XANIMLARIN XORLA DİNİ ŞEİRLƏR (DİNİ MAHNILAR) NAMƏHRƏMLƏR QARŞISINDA OXUMALARININ HÖKMÜ NECƏDİR? ONA QULAQ ASMAQ İCAZƏLİDİRMI?
Xanimlarin surud oxumasi (dini mahnilar ifa etmələri) fəsadsiz olsa (Behcət, Safi və Məkarim Şirazi həzrətlərdən başqa) hami onu caiz bilir.
ÖLÜMÜ YADA SALMAĞIN NƏ BELƏ FAYDALARI VƏ XEYİRLƏRI VAR?
İmam Əli (ə) Nəhcül-Bəlağədə ölümü yada salmağı beş mühüm xeyirlə müjdələmişdir:
1-Dünyanın ləğv işlərindən əl çəkməyə yönləndirər,
2-Çirkin və xoşgəlməz əməllərdən uzaqlaşmağa səbəb olar,
3-Xeyir işlərə tərəf yönəlməyə bais olar,
4-Dünyaya meyilliyin azalması,
5-İbrət öyrənməyə səbəb olar.
KOMPYUTERDƏ QUMAR ALƏTİ ILƏ OYNAMAĞIN HÖKMÜ NƏDİR?
Alimlər bu əməli haram bilmişlər və ya əzaba duçar olmaq ehtimal verilməsi səbəbəbindən çəkinməyi vacib bilmişlər.
XEYIRİŞLƏRI ƏNGƏLLƏYƏN AMİLLƏR HANSILARDIR?
Islam alimləri və böyük övliyalar əməllərdə yubatmaq, qəflət və halsızdığı xeyir işlərin əngəlləri kimi tanıtdırmışlar.
ÇƏTİNLİKLƏRƏ QALİB GƏLMƏK ÜÇÜN HANSI YOLLAR TÖVSİYƏ EDİLİR?
İnsan çətinliyə düşən zaman üç halda qalib çıxa bilər: çətinliklərə səbir edər, qəlb səhifəsini günahdan təmizləyər və qəlbini Allahı yada salaraq bəzəyər. ...
ŞEYTAN INSANI HANSI TƏLƏLƏR VASITƏSİLƏ ÇAŞDIRIR?
Əllamə Məclisi İmam Rzadan (ə) belə hədis nəql etmişdir: “Şeytan Adəmin (ə) vaxtından Həzrət İsanın (ə) vaxtına qədər peyğəmbərlərə (ə) zahir olardı. Onlarla danışar və onlara sual verərdi. Peyğəmbərlər işərisində Həzrət Yəhya (ə) şeytanla daha çox ünsiyyət bağlamışdır. ...
Ən yaxşı ehsan hansıdır və imanın ən yüksək mərtəbəsi hansı əmələ bağlıdır ?
İmam Sadiq (ə) buyurur: “O müsəlman ki, başqa bir müsəlmanın hacətini və ehtiyacını ödəyər, Allah Təala ona buyurar: “Sənin əcr və savabın Mənim öhdəmədir. Sənin üçün behişdən azına razı olmaram”. Biz insanları Allah elə xəlq etmişdir ki, istər istəməz bir-birimizə möhtacıq. Bəşərin vəzifələri aramızda bölünmüş və dünya bu cür fırlanmaqdadır. (Tebyan)
NİYƏ İNSAN ÇOX VAXT BİLDİKLƏRİNƏ ƏMƏL ETMİR?
Niyə insan çox vaxt bildiklərinə əməl etmir? Ola bilsin ki, bunun səbəbi - bildiklərimizə lazımlı qədər diqqət etməməyimizdir. Bəzən bildiklərimiz diqqətimizin mərkəzində olur və həmişə zehnimizdədir. Ancaq bəzən də qəflətə qapılaraq, bildiklərimizi yaddan çıxardırıq. Dini təlimlər bildiklərimizi daima xatırlamağımız üçün təfəkkür etməyi tövsiyə edir.
ŞEYTANLA İBLİS BİR-BİRİNDƏN NƏ İLƏ FƏRQLƏNİR?
Şeytan o kəsdir ki, insanı günah işlətməyə vadar edir, insanı ruhi cəhətdən xəstə edir. Allah insanı yaradan zaman Öz İlahi ruhundan ona üfürmüşdür. Sonra əmr edir ki, bütün mələklər ona səcdə etsinlər. Bu zaman İblis (lən) insanı səcdə edilməyə layiqli bilmədiyi üçün İlahi əmrdən boyun qaçırdır. Bu itaətsizliyinə görə də İlahi dərgahdan qovulur.
RİYANI MÜALİCƏ ETMƏK ÜÇÜN NƏ TÖVSİYƏ OLUNUR?
Bir çoxlarımızın düçar olduğumuz əxlaq rəzilliklərindən biri - riyadır. Əks mənası - ixlasdır. Riya insanın yaxşı əməllərini məhv edər. Behiştə daxil olmaq üçün əməl xalis olmalıdır. Ona görə də o əməl ki, riya ilə bir yerdə olar, Allah tərəfindən qəbul olunmaz.