bəndələrin Allah dərgahına durmadan sığınması üçün bir vasitədir. /islaminsesi.


İnsan vaxtını nə səbəbdən hədərə verir?


İnsan vaxtını nə səbəbdən hədərə verir? Vaxtı tələf etməyin kökü bizim xasiyyətimizdə gizlənmişdir. Onun amillərini və səbəblərini tapmaq lazımdır. Bəzi amillərə işarə edək ki, vaxt itkisi ilə mübarizə aparmağa kömək edər:
1. Proqramsız iş görmək. Hədəfi təyin etmək, ilk görməli olduqlarını qeydə almaq lazımdır ki, vaxt tələf olmasın.
2. Nəzmsizlik. İmam Əli (ə) buyurur: \"Sizə və bütün övladlarınıza və o kəslərə ki, mənim yazım əllərinə keçir - İlahi təqvanı və işlərində nəzmli olmağı tövsiyə edirəm\".
3. Hövsələsizlik. İ. Baqir (ə) buyurur: \"Mən dünya işlərində tənbəllik edən kəsdən bezaram. Çünki o kəs ki, dünya işlərində tənbəllik edər, axirətə aid işlərdə daha tənbəldir\".
4. İşini təxirə salmaq. Peyğəmbər (s) buyurur: \"Ey Əbuzər! Hədəfinə görə gördüyün işdə səhlənkarlıq etməkdən çəkin, çünki sənin bu gün ixtiyarındadır, gələcəyin deyil\"...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter