Dilə qarşı məsuliyyətin ağır olması haqda Hz Peyğəmbər və İmam Əli (ə) nə buyurmuşlar?!


Əxlaq alimləri bu əqidədədirlər ki, dili islah etmək çox çətindir. Əlləri dinc qoyub başqasının üzünəsillə vurmaqdan, ayaqları nalayiq yerə getməkdən çəkindirmək mümkün olduğu halda, diləsahib durub, onu islah etmək çox müşkül məsələdir. Buna görə də məsum İmamlar (ə) dili günahdan qoruyub saxlamaq üçün ciddi tapşırıqlar vermişlər. Çünki insanda baş verən günahların çoxu dilin islah olunmamasından irəli gəlir.
Peyğəmbər (s) buyurur: \"İnsanın buraxdığı səhvlərinəksəriyyəti onun dilindəndir\".
Həzrəti-Əli (ə) belə demişdir: \"Dil eləbir yırtıcıdır ki, əgər başını buraxsan, quduzlaşıb insanı qapar...


Bığ tüklərinin azaldılması haqqında Hz Peyğəmbər (s) və İmam Sadiq (ə) nə buyurmuşlar?!


Peyğəmbər (s) və İmam Sadiq (ə)-dan bu barədə nəql olunmuş hədisdə deyilir:\"Bığ tüklərinizi uzanmağa qoymayın yoxsa şeytan orada özünə yer edib sizi vəsvəsəyə salar.Və bu da sizdə qəm-qüssənin artmasına səbəb olar. Bığlarınızı o qədər az saxlayın ki, dodağınızın əti görsənsin. Bığ tüklərinizi və dırnaqlarınızı iki həftə arasında (bir həftə tamam olduqdan sonra ) qısaldın və bilin ki, bu gözəl sünnət xora xəstəliyinin qarşısını alır. Və cümə günləri bığ tüklərinizi azaltdığınız zaman bu duanı oxuyun:
(Bismillahi və billah və əla sunnəti Muhəmməd və ali Muhəmməd) Cümə günü bu duanı oxuyub bığ tüklərini azaldan şəxs islam Peyğəmbərinin (s) övladlarından birini azadlığa buraxmış kəslərin savabını qazanar və ömrünün sonunadək çətin xəstəliklərdən uzaq olar..


Qohum-Əqrəba ilə gözəl rəftar və onlara insanın ehtiyaclı olması haqda Hz Əli (ə) nə buyurmuşdur?!


Hz Әli (ə) bu haqda buyurur: «Ey camaat! Bu bir həqiqətdir ki, var-dövlət sahibi olsanız da qohum-əqrəbanızdan və onların himayəsindən ehtiyacsız deyilsiniz. Hər bir şəxsin qohum-əqrəbası və ailə üzvüləri ona ən böyük arxa və yardımçıdırlar. Qarşılaşdığı çətinliklərdə hamıdan çox onlar maraqlanar, çətinliklərin aradan qaldırılmasında çalışarlar.
«Agah olun ki, maddi vəziyyətiniz imkan verdiyi təqdirdə qohum-əqrəbalarınız çətinliklərlə üzləşərkən onlardan üz döndərib tək qoymamalısınız. Var-dövlətiniz onlardan gizlətməklə artmayacaqdır və əgər onların yolunda sərf edərsinizsə yenə də azalmayacaqdır. Bilin ki, əgər qohum-əqrəba ilə əlaqəni kəsərsinzsə onları edəcəyiniz yardımdan, özünüzü isə hər şeydən məhrum etmiş olursunuz. Onlarla gözəl davranıb mehribançılıqla rəftar etdikdə isə, qohumluq əlaqələrini daha da möhkəmlətmiş olursunuz»...


Məsumlar sakkalı uzatmaq və onu necə saxlamaq haqda nə buyurmuşlar?!


Saqqalı uzatmağın qaydaları - Saqqal nə çox uzun, nə də çox qısa saxlanılmamalıdır.Bir çox alimlər saqqal qırxmağı haram bilmişlər. Dodağın üst və kənarlarını qırxmağın isə heç bir maneəsi yoxdur və yaxşı olar ki,bu iki hissə bir qədər çox qırxılsın. İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: \"Saqqalın uzunluğu yumruqdan böyük olmamalıdır (yəni saqqal əl ilə tutulduqda ovucdan bayıra çıxmamalıdır). Bundan artıq olarsa onu mütləq azaltmaq lazımdır.
Məhəmməd ibni Müslümdən nəql olunmuş rəvayətdə deyilir:İmam Baqir (ə) saqqalını bərbərə düzəltdirdiyi zaman onu dairəvi etməsini istəyirdi. Peyğəmbər (s) saqqalı uzun olan şəxsləri gördükdə onlara saqqallarının qıraqlarını azaltmağı tövsiyə edərdi.


Hz Peyğəmbər (s) qonşunun haqları barədə verilən suala hansı cavabı verdi?!


Peyğəmbər (s), qonşuların bir-birlərinin üzərində olan hüquqlarını belə izah edir: «Qonşularınızın sizin üzərinizdə nə kimi hüquqlara malik olduqlarını bilirsinizmi?»
Dedilər: «Xeyr». Həzrət (s) buyurdu: «Әgər onlar sizdən kömək istəyirlərsə yardım etməli, borc istədikdə [imkan daxilində] verməli, bir şeyə ehtiyac duyduqda ehtiyaclarını təmin etməli, uğur qazandığı zaman onu təbrik edib sevincinə şərik olması, xəstələnərsə görüşünə getməli, əzizlərindən birini itirdiyi zaman baş sağlığı verməli, dünyasını dəyişdiyi zaman dəfn mərasimində iştirak etməli, ev tikdiyin zaman icazəsi olmadan onun evinə külək və günəşin düşməsinin qabağını kəsməməli və meyvə aldığın zaman ona da verməlisən. Әgər bunu etməzsinizsə heç olmasa uşaqlarınız əlində meyvə küçəyə çıxmasın..


Vəfat edən müsəlmanın, həyatda olan müsəlman üzərində olan şəri 5 haqqı nələrdir?!


Müqəddəs İslam dini həyatın hər bir sahəsi üçün qanunlar müəyyən etmiş və insanın üzərində haqqı və vəzifələri qoymuşdur.Vəfat edən müsəlmanın da həyatda olan müsəlmanlar üzərində müəyyən haqları vardir.Bunlar aşağıdakılardan ibarətdir:
1-Can verən müsəlmanı qibləyə tərəf döndərmək (yəni onu yataqda ayaqları qibləyə tərəf uzartmaq):
2-Canını tapşırdıqdan sonra onun cənazəsinə üç qüsl vermək: -1)Sidirli su ilə -2)Kafurlu su ilə -3)Adi su ilə
Qeyd edək ki,cənazəyə qüsl verərkən \"tərtib\"ə riayət olunmalıdır,yəni əvvəlcə baş,sonra bədənin sağ tərəfi və sol tərəfi yuyulmalıdır...


Insan nə üçün başqalarının eyb və nöqsanlarını aşkara çıxarmaq istəyir?


Әxlaq alimləri qeybətə səbəb olan səkkiz mühüm amilə işarə etmişlər:
1. Vicdan rahatlığı; İnsanların bir çoxunun qeybət etməkdən ən başlıca məqsədləri öz eyb və nöqsanlarını kiçik hesab etmək və ya onların üstünü örtməkdir. Bu dəstəyə aid olanlar öz eyb və nöqsanlarından agah olduqda, onları aradan qaldırmaq əvəzinə başqalarının eyblərini aşkara çıxarıb böyüdər. Yəni bu, təkcə mənim eybim deyildir, başqalarının nöqsanları məndən də çoxdur. Mənim eyb və nöqsanlarım olduqca az və cüzidir. Beləliklə onlar özlərinə bəraət qazanıb rahatlıq hiss edərlər. Təbii ki, belə bir səbəb üzündən başqalarının qeybətini edən şəxslər günahlarının üzərinə bir günah da artırmış olurlar. Çünki, hər bir şəxs öz əməllərinə görə məsuliyyət daşıyır və başqalarının ondan daha çox günah etdiklərini bəhanə gətirib tövbə edib səhvlərini düzəltməkdən boyun qaçıra bilməz. Bu səbəbdən də etdiyi əvvəlki günah olduğu kimi qalır və başqalarının qeybətini etməklə günahlarının üzərinə bir günah da gəlir...


Baş və saqqalın daranması haqqında İmam Sadiq (ə)-dən iki hədis


İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:\"Təmiz və səliqəli paltar geyinib saç-saqqalınızı daradıqda düşmənləriniz sizə həsəd aparıb narahatçılıq hissi keçirərlər.”Başı vaxt-aşırı daradıqda bədənin hərarəti eyni səviyyədə qalar.Saqqalı daradıqda isə dişlər möhkəmlənər və boğazda olan bəlğəmin təmizlənməsinə səbəb olar.
İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir hədisdə deyilir:\"Qəm-qüssədən və kədərdən uzaq olmaq istəyirsinizsə paltarlarınızın təmizliyinə və saç-saqqalınızın vaxtlı-vaxtında daranmasına fikir verin.\\Əllamə Məclisi \"Möminlərin zinəti\"


Dırnaq tutmağın fəzilətləri haqqında məsumlardan hədislər...


Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir:\"Dırnaq tutmaq bir çox xəstəliklərin qarşısını alar və ruzinin bol olmasına səbəb olar.”
İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: \"Dırnaqlarınızı vaxt-aşırı tutun ki,Şeytan orada özünə yer etməsin. Əgər dırnaq daim uzun olarsa hafizə zəifləyər və insanda huşzuzluq xəstəliyi yaranar.”Peyğəmbər (s) səhabələrə etdiyi tövsiyələrin birində buyurur:\"Kişilər vaxt-aşırı dırnaqlarını tutmalı, qadınlar isə onları bir qədər uzadıb təmizliyinə fikir verməlidirlər.”
Rəvayətlərin birində deyilir:Səhabələr Quran ayələrinin bir müddət nazil olmadığını görüb Peyğəmbər (s)-ın yanına gəlib ondan bunun səbəbini soruşdular.Peyğəmbər (s) buyurdu: Dırnaqlarınızı tutmayır, təmizliyə riayət etməyirsiniz belə, olduğu halda ayə nazil ola bilərmi?!


Allah-Təalanın (c.c) insanların üzərinə qoyduğu ən ağır 3 vəsifə hansılardır?!


İmam Sadiq (ə) sonuncu (şifahi) sualımdan başqa bütün suallarıma təmkinlə cavab verdi.
Sonra buyurdu:\"Allahın insanların üzərinə qoyduğu ən ağır vəzifə bu üç şeydən ibarətdir:
1)Ədalət və insafa riayyət etmək.Belə ki,hər bir müsəlman öz müsəlman qardaşı ilə elə rəftar etməlidir ki,ba.qalarının da onunla eyni tərzdə rəftar etmələrini istəyir;
2)Müsəlman qardaşının şəraitini nəzərə almalı və öz malını onlardan əsirgəməməlidir;
3)Hər zaman Allahı xatırlamalı.Lakin bu heç də o demək deyildir ki,daim \"Sübhanəllah\" və \"Əlhəmdulillah\" deyərək zikr etməlidir.Xeyr,O haramla qarşılaşdığı zaman Allahın onun gördüyü bütün işlərdən agah olduğunu yəqin edərək ondan uzaq olmağa çalışmalıdır\".


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter