Kəhf səhabələrinin ruhu 309 il harada idi?
“Beləliklə, Biz onlara o mağarada bir neçə il ağır bir yuxu hakim etdik”. (“Kəhf” 11). Əslində bu yuxu Kəhf səhabələrinin Allaha etdikləri duanın nəticəsidir. Belə ki, onlar Allaha deyirlər: «Ey Rəbbimiz, Öz tərəfindən bizə bir rəhmət bəxş et və işimizdə bizim üçün bir hidayət və nicat hazırlığı gör». (“Kəhf” 10). Onlar uzun zaman yuxuda olurlar və yuxuları o qədər ağır olur ki, heç bir səs onları yuxudan ayılda bilmir. Əllamə Təbatəbai buyurur: “Onların yatmağı ona bənzəyir ki, sanki ana əlini aram şəkildə körpəsinə vuraraq, onu yatızdırar və körpənin diqqətinin dağılmasının qarşısını alar və onu yatızdırar”. Kəhf səhabələri elə yatırlar ki, sanki oyaqdırlar. Çünki gözləri açıq idi. Allah Təala ununla bağlı belə buyurur:“Və (gözləri açıq olduğu üçün) onları oyaq sanardın, halbuki yatmışdılar. Və (geyim və bədənlərinin çürüməməsi üçün) onları (yatdıqları halda) sağ tərəfə və sol tərəfə döndərirdik”. (“Kəhf” 18). Beləliklə deyə bilərik ki, insan ruhu o yatan zaman da Allah Təalanın yanına qalxar, necə ki, insan ölən zaman qalxar. Kəhf səhabələrinin yuxusu adi yuxu deyildi. Onlar möcüzəvi bir yuxuda idilər.
İslam maarifinə əsasən Yersiz sual verməkdən niyə çəkinmək lazımdır?
(“Maidə”. 101). Bu mübarək ayə müsəlmanlara tövsiyə edir ki, yersiz sual verməkdən çəkinsinlər. Misal üçün, əgər kimsə Həzrət Peyğəmbərdən (s) və ya Məsum İmamdan (ə) soruşsa ki, mən nə zaman öləcəyəm? Ya övladlarım, həyat yoldaşım nə zaman öləcəkdir? Təbiidir ki, bu cür sualların cavabı insanı qəmgin və kədərli edər. Bəzən də insan bu cavablardan xoşu gəlmir və onu inkar etməyə qalxır. Necə ki, növbəti ayə buyurur: “Əlbəttə, sizdən qabaq bir dəstə bu şeyləri soruşdu, sonra isə ona kafir oldu”. (“Maidə” 102).
Bəzən də insan yersiz sual verərək, özü üçün asan olanı çətinləşdirər. Bəni-İsrayil kimi. Onlara əmr olunur ki, bir inək kəssinlər və hər nə qurban etsəydilər, qəbul olunacaqdı. Ancaq onlar bu inəyin nişanələrini soruşmağa başlayan zaman, işləri çətinləşdi. Məcbur oldular ki, bir müddət belə bir inəyi axtarsınlar. Özlərini dərdi-sərə saldılar.
Bəzi sualları isə vaxtından əvvəl soruşurlar. Ona görə də ona cavab verilməz. Əgər cavab verilsə də, faydası olmaz. Misal üçün elə bir elmi sual verilər ki, hələ tədqiqatları sona çatmamışdır...
Bu alim Həzrət Məsumənin (s.ə) hərəmində ilk dəfə camaat namazını təşkil etmişdir
Mərhum Seyyid Murtəza ölən zaman belə vəsiyyət edir: “Bütün ömrüm boyu qıldığım namazları yenidən qılın”.
Səbəbini soruşan zaman, alim deyir: “Mən namaza aşiq və Allahla dərdləşməkdən zövq alan insanam. İbadətlərimdən çox ləzzət almışam.
Həmişə namazın vaxtı girməzdən əvvəl dəqiqələri saymışam. Buna görə də ola bilsin ki, namazlarım xalis olmasın. Onu yerinə yetirən zaman xüsusi ruhi halda olmuşam. O namaz ki, bir faizi belə Allahdan qeyrisi üçün olar, Allah dərgahına layiq olmaz”.
Ayətullahul-üzma Mərəşşi-Nəcəfinin ən bariz sifətlərindən biri namazı, xüsusilə də sübh namazını əvvəl vaxtda qılmaq olmuşdur. Bu arif, Həzrət Məsumənin (s.ə) hərəmində camaat namazını təşkil edən insan olmuşdur.
İnsanın dəyəri nə qədərdir? Meyarı bilmək olurmu?
İnsanın Allah-Taala (c.c) dərgahında dəyəri onun Allahı günahla qarşılaşan zaman xatırladığı qədərindədir!! İnsanın ağlı, onun qəlbindən qeyri bir üzvdür. Hədislərimiz buyurur ki, sizin ölçünüz, əslində qəlbinizdə olanların ölçüsü qədərdir. Ona görə də Qiyamət günü qəlbimizdə olanlara görə ölçülərik. Axirət tərəzisi doğru tərəzidir və onda səhvə yol verilməz.
Qəlbində Allahın yeri hər nə qədər çox olarsa, həmin insanın dəyəri də bir o qədər çox olar. Ona görə də bu dünyada əldə etdiyimiz mərifəti gərək qəlbimizlə qəbul edək və dərk edə bilək. Əks halda ancaq dilimizdə oxumaqla kifayətlənsək, həmin elmin bizə heç bir faydası olmayacaqdır. Əmirəl-möminin (ə) buyurur: “Peyğəmbərdən (s) daha alimi və daha nuranisi yox idi. Ancaq o, ətrafında olanların əksər hissəsini adam edə bilmədi. Onlar da Peyğəmbərdən (s) istifadə etməyi bacarmadılar”...
Bərzəxdə insanın bədəni dünya bədəninə oxşayırmı?
Hədislərimizin buyurduğu kimi, bərzəx bədəni – həqiqətdir. Bizim üçün məchul görünsə də, ancaq həqiqətdə insan bu dünyadan bərzəx aləminə düşən zaman dünya bədənini tərk edər və ruhu bərzəx bədəninə daxil olar. Bu bədən insanın dünyadakı bədəninə çox bənzəyər, ancaq maddi olmaz. Mücərrəd bir bədən olar ki, ona misali bədən deyilir.
Bu haqda hədislərimdizə oxuyuruq. İnsan hansı aləmdə olursa-olsun, bədənə malik olar. İstər məna aləmində olsun, istər dünyada və axirətdə. Ona görə də belə deyildir ki, ruh özbaşına mövcud olsun. Ruh olan yerdə bədən də olar. İmam Sadiq (ə) buyurur: “(Bərzəxdə) möminlərin bədənləri onların dünya bədənlərinə oxşayar”.
İslam şəriətinə görə hansı dəstə insanlara salam vermək məsləhət görülmür?!
İnsanların elə dəstəsi vardır ki, dinimiz onlara salam verməyi məsləhət görmür. Bu insanlar ibarətdir:
1. Qumarbazlar. 2. Şərabxorlar. 3. Ğina əhli olanlar. 4. Söyüş söyməyə adət edən insanlar. 5. Düşmənlər.
Çünki salam vermək bir növ məhəbbəti bildirməkdir. Ona görə də o şəxs ki, harama üz tutmuşdur və dinimizin düşmənidir, ona salam vermək heç də bəyənilən əməllərdən hesab olunmur.
İslam şəriətinə görə hansı dəstə insanlara salam vermək məkruhdur?!
Salam verməyin məkruh olduğu hallar:
1. Naməhrəm kişinin naməhrəm cavan qadına salam verməsi. İmam Əli (ə) də Peyğəmbər (s) kimi cavan qadınlara salam verməkdən çəkinərmiş.
2. Namaz qılana salam vermək. Bəzi fəqihlərin nəzərinə görə, namaz qılan insana salam vermək məkruhdur. Ancaq bəzi fəqihlər belə hesab etmir.
3. Cənazəni müşayiət edənlərə.
4. Cümə namazına tələsən insana. Çünki onu vacibatını yerinə yetirməkdən saxlamış olarsan.
5. Hamamda olan insana. Bu insana salam vermək onun xoşuna gəlməz, çünki hansı halda olduğundan xəbər tutmağın onun xoşuna gəlməz.
Qadının öz əri üçün bəzənməsi haqda hədislər nə buyurur?!
İnsan da gözəlliyi sevir və zinət ardınca olur. Kişi ilə qadın öz bəzənməklərinə diqqət etməli və gözəl görünməyə çalışmalıdırlar. Çünki, bəzənmək – mömin üçün halal hesab olunur. Qadınlar adətən qulaqları vasitəsilə ləzzət duyarlar. Daima gözəl sözlər eşitmək istəyərlər. Ancaq kişilər gözləri vasitəsilə ləzzət alarlar. Ona görə də qadın gərək əri üçün bəzənsin və gözəl görünsün. Həzrət Peyğəmbər (s) buyurur: “Necə ki, kişi qadınla bağlı hüquqlara riayət etməlidir, qadın üçün də lazımdır (həmin hüquqlara riayət etsin). Belə ki, əri özünü xanımı üçün bəzədiyi kimi, qadın da özünü həyat yoldaşı üçün bəzəməlidir”.
Həzrət Rəsuli-Əkrəm (ə) başqa yerdə buyurur: “Ən üstün qadın o qadındır ki, əri üçün çoxlu bəzənər və zinətlənər. Ancaq özünü özgələrdən örtər”.
Məsumların hədislərinə əsasən dünyanın ən yoxsul adamı kimdir?!
Bu dünyada ən yoxsul və ən fəqir insan – cahil insandır. Ona görə də deyə bilərik ki, yoxsulluqdan da pis bəla – cəhalətdir. O cahil ki, dini mərifətdən uzaqdır, o, ən yoxsul və ən bədbəxt insandır. Ustad Ənsarian bu haqda buyurur: “Bu dünyada ən fəqir və ən yoxsul insan – cahil insandır. Maddi elmə cəhaləti olan deyildir, dini mərfifətə cəhaləti olan insan.
Allah Təala Quranda buyurur: “Onlar dünya həyatının zahirini bilirlər (hiss etdikləri və bəhrələndikləri şey onlar üçün məqsəddir və əsasdır) və axirətdən (dünya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər”. (“Rum” 7).
Bir çox insanlar maddi elmi yaxşı bilsələr də, dini savadları yoxdur. O kəsin ki, Allaha, Qiyamətə və İlahi əhkama biliyi olmaz – həqiqətdə saleh əməli də olmaz. Çünki cahildir və heç bir zaman nicat tapmayacaqdır...
İmam Zaman ağanın (ə.f) ata ilə bağlı alimə tövsiyəsi nə oldu?!
Seyyid Muhəmməd Musəvi Nəcəfi-Hindi adı ilə məşhur olan Əmirəl-möminin (ə) hərəminin İmam-cüməsi və böyük alimdir.
Bu alim Şeyx Baqirdən nəql edir ki, etimad olunan və mömin insanlardan olmuşdur. Onun qoca bir atası var idi ki, daima xidmətində durmaq üçün səy göstərirdi. Məgər çərşənbə günündən başqa ki, həmin gündə Səhlə məscidinə gedər və gecəni orada ibadətlə məşğul olardı. (Tebyan)
Ancaq bir müddət sonra məscidə getməyi tərk etdi. Ondan bunun səbəbini soruşan zaman demişdi: “40 gün çərşənbə axşamı oraya getdim. 40-cı gecə təxirə düşdü. Günəş batan zaman yola düzəldim və yolun üçdə biri qalmışdı ki, mehtab yolumu işıqlandırdı. Bir nəfər ərəbi gördüm ki, ata minmişdi. Mənə tərəf gəlirdi. Ürəyimdə dedim ki, bu şəxs yəqin ki, quldurdur və məni soyacaqdır...