Gündəlik namazların əvvəl (fəzilətli) vaxtları nə zamandır?


Bir çoxlarımız namazı əvvəl vaxtda qılmağı sevirik. Bəs bu vaxt nə vaxtdır?
Fəzilətli vaxt: namazın elə vaxtıdır ki, o zaman namaz qılmaq fəzilətə malikdir. Ondan xaric olmaq fəzilətli sayılmaz.


Bəlanı, qəmi dəf edən, ölümü təxirə salan, yoxsulluğu aradan aparan zikr hansıdır?


1. Bəlanın və qəm-qüssənin dəf olması. İmam Sadiq (ə) buyurur: “Hər kim gün ərzində yüz dəfə لا حول و لا قوة الا بالله (\"Lə həvlə və lə quvvətə illə billəh\") deyərsə, Allah 70 növ bəlanı insandan uzaq edər. Onların ən azı - qəm-qüssədir.


İnsan cİnlərlə rabİtə qura bİlərmİ?


Cinlər xəyali varlıqlar deyildir. Cinlər maddi varlıqlardır ki, onlarla rabitə qurmaq imkanı vardır. Bir çoxları onlarla rabitə qura bilir.
“Cin” kəlməsindən Qurani-Kərimdə 21 dəfə istifadə edilmişdir. Cinlər atəşdən xəlq edilmişdilər. Quranın nəzərinə görə onlar aqil və iradə sahibi olan varlıqlardır.


Allahın sevİmlİsİ olmaq üçün İnsan nə etməlİdİr?


Həqiqi mömin həyatı boyu çalışır ki, elə işlər görsün ki, həm Allahın və həm də cəmiyyətin sevimlisinə çevrilsin. İmam Əlinin (ə) bu sahədə dəyərli tövsiyələri vardır ki, onlara nəzər salaq:


Ruhun lİbası necə olmalıdır?


Təqva peyğəmbərlərin (ə) və İlahi övliyaların ən ali sifətlərindəndir. Təvqa elə bir şeydir ki, məhdud deyildir. Heç kim deyə bilməz ki, mənim təvqam məhduddur. İmam Əli (ə) xütbələrinin bir çoxunda təqva mövzusuna toxunmuşdur. Həzrət (ə) buyurur: “Siz təqvaya riayət edin və onu hifz edin.Təqva da sizi hifz edər”.
Yəni əgər dinimin mənim üçün təyin etdyi ədəb və qaydalara riayət etsəm, o zaman təqva ruh polisi kimi batinimi çirkinliklərdən qoruyar. Qoymaz ki, ona ziyan dəysin. “Əlbəttə təqva libası daha yaxşıdır”. (“Əraf” 26).


Hazırda möcüzə etmək mümkündürmü?


Möcüzə - peyğəmbərlərə (ə) aid olan fövqəladə məsələlərdəndir. Peyğəmbərlər (ə) risalətlərini möcüzə ilə təsdiq edərdilər. Nəticədə insanların tövhidə olan imanına səbəb olardılar.


Dostluğu necə möhkəmləndİrmək olar?


İmam Əli (ə) buyurur: “Dostluğunuzu hər yerdə və hər bir halda qoruyun. Hər bir halda dost və rəfiqinizə kömək edin. Harada olsa, onun kölgəsi olun”.
İnsan fitri hisslərinə görə dosta ehtiyac duyur. Bu sifət insanın təbii ehtiyaclarına cavab verər. Onu tənhalıqdan qurtarar. İnsan dostunun sayəsində kamala və ya süquta çatar.


İmam Əlİn (ə) yağış üçün necə dua edİrdİ? Yağış namazı necə qılınır?


Quraqlıq elə bir şeydir ki, hər bir zamanda və hər bir məkanda ona rast gəlmək olar. Allah bu yağışı biz insanlara bir nemət kimi nazil edər. Əgər bir yerdə quraqlıq varsa, oraya yağış yağdırmaq ancaq Allahın iradəsi ilə mümkün olar.


Uzun arzulardan nİyə çəkİnməlİyİk?


Ümid və arzu insan həyatına hərəkət verər. Həqiqətdə, insan bu ümid və arzu sayəsində fəaliyət göstərər və səy edər. Həzrət Peyğəmbər (s) buyurur: “Ümid və arzu rəhmət mənbəyidir. Onunla ana övladına süd verər. Bağban ağaclara baxar”.


Quranİ-Kərİmİn xanımlar üçün ən mühüm sözü hansıdır?


Quran ilk növbədə qadınlara hicabı tövsiyə edir. Onu bir neçə ayədə bəyan edir: “Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter