Hz Mikayil mələyin (ə) vəzifəsi nədir?
Həzrət Mikayil (ə) – Allahın dörd böyük mələyindən biridir. Bu dörd mələyin hər birinin mühüm vəzifələri vardır. Mikayil mələyin (ə) isə vəzifəsi insanlara ruzi çatdıran mələklərə rəhbərlik etməkdir. Həzrət Peyğəmbər (s) buyurur: “Hər yağan yağış damcısının, hər cücərən yarpağın, yerə düşən hər bir yarpağın sahibi Mikayildir”.
Bu hədisdən belə nəticəyə gəlmək olur ki, Mikayil (ə) həm də yağışa, eləcə də, təbiətə görə məsuldur.
Bəzən Mikayil (ə) başqa mələklərlə həmkarlıq edir. Misal üçün İmam Sadiq (ə) buyurur: “Allah Təala dörd mələyə vəzifə verdi ki, Lutun (ə) qövmünü həlak etsinlər”.
Hansı zikr ruzinin artmasına güclü yardım edə bilər?!
Mərhum Kəşmiri nəql edir ki, bir gün müəllimim Mərhum Qazi Kimiyadan istədim ki, mənə ruzini artıran zikr öyrətsin. Müəllim mənə dedi ki, sabah gəl, sənə bir zikr öyrədəcəyəm.
Mən də sabahısı günü onun yanına gəldim və mənə bu zikri çoxlu deməyi tövsiyə etdi. Ustad Behcət isə buyurur ki, hər kim bu zikri demək istəyirsə, əvvəlində və axırında mütləq salavat desin. Bu zikr belədir: اللّهُمَ اَغنِنِی بِحلالِکَ عَن حَرامِک و بِفَضِلکَ عَمَّن سِواک
İmam Məhdinin (ə.f) kitab əhli ilə rəftarı necə olacaqdır?
Bu haqda bir çox təxminlər ürəli sürülmüşdür ki, onların bəzisi ilə tanış olaq. Bu təxminlərdən biri budur ki, bütün kitab əhli İslam dinini qəbul edəcək və müsəlman olacaqdır. Bu əqidənin tərəfdarları çoxdur və məntiqli bir nəzəriyyə hesab olunur. Ayətullah Məkarim Şirazi bu haqda yazır: “Bu böyük insanın dövründə hökumət və bütün inkişaf etmiş vasitələrin onun əlində olmasını nəzərə alaraq, deyə bilərik ki, İslam dininin cazibəsi çox olacaqdır. Qabaqcadan söyləmək olar ki, İslam məntiqli təbliği ilə insanların əksər hissəsinin qəlbini fəth edəcəkdir”. O zaman ki, İmam (ə.f) zühur edəcəkdir, əvvəlki peyğəmbərlərin (ə) təhrif edilməmiş və dəyişdirilməmiş səma kitablarını da özü ilə gətirəcəkdir. Bu kitablarda İmam Sahibəz-Zamanın (ə.f) müjdəsi verilmişdir. İmam Muhəmməd Baqir (ə) buyurur: “Onu Tövrat və İncildə yazılmış halda görəcəklər”. Yəni, İmam (ə.f) bu səma kitablarından İslam dinini yaymaq üçün istifadə edəcəkdir.
İnsan qəflət pərdəsinin arxasından çıxmasa, nə baş verər?
Qəflət o şeydir ki, insana həqiqətləri gizlədər və onu başqa yersiz işlərlə məşğul olmağa vadar edər. Qafil insan öz ağlından faydalanmaz və heyvani hisslərinə daha çox üstünlük verər. Qafil insan əvvəl özünü unudar, sonra isə Allahını. O kəs ki, özünü unudar, insanlığını unudar və kim olduğunun həqiqətinə diqqət etməz. Onun həyatı, mahiyyətcə heyvanların həyatından fərqlənməz. Dünyanın maddi cazibəsi onu o qədər özünə cəzb edər ki, başqa şeyi düşünməz və nə üçün xəlq olduğunu unudar. Belə bir insan nə dünyada və nə də axirətdə səadət üzü görməz. Halbuki, Allah Təala Öz peyğəmbərlərini (ə) məhz insanları qəflətdən ayıltmaq üçün göndərmişdi.
İbadətin fəlsəfəsi hansı dörd əsasa söykənir?!
Allah Təalanın bizim ibadətlərimizə ehtiyacı yoxdur. Hər nə fayda və xeyir varsa – insanın özünə çatar. Necə ki, müəllim dərs keçər və bunun xeyri şagirdlərin olar, onlar elm öyrənərlər. Hər bir halda ibadətin fəlsəfəsi bunlardır:
1. Allahın əzəmətini dərk etmək. İbadət edən insan özünü Allahın əzəməti qarşısında görür və özündən asılı olmayaraq, nə qədər zəlil və aciz olduğunu dərk edər və Allahın qüdrəti qarşısında səcdəyə düşür.
2. Bağlılıq hissi. O zaman ki, insan bir varlığa bağlanar – ona sadiq olar və ona qarşı müti olar. Bizim bütün varlığımız Allahın iradəsindən asılıdır. Ona görə də hər birimizin Ona ehtiyacı vardır. Bu ehtiyac insanı ibadət etməyə vadar edir.
Hz Peyğəmbərin (s) hədisinə əsasən Ən yaxşı ev hansıdır?
Əziz Peyğəmbərimiz (s) həmişə yetimlərə qarşı şəfqətli və mehriban olmuş, öz buyuruşlarında davamçılarını da bu əmələ dəvət etmişdir.
Həzrət Peyğəmbərin (s) nəzərində ən yaxşı ev o evdir ki, orada yetimə məhəbbət olunar.
Həzrət (s) buyurur: “Sizlərin ən yaxşı evi – o evdir ki, orada yetim ehsana və məhəbbətə malik olar. Ən pis ev isə o evdir ki, orada yetimə pis rəftar edilər və zülm edilər”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “O kəs ki, evində yetim saxlayar, onun tərbiyəsi üçün uşaqlıq işləri bitənə qədər hərtərəfli çalışar – Allah Təala behişti ona vacib edər”.
Hz Peyğəmbərin (s) hədisinə əsasən Ən yaxşı ev hansıdır?
Əziz Peyğəmbərimiz (s) həmişə yetimlərə qarşı şəfqətli və mehriban olmuş, öz buyuruşlarında davamçılarını da bu əmələ dəvət etmişdir.
Həzrət Peyğəmbərin (s) nəzərində ən yaxşı ev o evdir ki, orada yetimə məhəbbət olunar.
Həzrət (s) buyurur: “Sizlərin ən yaxşı evi – o evdir ki, orada yetim ehsana və məhəbbətə malik olar. Ən pis ev isə o evdir ki, orada yetimə pis rəftar edilər və zülm edilər”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “O kəs ki, evində yetim saxlayar, onun tərbiyəsi üçün uşaqlıq işləri bitənə qədər hərtərəfli çalışar – Allah Təala behişti ona vacib edər”.
İmam Zaman ağanın (ə) neçə cür elmi vardır?
İmam Zaman ağa (ə.f) buyurur: “Biz Əhli-Beytin (ə) elmi üç növdür: keçmişə, gələcəyə və indiyə aid olan elmlər.
- Keçmişə aid olan elm – təfsirdir. -Gələcəyə aid olan elm – xüsusi elmdir. -İndiyə aid olan elm – qəlbə salmaqdır. Qulaqlara zümzümə etməkdir. Bu hissə bizim ən üstün elmimizdir. Bizim Peyğəmbərdən (s) sonra başqa rəsul gəlməyəcəkdir”. İmam Məhdi (ə.f) bu mübarək cavabı Əli ibni Muhəmmədin elmlə bağlı sualına vermişdir.
Mərhum Məclisi bu üç elmin şərhi barəsində buyurmuşdur: “Keçmiş elm odur ki, Peyğəmbər (s) onu öz Əhli-Beyti (ə) üçün bəyan və təfsir etmişdir. Bu, keçmiş ümmətlərə və peyğəmbərlərə aid olan elmdir. Yəni, onların başına nələr gəlmişdir və keçmişdə hansı peyğəmbərlər (ə) olmuşdur.
İmam Zamanın (ə.c) anası Nərciz Xatun (s.ə) nə zaman dünyasını dəyişmişdir?
Tarixçilərin nəql etdiyinə görə Nərcis Xatun Roma imperatorunun nəvəsi olmuşdur. Onun Roma sarayından Samirraya gəlişi və İmam Həsən Əsgəri ilə (ə) ailə qurması möcüzəvi şəkildə baş vermişdir. Xanım (s.ə), Həzrət Rəsuli-Əkrəmin (s) qeybi tövsiyələri ilə özünü əsirlərin arasında gizlətmiş və Samirraya gələrək, İmamla (ə) ailə qurmuşdur. Nərcis xanımın İmam Həsənin (ə) şəhadətindən sonrakı həyatı barəsində çox az məlumatlar mövcuddur. Onun ölümü barəsində beş nəzər vardır.
1. İmam Həsənin (ə) yaxınlarından birinin nəql etdiyinə görə, Xanım İmamdan (ə) xahiş etmişdir ki, dua etsin və ölümü İmamın şəhadətindən (ə) əvvəl həyata keçsin. İmam (ə) da dua edir və o, həyat yoldaşından əvvəl vəfat edir.
2. Bəzilərinin dediyinə görə, Nərcis xanım o dövrün xəlifəsi olan Mötəməd Abbasi tərəfindən zindana atılmış və orada vəfat etmişdir...
İşin ən yaxşı başlanğıcı və sonu nədədir?
Əziz Rəsuli-Əkrəmdən (s) nəql edilən hədisdə isə şin ən yaxşı başlanğıcı və sonuna işarə edilmişdir. Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında ən sevimli iş, o işdir ki, davamlılığı çox olar – baxmayaraq ki, az olsa belə”.
İşin əvvəlinin və sonunun ən yaxşı əməlləri barədə İmam Zeynəl-abidin (ə) də bizlərə yol göstərmişdir. Belə ki, İmam Səccad (ə) buyurur: “İşin ən yaxşı başlanğıcı – sədaqət və düz danışmaqdır. Ən yaxşı sonu isə vəfadır”.