Müdrik çoban Həzrət İsaya (ə) hansı 6 həqiqət barədə danışdı?
İsa (ə) səfələrindən birində Çobanla rastlaşır. ... Çoban deyir: “Ey, Allahın peyğəmbəri! Mən bütün elmlərin 6 həqiqətini öyrənmişəm: 1. Zamana qədər ki, Allahın halalı süfrədədir, haram yemərəm. 2. Zamana qədər ki, düzlük və doğruluq vardır, yalan danışmaram. 3. Öz eybimi gördüyüm üçün başqalarının eybinə diqqət etmirəm. 4. Allahın xəzinələrini boş görməyənə qədər insanların mal və sərvətinə tamah etmərəm. 5. O zamana qədər ki, iblis həlak olmayıb, onun vəsvəsəsindən qafil olmayacağam. 6. Ayağımı behiştə qoymayınca əzabdan amanda olmayacağam. ... Həzrət İsa (ə) onun dediklərini təsdiq etdi. ...dedi: “Əvvəlinci və axırıncı elm elə sənin dediklərindir”. (Erfan)
Dilin gətirdiyi bəlalardan necə qorunaq?
Dilin necə ki, insan həyatına ziyanları var, onun qarşısını almaq üçün yolunu da din təlimlərindən əldə etmək mümkündür. Hədislərə müraciət etməklə dilin ziyanlarından amanda qalmağı belə başa düşmək olar?
Həzrət Peyğəmbər (s) buyurur: “Bəndənin imanı o zamanadək düzəlməz ki, qəlbi düzəlsin və qəlbi də o zamanadək düzəlməz ki, dili düzəlsin”.
İmam Səccad (ə) buyurur: “Dilin haqqı odur ki, onu çirkin danışmaqdan qoruyasan və yaxşılıqlara adət verəsən, yersiz çox söz danışmağı kənara qoyasan, insanlara yaxşılıq edib, onlar haqqında yaxşı danışasan”. Nəticədə: Dilimizi günahdan saxlamaq üçün Allahı daha çox zikr edək və istiğfar edək.
Dinimizin nəzərində ən üstün xeyir nədir?
Bu sualı məsum İmamın sözü ilə cavablandırırıq. İmam Əli (ə) xeyri “Nəhcul-bəlağə”də belə şərh etmişdir: “İmamdan soruşrular ki, xeyir nədir? Cavab verir: “Xeyir bu deyildir ki, malın və övladın çox olsun. Bəlkə xeyir odur ki, elm və biliyin çox olsun”.
DÜŞMƏNLƏR QARŞISINDA BİZİM VƏZİFƏMİZ NƏDİR?
İslam düşmənləri qarşısında müsəlmanların vəzifəsi budur ki, vəhdət yaradan amillərə üz gətirməli və təfriqə yaradan fikir və rəftarlardan uzaq durmalıdırlar. Allah-Taala bu vəzifəni Ali-İmran surəsinin 103 cü ayəsində və Ənfal surəsinin 46 ayəsində buyrmuş və tələb etmişdir.
İŞLƏRDƏ İRƏLİ GETMƏK ÜÇÜN NƏLƏR ETMƏK LAZIMDIR?
İşlərdə irəli getmək üçün dörd əsas qaydaya diqqət edilməlidir:
1-İşi dəqiq və eşqli seçmək, 2-İşi həyatın əsas hissəsinə yerləşdirmək, 3-Fürsətləri qənimət bilmək, 4-İşlərdə işyoldaşlarla birgə hərəkət \"haqq yolunda\" etmək.
KİŞİLƏRİN QIZILDAN İSTİFADƏ ETMƏSİ HARAMDIR, BƏS AĞ QIZIL NECƏ?
Əgər qızıl cinsindən hesab olunsa \"deyilən ağ qızılın kişilərin geyinməsi\" - icazəli deyildir, baxmayaraq ki, rəngi ağ belə olsa. (bu barədə Xamenei həzrətlərinin 2 dildə cavabını geniş məlumatımızda oxuya bilərsiniz).
İMAM ƏLİ (Ə) XƏLİFƏLƏRİN DÖVRÜNDƏ YAŞADIĞI MÜDDƏTDƏ ETDİYİ FƏALİYYƏTLƏR NƏLƏRDƏN İBARƏT İDİ?
İMAM ƏLİ (Ə) xəlifələrlə (Əbu Bəkr, Ömər və Osmanın) yaşadığı dövrdə 7 əsas işləri görmüşdür:
1- Allah bəndəliyi şəxsiyyətinə layiqincə, 2-Quranın təfsiri, 3-Dünya alimlərinni suallarını cavablandırması,
4-Yeni şəri hökmləri cavablandırması, 5-Ruhu təmiz insanları tərbiyə etməsi, 6-Kimsəsizilərə arxa durması,
7-Xilafətdə olan siyasi məsələyə qarşı nümunəvi yol göstərmələri.
HANSI ƏMƏLLƏRDİR KI, ALLAH YANINDA İNSAN ƏMƏLLƏRİNDƏN SEVİLMİŞDİR?
Alllahın Rəsulu (ə) bu haqda buyurmuşdur: \"Az danışmaq, az yatmaq və az yemək Allah yanında sevilmişdir\". Cəvadi Amilu həzrətlərinin Məfatihül-Həyat kitabından, səh: 194).
HƏYATDA HANSI ŞEYLƏRDİR Kİ, AZI DA ÇOXDUR, DEYİLMİŞDIR?
İmam Baqir (ə) buna cavab olaraq buyurur: \"Dörd şey var ki, onun azı yenə də çox hesab olunar. Onlar ibarətdirlər: \"Yatmaq, xəstəlik, düşmənlik və od\".
NƏRDİN HÖKMÜ HAQDA ALİMLƏRİN FİKİRLƏRİNİ QEYD EDİN?
İmam, Təbrizi, Xamenei, Fazil və Məkraim Şirazi həzrətləri buyururlar: Nərd əgər qumar aləti hesab olunmasa və şərt ortada olmasa onu idman kimi oynamağin heç bir eybi yoxdur, başqa alimlər isə hər halda çəkinməyi lazim biliblər.