Mübarək dİnİmİz dünyanı bİzə necə tanıdır?


Dünya ləzzətləri bir çoxlarının gözünü kor etdiyinə görə, batinlərini dərk etməkdən qafil olarlar. Qafil və xəbərsiz insanlar üçün Quranda və hədislərdə çox sayda misallar çəkilmişdir. Hər biri o birisindən daha ayıldıcı və daha mənalıdır.


Həzrət Həvva Həzrət Adəmİn qabırğasından xəlq edİlmİşdİrmİ?


Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı”. (“Nisa” 1).


Fİtnə nədİr? Fİtnədən qorunmaq üçün nə edək?


İmam Əli (ə) elə bir dövrdə yaşayırdı ki, müxtəlif fitnələr və məkrlərlə üzləşirdi. Hətta Həzrət Peyğəmbərin (s) dövründə baş verən fitnələr: Qüreyşin İmam Əlinin (ə) xəlifəliyi ilə müxalifətliyi, Bəni-Saidənin “Səqifə” fitnəsi, səhabələrdən bəzisinin fitnəsi, naksinlərin, qasitinlərin, mariqinlərin və xəvariclərin fitnəsi kimi fitnələr İmam Əlinin (ə) dövrünə təsadüf edən fitnələr idi.


İblİsİn vəsvəsələrİndən necə amanda qalmaq?


Allah Təala günah və günahkarlar haqqında buyurur: “Aşkar və gizlin günahı (əməl və qəlb günahını və ya aşkarda və xəlvətdə edilən günahı) tərk edin! Şübhəsiz, günah qazananlar tezliklə mürtəkib olduqları şeyin müqabilində cəzalandırılacaqlar”.


Pul nə vaxt xoşbəxtlik gətİrər?


Bəziləri belə düşünür ki, səadət və xoşbəxtliyin tək amili - sərmayə və sərvətdir. İnsan heç bir sərvəti olmadan xoşbəxt ola bilməz. Xülasə, bu puldur ki, bütün problemlərin açarıdır....


Əsl yoxsul kİmdir?


Peyğəmbəri Əkrəm (s) bir gün öz səhabələrinə buyurur: “Yoxsul və kasıb kimdir?” Cavab verirlər ki, o kəsin ki, dinarı və dirhəmi yoxdur. Həzrət (s) buyurur: “Bu cür insan kasıb və yoxsul deyildir. Yoxsul və kasıb o kəsdir ki, Qiyamətə daxil olar və öhdəsində insanların haqqı olar.


Qİyamətdə əməllər necə təcəssüm olacaq?


Əməllərin təcəssüm olunması o deməkdir ki, insanın bu dünyada gördüyü bütün əməlləri o biri dünyada həmin əmələ uyğun şəkildə nümayiş etdirilər. Yəni, savablar, cəzalar, nemətlər, fərəhlər, dərdlər, işgəncələr - hamısı özünü o biri dünyada nümayiş etdirər.


Namazda mənəvİ İnkİşafa naİl olmaq üçün nə etmək lazımdır?


Əgər kimsə namaza Allahla öz arasında olan pərdələri və maneələri aradan qaldırmaq hədəfi ilə baxarsa, ona aşiq olar. Çünki insan fitrətən sevir ki, kamala çatsın.
Namaz - dinin sütunu və möminin meracı kimi mənəvi seyr-sulukun mühüm əsaslarındandır. Əgər insanın namazı islah olarsa, onun bütün işləri islah olar. Bu namaz zahiri və fiqhi əhkamla yanaşı xüsusi ədəbi və sirləri vardır ki, onlarla tanış olsaq namazın həqiqətlərinə daha çox yaxınlaşmış olarıq.


Şəhİd cəhənnəmə gedə bİlərmi?


İslam dinində başqalarına yaxşılıq etmək ön planda durur. Cihad və şəhadət də yaxşılığın bir növüdür. O qədər mühüm bir sahədir ki, Allah buyurur ki, şəhadət qapısını ancaq muxlis bəndələrim üçün açaram.


Necə edək kİ, Allahın dostu olaq?


Biz hamımız Allahı sevirik. Onu öz Məhbubumuz bilirik. Ancaq O, bizi nə qədər sevir və nə qədər Ona yaxınıq - bunu bilmirik. Onun bu qədər aşiqi içində biz hansı məqamda yeləşdiyimizi dəqiq bilmirik.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter