Quran məntiqində ailə qurmağın əsas məqsədi nədən ibarətdir?!
Quran məntiqində ailə qurmağın əsas məqsədi ruhi təskinlik və... Ər-arvad arasında sevgi
\"Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun nişanələrindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır.\" (Rum, 21).
İzah: Bir çox Quran ayəsi möminləri ailə qurmağa rəğbətləndirir. Bəzi dinlərdən fərqli olaraq, İslama görə evlilik Allaha yaxınlaşma, Şeytandan və nəfsani ehtiraslardan uzaqlaşma amilidir. Allah-Taala ailə qurmağı aramlıq və mehribanlıq səbəbi, ər-arvad arasında sevgi və ülfəti isə öz lütf və qüdrətinin nişanəsi hesab etmişdir...
Ər-arvad arasında ixtilafın həlli yolu üçün Qurani Kərim hansı məsləhəti edir?!
Quranın ailə ixtilaflarının həlli üçün irəli sürdüyü təklif cəmiyyətdə hüquqi və psixoloji təkliflərdən olduqca yaxşıdır.
\"Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, (hər şeydən) Xəbərdardır.\" (Nisa, 35).
İzah: Bu ayənin müraciəti yalnız ər-arvada yox, həm də ailə böyüklərinə və şəriət hakimlərinədir. Onlara tövsiyə edir ki, əgər ər-arvad arasında ixtilaf şiddətlənərsə, vasitəçilik etsinlər və hər birinin tərəfindən bir nümayəndə seçsinlər. Müzakirə və danışıqla aramlıq yaratmağa və problemin həllinə çalışsınlar...
Bu dünyadan sonra başqa dünya və insanlar yaradılacaqmı?
Bu dünyadan sonra başqa dünyanın xəlq olması ona bənzəyir ki, mahir rəssam başqa bir gözəl şəkil çəkər və çəkdiyi bu şəkil gözəllikdə heç də o biri şəkillərdən geri qalmaz. Əgər Qurani-Kərimə və Məsumların (ə) buyuruşlarına nəzər salsaq, görərik ki, Allah Təala Qiyamətdən sonra yeni dünya və yeni insanlar xəlq edəcəyinə işarə etmişdir. Ona görə də insan gərək cahillik edib lovğalanmasın ki, yer üzərində xəlq olunan ən üstün varlıqdır. Məsumlar (ə) Allahın izni ilə elə şeyləri bilirlər ki, insanlardan heç biri ondan xəbərdar deyildir. Quran açıq şəkildə bu haqda bir şey deməmişdir, sadəcə bəzi ayələrində işarə etmişdir. “Məgər Biz (varlıq aləminin) ilk yaradılış(ın)da aciz qalmışıq (ki, onların yenidən qaytarılmalarında da aciz qalaq)?! Məsumların (ə) bəzisi bu haqda aşkar şəkildə məlumat vermişdilər ki, onlar İmam Baqir (ə) və İmam Sadiqdir (ə).
Kərbəlada 4 oğulu qurban verən ANA kim idi?!
Ümmül-Bəninin dünyaya gətirdiyi 4 oğul Aşurada İmam Hüseynə dayaq idilər. Onların hamısı İmam Hüseyn və Aşura qiyamı yolunda şəhid oldular. Ümmül-Bənin Əbul-Fəzl Abbas adlı elə bir şəxsi dünyaya gətirdi ki, Kərbəla qiyamının ikinci qəhrəmanı oldu. Daha sonra onun Abdullah, Cəfər və Osman adlı oğulları Aşurada şəhid oldular. Bundan sonra ona \"Oğullar Anası\" ləqəbi verildi. Artıq Aşura olub keçmiş, Əhli-beyt əsirləri Mədinəyə qayıtmışdılar. Mədinədə Aşura faciəsinə görə tez-tez əzadarlıq olurdu. Bəni-Haşimin qadınları növhə və mərsiyyə oxuyanda Ümmül-Bənin deyə çağırırdılar. Bir gün Ümmül-Bənin dözməyib dedi: Bundan sonra məni “Oğullar Anası” deyə çağırmayın. Mənim ki indi oğlum yoxdu. (Hamısı Kərbəlada şəhid olmuşdular). Onları mənim yadıma salmayın. Haçansa oğullarım var idi. Onlarla adlanırdım. İndi isə “La Min Bənin\" (Oğulsuz) olmuşam.
Az danışmağın dəyəri haqda hikmətli kəlamlardan nə buyurulmuşdur?!
Az danışmağın insana xeyirləri haqda hikmət dolu kəlamlar:
“1-Sükut həqiqət əhlinin məsləki, dünyanın sabit və dönməz həqiqətlərinə bəsirət gözü ilə baxanların şüarıdır.
2-Sükut hər növ rahatlığın açarı, dünya və axirətin asayişidir.
3-Sükut Allahın razılığına səbəb olur.
4-Sükut qiyamət günü haqq-hesabın yüngül olmasına səbəb olur.
5-Sükut xatalardan və uçurumlardan qorunmaq vasitəsidir.
6-Sükut nəfsani qüvvələri boğmaq üçün vasitədir...
Hansı namazı Peyğəmbər (s) namaz hesab etmirdi?
Əbu Hüreyrə rəvayət edir ki, bir gün Peyğəmbər məsciddə idi. Bir nəfər də məscidə daxil olub namaz qılmağa başladı. Peyğəmbər kənardan ona baxırdı.
Həmin adam namazı çox tələsik və başdansovdu qılırdı. Qılıb qurtarandan sonra çıxıb getmək istəyəndə Peyğəmbərə salam verdi (yəni Onunla sağollaşdı) , Peyğəmbər onun salamının cavabını alıb buyurdu: \"Get, namazını bir də başdan qıl. Çünki sən namaz qılmadın\". O adam yenə həmin şəkildə namazını təzədən qıldı. Peyğəmbərə salam verib getmək istəyəndə o, həzrət yenə buyurdu: \"Namazını başdan qıl, çünki sən namaz qılmadın\". Üçüncü dəfə də bu hadisə təkrar oldu...
Mələklər günahların çirkinliyindən paklanmaq üçün hansı əmələ sığınmağı tapşırırlar?!
Məşhur hədislərin birində deyilir ki, namaz vaxtı çatdıqda xüsusi mələklər möminlərə (hətta yatmış olsalar belə) namazı xatırladıb deyir:
“Ayağa qalxın, çiyninizdə ağır yük olan və öz zərərinizə yandırdığınız günah atəşini namazın suyu ilə söndürün!”
Bu kimi rəvayətlərdən belə anlaşılır ki, atəşin üstünə tökülən su onu södürdüyü kimi namaz da insanı pak etməklə yanaşı günahları ondan uzaqlaşdırır.
Bu şərif ayə də həmin nöqtəyə işarədir: “Günün iki vaxtı və gecənin əvvəlində namaz qıl. Həqiqətən, yaxşılıqlar pislikləri aradan aparır...”
Qurani Kərimi oxumağın savabı haqda 20 hədis!
1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Quran oxusun. Elmin əvvəlini və axırını (öyrənmək) istəyənlər gərək Quran oxusunlar.”
2-İmam Əli (ə) buyurmuşdur: “Ən fəzilətli zikr Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur.”
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həddi-büluğa çatmamışdan qabaq Quran oxuyanlara, şübhəsiz ki, hikmət verilmişdir.”
4-İmam Əli (ə) buyurmuşdur: “Yeddi yerdən başqa vaxtlarda həmişə Quran oxuyun: 1-Rükuda. 2-Səcdədə. 3-Hacətləri istəyəndə. 4-Hamamda. 5-Cünub halında. 6-Heyz halında. 7-Nifas halında....
İxbatın mənası və əhlinin 4 xüsusiyyəti hansılardır?!
İxbat sözü üç mənanı əhatə edir: təvazökarlıq, vüqar və xuşu. Əgər bu üç məna bir yerdə cəm olarsa, ixbat mənasını verər. --(“Həcc” 34-35).
Bu ayədə muxbitinlər təvazökar və xalis bəndələr kimi tanıdılmışdır. Əgər kimsə müuxbitdirsə onda bu dörd sifət mütləq olmalıdır.
1. “Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”. (“Ənfal”
2). Yəni, Allahın adı çəkilən zaman eşidərlər. Yəni, Allahın adını eşidən zaman qəlblərində xüsusi bir hal meydana gələr ki, xuşu ilə birlikdə olar.
2. İlahi əzəməti dərk etmək halı. Əvvəl iman qəlbə daxil olar və ondan sonra Allahın adı çəkilən kimi onu eşidər. Əgər Allahın adını yanımızda çəkən zaman onu eşitmiriksə, deməli imanımız kifayət qədər deyildir. Əgər qəlbdə kifayət qədər iman olarsa, Allahın əzəmətini dərk edər...
Müxlislər kimi ibadət etmək üçün hansı şərti qəbul etmək lazımdır?!
O insanlar ki, Allahı tanıyır və Ona mərifət və elm üzərindən iman gətiriblər – həm namazlarını və həm də başqa ibadətlərini aşiqcəsinə yerinə yetirərlər, adət halını aldığı üçün deyil. Allaha xalis ibadət edənlər, yəni müxlislər yaxşı bilirlər ki, nə edirlər və nə üçün edirlər. Çünki onların Allahın müqəddəs zati sifətlərinə elmləri vardır və Allahın sifətlərini yaxşı dərk edirlər. Onlar Allahı tanıdıqları və Ona tam imanları olduqları üçün, xaliscəsinə ibadəti yerinə yetirərlər. Onlar Allahın onlara əta etdiyi nemətləri görər və ona görə şükür edən – şakir olarlar. Həmd və şükürlərini həmin xalis namaz və orucla bəyan etməyə çalışarlar. Onlar, Allaha olan elmlərinin səviyyəsinə görə məsuldurlar. Bu səbəbdən onların yerinə yetirdikləri namaz və oruc, öz elmlərinin səviyyəsinə görə ən yaxşı ibadət hesab olunur...