İnsana verilən nemətləri dilə gətirmək lazımdırmı?


Allah Təala insana çox sayda nemət vermişdir. Bu nemətlərin bəzisi davamlı, bəzisi isə bir müddətdən sonra əldən gedəndir. Ariflərimiz nemətlə bağlı üç mühüm nöqtəni vurğulamışdılar ki, onları bilmək bizim üçün də çox faydalıdır.
1. Nemət – qürb əlamət deyildir. Necə ki, bəla Allahdan uzaqlaşmaq deyildir. Nemət daha çox Allahın bəndələrinə verdiyi imtahan vasitələridir. Bəzən bəla da belə, nemət hesab olunur. İmam Sadiq (ə) buyurur: “Allah Təala bəndəsini sevən zaman onu bəlaya qərq edər”. Həzrət Peyğəmbər (s) buyurur: “Müsibətlər – Allahın bəxşişləridir”.
2. İlahi nemətləri dilə gətirmək nəinki bəyənilməz deyil, hətta əksinə - vacibdir. Hər kim neməti dilinə gətirər, onun şükrünü də yerinə yetirər... (“Zuha” 11).


Qurani Kərimdə qeyd olunan Zahiri nemət nədir, batini nemət nə?


Qurani-Kərim buyurur: “Məgər Allahın göylərdə və yerdə olanları (onlardan öz mənfəətləriniz üçün istifadə edəsiniz deyə) sizin üçün ram etdiyini və Öz aşkar və gizlin nemətlərini sizə bol və geniş şəkildə bəxş etdiyini görmürsünüzmü?! İnsanlardan bəzisi heç bir elmi (və əqli dəlili) və düz yol göstərəni aşkar və aydınlıq gətirən (səmavi) kitabı olmadan (ona əsaslanmadan) Allah barəsində mücadilə və mübahisə edir”. (“Loğman” 20).
Muhəmməd ibni Ziyad nəql edir: “Sərvərim Musa ibni Cəfərdən (ə) (yuxarıdakı ayədə deyilən) zahiri nemət barəsində soruşdum. Həzrət (ə) buyurdu: “Zahiri nemət – Zahiri İmamdır. Batini nemət isə Qaib olan İmamdır”. Soruşdum: “Məgər İmamlar arasında kimsə var ki, qeyb olubdur?”. Buyurdu: “Bəli. O, insanların gözündən gizli olacaqdır. Ancaq onu yada salmaq möminlərin qəlbindən qeyb olmayacaqdır.


Ən böyük nemət hansıdır?


Bəzilərinin nəzərinə görə, ən böyük nemət – sərvət, məqam, rifah, qüdrətdir. Ancaq əslində ən böyük nemət odur ki, insan İlahi hədəfinə çata bilsin.
O kəsin ki, çoxlu nemətləri olar, ancaq hədəfinə çatmazsa – o kəsə bənzəyir ki, çoxlu maşınları vardır, ancaq özü küçədə taksi axtarır.
Bu səbəbdən deyə bilərik ki, ən böyük nemət – İlahi hidayət, mərifət, kamil itaət, daxili həvəslərdən nicat tapmaq, Məsumlar (ə) kimi rəhbərlərə malik olmaqdır.
“Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit)bir din kimi sizin üçün İslamı qəbul etdim”. (Maidə/ 3).



İmam SAdiq (ə) Nafilə namazlarının sirri necə açıqlamışdır?!


Abdullah ibni Sənan nəql edir: “İmam Sadiqin (ə) xidmətində olan zaman ona dedim: Nə üçün Peyğəmbər (s) zöhr namazından əvvəl 8 rükət nafilə və əsr namazından əvvəl 8 rükət nafilə namazı qılardı? Həmçinin niyə məğrib namazından sonra 4 rükət nafilə qılardı və niyə gecə namazını gecənin sonunda qılardı, əvvəlində deyil?”.
Həzrət (ə) buyurdu: “Nafilələrin qılınması – vacib namazların təkidi üçündür. Belə ki, əgər insanların namazları ancaq dörd rükət zöhr olsaydı, ona görə mütləq səhlənkarlıq edərdilər. Bu həddə ki, bəzən vaxtını belə keçirərdilər və onu qılmazdılar. Ancaq o zaman ki, vacib namazlardan başqası haqlarına (boyunlarına) qoyular, namazın çox olmasına görə sürətlənərlər ki, bəlkə hamısını vaxtında yerinə yetirə bilsinlər.


Behiştin ali dərəcəsini əldə etmək üçün ən sadə yol hansıdır?!


Ailə kiçik bir cəmiyyət olaraq, insanların daha tez islah olunmasına yardım edən bir məkandır. İnsan öz ailəsində mənəvi nuru əldə edər və kamil olmağa çalışar. Bu yolda ona bütün ailə üzvləri yardım edərlər. Ancaq bir cəmiyyətin bu cür islah olması və kamala çatması daha çətin bir mövzudur. Bir insan tək halda özünü islah etmək istəsə, yenə də çətin olar. İmam Rza (ə) buyurur: “Əgər kişi ona məhrəm olan qadınlardan birini sevindirərsə, Allah Təala Qiyamət günü onu sevindirər”. Bəzən insanlar behiştin ali dərəcəsinə çatmaq üçün çox ağır yollar seçirlər. Ancaq bilmirlər ki, bu dərəcəni əldə etməyin asan yolu da vardır. Əgər siz ailə üzvlərinizə qarşı diqqətcil olsanız, bu əməl sizə böyük nuraniyyət bağışlaya bilər. Övladlarınıza və həyat yoldaşınıza etdiyiniz xidmətlər sizə minlərlə savab qazandırar. Hz Peyğəmbər (s) buyurur: “Kişinin həyat yoldaşının yanında əyləşib söhbət etməsi Allah yanında həmin kişinin Kəbə evinin kənarında etikaf etməsindən daha üstündür və savabı da daha çoxdur”.


Hansı 7 əməl insanı peyğəmbərlər (ə) və şəhidlərlə məhşur edər?!


Həzrət Peyğəmbər (s) buyurur: “7 əməl vardır ki, ümmətimdən hər biri (ona) əməl edərsə, Allah Təala onu peyğəmbərlər (ə), siddiqlər, şəhidlər, salehlərlə məhşur edər”. Soruşurlar ki, onlar hansılardır? Buyurur: “1. Kimisə həccə göndərər. 2. Yardım istəyənə kömək edər. 3. Yetimi böyüdər. 4. Yolunu azmışı hidayət edər.
5. Susuza su verər. 6. Acı doyuzdurar. 7. İsti havada oruc tutar”./Deyerler.


Yoxsullar kimi yaşayar, yoxsullar kimi də ölər, kimdi ki, varlılar kimi hesaba çəkilər?!


Hərislik o rəzil sifətlərdəndir ki, həm insanın özünə və həm də ətrafında olanlara çoxlu ziyanlar vurar. Bu ziyanlar ilə tanış olaq:
1. Hərislik, insanı əbədi əzaba düçar edər.
2. Həris insan heç bir zaman doymaz, hətta bütün dünyanın malik olsa belə. Yenə də özünü yoxsul hesab edər.
3. Həris insan yoxsullar kimi yaşayar, yoxsullar kimi də ölər. Ancaq Qiyamət günü zənginlər kimi hesaba çəkilər.
4. Hərislik, insanı həlak edər. Çünki həris insan dünyaya bağlandığı üçün ətrafında olan təhlükələri görməz. Tələsərək, irəli doğru hərəkət edər.
5. Hərislik insan abrını aradan aparar. Çünki həris insan boynundan zəncir asılmış əsir kimidir. O tərəfə və bu tərəfə çəkilər...


Qurani-Kərimi neçə saata oxuyub bitirmək mümkündür?


Qəzzadan olan Quran hafizi Vasim Nadal Qurani-Kərim kitabını fasiləsiz oxumaqla 11 saata xətm edib. O, Qurani-Kərim kitabını Fələstinin siyasi xadimlərinin və Quran xatiblərinin hüzurunda 11 saata oxuyub. Nadal bir müddət bundan əvvəl \"Dar el-Quran\" seminariyasını bitirib. O, Qurani-Kərim kitabını 11 saata oxumaqla rekorda imza atıb. Nadal, səhər 11-də Qurani-Kərimi oxumağa başlayıb və axşam namazına bitirib. Müşahidə qrupunda Fələstinin aparıcı HƏMAS təşkilatının siyasi bürosunun üzvü Ruhi Moştaxi də iştirak edib.




Hədislər naməhrəmə baxmağın ziyanı haqda nə buyururlar?!


Həzrət İmаm Sаdiq (ә) buyurub: “Hаrаm bахış şеytаnın охlаrındаn biridir. Bir hаrаm bахışın uzun hәsrәti vаr.”
“Birinci bахış cаizdir, ikinci bахış sәnin zәrәrinәdir, üçüncü bахış isә hәlаkәtdir.” Bir kişi Pеyğәmbәrə (s) dеdi: Filаn kәs qоnşusunun nаmusunа bахır. Әgәr imkаn оlsа, hаrаm iş dә әncаm vеrәr. Hәzrәt qәzәblәndi vә buyurdu: Оnu mәnim yаnımа gәtirin. Bu vахt bаşqа bir kişi dеdi: О, sizin şiәlәrinizdәndir. Sizin vә Әlinin (ә) vilаyәtinә vә dоstluğunа imаnı vаr. О, sizin düşmәnlәrinizdәn uzаqlаşır. Pеyğәmbәr (s) buyurdu: “Dеmә, sizin şiәlәrinizdәndir. О, yаlаn dеyir. Bizim әsl şiәlәrimiz әmәldә bizә itаәt еdәnlәrdir!”




Qurani-kərim uğurlu evliliyin şərtini nədə görür?!


Naməhrəmlə dostluq etməmək: \"(Bu kənizlər) namusunu qoruyan, zinakarlıq etməyən və gizli dost (aşna) saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə evlənin və mehrlərini (şəriətə) müvafiq qaydada verin.\" (Nisa, 25).
İzah: İslam naməhrəmlə dostluq etməyi və münasibət qurmağı qəti qadağan etmişdir. Bu gün – Qərb mədəni ekspansiyasının gücləndiyi bir dönəmdə – bu məşum hadisənin dağıdıcı nəticələri həmişəkindən daha çox izah olunmalıdır ki, bu əxlaqi rəzalətin daha çox yayılmasının qarşısı alınsın. Qəribə burasıdır ki, bəziləri yeniyetmə yaşlarında naməhrəmlə dostluq etməməyin insanlarda bir növ psixi boşluq yaratdığını iddia edir və dinin bununla aşkar müxalifətini yozmağa çalışırlar. Halbuki bir çox psixi çatışmazlıqlar və məşum ictimai nəticələr bu sahədə laübalılıqdan irəli gəlir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter