Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam hansılardır?! Əməllər.
Mübarək Ramazan ayını əziz tutmalıyıq. Bu ayda Allah Təala ilə daha yaxın ola bilər və daha yaxın rabitə qura bilərik. Əgər bu ayın fəzilətirini dərk etməsək, bu fürsəti əldən vermiş olarıq. Ona görə də elə ilk gündən özümüz üçün xüsusi bir proqram quraq və ona əməl etməyə çalışaq. Ramazan ayı – orucun vacib olduğu aydır. Bundan əlavə, məsləhət görülən bir sıra əməllər də var. Əziz Peyğəmbərimiz (s) bizə bu ayda dörd əməli tövsiyə edir.
1. Dua. Seyyid ibni Tavus İmam Sadiqdən (ə) və İmam Kazımdan (ə) nəql edir ki, buyurublar: “Ramazan ayının ilk günündən son gününə qədər vacibatlardan sonra bu duanı oxu: “Allahummərzuqni həccə bəynəkəl hərami fi ami haza və fi kulli am”. Həmçinin hər bir vacib namazdan sonra bu duanı oxu: “Ya Əliyyu, ya Əzim, ya Ğəfuru, ya Rahim”.Həzrət Peyğəmbərdən (s) nəql edilir ki, hər kim Ramazan ayında namazdan sonra bu duanı oxuyarsa, Allah günahlarını bağışlayar. “Allahummədxil əla əhlil quburis- surur”...
Orucun nə faydası vardır ki, Uca Allah ona əməl etməyə təkid edir?
Mübarək Ramazan ayı gəlməkdədir və Allah Təala bu ayda hər bir sağlam bəndəsinə oruc tutmağı əmr etmişdir. Bəs orucun nə faydası vardır ki, Uca Allah bu qədər ona əməl etməyə təkid edir?
1. Oruc insanın təqvasını gücləndirər və ixlaslı olmasına səbəb olar. İmam Sadiq (ə) buyurur: “Allah Təala buyurmuşdur: “Oruc Məndəndir və mükafatını də Mən verirəm””.
2. Dünya və axirət əzabına mane olar. İmam Əli (ə) buyurur: “Oruc mədəni daraldar, əti tökər və cəhənnəmin yandırıcı istisindən uzaq tutar”.
3. Cismə və ruha hüzur gətirər. Oruc tutan insan bir ay boyunca bədənində olan toksin və zərərli maddələrdən təmizlənər. Eyni zamanda ruhu da hüzur tapar və Ramazan ayının bərəkətləri ruhunu paklaşdırar. Ona görə də Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutun ki, sağlam qalasınız”.
Üç böyük irfan və mənəviyyat alimi Ramazan ayı haqqında hansı tövsiyələri edirlər?!
Halaldan yeyin, nə az yeyin, nə də çox, zikrləri unutmayın – din alimlərinin üç mübarək ayla bağlı tövsiyələri! Rəcəb, Şəban və Ramazan ayları – insanın nəfsini islah etməsi üçün ən gözəl aylardan hesab olunur. Bu yolda səy göstərmiş və böyük nəticələrə çatmış şəxsiyyətlərin həyatına nəzər salaq və onların tövsiyələrinə diqqət edək.
Ayətullah Seyyid Əli Qazi Təbatəbai. Alim buyurur: “Sizlərə tövsiyə edirəm ki, xüsusilə bu üç ayda namazlarınızı vaxtında ən gözəl şəkildə yerinə yetirəsiniz. Bu vacib namazlar, nafilə namazları ilə birlikdə 51 rükət edir. Əgər bacarmasanız, 44 rükət qılın. Əgər dünya məşğuliyyətləri imkan verməsə, ən azı gecə namazının nafiləsini qılın. Gecə namazından heç bir mömin qaça bilməz. O, möminin içəcəyidir. Vacib namazlardan sonra Xanım Zəhranın (s.ə) təsbihatını etmək yaddan çıxmasın. Cümə günündə isə “Cameə” ziyarətini oxuyun”.
Suluk yolunda bir şey əldə etmişəmsə... – Ayətullah Noxudəkinin bizlərə tövsiyələri
İslam dininin ən böyük alimlərindən olan və İmam Zaman ağanın (ə) xüsusi inayətini qazanan alimlərdən biri də Ayətullah Həsənəli Noxudəki olmuşdur. Kəramət sahibi olan bu böyük alimin bizlərə tövsiyələri olmuşdur ki, onlarla tanış olaq:
“1. Allah bəndəsinin gecə zamanı edə biləcəyi ən böyük ibadət – təfəkkürdür. İnsan əvvəl hansı mövzu haqqında təfəkkür edəcəyini müəyyən etməli və sonra o haqda düşünməlidir.
2. İnsan hər nə qədər alim olarsa, məsuliyyəti də bir o qədər artar. Ona görə də alimlərin vəzifəsi adi insanların məsuliyyətindən daha çoxdur.
3. Nəfsini bu fani dünyadan üstün tut ki, bu dünya davamlı deyildir. Ondan uzaq durmaq sənin üçün yaxşıdır. O kəslərdən olma ki, Allah ona uca məqam əta etmişdir, ancaq o, davamlı olaraq alçaq şeyləri istəyər”.
Sükut etmək danışmaqdan üstündürmü?
İmam Səccaddan (ə) danışmaq və susmaq barəsində soruşurlar ki, hansı daha üstündür. Həzrət (ə) buyurur: “Hər ikisinin də ziyanı vardır. Əgər bu ziyandan sağlam qalarsa, danışmaq sükutdan daha yaxşıdır”. Soruşurlar ki, niyə?
Buyurur: “Çünki Allah Təala peyğəmbərlərini (ə) və vəsilərini (ə) sükutla məbus etməmişdir. Onlar gəliblər ki, insanlarla danışsınlar. Heç kəs sükut edərək behiştə, İlahi vilayətə və İlahi əzabdan amanda qalmağa layiq olmaz. Bütün bu faydalar və nəticələr danışaraq əldə olunar. Mən heç bir zaman Günəşlə Ayı tərəzinin bir gözünə qoymamışam”.
Pul tapan cavan, hansı yolu seçdi? İmam Sadiqin (ə) səhabəsi
Bir gün bir cavan İmam Sadiqin (ə) yanına gəlir və deyir: “Ağacan, sərmayəm yoxdur”. İmam (ə) ona buyurur: “Doğruçu ol! Allah ruzini çatdıracaqdır”.
Cavan bu sözlərdən sonra İmamın (ə) yanından çıxır və gedir. Yolda bir kisə pul tapır. Onun içində 700 dinar pul var idi. Öz-özünə deyir: “Gərək İmamın (ə) buyuruşuna əməl edəm. Ona görə də insanlara elan edəcəyəm ki, bu kisənin sahibini tapsınlar”. Yüksək səslə deyir: “Hər kim pul kisəsi itiribsə, gəlib nişanəsini desin və aparsın”. Bir nəfər gəlir və kisənin nişanəsini deyir. Cavan da kisəni ona qaytarır. Sonra İmamın (ə) yanına gəlib, olanları Həzrət Sadiqə (ə) danışır. İmam (ə) ona pul verərək, buyurur: “Bu halal 70 dinar, o haram 700 dinardan daha yaxşıdır.
Həzrət Davudun (ə) Zəburunda İmam Məhdi (ə.f) barədə nə buyurulub?
Həzrət Davudun (ə) Zəbur kitabında İmam Məhdinin (ə.f) zühur xəbərləri verilmişdir. Demək olar ki, Zəburun hər bir hissəsində Həzrətin (ə.f) zühuruna işarə edən xəbərlər
vardır. Salehlərin şər insanlara qələbə çalması, beynəlxalq bir dövlətin təşkil ediləcəyi, bütün dinlərin vahid bir din ətrafında toplaşması... kimi xəbərlər verilmişdir.
Qurani-Kərim Zəburun bu xəbərləri haqqında buyurur: “Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Qur’anda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb, ədalət İmamları və onların canişinlərinə ötürəcəklər)”. (“Ənbiya” 105)...
Ata və anaya münasibətdə vacib olan 3 əməl hansılardır?!
Həzrət Peyğəmbər (s) buyurur: “Allahın razılığı – valideynin razılığındadır. Qəzəbi – onun qəzəbindədir. O kəs ki, valideyni ondan razı olar, Allah da ondan razı olar. O kəs ki, valideyni ondan narazı olar, Allah da ona qəzəblənər”. Müqəddəs dinimiz ata və anaya münasibətdə vacib olan üç əməli bizlərə çatdırır. Həzrət Peyğəmbər (s) buyurur: “Sizin üçün ata və ananıza görə üç əməl vacibdir:
1. Hər bir halda onlara təşəkkür edin.
2. Onlara itaət edin və İlahi günahdan başqa, qadağalarına (nəsihətlərinə) qulaq asın.
3. Aşkarda və gizlində onların xeyirxahı olun”.
Oruc tutmağın ədəb qaydaları hansıdır?
Orucun ədəb qaydaları. İslam dinində hər bir əməlin ədəb qaydaları olduğu kimi, orucun da ədəb qaydaları vardır ki, onlarla tanış olaq:
1. Günahdan çəkinmək. Allah qonağı özünü hər bir günahdan uzaq tutmalı və büdrəməkdən çəkinməlidir. İmam Əli (ə) Peyğəmbərə (s) sual verir ki, Ramazan ayının ən üstün əməli hansıdır? Həzrət (s) buyurur: “Allahın haram etdiyi hər şeydən çəkinmək”.
2. Vacibatlara əməl etmək. Allah qonağının ikinci vəzifəsi – Allahın vacib buyurduğu əməlləri yerinə yetirməkdir. Hər kim Allah qonağı olar, ancaq oruc tutmaqla kifayətlənməməlidir. Başqa vacibatları da ən gözəl şəkildə yerinə yetirməlidir...
Naməhrəm qadınla kişi arasında riayət olunmalı mövzular
Dinimiz kamil din olduğu üçün, insanın və cəmiyyətin saədətinə ziyan gətirə bilən hər bir əməli insanlara tanıtmış və onları bu əməllərdən çəkindirmişdir. Cəmiyyətdə hüzur balansını qorumaq üçün naməhrəm qadınla kişi bəzi əməllərə diqqət etməlidirlər. Müasir dövrdə bir çox qadınlar da cəmiyyətdə müəyyən mövqeyə malik olur, haradasa işləyir və fəaliyyət göstərirlər. Bəzən bu iş yerləri naməhrəm kişilərlə bir yerdə olur. Bu səbəbdən belə qadınlar gərək bəzi şərtlərə dəqiq əməl etsinlər. Bu əməllər ilə tanış olaq:
1. Naməhrəmə toxunmaqdan qorunmaq. Burada fiziki fasilədən söhbət gedir. İstər əl vermək olsun, istər hər hansı digər təmas olsun və sair. Hədislərin birində oxuyuruq: “Nə zaman qadın əyləşdiyi yerdən qalxar, kişi orada əyləşməməlidir, məgər o halda ki, o yer soyuyar”...