İslam Maarifində hansı əməllərdir ki, Allah-Taala (c.c) o işləri görənləri cəzalandıracaq?!


Nisa” surəsinin 31-ci ayəsində buyurulur: \"Əgər qadağa olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlardan təmizlənərsiniz...”
İslam dinində bir sıra əməllər haram buyurulub və Mütəal Allah onları yerinə yetirənləri cəzalandıracaqdır. Bu əməllərdən bəziləri aşağıdakılardır;
1-Allahın qəzəbindən qorxub çəkinməmək.
2-Allahın mərhəmətinə naümid olmaq.
3-Allahdan qeyrisinə səcdə etmək.
4-İnsanları Allahdan qeyrisinə tapınmağa yönəltmək.
5-Ata-ananı incitmək, qəlbini qırmaq.
6-Qohumlarla əlaqəni kəsmək.
7-Başqalarının malına əl uzatmaq, icazəsiz istifadə etmək...


Həzrəti Əli (ə) vilayətini inkar edən 4 nəfərin aqibəti haqda nə buyurmuşdur?!


Cabir ibn Abdullah Ənsari belə nəql edir: \"Günlərin birində həzrət Əli (ə) camaat qarşısında moizə edirdi. Əvvəldə Allaha həmd-səna etdikdən sonra buyurdu: \"Burada Məhəmmədin səhabələrindən dördü siz camaatın qarşısındadır. Dediyim bu dörd nəfər bunlardır:
1. Ənəs ibn Malik. 2. Əş`əs ibn Qeys. 3. Bəra ibn Azib Ənsari. 4. Xalid ibn Yəzid Bəccəli.
Sonra bu dörd nəfərin hər birindən təkbətək bu sualı soruşdu. Əvvəlcə üzünü Ənəs ibn Malikə tutub dedi:
\"Ey Ənəs! Məgər sən Peyğəmbərin(s) mənim haqqımda dediyi bu sözləri eşitməmisən ki,–\"Hər kimin mövlası mənəm, Əli də onun mövlasıdır.”
Bunları eşitdiyin bir halda inkar etmiş olsan, Allah-təala səni bərəs (dəri xəstəliyi) xəstəliyinə düçar edəcək. Bu xəstəlikdən əmələ gələn ağ ləkələr başını və üzünü tamamilə bürüyəcək. Elə bir vəziyyətdə olacaqsan ki, əmmamə ilə də bu ağ ləkələri gizlədə bilməyəcəksən...


İnsаnа nаzil оlаn bәlа yаlnız günаhа görәdirmi? İmam Sadiqin (ə) hədisi


Bir аlim dеmişdir: \"Әgәr çiy әt оdlа bişmәsә, süfrәyә gәlmәyә lаyiq dеyil. Hәmçinin, nаqis insаn bәlаlаrın vә müsibәtlәrin оdu ilә bişmәsә, Аllаhın büsаtınа lаyiq dеyil. Оnа görә dә Аllаhın dоstlаrının bәlаsı çох оlur.” Çünki hәdislәrdә dеyilir:
\"Dünyаdа әn çәtin bәlаlаr pеyğәmbәrlәrin, sоnrа vәsilәrin, sоnrа yuхаrıdаn аşаğıyа dоğru оnlаrа tаbе оlаnlаrın bаşınа gәlir.”
Sәbbаh ibn Sәyаbәt dеyir: \"İmаm Sаdiqdən (ә) sоruşdum ki, insаnа nаzil оlаn bәlа yаlnız günаhа görәdirmi? Buyurdu: Хеyr. Аllаhın insаnın nаlәsini еşitmәsi vә оnun üçün хеyir әmәl yаzmаsı vә günаhını bаğışlаmаsı üçün dә bәlа nаzil оlur. Bu qiyаmәt üçün zәхirәdir...


İmam Zaman (ə.c)-ın gəlişi və tanıtdırılması üçün hansı işləri görmək lazımdır?!


İmam Zamanın (ə.f) tanıtdırılması üçün kömək etməyin yolları
1. Etiqad və düşüncə cəhətdən İmama yardım etmək. Allahın Höccətinə öz etiqad və düçüncə qüdrətini qüvvətləndirməklə onunla kamil şəkildə bağlılıq yaradıb, xalis şiə olsun.
2. Dildən İmama (ə.f) yardım və onun düşmənlərinin əleyhinə istifadə etməklə kömək etmək.
3. Maddi cəhətdən İmama (ə.f) yardım etmək. İmamın (ə.f) düşmənləriylə mübarizə aparmaq ona kömək etməkdirsə, onun dost və şiələrini maddi cəhətdən kömək etməkdə İmama (ə.f) yardım etməkdir.
4. Rəftar və davranış vasitəsilə İmama (ə.f) yardım etmək.Şəxs elə rəftara sahib olmalıdır ki,İmamın (ə.f) dostlarının iftixarına və onun düşmənlərinin xarlıq və məğlubiyyətinə səbəb olsun...


İslam maarifində \"Hərəm” nə deməkdir?


Allah-Taala Həzrət Adəm (əleyhissalam)-ı behiştdən xaric edərək onu Səfa dağına atdı. O zaman Adəm (əleyhissalam) özünü qaranlıq bir aləmdə hiss etdi. Allahın əmri ilə bir dürr Kəbənin yerində qərar tutdu. Bu dürrün ziyası (işığı) Məkkənin dağlarına yayıldı. Bu dürrün nurunun əhatə etdiyi o sahəyə \"hərəm” deyərlər. Hərəmi müəyyən əlamətləri ilə hüdudlanıbdır.
1. Hərəmin şimal tərəfi məscidi-Tənimlə məhdudlaşır ki, bu məscid Mədinə yolunun üstündədir və Məscidül-Hərama qədər 6 km məsafəsi var.
2. Cənub tərəfi \"izaətül-ləbən” məntəqəsi ilə məhdudlaşır. Yəmən yolunun üstündə qərar tutub və Məscidül-Hərama qədər 12 km məsafədə yerləşir.
3. Şərq tərəfdən Taif yolunun üstündəki \"Cəranə” məntəqəsi ilə məhdudlaşır...


Haqqı eşitməmək insanın haram yeməsinə görədir?! İmam Hüseynin (ə) hədisi


Kərbəlada İmam Huseyn (ə) düşmənlərə belə xitab edərək buyurur: Ey camaat! Niyə həqq sözü eşitməkliyə, həqqi görməkliyə xoşunuz gəlmir? Ona görə ki, yedikləriniz haramdır. Qarnınız, qəlbiniz haramla dolub. Qəlblərinizin möhürlənməsinə, həqqi görüb dərk etmədiyinizə səbəb yediyiniz haram tikələrinizdir. Vay olsun, ölüm olsun sizlərə və sizin kimi şəxslərə...
İmam Əli (ə) 45-ci namədə belə nəsihət edərək buyurur: \"Ağzına apardığın loğmaya (yediyin hər şeyə) fikir verib diqqət et.\" \"Əgər halal olması sənə məlum olmazsa yemə, ondan uzaqlaş, qəbul etmə...


Romalı xristianın gördüyü yuxuların mənasında İmam Əli (ə) hansı izahatları verdi?!


Roma ölkəsindən olan xristian bir kişi yedi yuxu görür və İmam Əli (ə) bu yuxunu onun üçün yozur və o da təsdiq edir.
Birinci yuxusu. İmam (ə) buyurur: \"Yuxuda görmüsən ki, bir saray səmadan asılmışdır ki, oraya qızıldan kürsülər qoyulmuşdur. Ətrafında kənizlər, nökərlər və mələklər vardır. Bu sarayın ətrafını isə donuzlar və meymunlar tutublar. Yozumu budur ki, o saray axəril-zamanda olan zalım sultanın sarayıdır. İnsanlar zəkat vermədiyinə görə mallarını insanlardan alar. Sultanın ətrafında zalımlar vardır ki, ona zülm etməkdə yardım edərlər\".
İkinci yuxu. İmam (ə) buyurur: \"Görmüsən ki, səmadan yataq asılmışdır. İnsanlar onu parçalayırlar və ondan az bir miqdar qalır. Yozumu budur ki, həmin yataq müxtəlif məzhəblərdirlər ki, axəril-zamanda insanlar ona etiqad bəsləyəcəklər. Məzhəbdən bir şey qalmayacaqdır, məgər bir sap qədər\"...


İmam Sadiq (ə) sukut etməyin fayda və təsirləri haqda nələr buyurmuşdur?!


İmam Sadiq(ə) sükutun faydaları haqda buyurur: \"Sükut həqiqət əhlinin məsləki, dünyanın sabit və dönməz həqiqətlərinə bəsirət gözü ilə baxanların şüarıdır. Məhz elə şəxslər həqiqətlərdə qabaqcıl olmuş, yazılmamış kitablardan oxunulmamış uzun müddətli təhqiqatlar aparmış, həqiqətləri üzə çıxarmışlar.\"Sonra sükutun fayda və təsirlərini sadalayaraq buyurur:
1.Sükut bütün rahatlıqların açarı, dünya və axirətin asayişidir.
2.Sükut Allah razılığına səbəb olur.
3.Sükut Qiyamət günü haqq-hesabın yüngül olmasına səbəbdir.
4.Sükut xəta və uçurumlardan qorunmaq vasitəsidir...


Hz Peyğəmbər (s) Hz Xədicənin məqamı haqqında nələr buyurmuşdur?!


Həzrət Xədicə haqqında Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in kəlamı
1. Xədicə birinci qadın idi ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə iman gətirdi.
2. Xədicə behiştin ən fəzilətli qadınlarındandır.
3. O bir qadın idi ki, Allah-Taala Cəbrail vasitəsi ilə ona salam göndərmişdir.
4. Xədicə elə bir qadın idi ki, hər zaman Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onu yad edər və ağlardı.
5. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sair qadınlarına onun haqqında belə buyurmuşdu: \"Xədicə mənə iman gətirəndə siz hələ kafir idiniz...


İslam Tarixində \"Hüzn ili” hansı hadisələrlə əlaqədardır?!


... Əbu Talib dünyasını dəyişəndə də oğlanlarına tapşırdı ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən muğayat olsunlar.
Əbu Talibin İslama iman gətirməsini həm onun sözlərində, həm də Peyğəmbəri himayə etməsində görə bilərik.
Besətin 10-cu ili, Əbu Talibin vəfatından 35 gün sonra Peyğəmbəri-İslama ruhən dayaq və arxa olan digər bir hamisi–zövcəsi həzrəti Xədicə də dünyasını dəyişdi.
Bu iki ağır itki Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in həyatında dərin təsir bağışladı.
Bu il tarixə \"Hüzn” ili kimi daxil oldu. Bu müddətdə Allah-Taala Peyğəmbərə bir möcüzə də bəxş etdi, bu da onun meracı idi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter