Qurаn neçə hissәyә bölünür?


Qurаn neçə hissәyә bölünür? Quranın batini 4 hissəyə bölünür:
1- -İmаm Hüsеyn (ә) buyurub: “Qurаn dörd hissәyә bölünür: 1. Mәtn. 2. İşаrәlәr. 3. Lütflәr. 4. Hәqiqәtlәr.
Аvаmlаr оnun mәtnindәn, mәхsus insаnlаr işаrәlәrindәn, ilаhi övliyаlаr lütflәrdәn vә pеyğәmbәrlәr hәqiqәtlәrdәn fаydаlаnırlаr.”
2 -Pеyğәmbәr (s) buyurub: “Qurаnа bахmаq ibаdәtdir.”
3 -İmаm Sаdiq (ә) buyurub: “Qurаn охumаq аtа-аnаnın әzаbının аzаlmаsınа sәbәb оlаr. Әgәr kаfir оlsаlаr dа bеlә.”
4 -İmаm Әli (ә) buyurub: “Hәr kim hәr gün Qurаndаn хüzu vә хüşu ilә yüz аyә охusа, Аllаh-tәаlа yеr әhlinә еtdiyi әmәllәrә görә vеrdiyi sаvаbı vеrәr...


İmam Əlinin (ə) 13 mühüm vəsiyyəti nələr haqda idi?


İmam Əlinin (ə) 13 mühüm vəsiyyəti nələr haqda idi? Əmirəl-Möminin İmam Əli (ə) müsəlmanlara 13 əsas tövsiyəsi:
1. Sizə tövsiyə edirəm ki, təqvalı olub Allahdan qorxasınız, dünya sizin sorağınıza gəlsə də, siz dünyanın ardınca getməyəsiniz.
2. Dünyada əlinizdən çıxan bir şey üçün təəssüflənməyin.
3. Haqq söz deyin və (ilahi) əcr və savab üçün iş görün.
4. Zalımların düşməni və məzlumların dostu, himayəçisi olun.
5. Amandır, Qurana (çox-çox) əhəmiyyət verin! Məbada başqaları ona əməl etməkdə sizdən irəli keçə!
6. Amandır, namazdan qafil olmayın! Həqiqətən namaz dinin sütunudur.
7. Amandır, Allah yolunda mal-dövlətinizlə, canınızla və dilinizlə olan cahadı unutmayın!...


Ayətullah Xamenei niyə yaralı əlini müalicə eləmir?


Ayətullah Xamenei niyə yaralı əlini müalicə eləmir? Ali Dini Lider Həzrət Ayətullah-Üzma Seyyid Əli Hüseyni Xamenei prezident işlədiyi zaman Çində səfərdə olur. Orada ağaya deyirlər ki, biz sənin sağ əlini (terror edildiyi zaman mikrofona quraşdırılan bomba partlayarkən şikəst olmuşdu) sağalda bilərik və əvvəlki kimi sağlam bir ələ sahib ola, onunla yaza və iş görə bilərsən. Amma bu işin xərci də çoxdur. Ağa deyir: “İranda əli şikəst olan bir tək mən deyiləm. Əgər bu işi İranın bütün şikəstləri üçün görə bilmirəmsə, dövlət büdcəsindən istifadə edərək özüm üçün də belə bir iş görə bilmərəm – (şəxsi imkanım da buna çatmır).”


İmam Sadiq (ə) tacirin ticarətə getməsinə niyə mane oldu?


İmam Sadiq (ə) tacirin ticarətə getməsinə niyə mane oldu? “Bir nəfər İm. Sadiqin (ə) yanına gəlir və Həzrətə (ə) Şama ticarət üçün getmək istədiyini söylədi və məsləhət verməsini istədi. İmam (ə) buyurdu: “Getmə”. Amma sözünə izahat vermədi. Bu kişi getdi və İmamın (ə) sözlərinə qulaq asmadı. Onun ticarəti bir neçə ay çəkir və Mədinəyə qayıdıb, İmamın (ə) xidmətinə gəlir və deyir: “Yəbnə Rəsulullah! Mən sizə qulaq asmadım, getdim və on min qızıl dinar qazandım”. İmam (ə) buyurur: “Mən öz məsləhətimin üzərində dururam. Sənə dediyim kimi, getmə”. Dedi: “Niyə, yəbnə Rəsulullah?”. İmam buyurdu: “Çünki bu arada sənin bir sübh namazın qəzaya getmişdir. Bütün o pul və dünyada olan bütün pulları bu namazın yerinə versən, əvəzini verə bilməzsən”. Quran buy: “Ey insanlar, yer üzündə olan şeylərin halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o sizin aşkar düşməninizdir. O sizə yalnız pislik və çirkinlikləri, həmçinin bilmədiyiniz şeyləri Allaha nisbət verməyi əmr edir”.-Bəqərə/168-169


İmam Hüseynin (ə) katibi Əsləm ibn Əmr necə şəhid oldu?


İmam Hüseynin (ə) katibi Əsləm ibn Əmr necə şəhid oldu? Əsləm ibn Əmr İmam Hüseynin (ə) qardaşı İmam Həsənin (ə) şəhadətindən sonra xidmətə götürdüyü insandır. İmam Hüseyn (ə) onu İmam Səccada (ə) bağışladı. Əsləmin peşəsi İmam Hüseynin (ə) katibliyini etmək idi. İmam Hüseyn (ə) Mədinədən Məkkəyə hərəkət edən zaman o, da İmamın (ə) onun bayrağı altında olan ənsarlardan idi. Sonra da İmamla (ə) bir yerdə Kərbəlaya gəlir. O, Aşura günü şəhid olur. Bu vəfadar qul döyüşə getmək icazəsini almaq üçün İmamın (ə) yanına gəlir. Həzrət (ə) buyurur: “Oğlum Səccaddan (ə) izn istə”. O, İmam Səccaddan (ə) izn alır və hərəm əhli ilə vidalaşır. Sonra döyüş meydanına tələsir və 70 nəfəri cəhənnəmə göndərir. İmam Səccad (ə) xeymədən onun döyüşməyinə tamaşa edirdi...


Nə edək ki, zikrlərimiz təsir qoysun?


Nə edək ki, zikrlərimiz təsir qoysun? Bəs necə olur ki, zikrlərimiz təsir göstərmir? Bunun səbəblərindən biri budur ki, zikrin şəraitlərinə əməl edilmir. Bu şəraitlərdən bəzisinə işarə edək:
1. Zikrin davamlı olması. Hər bir zikr əgər davamlı olarsa, ürəyə və ruha böyük təsirlər qoyar və insanın qəlbini dirildər.
2. Qəlb hüzuru. Qəlb hüzuru əldə etməyə çalışın və əgər qəlb hüzuru yoxdursa, zikri dildə deyərək hüzuru əldə etməyə səy göstərin.
3. Zaman və məkanına riayət edin. Zikrin zaman və məkanı çox mühümdür. Əgər həmin zikr üçün xüsusi zaman və məkan nəzərdə tutulmayıbsa, sabit zaman və məkana malik olmaq ona təsir etməkdə böyük rola malik olar.


İmam Hüseynin (ə) varisləri kimdir?


İmam Hüseynin (ə) varisləri kimdir? Peyğəmbərin (ə) və övliyaların varisi olmaq üçün bir neçə şərt lazımdır:
1. Elm. İslam dini elmlə görülən işə əhəmiyyət verər. Çünki mümkündür ki, elm olmadan edilən əməl ardınca fəsad gətirsin. İm. Sadiq (ə) buyurur: “Bəsirətsiz və agah olmayan iş görənlər sanki yolunu azmış yolçu kimidirlər və onun sürətlə getməsi yolundan uzaqlaşmaqdan başqa nəticə verməz”.
2. Ubudiyyət. Yəni, İlahi kamala və sifətə bürünmək. Tövhid və vilayət bir sikkənin iki üzü kimidir.
3. İtaət və təqva. İnsan vəhy və İmamı vasitəsilə küfr və zülm tufanını geridə qoyar və bəsirət çırağı insanın canında yanmağa başlayar.
4. Saleh əməl. Saleh əməl Allaha görə edilən əməldir və bu əməldə şirk olmaz.


İmanın nişanələri hansılardır?


İmanlılığın nişanələri: “Аllаhа tәvәkkül еt. Hәqiqәtәn, Аllаh tәvәkkül еdәnlәri sеvir.” (“Аli-İmrаn” surәsi, аyә: 159.)
İmаm Әli (ә) buyurub: “İmаnın dörd sütunu vаr: 1. Аllаhа tәvәkkül еtmәk; 2. Bütün işlәri Аllаhın öhdәsinә qоymаq; 3. Аllаhın әmirlәrinә tаbе оlmаq; 4. Аllаhın qәzа-qәdәrinә rаzı оlmаq.” (“Tühәful-uqul”, sәh. 223.)
Аllаh-tәаlа Pеyğәmbәrə (s) buyurdu: “Еy Әhmәd! Mәnim yаnımdа tәvәkküldәn vә tәqdirә rаzı оlmаqdаn üstün bir şеy yохdur.” (“Müstәdrәkül-vәsаil”, c. 11, sәh. 221.) Pеyğәmbәr (s) buyurub: “Hәr kim (zәruri hаldаn bаşqа) dilәnçilik еtsә, Аllаh yеtmiş еhtiyаc vә kаsıblıq qаpısını оnun üzünә аçаr.” (“Cаmiül-әхbаr”, sәh. 379.)...


Bəs Aşura günü şeytan nədən peşman oldu?


Bəs Aşura günü şeytan nədən peşman oldu? Ayətullah Seyyid Mühəmmədtəqi Müdərrisinin atası nəql edir: “61-ci Hicri ilinin Aşura gününün əsrində şeytanları gördülər ki, İblis onların ordusunun başında dayanıb üz və gözünə vurur. Sonra da ağlayır. Onlara dedilər: “Bu gün sən gərək sevinəsən, bəs niyə pərişan və ağlarsan?”. İblis dedi: “Böyük bir səhv etmişəm və insanları vadar etmişəm ki, Hüseyni (ə) öldürsünlər”. Dedilər: “Niyə? Məgər sən istəmirdin ki, zahirdə müsəlman olan bu insanlar cəhənnəmə getsin? Məgər cəhənnəmlik olmayıblar?”. Dedi: “Niyə, olublar. Ancaq bu məsələdən qəflət etmişəm ki, bu işlə İlahi rəhmət qapısı insanların üzünə açılmışdır. Hər kəs öz üslubu ilə onun şəfaətindən bəhrələnir”.


Peyğəmbərlərin (s) əsasən əxlaqi tapşırıqları nə haqda olub?


Peyğəmbərlərin (s) əsasən əxlaqi tapşırıqları nə haqda olub? Dörd Peyğəmbərdən (s) 4 gözəl əxlaqi tapşırıqlar:
Hәzrәt Musа (ә) buyurub: “Özünә yахşı dоst sеçәn şәхs еlә bil Tövrаtа әmәl еdib.”
Hәzrәt Dаvud (ә) buyurub: “İzzәti-nәfsdәn uzаqlаşаn şәхs Zәburа әmәl еtmiş kimidir.”
Hәzrәt İsа (ә) buyurub: “Аllаhın tәqdirinә vә qismәtinә rаzı оlаn еlә bil İncilә әmәl еdib.”
Hәzrәt Mәhәmmәd (s) buyurub: “Dilin zinаsı bihudә dаnışmаqdır.”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter