Bu cümləni deməklə, İmam Əli (ə) düşmənlərə qalib gəlirdi
İmam Hüseyn (ə) buyurur: “Atam nəql edir: “Bədr döyüşünə bir gecə qalmış Xızr peyğəmbəri (ə) yuxuda gördüm və ona dedim: “Mənə elə şey öyrət ki, onunla düşmənə qalib gəlim”. O, mənə dedi: “De: یا هُوَ یا مَن لا هُوَ إلاّ هُوَ، ”
O zaman ki, səhər açıldı, onu Peyğəmbərə (s) danışdım. Buyurdu: “Ey Əli! Allahın əzəmətli adı sənə öyrədilmişdir”.
Bədr günü bu cümlə davamlı olaraq dilimdə idi””. İmam Əli (ə) bu cümlələrdən sonra “Tövhid” surəsini oxuyurdu. Sonra yenə həmin cümləni deyir və buyururdu: “Məni bağışla və kafir dəstəyə qalib et!”...
Bərzəx aləmində gecə və gündüz olacaqmı?
... “Orada taxtlara söykənəcək, orada nə istinin şiddətini nə də soyuğun şiddətini görəcəklər”. (“İnsan” 13). Bu ayə Qiyamətdən sonrakı həyata işarə edir.
Qiyamətə işarə edən ayələrə bu ayələri də misal çəkmək olar: “Zəncirlər və halqalar boyunlarına bərk bağlanaraq yerdə (Cəhənnəmə) sürükləndikləri zaman! Vücudları qaynar suyun, sonra odun içində odla dolacaq”. (“Ğafir” 71-72). Bərzəx aləminin istisi və alovu insanları narahat edər, ancaq odda yanmaq – Qiyamətə aid olan mövzulardandır. Beləliklə deyə bilərik ki, bərzəx aləmi dünyaya bənzəyən mücərrəd bir dünyadır ki, orada səma və yer vardır. Orada behişt və cəhənnəm vardır, ancaq Qiyamətdən sonrakı behişt və cəhənnəm kimi deyildir. Mümkündür ki, sadəcə qorxutmaq xarakteri daşıyır. İnsanların əsil əzab və mükafatlanması Qiyamətdən sonra baş verəcəkdir. Ona görə də bərzəx aləmini Qiyamətin behişt və cəhənnəminə açılan pəncərə adlandırırlar.
Qəbir aləmində qohumlar bir-birləri ilə görüşə biləcəklərmi?
... İnsan ruhu bərzəx aləminə daxil olandan sonra fikir və əqidəsinə əsasən, xüsusi şəraitdə qərar tutur.
Hədislərimiz nəql edir ki, möminlərin ruhları bərzəx aləmində görüşəcəklər. Bir-biri ilə söhbətlər edəcəklər. O zaman ki, bir mömin dünyasını dəyişəcəkdir, başqa möminlər onun yanına gələcək və halını soruşacaqlar. Əgər aralarında yaxınları vardırsa, dünyada qalanların halından sorğu-sual edəcəkdir.
İmam Sadiq (ə) buyurur: “Ruhlar cəsədlərə bənzəyirlər. Behiştdə behişt meyvələrindən istifadə edərlər. Bir-birini tanıyarlar. Bir-birini sorğu-sual edərlər. O zaman ki, dünyada bir nəfər ölər, ruhu bərzəx aləminə gələr və başqa ruhlar onunla görüşməyə gedərlər”.
Etdiyimiz yaxşı əməllər ölənlərimizə müsbət təsir edirmi?
İmam Sadiq (ə) buyurur: “Ölən insan, onun üçün istənilən rəhmət və bağışlanmağa görə şad olar, necə ki, diri insan, ona hədiyyə verilən zaman sevinər”. (Tebyan)
İnsanın öləndən sonra mühüm mövzularından biri də bərzəx təkamülü mövzusudur. Yəni, insan bərzəx aləmində, öləndən sonra ona nəsib olan bərəkətlərdən bəhrələnər. Əgər həyatda saleh övladı olarsa və onun üçün bağışlanma diləyərsə, onun dərəcəsi qalxar. Ona görə də hədislərimiz bizə tövsiyə edir ki, ölülər üçün bağışlanmaq istəyək və ya onları yada salıb, yaxşı işlər görək.
Hədislərimiz buyurur ki, saleh övlad sədəqə kimidir və bərzəx aləmində sahibi üçün əcrə malikdir. Saleh övlad valideynləri üçün istiğfar edər, Allah da onlara Öz rəhmətini şamil edər. Bəzən övlad valideynini yada salmadan da, yaxşı işlər görər. Bu yaxşı iş yaxşı tərbiyənin məhsulu olduğu üçün, Allah bu əmələ görə onu bərzəxdə bəhrələndirər. Əzabına son verər...
İmam Əlinin (ə) hədisinə əsasən Rükuda boyunu aşağı salmağın sirri nədir?!
Bir nəfər Əmirəl-mömininə (ə) deyir: “Ey Allahın ən yaxşı məxluqunun əmisi oğlu! İlk təkbirdə iki əli yuxarı qaldırmağın mənası nədir?”.
Həzrət (ə) buyurur: “Mənası Allahu Əkbərdir. Və “Allahu Əkbər”in mənası odur ki, Allah vahiddir və təkdir ki, heç bir şey Onun kimi deyildir və heç bir şeylə müqayisə oluna bilməz. Hiss orqanları ilə dərk edilməz”. Həmin şəxs deyir: “Bəs rükuda boyunu aşağı əyməyin mənası nədir?”.
Həzrət (ə) buyurur: “Mənası budur ki, آمنت بوحدانیتک و لو ضربت عنقی Yəni, sənin vahidliyinə iman gətirdim, baxmayaraq ki, boynumu vursan belə”.
Sadiqinlər kimlərdir ki, onlarla birgə olmaq lazımdır?
Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun”. (“Tövbə” 119). Bəs doğruçular, sadiqinlər deyildikdə kimlər nəzərdə tutulur? Sadiqinlər sözünün geniş mənaları vardır. Ancaq hədislərdən belə qənaətə gəlmək olur ki, sadiqinlər – məhz Məsumlardırlar (ə).
Səlim ibni Qeys nəql edir: “Bir gün Həzrət Peyğəmbər (s) insanlarla söhbət edirdi. O, buyurdu: “Sizləri Allaha and verirəm, Allahın (yuxarıda) nazil olan ayəsinin mənası nədir?”. Salman buyurur: “Ey Allahın Rəsulu! Bu ayənin mənası ümumidir, yoxsa xüsusi?”.
Həzrət (s) buyurur: “Bu əmrin məmurları – bütün möminlərdirlər. Ancaq sadiqin – qardaşım Əmirəl-mömininə (ə) aiddir”.
Bəs sadiqinlər ki, ancaq Məsumlara (ə) aid edilir, ayə sadəcə bir zamana işarə edir, yoxsa bütün zamanlara?...
İslam maarifinə əsasən Ədalətdən də üstün olan sifət nədir?!
Ədalət hər iki tərəfi nəzərə almağına baxmayaraq, ehsan bir tərəflidir. Ona görə də kiməsə pislik edilərsə və qarşı tərəf onu bağışlayarsa – bu cür hala ehsan deyərlər.
Ehsandan üstünü isə ikramdır. İkram odur ki, ona pislik edən şəxsi nəinki bağışlayar, hələ bir onun pis əməlinə yaxşı əməllə cavab verər və fədakarlıq edər.
Dinimiz buyurur ki, müsəlmanlar arasındakı rabitə gərək ehsan həddində olsun. Həqiqi ehsan odur ki, insan başqalarına yaxşılıq edəndə onun cavabını gözləməsin. Əslində Allahın onu tərifləməsi ona kifayət edər.
Bunu qeyd etmək lazımdır ki, Allah insanı ibadət etmək üçün xəlq etmişdir. Ubudiyyət hədəfinə çatmaq üçün insanın təqvaya ehtiyacı olar. Ona görə də hər kim İlahi təqvaya malik olmaq istəyirsə, gərək iki asan yolu seçməlidir. Quranın nəzərinə görə bu iki yolun biri – ədalət və o birisi – ehsandır. Ona görə də Allah Quranın bir çox ayələrində insanları ədalətə və ehsana dəvət edir. Çünki məhz ədalətə riayət etmək və ehsan yolu ilə təqva əldə etmək olar. Hər kimin təqvası olar, ədalətli və ehsan əhlindən olar. Beləliklə deyə bilərik ki, ədalət baxmayaraq ki, ən üstün fəzilətli sifətlərdəndir, ehsan və ikram ondan daha üstündür.
Zühur zamanı Həzrət İmam Məhdinin (ə.f) edəcəyi ilk işlər nələr olacaq?!
Zühur zamanı əziz İmamın (ə.f) Məkkə şəhərində edəcəyi ilk işlər:
1. Tanıtmaq. İmam Səccad (ə) buyurur: “O Həzrət danışacaq və deyəcəkdir ki, ey insanlar, mən filankəsəm, filankəsin oğluyam. Mən Peyğəmbərin (s) övladıyam. Sizi o şeyə dəvət edirəm ki, Allahın Peyğəmbəri (s) dəvət etmişdir”.
2. Təcavüzkarlara qarşı müdafiə. Hədisin ardınca deyilir: “Ona hücum ediləcəkdir ki, onu öldürsünlər. 313 nəfər onu müdafiə edəcəkdir”.
3. İbadət. Müdafiə olunduqdan sonra rüknlə məqam arasında dörd rükət namaz qılacaqdır.
4. Beyət almaq. İmam Sadiq (ə) buyurur: “Bu zaman səmadan onun adına nida gələcəkdir və o, məqamın arxasında olacaqdır. Səhabələri ona deyəcəklər: “İndi sizin adınızla nida olundu, nəyi gözləyirsiniz?”. Bu zaman onun əlindən tutub ümumi beyət üçün gətirərlər. Həzrət gələr və Həcərul-əsvədə söykənər”...
İmam Zaman ağa (ə.f) hansı silah ilə zühur edəcəkdir?
Hədislərdə oxuyuruq ki, İmam (ə.f) zühur edən zaman qılıncla zühur edəcəkdir. İmam Zaman ağanın (ə.f) zühur edən zaman hansı silahla gələcəyi barəsində iki nəzər vardır:
1. Qılınc deyildikdə həqiqi qılınc nəzərdə tutulmur. Bəlkə məqsəd həmin dövrün silahlarıdır.
2. İmamın (ə.f) silahı qılınc olacaqdır, müasir silahlar deyil.
Bu dəstə insanlara sual verilir ki, bəs Həzrət (ə.f) ancaq qılıncla müasir silahların qarşısında nə edəcəkdir? Bunun üçün bir neçə ehtimal irəli sürülmüşdür:
1. Baxmayaraq ki, İmam (ə.f) qılıncla zühur edəcəkdir, Allah həmin qılıncda elə qüdrət və möcüzə qoyacaqdır ki, bütün müasir silahları məhv edəcəkdir.
2. Allah, zühur əsrində bütün müasir silahları işdən salacaq və insanlar məcbur olub qılıncla vuruşacaqlar...
Fəhlənin pulunu kəsməyin günahı haqda hədislər nə buyurur?
İslam dini fəhlə və işçilərin zəhmətini həmişə dəyərləndirmişdir. Çünki onlar halal ruzi qazanmaq üçün abırlı bir peşəyə malikdirlər və qazanc əldə etmək üçün zəhmət çəkər, alın təri tökərlər. Onlar Allah yolunda cihad edənlərin əcrinə malikdirlər.
Həzrət Əli ibni Əbutalib (ə) də zaman-zaman fəhləlik, usatlıq edirdi. Bəzən quyu qazar və su çıxardardı. Bəzən də kiminsə bağında torpağı şumlayardı və bu işi iftixarla yerinə yetirərdi. Çünki halal ruzi qazanmaq istəyirdi.
Həzrət Peyğəmbər (s) yenə buyurur: “Hər kim fəhlənin muzdunu az verər, Allah əməlini batil edər və 500 illik məsafədən gələn behiştin iyi ona haram olar”.
Həzrət (s) başqa yerdə buyurur: “Fəhlənin muzdunu az vermək - böyük günahlardandır”.
İmam Əli (ə) Peyğəmbərdən (s) nəql edir ki, Həzrət (s) buyurmuşdur ki, bir fəhləni işə götürməzdən əvvəl muzdunu təyin etmək lazımdır.