Peyğəmbər (s) səhabələrini Rum əsirliyindən kim azad etdi?


Peyğəmbər (s) səhabələrini Rum əsirliyindən kim azad etdi? Müsəlmanların sərkərdələrindən olan Abdullah ibn Hüzafə bir qrup silahdaşı ilə birlikdə əsir düşdü. Rum qeysəri dedi: - Xristian dinini qəbul et, yoxsa əzablandıracam!! Abdullah qəbul etmədi. Qeysərin göstərişi ilə qazana zeytun töküb qaynatdılar. Qeysər müsəlman əsirlərindən birinə dedi ki, xristianlığı qəbul et. Ancaq müsəlman əsir haqdan dönmədi və xristianlığı qəbul etmədi. Rum qeysəri onu qaynar qazana atmağı əmr etdi. Onu qazana atdılar və dərhal əti sümüklərindən ayrılıb şəhid oldu. Qeysər xristian olmağı təklif edib, dedi: - Əgər qəbul etməsən cəzalandıracam! Lakin Abdullah İslamdan dönmədi. Abdullahı qaynar zeytuna tərəf apardılar. Bu zaman Abdullah ağladı. Məmurlar bunu qeysərə xəbər verdilər. Qeysər: Qaytarın, bəlkə peşiman olub. Abdullah dedi: - Mən yanmağımdan ağlamıram. Ağlayıram ki, nə üçün bədənimin tükləri qədər mənim canım olmayıb və mən o qədər Allah yolunda canımı fəda edəm?! Qeysər bu sözdən çox təəccübləndi və onu azad etmək fikrinə düşdü...


İmam Huseynin ə.s. Matəm Mərasimlərində Üzə-Sinəyə Vurmaq Düzdürmü?


İmam Huseynin ə.s. Matəm Mərasimlərində Üzə-Sinəyə Vurmaq Düzdürmü? İmam Huseynin ə.s.Müsibəti Kimi Böyük Bir Matəmdə Başa və Sinəyə Vurmaq Adi və Təbii Bir Məsələdir. Adətən İnsanlar Öz Ən Əziz Adamları Dünyadan Köçəndə Öz Üz-Başlarına Vururlar. Sözsüz ki, Dini Gözdən Salan Yanlış İşlərdən Çəkinmək Lazımdır. Təəssüf ki, Bəzi Avam İnsanlar İmam Mərasiminin Əzəmət və Təntənəsinə Mənfi Təsir Qoyan İşlərə Əl Atırlar. Böyüklər Onları Nəzakətlə Belə Nalayiq Addımlardan Çəkindirməlidir. Nəql Olunur ki, Bəni-Haşimdən Qadın-uşaqları Şam Şəhərindən Mədinəyə Sarı Hərəkət Edərkən Yol Əsnasında Qafilə Bələdçisindən Onları Kərbəlaya Aparmasını İstədilər. Kərbəla Şəhidlərini Ziyarət Etmək Onların Arzusu İdi. Kərbəla Torpağına Çatanda Cabir İbn Abdullah Ənsarinin və Bəni-Haşimdən Bir Dəstənin Kərbəlada Olduğunu Gördülər. Onlar da İm. Huseynin ə.s.Məzarını Ziyarət Etmək Üçün Gəlmişdilər. Bu iki Karvan Qəm-Kədər İçində Bir-Biri ilə Görüşdü. Onlar Hüznlə Ağlayır, Başlarına və Üzlərinə Vururdular. Beləliklə, Kərbəla Düzündə Matəm Quruldu. Hədislərdə - Axtarış Apardığımız Qədər – Əhli-beyt ə.s. Matəmlərində Sinə Vurmaq Haqqında Bir Şey Tapmasaq da “Lətm” İfadəsi Zahirən Sinə Vurmağa da Şamil Olur.


Pasportsuz və vizasız Kərbəla ziyarətinə getmək olarmı? - Fətva


Pasportsuz və vizasız Kərbəla ziyarətinə getmək olarmı? - Fətva Müctəhid Məkarim Şirazi Kərbəlaya ziyarətə getmək istəyən və eyni zamanda pasport və vizasız ziyarətə yollanaraq, İraqın qanunlarını pozmağın şəri baxımında qadağan olduğunu buyurub. İslaminSesi xəbər verir ki, Müctəhid Məkarim Şirazi bu barədə ötən gün “Ərbəin Mədəniyyəti Komitəsi”nin üzvləri qarşısında çıxışı zamanı deyib. Ərbəin günlərində 20 milyonluq zəvvar kütləsinin Kərbəlaya axışmasını təxmin edən Ayətullah Məkarim Şirazi dost İraq ölkəsinin bütün qanunlarına riayət etməyə çağırıb. Bu istiqamətdə müctəhid vurğulayıb ki pasport və digər lazımi sənədlər olmadan qeyri-qanuni şəkildə Kərbəla ziyarətinə getməyin şəriət baxımından iradı var...


Vаcib nәdir, vаcibdәn dә vаcib nәdir?


Vаcib nәdir, vаcibdәn dә vаcib nәdir? Bir şәхs İmаm Әliyə (ә) dеdi: Dörd suаlım vаr. Hәzrәt buyurdu: Qırх suаlın dа оlsа, sоruş.
Dеdi: Vаcib nәdir, vаcibdәn dә vаcib nәdir? Yахın nәdir vә әn yахın nәdir? Qәribә nәdir vә qәribәdәn dә qәribә nәdir? Çәtin nәdir vә әn çәtin nәdir?
Hәzrәt Әli (ә) cаvаb vеrdi: “Аllаhа itаәt еtmәk vаcibdir, оndаn dа vаcibi günаhı tәrk еtmәkdir. Qiyаmәt yахındır, оndаn dа yахını ölümdür. Dünyа qәribәdir, оndаn dа qәribәsi dünyаyа bаğlаnmаqdır. Qәbir әzаbı çәtindir, оndаn dа çәtini аzuqәsiz dünyаdаn gеtmәkdir. (“Nәsаyih”, sәh. 219.)...


Anaya hörmət gör onu hansı məqama ucaltdı!


Anaya hörmət gör onu hansı məqama ucaltdı! Əllamə Seyid Məhəmmədhüseyn Hüseyni “Nuri-mələkuti Quran” kitabında yazır: Bir gün kitab almaq üçün kitab mağazasına getdim. Mən çatanda artıq mağaza sahibi kitabları anbara yığıb getməyə hazırlaşırdı. O birdən dedi: Həbibim Allah, təbibim Allah, yarım, yarım, canım, canım. Onun arif olmasını başa düşdüm. Dedim: Ağzacan! Dərvişcan! Tək yemək ədəbdən deyil! O sakit oldu və ağlamağa başladı. Sonra şad oldu və gülümsündü. O mənim yolumun yaxşı olduğunu dedi. Bizim aramızda bir az söhbət oldu. Ondan bu məqama çatmasının səbəbini soruşdum.
Dedi: Anam çox qocalmış, zəifləmiş və xəstə idi. Neçə il idi ki, artıq yerindən qalxa bilmirdi. Özüm onun xidmətində dayanır, yeməyini-içməyini hazırlayır, yedirdir və yatızdırırdım...


Dini baxımdan asqırmaq, “səbr gətirmə”yin və ya bunun tək ya cüt olmasının bir mənası və izahi varmı?


Dini baxımdan asqırmaq, “səbr gətirmə”yin və ya bunun tək ya cüt olmasının bir mənası və izahi varmı? Cavab: Birinci növbədə demək lazımdir ki, yuxarıda qeyd edilən və formalaşan bu fikirlərin heç birinin dini və nə də elmi əsası yoxdur. Tam əsasssız bir fikirlərdir. İkinci növbədə vurğulamaq lazımdır ki, asqırmaq nə inki nəhslik əksinə yaxşı və hikmətli əməllərdən xəbər verir. Hədislərin birində gəlib ki asqırmağ bədəni rahatlaşdırar və sağlam edər və asqırmaq olan gündə fizioloji baxımdan insanda ölüm gətirən səbəblər ortaya çıxmaz. İmam Rza asqırmağın hikməti haqda maraqlı bir hədis buyurur: “Allah insana nemət verir və insan ona görə şükr etmir. Bəzən Alah bu insanın bədəninə bir yel salar. Bu yel bədəndə fırlanar və gəlib, burundan və ağızdan çıxar. Bu zaman asqırmaq gələr.\" İmam Rza belə davam edir: Buna görədir ki asqran adam dərhal “Əl-Həmdu-lillah” (Allaha şükür) desin! Allah bu asqırmağı vaxtında etmədiyin şükrün əvəzində səndən alar.


Pulun məstliyi insanı necə yıxır?


Pulun məstliyi insanı necə yıxır? Bəzən biz başqaları ilə söhbət edən zaman deyirik ki, mən filan qədər pul qazanıram və ya filan qədər pulum vardır. Həmin “vardır” sözünü demək insana yersiz və ziyanlı məstlik gətirər. Ona görə də İmam Əli (ə) buyurur ki, nemətlərin məstliyindən qorxun ki, İlahi nemətlər sizi məst etməsin. Çox az insan vardır ki, nemət onu məst etməz. Pul, insana qüdrət qazandırmaq, hacətlərini yerinə yetirməkdə ona yardım edən vasitə olmasına baxmayaraq, əxlaq müəllimləri tərəfindən həmişə məzəmmət olnumuşdur. Əslində pulun özü məzəmmət olunmur, bu pulu yığıb, xəzinə halına salanlar məzəmmət olunur. İmam Əli (ə) buyurur: “Ey sarı (dinar) və ağ (dirhəm), məndən qeyrisini aldadın”. Çünki o zaman ki, insan pula sahib olar, pulun qüdrət gətirəcəyinə görə yanlış etiqadlara qapanar. Bu təfəkkür onu həlak edər. Ona görə də İmam Əli (ə) tövsiyə edir: “Rifah və nemətə qərq olmağın məstliyindən çəkinin və İlahi cəzanın aqibətlərindən qorxun”...


İmam Zaman ağa (ə.f) ruzisini haradan qazanır?


İmam Zaman ağa (ə.f) ruzisini haradan qazanır? İmam Zaman ağanın (ə.f) qeybi zamanında ruzi qazanması iki cür həyata keçə bilər:
-Biri budur ki, Həzrətin (ə.f) qeybi möcüzə olduğu kimi, ruzisi, qaldığı yer də möcüzə şəklində ona verilər. Necə ki, Həzrət Məryəm (s.ə) İlahi süfrədən bəhrələnərdi. Hz. Zəkəriyyə (Bir gün) dedi: «Ey Məryəm, sənə bu ruzi haradandır?». Dedi: «O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız ruzi verir»”. (“Ali-İmran” 37).
-İkinci variant budur ki, Həzrət (ə.f) öz ruzisini başqa insanlar kimi qazanır. İqtisadi sahədə səy göstərir və ruzisini qazanır. Bu variant da mümkündür. Belə ki, hədislərdə oxuyuruq ki, İmam Zaman (ə.f) sizin aranızdadır, sizin evlərinizə qonaq gəlir və xalçalarınızın üstünə qədəmlərini basır...


Nə üçün İmam Hüseynə “Əbu Abdullah” ləqəbi verilmişdir?


Nə üçün İmam Hüseynə “Əbu Abdullah” ləqəbi verilmişdir? “Əbu Abdullah” künyəsi barədə üç nöqtəni qeyd etmək lazımdır:
1. Ərəbin övladı olduqda körpəyə ad qoymaqdan əlavə ona künyə də təyin edərdilər. Hüseyn ibn Əlinin “Əbu Abdullah” künyəsi hələ azyaşlı olduğu müddətdən təyin olunmuşdur.
2. İmam Hüseynin Abdullah adlı bir övladı olmuşdur və o, Kərbəlada şəhadətə çatmışdır. Sanki Abdullah Kərbəlada dünyaya gəlmiş və anasının adı Rübab idi. O, Əli Əsğərdən başqa bir övlad olmuşdur.
3. İmam Hüseynin qiyamı dinin qalıcılığı və təkallahlılıq uğrunda olmuşdur. Dünyada hər bir təkallahlılın ibadəti Qiyamətədək İmam Hüseynin hərəkat və şəhadətinə borcludur. Bu səbəbdən o, bütün Allah bəndələrinin atasıdır. Yəni “Əbu Abdullah” – Allah bəndəsinin atası.


Qiyamət günü ölülər nəyə peşiman olub, hansı arzunu edəcəklər?


Qiyamət günü ölülər nəyə peşiman olub, hansı arzunu edəcəklər? Quran və hədislərdə ölülərin peşiman olub, arzu etdikləri əməllər: “Nаmаz qıl. Hәqiqәtәn, nаmаz insаnı pisliklәrdәn uzаqlаşdırır.” (“Әnkәbut” 45.)
-“Cәhәnnәm әhlindәn sоruşаrlаr: Hаnsı әmәl sizi cәhәnnәmlik еtdi? Cаvаbındа dеyәrlәr: Biz nаmаz qılаnlаrdаn vә еhsаn еdәnlәrdәn оlmаdıq.” (“Müdәssir” -42-44.)
-İmаm Sаdiq (ә) buyurub: “Nаmаz insаnlаrlа cәhәnnәm оdu аrаsındа bir qаlхаndır vә günаhlаrın kәffаrәsidir.”
-Pеyğәmbәr (s) buyurub: “Hәr gün bir mәlәk qәbiristаn әhlinә хitаb еdir: Sizdәn bir kәsin аrzusu vә yа qibtә еtdiyi vаrmı? Оnlаr cаvаb vеrәrlәr: Biz nаmаz qılаnlаrа vә оruc tutаnlаrа qibtә еdirik ki, nә üçün biz dә оnlаr kimi bu әmәllәri yеrinә yеtirә bilmirik.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter